Aqil abbas dolu



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə5/35
tarix20.10.2017
ölçüsü0,81 Mb.
#6101
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   35

 

şey idi, amma kiminsə şalvarını çıxartmaq... Buna onun qəbul etdiyi yazılmamış oğru qanunları 



yol vermirdi. Ona görə də Komandir çox təəccübləndi: 

- Niyə? 


- Pul istəyib, verməyib... 

Uşaqlardan biri Pələngin üstünə bozardı: 

-  Sən  də  bilmədiyin  şeyi  danışma.  Elə  deyil,  Komandir.  Dünən  Musagilə  qrad  düşüb, 

anasını  götürdülər  Bakıya,  arvadın  qılçalarını  kəsiblər.  Səhər-səhər  Musa  zəng  eləmişdi, 

həkimlər min manat istəyiblər. Drakon da göndərdi ki, gedin bundan alın. Biz də getdik vermədi. 

Drakon da hirsləndi, arxasını da özünüz eşitdiniz. 

Komandir  At  Belində  Olan  Adamı  başdan  ayağa  deyil,  ayaqdan  başa  süzdü,  sonra 

xayxırdı, özünü onun sifətinə tüpürməkdən zorla saxladı və tüpürdü yerə: 

- Ə, sən nə cındır adamsan, ə! Bakıdan gələnlərin dalın yuyursan, özününkünə beş manat 

qıymırsan?! 

Drakonun  əlindən  zorla  qurtulmuş  At  Belində  Olan  Adam  indi  yenidən  qırx  arşın 

quyunun dibinə düşdü, özünə bəraət qazandırmaq istədi: 

-  Komandir!  Seyid  Lazım  ağanın  cəddi  haqqı  bilməmişəm.  Hər  gün  o  gəlir  pul  ver,  bu 

gəlir pul ver. Mən köpəyoğlu nə bilim kim kimdi. Mənə demədilərki siz istəyirsiz. 

Komandir gördü ki, əsəbləri onu dalınca sürükləyir və belə getsə əlindən xəta çıxa bilər, 

onsuz da adları bədnam idi. Onları ermənilərə deyil, özlərinə düşmən sayan hökumət bu könüllü 

batalyonları gözdən salmaq üçün dəridən-qabıqdan çıxırdı, haqlarında gündə yüz şayiə buraxırdı. 

Gecə  Dolu  başlayanda  balalarını  götürüb  canlarını  qurtarmaq  istəyənlər  heç  qapılarının 

cəftəsini də vurmağa macal tapmırdılar. Yiyəsiz, ağzı günə qalmış dopdolu evlər demək olar ki, 

hər  gecə  yağmalanırdı.  Səhər  qayıdıb  evlərini  talanmış  görənlər  heç  şikayət  də  eləmirdilər, 

şikayət eləməyə yer də yox idi, milis səngərdə, rəis səngərdə, kimə şikayət eləsinlər. Hökumət də 

şəhərdə nə oğurluq, nə quldurluq olurdu hamısını batalyonun uşaqlarının üstünə atırdı. Onların 

isə  “Qur’an”  götürüb  nə  qapı-qapı  düşməyə  vaxtları  vardı,  nə  də  buna  həvəsləri  -  başları 

müharibəyə qarışmışdı. 

Belə söz-söhbətlərdən təngə gəlmiş Komandir bir gün Rəisin qabağını kəsib dedi: 

-  Rəis,  gəlmə  oğrular  bu  şəhərdə  ev  qoymadı.  Hökumət  də  bunu  bizim  üstümüzə  atır. 

Bunların qabağını al, yoxsa axırı yaxşı olmayacaq! 

- Komandir, vallah, gücüm çatmır. Bilmirəm erməniylə vuruşum, yoxsa bu binamuslarla. 

Birdilər,  ikidilər,  böyük  bir  şaykadılar.  Oturublar  qonşu  rayonlarda,  gəlib  buranı  şimon  eləyib 

aradan çıxırlar. Həmin rayonun rəislərinə deyirəm, deyirlər ki, oğurluq sənin ərazində olur, canın 

çıxsın özün tap. İndi mən erməniylə vuruşum, oğru axtarım, nə bilim nə qələt eləyim?! 

Komandir  görmüşdü  doğrudan  Rəisin  gücü  çatmır,  bu  qarışıqlıqdan,  başlı-başınalıqdan 

əli-qolu açılan oğrulara xəbər göndərmişdi ki, adam kişi olar... Amma oğrular onu eşitməmişdi. 

Komandir bir də xəbərdarlıq etmişdi: 

- Məni hövsələdən çıxarmayın! 

Oğrubaşının ona göndərdiyi cavab qısa olmuşdu: 

- Əlindən gələni beş qaba çək! 

Bu  cavabdan  on-on  beş  gün  sonra  ağzından  vurulmuş  oğrubaşının  cəsədi  Lenin 

meydanının  ortasına  atılmışdı,  biləyini  də  kəsib  qoymuşdular  sinəsinə.  Camaat  yığılmışdı 

meydana. 

- Səni vuranın əlinə qurban olum! 

- Arvad tumanı oğurlayan oğraş! 

- Di gəbər! 

Komandir də bir az aralıda Drakonla dayanıb tamaşa edirdi. 

Rəis ona yaxınlaşıb yavaşca dedi: 

- Komandir, heç olmasa bu oğraşın meyidini ataydın ermənilər tərəfə. 

- Onda başqalarına görk olmazdı. Qoy camaat da bilsin kim kimdi. 

- Komandir, açılmayacaq bir iş qoydun boynumuza, zəhləmi tökəcəklər. 




Lit.az 

 

 



10 

İndi  Drakon  yenə  hökumətin  əlinə  dəstəvuz  vermişdi.  Hökumət  birinin  üstünə  beşini 

qoyub  bütün  şəhərə  yayacaqdı  ki,  At  Belində  Olan  Adamı  aparıb  batalyonda  döyüblər,  pulunu 

əlindən  alıblar,  day  nə  bilim  nə.  İndi  Komandirin  gözünün  qabağına  bu  gəlirdi,  yoxsa  elə 

məmnuniyyətlə özü bunun şalvarını çıxartdırıb başına geyindirərdi. Hövsələsini basdı: 

- Atın bunu bayıra! 

Uşaqlar bir andaca At Belində Olan Adamı itqusdu eləyib darvazadan bayıra tulladılar. 

Ömrü boyu başqalarını alçaldan və təhqir eləyən indi özü alçaldılmış və təhqir olunmuş 

halda “qalsın qulluğunuzda” deyib qayıtdı kabinetinə. 

Komandiri  yenə  öskürək  tutdu,  hirsindən  başı  partlayırdı.  Həmişə  əsəblərini 

sakitləşdirmək üçün iki stəkan tünd çay içərdi. Və bu iki stəkan tünd çay təkcə onun ağrılarının 

səmmini  almırdı,  həm  də  yorğunluğunu  çıxarırdı.  Üzünü  çayxana  tərəfə  çevirəndə  gözü  qoz 

ağacının  altında  dayanan  və  bayaqdan  bəri  baş  verənləri  çaşqınlıqla  izləyən  yad  bir  adama 

sataşdı, yenə özündən çıxdı... 

... Olmurdu, nə qədər əlləşsə də göydən tökülən odun-alovun içində bu dəli-dolu uşaqları 

əsl  əsgərə  çevirmək, onlara hərbi nizam-intizamı aşılamaq mümkün deyildi.  Buna vaxt  da  yox 

idi. Bir tərəfdən də dəfələrlə Müdafiə Nazirliyinə müraciət etsə də, uşaqlara təlim keçmək üçün 

batalyona peşəkar zabitlər vermirdilər. O da gedib orta məktəbdəki hərbi dərs deyən müəllimləri 

yalvarıb gətirmişdi batalyona. Əslində onların da çoxu mütəxəssis deyildi, sadəcə olaraq orduda 

olmuş  adamlardı.  Yenə  sağ  olsunlar,  uşaqlara  az-çox  silahı  söküb-yığmağı,  təmizləməyi,  güllə 

atmağı öyrədə bilirdilər. 

Əvvəllər həyətə iynə atsan yerə düşməzdi. Bura özünü göstərməyə, “mən də varam” deyə 

özünü  gözə  soxmağa,  uşaqlardan  eşitdikləri  döyüş  səhnələrinin  üstünə  beşini  də  qoyub  gedib 

orda-burda öz adlarına çıxmağa gələnlərin sayı döyüşənlərin sayından qat-qat çox olardı. 

İmarət adlanan bu yer savaş başlayanadək “Qarabağ” komandasının stadionu olduğundan 

adamlar  elə  bil  bir  azdan  başlayacaq  futbola  baxmağa  gəlirdilər.  Komandir  bunun  qarşısını 

almaq üçün  çox əziyyət  çəkmişdi,  hətta üç-dörd  dəfə bir-ikisini qapaz altına da salmışdı,  yenə 

öht  olmurdu.  Darvazaya  növbətçilər  də  qoydurmuşdu  ki,  heç  kəsi  içəri  buraxmasınlar.  Amma 

yenə görürdün çəpərdən, hasardan aşıb gələnlər var... 

- Növbətçi! 

Növbətçi yüyürüb gəldi: 

- Eşidirəm, Komandir! 

- Bunu bura kim buraxıb?! 

Növbətçi qorxa-qorxa dedi: 

- Bakıdan gəlib. Yurnalistdi, sizi görmək istəyir. 

- Növbətçinin vəzifəsi nədi? 

- Batalyonun həyətinə kənar şəxsləri buraxmamaq! 

- Di get öz komandirinə de ki, səni bir sutka qubbağa salsın. 

Növbətçi: 

- Oldu, Komandir! 

Komandir: 

- Bu jurnalistlər də elə bilir bura yel əsib qoz tökülüb. Ay qardaş, bura qoz tökülmür ey, 

bomba tökülür, bomba. Yaxşı, gəl görüm. 

Getdi  çayxanaya  tərəf,  Yurnalist  də  onun  ardınca.  Çayxanadakılar  dərhal  qalxdılar, 

Komandir əli ilə işarə elədi ki, əyləşin, stolların birinin üstündə dominonu görüb: 

-  Onu  yığışdırın!  Kim  domino  oynamaq  istəyirsə,  getsin  xarabasında  oynasın.  -  sonra 

üzünü tutdu Yurnalistə;- Otur də, qolundan tutub oturadacam? 

Bəlkə  də  həyatında  ilk  dəfə  belə  sərt  qarşılanan  Yurnalist  özünü  itirmişdi,  ehtiyatla 

oturdu.  İki  çaynik  çay  gətirdilər,  birini  məxsusi  Komandir  üçün,  birini  də  qonağa.  Komandir 

əvvəl qonağa, sonra özünə çay süzdü: 

- Çayını iç. Bağışla dana, limonumuz yoxdu, çölçülükdü, - dərhal da hiss elədi ki, yaxşı iş 

görmədi, hər halda qonaqdı və bir də bu yazığın nə günahı, gülümsəməyə çalışdı; - Fikir vermə. 




Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə