Aqşin Babayev



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə13/76
tarix16.08.2018
ölçüsü2,6 Mb.
#63569
1   ...   9   10   11   12   13   14   15   16   ...   76

 
42 
Nazim Hikmətin xatirələrindən: 
“Mən  həbsxanadan  xalqımın  və  başqa  dünya  xalqlarının,  onların  mütərəqqi 
dəstəsinin tələbi ilə azadlığa buraxılmışam. Türkiyənin hakim dairələrinə qalsa idi, yenə 
məni  həbsxanada  çürüdərdi.  Türkiyədə  belə  bir  qanun  var.  Neçə  yaşın  olursa  olsun, 
hərbi  xidmətə  getməlisən.  Həbsxanadan  çıxandan  sonra  məni  əsgərliyə  çağırdılar. 
Halbuki,  mən  hərbi  dənizçilik  məktəbində  oxuyanda  sətəlcəm  xəstəliyindən  sonra 
çürüyə  çıxarılmışdım.  (çürüyə  çıxarılmaq,  yəni  ordu  üçün  yararlı  olmamaq  deməkdir  - 
A.B.)  Bu  barədə  həbsxanadakı  sənədlərimin  içərisində  bunu  təsdiqləyən  arayış  da   var 
idi. Məcbur olub yaxın dostlarımdan birini həbsxana arxivinə göndərdim, daha doğrusu, 
dostum özü bu təşəbbüsdə bulundu, amma sənədlərimin arasından bu kağız çıxarılmış, 
"yox edilmişdi". Məsələ aydın idi. O vaxt mənim 48  yaşım  vardı. Səhhətim də normal 
deyildi.  Eynilə  bizim  məşhur  türk  nasirimiz  Səbahəddin  Əli  kimi  məni  də  öldürmək 
istəyirdilər.  Ona  görə  də  məcbur  olub  Moskvaya  gəldim.  Mən  Türkiyədən  ayrılandan 
sonra  arxamca  böhtan  yazanlar  oldu.  Hətta  mənə  xain  də  deyildi.  Ancaq  belə  şeylərə 
görə ürəyimi sıxmıram. Əsas odur ki, mənə xalqım xain deməsin.” 
Yeri  gəlmişkən,  Türkiyədə  yaşayan  nazimsevərlərdən  biri  –  İbrahim  Pekbay 
“Akın” qəzetində belə yazır: 
“Tarix  Nazim  Hikmətlə  bağlı  qərarını  verəcək.  Bu  işi  tarixin  öhdəsinə  buraxaq. 
Amma  bir  şey  həqiqətdir  ki,  Nazim  türkdür.  Onun  türk  olması  vətəndaşlıqdan 
çıxarılmaqla  və  ya  təkrar  vətəndaşlığa  qəbul  olunmaqla  müəyyən  edilmir. 
Vətəndaşlıqdan  çıxarılması  onun  bir  vətəndaş  kimi  öz  haqlarından  istifadə  edib-
etməyəcəyindən asılı idi. Yoxsa ki, Nazim kim nə deyirsə desin, təpədən dırnağa qədər 
türkdür və bir türk şairidir. Nazim Hikmətin niyə Rusiyaya  gedib  və Rusiyada qaldığı, 
bəzilərinin  təbirincə  desək,    “Rusiyaya  qaçdığı”  onun  yaşadığı  dövrlə  bağlı  idi.  Bəs, 
görəsən  Nazim  bu  gün  yaşasaydı,  onun  “Rusiyaya  qaçmasına” hər  hansı  bir  səbəb  ola 
bilərdimi?” 
Nazimin  bədxahları  onun  Moskva  həyatından  ağız  dolusu  danışırlar.  Halbuki 
Moskvada    zahiri  dəbdəbələrin,  gül-çiçək  dəstələrinin  arxasında  türk  oğluna  bir 
inamsızlıq  vardı.  Bunu  çoxumuz  bilmədiyimiz  üçün  Nazimi  ömrünün  sonuna  qədər 
kommunist  ideologiyasına  bağlı  bir  insan  kimi  təsəvvür  edirik.  Amma  əslində  belə 


 
43 
deyildi.  Mən,  Nazim  ömrünün  son  illərinin  şahidlərindən  biriyəm.  Əvvəldə  dediyim 
kimi  onun  yaradıcılığı  haqqında  dissertasiya  yazdığıma  görə  Nazim  Hikmətlə  sıx-sıx 
görüşürdüm,  teatr  tamaşalarına,  disputlara,  görüşlərə  onunla  bərabər  gedirdim.  Nazim 
nifrətini,  qəzəbini,  incikliyini  gizlətmədən  bizə,  yaxınlarına  deyirdi.  (Xalq  yazıçısı 
Anarın Nazim Hikmət və Rəsul Rza dostluğundan bəhs edən bir yazısında da bu mətləb 
vurğulanmışdır.) Nazim Hikmətin müəllimi hesab edilən türk jurnalisti Zəkəriyyə Sərtəl 
1978-ci  ildə  Türkiyədə  çap  etdirdiyi  “Nazim  Hikmətin  son  illəri”  adlı  kitabında  belə 
yazırdı: 
“Bir-birini qovalayan hadisələr Nazimi alt-üst etmişdi. Demək ki, çarlıq dövründən 
bu  günə  dəyişmiş  bir  şey  yox  idi.  Köhnə  tas,  köhnə  hamamdı.  Millətlərin  azadlıq  və 
istiqlaliyyəti, inqilabın uğurları ətrafında aparılan təbliğat boş sözdən ibarətmiş. Demə, 
burada da insanın həyatı güvənli deyilmiş, burada da millətlər millətləri istismar edirmiş 
və s. 
Məhz bu duyğuların təsiri altında Nazim belə bir dərdlə qovrulub-yanırdı: 
-  Bunlar  faşizmə  yaxınlaşmışlar,  canım,  bizim  röyasını  gördüyümüz  sosializm  bu 
deyil. 
...  Vətənə  o  qədər  dönmək  istərdi  ki,  bunun  üçün  ömrünün  yarısını  verməyə 
razıydı: - Nə böyük eşşəklik etmişik, niyə gəldik buralara?” 
Nazim Hikmət rus rəssamı Repin haqqında belə bir cümlə işlətmişdi: “Mən Repini 
sevmirəm, çünki o, məni axmaq hesab edir.” Nazim demək istəyirdi ki, təsviri sənətdə 
fotoqrafçılığa meyl, yəni hər şeyi olduğu kimi əks etdirmək tamaşaçı üçün “yaradıcılıq 
payı”  saxlamamaq  deməkdir.  Repin  haqqında  deyilmiş  bu  cümlənin  üstündə  Nazimin 
başı  çox  ağrımışdı.  Onun  “İvan  İvanıç  varmıydı,  yoxmuydu?”  pyesinin  repertuardan 
çıxarılması  bir  türk  oğlunun  –  Nazim  Hikmətin  Sovetləri  bəyənməməsi  ilə  bağlı  idi. 
Nazim bu pyesdə sovet cəmiyyətini uçuruma aparan bürokratizmi ifşa etmişdi. Özü də 
elə  bir  vaxtda  ki,  ədəbiyyat  hələ  “ümumproletar  işinin  vintciyi”  idi.  Adı  çəkilən  dram 
əsəri Moskvada Vaxtanqov teatrında cəmi beş dəfə oynandı... 
N.Hikmətin  bir  şeiri  var.  Ölümlə,  onun  dəhşəti  ilə  bağlıdır.  Həyatının  son 
dəqiqələrini  yaşayan  bir  insanın  dili  ilə  şair  yazırdı  ki,  ölmək  istəmirəm.  Şimala 


 
44 
aparmayın məni. Cənuba aparmayın məni. Ölmək istəmirəm…  Məni burda qoymayın, 
aparın bir yerə. Ölmək istəmirəm, ölmək istəmirəm." 
Həmişə  bu  şeiri  xatırlayanda  əlacsızlıq  içərisində  çabalayan,  ömrü  çırpıntılı, 
səksəkəli  bir  yuxuya  bənzəyən  Nazim  Hikmət  taleyini  düşünürəm.  Son  dəfə  həmişəlik 
gəldiyi Moskvadan geriyə - Türkiyəyə yolu bağlı idi. Yaşadığı mühit onu alqışlara, gül-
çiçək dəstələrinə bürüsə də, bu zahiri dəbdəbənin arxasında cəmiyyətin eybəcərliklərini 
apaydın  görürdü.  Təmiz,  sadə,  günahsız  türk  inqilabçılarının,  o  cümlədən  Nazimin 
dostu İkmek Affanın  Sibirə sürgün edilməsinin, Müşfiqin, Cavidin faciəsinin köklərini 
araşdırır,  araşdırdıqca  da  dəhşətə  gəlirdi.  Belə  müdhiş  duyğularla  yaşayır,  səbr  edirdi. 
Günlərin birində bu səbr daşı çat-çat oldu... 
Nazim  Hikmətin  arvadı  Vera  Tulyakovaya  yazdığı  son  şeirindəki  “Gəldim. 
Qaldım.  Güldüm.  Öldüm”  sözləri  bütün  Rusiya  mühitinə  aid  idi.  Gənclik  illərində 
Moskvaya vurulmuş Nazim Hikmət 50-ci illərin sonunda bütün inamını itirmişdi. İnamı 
itirmək isə bütün faciələrin ən dəhşətlisidir.  
Nazim  sosializm  cəmiyyətinin  eybəcərliyini  gördükdən  sonra  buna  dözmədi.  Bir 
yandan  da  məmləkət  həsrəti.  Oğluna  göndərdiyi  oyuncaqların  geri  qayıtması  acısı. 
Varnadan  oğluna  səslənməsi,  tək  -  tənha,  hər  əzaba  qatlaşan  Münəvvərini  xatırlarkən 
dərin peşimançılıq hissi ... Bütün bunlar Nazimi sarsıtdı və Vala Nurəddinin sözləri ilə 
desək: “Bu dünyadan Nazim geçdi”. 
Nazimin  bədxahları  arasında  onun  öz  ana  dilinə  xor  baxmasını  belə  iddia  edən 
insafsızlar  var.  Halbuki,  Nazim  belə  deyirdi:  "Dünyanın  ən  yaxşı  insanlarından  olan 
türk xalqının  və dünyanın ən  gözəl  dillərindən biri  və bəlkə də ən başda gələnlərindən 
olan  türk  dilinin  yabançı  diyarlarda  tanınmasına  vəsilə  ola  bilmək  ömrümün  ən  böyük 
sevinci  və  şərəfidir.  Bir  kəndli  torpağını  və  öküzünü,  bir  dülgər  taxtasını  və  rəndəsini 
necə sevirsə, mən də türk dilini elə sevirəm." 
Türkiyədə  bir  Pəyami  Səfa  vardı.  Nazim  Hikmətin  qatı  düşməniydi.  Nazim 
Hikmətlə  onun  arasında  hər  iki  şairin  gənclik  illərində  elə  mübahisələr  olurdu    ki,  bu 
çəkişmələr  bütün  ədəbi  ictimaiyyətin  müzakirə  obyektinə  çevrilirdi.  Sənətin  fövqündə 
dayanan  iki  böyük  şəxsiyyətin,  iki  türkün  bir-birinə  qarşı  hücumları  ideya  mübarizəsi 
idi.  Nazim  solçu  idi,  Pəyami  sağçı.  Onların  həyata  baxışları  zidd  qütblərdə  idi.  Bu 


Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə