Aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ



Yüklə 7,85 Mb.
Pdf görüntüsü
səhifə44/266
tarix24.04.2018
ölçüsü7,85 Mb.
#40007
1   ...   40   41   42   43   44   45   46   47   ...   266

 

89 


 

clusters. In the ω-, γ-, α- and beta zones of gliadin electrophoregrams 38 spectra and 

133  electrophoretic  patterns  were  obtained  and  genetic  diversity  index  (H)  was 

calculated.  



 

UOT633.11:551.5 

 

QURAQLIQ STRESİNİN YUMŞAQ BUĞDA SORTNÜMUNƏLƏRİNİN                     

MƏHSULDARLIĞINA VƏ  SÜNBÜLÜN STRUKTUR ELEMENTLƏRİNƏ 

TƏSİRİ 

 

S.İ.HÜSEYNOV b.ü.f.d. aparıcı elmi işci 

Əkinçilik Elmi –Tədqiqat İnstitutu, Bakı, Az 1098 Pirşağı qəs. 

Sovxoz № 2, e-mail: hseyfulla.huseynov@rambler.ru 

 

Məqalədə  SİMMİT  və  İKARDA  birgə  proqramları  və  yerli  bərk  buğda 

sortlarından  hazırlanmış  pitomnik  materialları  üzərində  aparılmış  elmi  tədqiqatlar 

verilmişdirQuraqlıq stresinin yumşaq buğda sortnümunələrinin məhsuldarliğına və  

sünbülün  struktur  elementlərinə  təsiri,  sünbülün  struktur  elementlərinin  dənin 

məhsuldarliğı, 1000 dənin kütləsi və bitkilərin boyu ilə əlaqəsi öyrənilmişdir. 

 

Acar  sözlər:  yumşaq  buğda,  sort,  məhsuldarlıq,  sünbül  elementləri,  quraqlıq 

stresi 


 

Respublikamızın artmaqda olan əhalisinin  bazar iqtisadiyyatı şəraitində zülallı 

maddələrə  olan  tələbatını  ödəmək  üçün  dənli  bitkilərin  dənində  məhsuldarlığın,  

keyfiyyət və texnoloji keyfiyyət göstəricilərinin miqdarının artırılması hazırki dövrdə 

alimlərin qarşısında duran ən böyük problemlərdən biridir. Bu problemlərin həlli isə 

ildən ilə getdikcə çətinləşir. 

 

Respublikamızın  müstəqillik  illərini  yaşadığımız  zamanda  əkinə  yararlı 



torpaqlarımızın  demək  olar  ki,  hamısı  pay  torpaq  kimi  vətəndaşlara  və  kənd 

zəhmətkeşlərinin  özünə  paylanmışdır.  Torpaq  sahibi  olan  kənd  zəhmətkeşləri  seçim 

qarşısında qaldılar, pay torpaqlarından necə istifadə etsinlər ki, ailələrinin vəziyyətini 

yaxşılaşdırmağı  təmin  etsinlər  və    bundan  başqa  səhər  və  kənd  əhalisini  kənd 

təsərrüfatı  məhsullarına  olan  tələbatı  da  pay  torpaqlarına  malik  olan  fermerlər 

tərəfindən təmin olunmalıdır.  

 

 Pay torpaqlarına sahib olan fermerlər hal hazırda çətınliklər qarşısında qalıblar. 



Çünki həmin fermerlər torpağın strukturunu, torpaqda  əkiləcək  bitkilərə lazım olan 

qida  maddələrinin,  nəzərdə  tutulan  məhsulu  almaq  üçün  torpağa  veriləcək  qida 

maddələrinin  (üzvi  və  mineral  gübrələrin)  miqdarını,  torpaq  reaksiyasını    (turş, 

neytral  və  qələvi  xassəli)    torpaqda  duzluluğun,    kirəşləşmənin  və  .s.  ümumiyyətlə 

bitkiyə lazım olan, bütün mənfi və müsbət təsir edən faktorları öyrənmədən, əhalimiz 

üçün lazım olan yüksək məhsuldar və yüksək keyfiyyətli, ekoloji təmiz məhsul almaq 

üçün hansı tip torpaqda hansı bitkinin əkilməsini bilmirlər. 



 

90 


 

 

Ona  görə  də  yuxarıda  sadalanan  problemləri  həll  etmək  üçün  taxıl  əkiləcək 



həmin  torpaqların  bütün  kimyəvi  tərkibi  təyin  olunmalıdır.  Ümumiyyətlə  buğda 

bitkisinin potensial məhsul imkanlarını tam üzə çıxarmaq üçün  bu bitkiyə təsir edən 

kompleks aqrotexniki və digər tədbirlər tam tətbiq olunmalıdır. 

 

Bu  məqsədi  həyata  keçirmək  üçün  biotik  və  abiotik  amillərə  davamlı  yüksək 



məhsuldar  və  yüksək  keyfiyyətli  buğda  sortlarının  bioloji  və  molekulyar 

xüsusiyyətlərinin öyrənilməsi üçün Cəlilabad BTS-nin su ilə təmin olunmayan quraq 

dəmyə torpaqlarında  Beynəlxalq Seleksiya mərkəzi SİMMİT, İKARDA-dan alınmış 

və 


yerli  buğda  genefondundan  məhsuldarlığına,  keyfiyyətinə,  quraqlığa 

davamlılığına, xəstəlik və ziyanvericilərə qarşı davamlılığına  görə seçilmiş müxtəlif 

növ yumşaq və bərk buğda sortları əkilərək dənin məhsuldarlığı, keyfiyyəti, qidalılıq 

dərəcəsi  texnoloji  keyfiyyəti  və  seleksiya  əhəmiyyətliliyi  öyrənilmiş,  yeni  yüksək 

məhsuldar,  yüksək  keyfiyyətli,  quraqlığa  davamlı,    xəstəlik  və  ziyanvericilərə 

davamlı  sortların  yaradılmasında  istifadə  olunmaq  üçün  seleksiyaçılara  tövsiyə 

olunacaqdır [1; 2]. 

 

Tədqiqatın  məqsədi  respublikamızın  kəskin  fərqlənən  torpaq  iqlim  şəraiti  üçün 



əkilmiş buğda sortlarında keyfiyyətli dən məhsulunun  əmələ  gəlməsinin fizioloji  və 

biokimyəvi xüsusiyyətlərinin öyrənilməsi və bu göstəricilərin yeni yüksək məhsuldar, 

yüksək  keyfiyyətli  və  quraqlığa  davamlı  sortların  yaradılması  üçün  seleksiya 

prosesində  istifadə  olunma  mümkünlüyünün  araşdırılması,  keyfiyyət  göstəriciləri  ilə 

tez  yetişkənlik  quraqlığa  davamlılıq,  məhsuldarlıq  və  keyfiyyət  əlamətlərinin 

qarşılıqlı  əlaqəsinin  çoxlu  buğda  sortları  üzərində  məqsədyönlü  elmi  tədqiqatlar 

aparılmasıdır. 

 

Təcrübələr  buğda    genofondundan  seçilmiş  və  yerli  perspektiv  sotlardan  ibarət  



150-ə  yaxın  bərk  və  yusmaq  buğda  sortları,  hər  hesablanan  ləkin  sahəsi  10  m

2

 



olmaqla  4  (dord)  təkrarda  qoyulmuşdur.  Çıxışdan  başlayaraq  vegetasiyanın 

sonunadək fenoloji müşahidələr Kuperman metodu ilə aparılmışdır [3; 4]. 

Cənubi  muğan  zonasının  nəmliklə  təmin  olunmayan  dəmyə  torpaqlarında 

becərilmış müxtəlif növ bərk və yumşaq buğda sortlarının analizlərindən məlum olur 

ki, vegetasiyanın müxtəlif illəri əkilmış sortların məhsuldarlığına kəskin təsir edir.  

 

Təcrübədən  məlum  olmuşdur  ki,  tədqiq  ounan  yumşaq  buğda  sortlarının 



seleksiya  əhəmiyyətliliyini  öyrənmək  üçün  bitkinin  struktur  analizi  ilə  yanaşı,  dənin 

məhsuldarlığının öyrənilməsi çox vacibdir.  

Aparılmış  tədqiqatlar  nəticəsində  məlum  olmuşdur  ki,  müxtəlif  növ  yumşaq 

buğda  sortlarının  dən  məhsuldarlığı  (360-680  q/m

2

)  arasında  olmuşdur  (cədvəl  1). 



Tədqiq  olunan  yumşaq  buğda  sort  nümunələrində  ən  yüksək  məhsuldarlıq  130№58  

(680q/m


2

), F.02.N 8.N 9.07 (665 q/m

2

),  RBWON SAA-35 (653q/m



2

) sortlarında ən 

aşağı  məhsuldarlıq  isə  2

nd

  FAWWEYT  FRC  9918(360q/m



2

),  3


rd

  WWONSA-  67 

(370q/m

2

),  Əzəmətli  95(st.)  (400q/m



2

),  sortlarında  qeyd  olunmuşdur  (cədvəl  1). 

Yuxarıda  sadaladığımız  ən  yüksək  məhsuldarlığına  görə  seçilən  yumsaq  buğda 

sortlarının hamısı standart kimi götürülən Əzəmətli 95sortunu məhsuldarlığına görə 

üstələmişlər (cədvəl 1).  

 

 



Yüklə 7,85 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə