Aqşin Babayev



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə19/76
tarix16.08.2018
ölçüsü2,6 Mb.
#63569
1   ...   15   16   17   18   19   20   21   22   ...   76

 
61 
haqqında  bir  veriliş  hazırlayanda  nə  deyəcəksiniz,  bilmirəm”.  Zəkəriyyə  Sərtəl  Üzeyir 
Hacıbəylini çox sevirdi.  
...  Səbihə  xanım  qürbət  həyatına  dözə  bilmirdi.  Çox  darıxırdı.  Gözümüzün 
qabağında  əriyirdi.  Bir  gün  yatağa  düşdü  və  ...  köçdü  bu  dünyadan.  Onu  ikinci  Fəxri 
xiyabanda  dəfn  etdilər.  Səbihə  xanımın  vəfatından  sonra  Zəkəriyyə  çox  dəyişmişdi. 
Ara-sıra  deyirdi:  “Bir  həddə  qədər  yaşamaq  gözəldir.  Amma  bir  yerdə  də  ölüm  gözəl 
olur”.  Bir  dəfə  bu  kəlmələri  pıçıldayanda  sakitcə  ağladı.  Məşhur  türk  şairi  Əbdülhəq 
Hamidin  “Məqbər”  əsərini  xatırladı.  Bu  əsəri  böyük  şair  həyatdan  vaxtsız  köçmüş 
sevimli ömür dostuna həsr etmişdi. “Məqbər”dən misralar dedi. Göz yaşları yanaqlarına 
süzüldü. Axır vaxtlar Zəkəriyyə  tez-tez qızından söhbət açırdı. Mən isə Yıldız xanımı, 
ancaq  atasının,  anasının  xatirələrindən  tanıyırdım.  Sonra  gün  gəldi  ki,  1994-cü  ilin 
dekabr  ayında  məşhur  türk  jurnalisti  Mustafa  Əkməkçi  Bakıda  ikən  Yıldız  xanımın 
sözlərini mənə yetirdi: 
-Canım  qardaşım!  Yıldız  xanım  mənə  tapşırıb  ki,  Bakıda  bir  Aqşin  Babayev  var. 
Onu axtarın tapın, həm öz şəklini, həm anamın məzarının fotosunu mənə göndərsin. 
Mustafa  Əkməkçidən  ünvanı  aldım.  O  getdikdən  sonra  bir  fotoqrafçı  ilə  ikinci 
Fəxri  xiyabana  getdim.  Səbihə  Sərtəlin  məzarının  şəklini  və  öz  fotomu  çəkdirdim, 
Yıldız xanıma göndərdim. Təxminən beş-altı foto idi. Üstündən xeyli müddət keçəndən 
sonra günlərin birində Yıldız xanımdan təşəkkür dolu bir məktub aldım. Mənə elə gəldi 
ki,  bu  məktub  göz  yaşları  içində  yazılıb:  “Əzizim,  qardaşım  Aqşin  bəy!  Siz  mənə 
dünyaları  bağışladınız.  Şəkilləri  alıb,  bağrıma  basdım.  Sizdən  çox  xahiş  edirəm, 
İstanbula  yolunuz  düşəndə  məni  mütləq  arayın.  Siz  axı  mənim  atamla,  anamla  çiyin-
çiyinə çalışmısız. Ölmədən sizi görmək həsrətilə yaşayan:Yıldız Sərtəl”. 
Çox təəssüf ki, Yıldız xanımla görüşmək mənə qismət olmadı. 
Zəkəriyyə  bəy  tez-tez  deyirdi:  “Məndən  nə  soracaqsansa,  sor”  .  Və  bir  misal  da 
çəkdi:  “Dostlarımdan  biri  Parisə  uzun  müddət  yaşamağa  gəlmişdi.  Dedim  ona  ki,  sən 
əvvəlcə bir Eyfel qülləsini  yaxından gör. Dedi ki, buradayam da, gedib görərəm.  Gün 
gəldi  ki,  gecə  ilə  ona  Parisi  tərk  etmək  əmri  verildi.  Getdi,  özü  də  Eyfel  qülləsini 
görmədən. Ona görə də məndən nə soracaqsansa, sor”. 
Təəccüb etdim: 


 
62 
-Yəni siz qəflətən gedə bilərsiz? 
-Yox,-dedi.-Mən bunu elə-belə deyirəm. Bir də bundan sonra mənim yaşamağımın 
nə mənası var?! 
Bir gün işə gələndə Baş redaktorumla qarşılaşdım. “Sonra yanıma gələrsən”,-dedi. 
Getdim. 
-Xəbərin  var?  Zəkəriyyə  Sərtəl  Moskvaya,  oradan  da  Parisə  uçdu.  Daha  Bakıya 
dönməyəcək. 
Donub  yerimdə  qaldım.  Sonra  mən  Zəkəriyyə  Sərtəlin  taleyini  çox  izlədim.  Bir 
türk  qəzetində  oxudum  ki,  İstanbul  aeroportuna  gəlib,  ancaq  onu  Türkiyəyə 
buraxmayıblar.  Bir  xeyli  Parisdə  yaşayandan  sonra  ikinci  dəfə  Türkiyə  onu  qəbul 
etdi...Bu  qəbul  xəbərini  Parisdə  ikən  alan  Zəkəriyyə  Sərtəl,  özünün  yazdığı  kimi, 
sevindiyindən uşaq kimi ağlayır, gecələri yata bilmirdi. “Cumhuriyyət” qəzetinin 1977-
ci  il  19  fevral  tarixli  nömrəsi  qarşımdadır.  Yeddinci  səhifədə  qara  hərflərlə  bir  başlıq 
verilib:  “Zəkəriyyə  Sərtəlin  iyirmi  beş  illik  sürgün  həyatı  sona  yetir”.  Fransız  müxbiri 
Kosta  Dakontenin  apardığı  müsahibədə  Zəkəriyyə  Sərtəl  Sovetlər  Birliyində  keçirdiyi 
ağrılı –acılı günlərdən, başına gələn müsibətlərdən, bir sözlə, öz təbirilə desək, “sürgün 
həyatı”ndan  söz  açırdı.  Bu  həyatın  altı  illik  bir  parçası  Azərbaycanda  keçmişdi.  O, 
Bakıda  keçirdiyi  günləri,  Azərbaycan  radiosunda  işlədiyi  dövrü  məmnunluqla 
xatırlayırdı. Amma onun verdiyi müsahibədə yalan da vardı. 
İndi Zəkəriyyə Sərtəl həyatda yoxdur. Necə deyərlər, haqq dünyasındadır. “Ölənin 
dalınca  danışmazlar”,-deyirlər.  Allah  ona  rəhmət  eləsin.  O,  öz  ömrünün  altı  ilini 
Azərbaycan  radiosunun  türk  redaksiyasına  verdi.  Onun  bu  xidməti  unudulmazdır  və 
Zəkəriyyə  Sərtəlin  adı  Azərbaycan  radiosu  xarici  verilişlərinin  salnaməsində,  kiçik  də 
olsa,  özünəməxsus  bir  yer  tutur.  Bir  də  Zəkəriyyənin  sayəsində  biz  unudulmaz Səbihə 
xanımla  tanış  olduq.  O,  ürəklərdə  daim  yaşayan  bir  insandır.  Bunu  ölməz  sənətkar 
Nazim  Hikmət  də  həmişə  deyərdi,  şairin  bacısı  Samiyə  xanım  da...Bir  sözlə,  Səbihə 
Sərtəli yaxından tanıyan bütün insanlar... Məzarı nurla dolsun! 
1972-ci  ildə  Türkiyəyə  işləməyə  gedəndə,  Moskvada  Sovet  İttifaqı  Kommunist 
Partiyasının  Mərkəzi  Komitəsində  bizi-  məni  və  həyat  yoldaşımı  qəbul  etdilər  və 
bizimlə  söhbət  apardılar.  Mənə  möhkəm-möhkəm  tapşırdılar  ki,  sən  Nazim  Hikməti 


 
63 
Türkiyədə  işlədiyin  müddətdə  unut.  Yəni  Nazim  Hikməti  görməmisən,  onunla 
görüşməmisən,  onun  haqqında  heç  bir  təsəvvürün  yoxdur.  Çünki,  türk  xalqı  Nazim 
Hikməti sevmir və ona nifrət edir. 
Ancaq  mən  Türkiyəyə  gələndən  sonra  bunun  tam  əksini  gördüm.  Elə  işlədiyim 
yerdə  Ercan  Yüzərəroğlu  adlı  bir  həmkarım  Nazim  Hikməti  sevmək  bir  yana  dursun, 
onun  şeirlərini  əzbər    deməkdən  yorulmurdu.  Həqiqətən  də  mən  Türkiyədə  işlədiyim 
illərdə  Nazim    Hikmətə  olan  böyük  bir  sevginin  şahidi  oldum.  İskəndərunda  hər  səhər 
ilk işim türk qəzetlərinin xülasəsi ilə rəisimi tanış etmək idi. Bir səhər Türkiyədə çıxan 
“Günaydın”,  “Cumhuriyyət”,  “Milliyyət”,  “Yeni  ortam”  qəzetlərini  vərəqləyəndə 
Zəkəriyyə Sərtəlin portetini gördüm. “Zəkəriyyə Vətəninə qovuşmaq istəyir, amma onu 
Türkiyə  qəbul  etmir”  kimi  yazılar  vardı  “Milliyyət”qəzetində.  Rəisimə  geniş  məlumat 
verdikdən  sonra  tərcümə  işlərinə  başladım.  Günorta  yeməyinə  gedəndə  sürücümüz 
Fərrux yanındakı qəzetlərə işarə ilə: 
-Əfəndim,  -dedi.  -  Bizim  Zəkəriyyə  Bakıda  da  yaşayıbmış.  Siz  onu  heç 
gördünüzmü? 
-Gördüm,-dedim. 
-Rica edirəm vaxtınız olanda danışın, lütfən, Zəkəriyyə Bakıda neylirdi? 
-Yaxşı,-dedim.-Bu istirahət günü Adanaya getməliyik. Yolda danışaram. 
Hər şeyə maraq göstərirdi şoferimiz Fərrux. Ən böyük məşğuliyyəti qəzetlərdi. Hər 
şeydən xəbərdardı. Bəli, istirahət  günü Adanaya gedəndə  Fərruxa Zəkəriyyə haqqında 
danışdım və Bakıda Zəkəriyyə ilə bağlı günlər birər-birər gözlərim önündən gəlib keçdi. 
Yaxşı  yadımdadır.  Bir  dəfə  Moskvada  Nazimin  evində  qonaq  olarkən  söhbət 
Zəkəriyyədən  düşdü.  Nazim  onu  soruşdu.  Özü  də  bir  dəfə  yox.  Bir  neçə  dəfə.  Hətta 
Zəkəriyyədən xeyli söhbət edib evdən çıxandan sonra da yolda mənə tapşırdı: 
-Muğayat olun ondan. Zəkəriyyə çox böyük adamdır. 
O  vaxt  Zəkəriyyə  Sərtəllə  bərabər  Azərbaycan  radiosunda  bir  türk  də  işləyirdi. 
Affan İkmek əfəndiydi adı. Nazim onu da məndən soruşdu: 
-Affan əfəndi necədir? 
-Yaxşıdır.-dedim. 


Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə