Aqşin Babayev



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə16/76
tarix16.08.2018
ölçüsü2,6 Mb.
#63569
1   ...   12   13   14   15   16   17   18   19   ...   76

 
51 
“Rus  yazar  və  türkşünas  Radiy  Fiş  öləndə  vəsiyyət  edib:  Heç  olmasa  külümü 
Türkiyəyə aparin... O özünü bir türk insanı sanırmış. 
Bəlkə  də  otuz  illik  bir  vaxtı  əhatə  eləyir,  mən  bu  ifadəni  oxuyub  yaddaşa  aldığım 
(inanın ki, yaddaşım bir o qədər möhkəm olmasa da) bu fikirlər  yaddaşımdan silinmir. 
Radiy  Fişin Nazim Hikmət haqqında... qələmə aldığı bir  kitabda aşağıdakı fikirlər  yer 
alıb:  “Dahilər  100  ildə  bir  dəfə  doğulur.  XX  əsrdə  bu  Türkiyənin  payına  düşmüşdür. 
Nazim Hikmət orda doğulmuşdur.” 
... Bir yəhudi kökənli insanın bir türk kökənli şair haqqında yazdığı kitab sovetlərin 
buro-buro  vaxtında    əl-əl  gəzirdi  və  həmin  kitab  çox  keçmədən  bizim  türkcəyə  də 
çevrildi. (Əsər yazıçı Vaqif Nəsib tərəfindən dilimizə çevrilmişdir.-A.B)  
Təbii,  kitabın  böyük  bir  sevgi  ilə  yazıldığı  bizim  hamımıza  məlum  və  bu  gün 
Nazim  Hikmət  şəxsiyyəti  məlum  səbəblər  ucbatından  bir  çox  mübahisələr  yaratsa  da, 
onun  yaradıcılığı  bir  çox  yeni  fikirlərin  doğulmasına  səbəb  olsa  da,  onun  böyük  bir 
düha  olduğu  və  XX  əsr  şairləri  arasında  yer  aldığını  heç  erməni  də  dana  bilməz  və 
dananlar  varsa,  bəlkə  də  müəyyən  haqq  daxilində  haqlıdırlarsa,  onda  gərək  insafı  bir 
qırağa  qoyub  öz  adını  da  dansın  və  mən  belə  güman  edirəm  ki,  bu  inkarların  fonunda 
bir az da bizim əsrin yeni bəlası olan bir reklam yatmaqdadır. 
Nazim Hikmətin Moskva illərində dostlarından ədəbiyyatçı  və turkoloq Radiy  Fiş 
bu  dünyaya  gözlərini  yumanda  Nazim  Hikmətin  ölkəsində,  Türkiyədə  torpağa 
verilməyi,  basdırılmağı  vəsiyyət  etmişdi.  Türk  dostlarından  olan  Mustafa  Öztürkün 
verdiyi  bilgilərə  görə,  “heç  olmasa  öləndən  sonra  yandırıldıqda  külünün  Türkiyəyə 
aparılmasını istəmişdi.” 
Bir  ədəbiyyatçı  alim  və  Türkiyəni  də,  Rusiyanı  da  yaxşı  tanıyan  Radiy  Fiş 
ömrünün son çağlarında verdiyi müsahibədə hətta bir az da siyasətçi kimi düşüncələrini 
bəyan  edib  və  fikirlərini  açıqlayıb.  Və  bu  açıqlamaları  eləyərkən  onun  bir  o  qədər  də 
nikbin olmadığı o saat diqqəti çəkir: “Türklər bir yandan Rusiyada bir çox işlər görür və 
bir  çox  paralar  buraxır  bu  ölkəyə,  bir  yandan  da  yenə  də  o  köhnə  düşmənlik  davam 
etməkdədir.  Hara  gedirik,  bəlli  deyil.  Gələcək  necə  olacaq,  bəlli  deyil.  Xalq  yoxsulluq 
içində. Xalq bunun içindən necə çıxacaq. Bu sual çox çətin bir sualdır. 


 
52 
Özünün külünün Türkiyəyə gətirilməsini vəsiyyət edən Radiy Fiş Nazim Hikmətin 
məzarının  Türkiyəyə  gətirilməsinin  əleyhinədir:  “Məzarını  Türkiyəyə  gətirməkdənsə, 
onu burada məzarda rahat yatmağa mane olmasınlar”. 
Çox düşündürücü fikirlərdir, elə deyilmi?” 
Tofiq Abdin Nazim Hikmətlə əlaqədar mətbuat səhifələrində bir silsilə məqalə ilə 
çıxış  edib.  Amma  çox  təəssüf  ki,  bu  günə  qədər  biz  bu  məqalələrin  toplusunu  görə 
bilmirik. Bu barədə Tofiq Abdinlə söhbətimiz oldu. Sponsorlardan gileyləndi. Nə etmək 
olar.  Görünür  bir  gün  bu  məqalələri  biz  ayrıca  kitab  şəklində  görəcəyik.  T.Abdinin 
maraqlı məqalələrindən biri də “Ədalət” qəzetinin 13 sentyabr 2003-cü il tarixli sayında 
çap  olunmuşdur.  Məqalə  belə  adlanır:  “Nazim  Hikmətə  iki  baxış”.    Müəllif  yazır: 
“Ümumiyyətlə  götürsək,  hər  hansı  bir  hadisəni  və  cəmiyyətdəki  olayları  iki  rəngdə 
görmək kimi bir xasiyyətimiz var bizim. Qara və ağ rəngdə. Buna xata da demək olar. 
Kimimiz  Nazim  üçün  nifrət  türküləri  söylərkən,  kimimiz  də  heyranlıq  şarkıları 
oxuduq”. (Çox təəssüf ki, Tofiq Abdini çox erkən itirdik. Allah rəhmət eləsin!) 
Nəhəng şəxsiyyətlərə həmişə ikili  münasibət  olmuşdur. Ölməz Sabirin “Yoxsa bu 
ayinədə  əyri  görürsən  özünü”  fikri  həmişə  müasirdir.  Banklarda  çek  dəftərləri  olan 
milyarderlər,  acından  ölənlərə  rəhm  etməyənlər,  hər  şeyi  qara  eynək  arxasından 
görənlər  Nazimi  necə  sevə  bilər?  Ortada  bir  kommunistlik  də  varsa!  Tutaq  ki,  biz, 
“Sözüm  Nazim  Hikmət  düşmənlərinədir”  adlı  məqaləmdə  dediyim  kimi,  Nazimin 
kommunist  ruhlu  şeirlərini  yandırdıq.  Yerdə  qalan  əsərlərinə  sənət  nümunələri  demək 
olmazmı?  Mən  elə  şairlər  göstərə  bilərəm  ki,  kommunist  ideologiyası  öldükdən  sonra 
onların  da  əsərləri  ölüb.  Amma  Nazim  Hikmət  axı  belə  şair  deyil.  Onun  “İnsan 
mənzərələri”  epopeyası,  dram  əsərləri,  vətən  həsrətli  şeirləri  poeziya  və  dramaturgiya 
xəzinəsinin  gözəl  nümunələri  deyilmi?  Nihilistlər  elə  güman  edirlər  ki,  vaxt  gələcək 
Nazim  Hikmət  tarix  səhnəsindən  tamamilə  silinəcək.  Onlar  ağıllarına  da  gətirə 
bilməzdilər ki, Nazim Hikmət yaradıcılığı türk balalarının dərsliklərinə salınacaq, onun 
haqqında  sənədli  filmlər  çəkiləcək  və  bir  gün  mətbuatda  belə  xəbər  işıq  üzü  görəcək: 
nəhayət, Türkiyədə - Antalyada şairin heykəli ucaldıldı! Nazim haqqında film çəkildi!  
Film  haqqındakı  xəbəri  oxuyuruq:  “Dünyaca  ünlü  şair  Nazim  Hikmətin  18  ilini 
əhatə eləyən bir zaman kəsiyini ekrana daşıyan “Mavi gözlü dev” filmində şairin rolunu 


 
53 
Yetkin  Dikincilər,  həyat  yoldaşlarını  isə  Başak  Köklüqaya  ilə  Pelin  Batu 
canlandıracaqlar.  Filmin  rejissoru  Biket  İlhan,  operatoru  isə  Metin  Belgindir.  “Mavi 
gözlü  dev”  filmi  üçün  Türkiyənin  Turizm  və  Kültür  Bakanlığından  35  milyard  türk 
lirəsi ayrılmışdı.” 
N.Hikmət  tədqiqatçılarından  biri  də  Azərbaycan  Respublikasının  Türkiyədə-
İstanbulda Baş konsolu işləmiş şair Abbas Abdulladır. Onun  “Gördüyüm və sevdiyim 
Nazim  Hikmət”  adlı  kitabı  Nazim  irsinin  öyrənilməsi  sahəsində  qiymətli  bir  əsərdir. 
Həcmcə kiçik olmasına baxmayaraq, burada çox maraqlı faktlar vardır. Abbas Abdulla 
yazır:  “Mən  Nazimi  bir  türk  kimi  tanımışam  və  bir  türk  kimi  sevmişəm.  Sovetlər 
Birliyində türk sözü, türk milləti bizim üçün qadağan olunanda o, bizim və özünün türk 
olduğunu  var  səsi  ilə  elan  edirdi.  Bütün  bunları  dilə  gətirdiyimə  görə  Türkiyədə 
millətçilər  də,  solçular  da  mənə  düşmən  kimi  baxırdılar.  Sağçıların  kommunisti 
milliyyətçi  kimi  təqdim  etməyim  xoşlarına  gəlmirdi,  solçuların  da  onun 
kommunistliyini dilə gətirməməyim. 
Mən sözümdən dönmürəm, Nazim Sovetlər Birliyində türk idi və türkçü idi.”  
*   *   * 
Nazim  Hikmət  yaradıcılığının  tədqiqi  ilə  əlaqədar  çox  xoş  sözlər  eşitmişəm. 
Ünvanıma  səmimi  sözlər  deyilib.  İstər  Azərbaycanda,  istər  Rusiyada,  istər  Türkiyədə. 
Sovet  dövründə  bu  mövzuda  heç  bir  tənqidi  söz  eşitməmişdim.  Müstəqillik  dövründə 
demokratiyadan  sui-istifadə  edən  cızmaqaraçılar  əleyhimə  zəminsiz  sözlər  söyləməyə 
başladılar.  “Ədəbiyyat”  qəzetinin  15  noyabr  2002-ci  il  tarixli  nömrəsində  Azərbaycan 
Yazıçılar Birliyi Katibliyinin “Düşmən ocaq başında” adlı məlumatında deyildiyi kimi: 
“Kimlər  qaldı  təhqir  etmədikləri  –  Bəxtiyar  Vahabzadə,  Qabil,  Anar,  Fikrət  Qoca, 
Elçin, Vaqif Səmədoğlu, Sabir Rüstəmxanlı, Nizami Cəfərov, Aqşin Babayev, Ələkbər 
Salahzadə və daha kimlər, kimlər...” 
Bunların  məndən istədikləri nə idi? Nəyə görə məni tənqid edirdilər? 
Birinci  mətləb.  Nə  üçün  mən  Rəsul  Rza  poeziyasını  Nazim  Hikmətlə  müqayisə 
edirəm.  Hətta  birisinin  fikrincə,  Rəsul  Rzanı  Nazim  Hikmətlə  eyni  gözdə  görmək 
Nazim  Hikmətə  guya  təhqirmiş.  Görəsən  niyə?  Görəsən  bu  “birisi”  başa  düşmür  ki, 
Rəsul  Rza  Azərbaycan  ədəbiyyatının  yenilikçi  şairi,  parlaq  simasıdır.  Görəsən  bu 


Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə