Aqşin Babayev



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə12/76
tarix16.08.2018
ölçüsü2,6 Mb.
#63569
1   ...   8   9   10   11   12   13   14   15   ...   76

 
39 
Gənco  Erkal:  Üzr  istəyirəm,  mən  bir  də  müdaxilə  edim.  Nazim  Hikmət  bütün 
insanların  xoşbəxt  olacağı  bir  cəmiyyət  arzulayırdı.  İdeal  bir  cəmiyyət.  O,  bütün 
əsərlərində  bu  problemə  toxunmuşdu.  Sülh  uğrunda  fəal  mübariz  insan  idi  o.  Nazim 
Hikmət  bəşəriyyətin  oğludur,  bütün  dünyaya  xas  şəxsiyyətdir.  Bəziləri  deyirlər  ki, 
Nazim Vətənini sevməyib, atıb gedib. “Vəsiyyət” şeirini yadınıza salın. “Anadoluda bir 
köy  mezarlığına  gömün  beni”  deyən  şair  ömrü  boyu  Vətən  həsrəti  ilə  yaşadı. 
Məmləkətinə qovuşa bilmədi.” 
Nazim Hikmətin 100 illik yubileyi ilə əlaqədar həm Türkiyədə, həm Azərbaycanda 
müxtəlif broşürlər, tədqiqat işləri çap olundu. Şairin yubileyi münasibəti ilə Bakıda nəşr 
olunan “Oğuz  eli” qəzetinin 2002-ci il  yanvar nüsxəsi  “Xüsusi buraxılış” kimi Nazim 
Hikmətə  həsr  olunmuşdu.  Bu  buraxılışın  baş  redaktoru  nazimşünas  Azər  Abdulla  belə 
yazmışdı:  “Dünyada  tanınıb  sevilən,  türk  dünyasının,  eləcə  də  Azərbaycanın  görkəmli 
şairlərindən biri  olan böyük Nazim Hikmətin 100 illik  yubileyi qarşısında çap olunası 
«Buraxılış»  sayının  bütün  yazıları  hazır  olandan  sonra  həmin  «Buraxılış»ın  redaktoru 
kimi,  həm  də  Nazimin  Azərbaycandakı  araşdırıcılarından  biri  kimi  masanın  arxasında 
əyləşib balaca bir baş məqalə, yaxud ön söz əvəzi yazmaq istəyəndə böyük sənətçinin 
əzbərdən  bildiyim  onlarla  gözəl  şeirləri,  adamı  silkələyib  titrədən,  həm  də  gözəlliyə, 
ümidə səsləyən saysız-hesabsız misraları məhz Azərbaycanımızla bağlı yazdığı şeirləri, 
Dövlət  Dram  Teatrımızda  oynanılmış  pyesləri,  onun  əsəri  əsasında  yaranmış  baletin 
dəfələrlə  səhnəmizdə,  eləcə  də  bir  çox  ölkələrin  səhnələrində  uğurla  göstərilməsi, 
filmlərin  çəkilməsi,  şair,  yazıçılarımız  və  ayrı-ayrı  sənətçilərimizlə  dostluq  məqamları, 
poeziyamız,  ədəbiyyatımız,  incəsənətimizlə  bağlı  yazdıqları,  söylədikləri  dəyərli 
fikirləri,  şairin  keçdiyi  məşəqqətli,  faciəvi  ömür  yolu,  şəxsiyyətinə,  sənətinə  yanaşmaq 
(həm  Türkiyədə,  həm  də  Azərbaycanda)  məsələsi  bir  yanda  qaldı,  Nazimin  1959-da 
yazdığı,  son  on  ildə  ən  çox  xatırlayıb  bəzən  içimdə,  bəzənsə  evimdə,  iş  yerimdə, 
küçədə,  parkda...  kiminsə  eşidib  məni  dəli  sanacağının  fərqinə  varmadan  ucadan, 
hərdən  də  lap  qışqıra-qışqıra  “ŞƏHİDLƏR”  şeirini  demişəm.    Bu  şeirdəki  Sakariya, 
Afyon,  Dumlupınar,  Aydın,  Antep  əvəzinə  çox  vaxt  çaşaraq  (çaşmağa  bir  bax!) 
Zəngilan, Cəbrayıl, Füzuli, Ağdam, Kəlbəcər, Şuşa demişəm və görmüşəm ki, bir vətən


 
40 
bir  soy  övladı  kimi  Nazim  də  Mirzə  Cəlil,  Ələkbər  Sabir  təki  bu  gün  yaşamaqda, 
mübarizədə və bizimlə eyni dərdlər içində yanıb qovrulmaqdadı”. 
Bu  «Xüsusi  buraxılış»da  Rəsul  Rzanın,  Nigar  Rəfibəylinin,  Anarın,  Mövlud 
Süleymanlının  ürək  sözləri  ilə  yanaşı,  Nazim  Hikmətin  yaxın  dostu  olmuş  rəssam 
İbrahim  Balabanın,  Mustafa  Necati  Səpətçioğlunun,  Əziz  Nesinin,  Nobel  mükafatı 
laureatları  Anger  Miquelin,  Pablo  Nerudanın,  İlya  Erenburqun  və  başqa  sənət 
xadimlərinin qiymətli fikirləri də əks etdirilmişdir. Buraxılışda maraqlı bir fakt da var. 
Onu  xüsusilə  qeyd  etməyi  lazım  bildik.  Türkiyənin  bir  vaxtlar  Baş  naziri  olmuş 
Süleyman  Dəmirəl  2000-ci  ildə  Türkiyə  Cümhuriyyətinin  Prezidenti  olarkən  dövlət 
başçılarının iştirakı ilə keçirilən zirvə toplantısında Nazim Hikmətin şeirini oxumuşdu. 
Halbuki,  bir  vaxt  o  yazmışdı:  “Oğlunu  Türkiyə  Kommunist  Partiyasına  əmanət  etmiş 
Nazim Hikmət Vətən şairi ola bilməz.” Etiraf özü çox böyük ucalıqdır, paklıqdır. Biz də  
Nazimi bəyənməyən  bütün türkləri bu yola dəvət edirik. 
Nazim  Hikmətə  ikili  münasibət  olub  və  görünür  həmişə  belə  olacaqdır.  Radioda 
işlədiyim  vaxt  mənim  bir  şöbə  müdirim  vardı.  O,  indi  haqq  dünyasında  olduğu  üçün, 
adını  yazmıram. İlk  gündən  o, Nazim Hikmət haqqında küfürlər söyləyirdi. Hətta  mən 
Nazim  Hikmətin  yaradıcılığını  namizədlik  dissertasiyam  üçün  mövzu  götürəndə  də 
narazılıqla  başını  buladı.  Onda  elə  bilirdim  ki,  Nazim  Hikməti  bəyənməyən  ancaq 
mənim şöbə müdirimdir. Sonra gördüm ki, yox. 
Nazim  Hikməti  sevməyənlər  iki  qrupa  bölünür.  Daha dəqiq  desək,  mən  onları  iki 
qrupa  ayırıram.  Birinci  qrupa  intellektual,  öz  ideyasının  mahir  biliciləri,  bir  sözlə, 
savadlı adamlar daxildir. İkinci qrupun nümayəndələri isə heç bir dəftərdə adı olmayan, 
sadəcə  Nazimi  inkar  edən  adamcıqlardır.  Birinci  qrupa  aid  olan  şəxslərin  adını  bu 
yazımda  çəkəcəyəm.  Amma  özlərini  hamıdan  ağıllı  bilənlərin  və  Nazim  Hikmət 
yaradıcılığından  xəbərdar  olmayan,  kommunist  olduğu  üçün  böyük  sənətkarı  inkar 
edən, onu kobud sözlərlə təhqir edənlərin heç birinin adını çəkməyəcəyəm. Bu, mənim 
haqqımdır. Daha dəqiq desək, buna ixtiyarım var. 
Bir  vaxtlar  Türkiyənin  məşhur  şairi  və  ideoloqu  Orxan  Seyfi  yazmışdı:  “Nazim 
üçün kommunizm bir dindir. Bir dəfə bu dinə inandıqdan sonra, ölənə qədər kor-koranə 
ona  sədaqət  göstərməyi  lazım  bilir.  Nazim  Hikmətin  yuxudan  oyanacağı  günü  bir  az 


 
41 
daha  gözləmək  lazımdır.”  Orxan  Seyfi  Nazimi  bəyənməsə  də,  onu  heç  vaxt  təhqir 
etməmişdi. Görürsünüz, dediklərində də həqiqət var. Sonralar  Nazim Hikməti sevənlər 
ürək  yanğısı  ilə  öz  duyğularını  ifadə  etdilər,  ancaq  şairi  qətiyyən  qınamadılar.  Nazimi 
sevməyənlər isə onun əleyhinə, kobud şəkildə desək, ağızlarına gələni yazdılar. Və mən 
də  bir  Nazim  Hikmət  tədqiqatçısı  kimi  onlara  cavab  verdim.  İstəyirəm  bu  barədə 
danışım. 
Əvvəlcə  sizə  bu  mətləblə  əlaqədar  qələmə  aldığım  “Sözüm  Nazim  Hikmət 
düşmənlərinədir” adlı məqaləmi təqdim edirəm: 
“Böyük  türk  şairi  Nazim  Hikmətin  100  illik  yubileyi  YUNESKO  xətti  ilə  dünya 
miqyasında qeyd edilir. İndi bu münasibətlə Nazim Hikmət haqqında müxtəlif kitablar, 
məqalələr,  xatirələr  çap  olunur.  Belə  yazılardan  biri  bu  günlərdə  bizim  mətbuat 
səhifələrində də işıq üzü görüb. Özü də bu məqalə beş il bundan əvvəl Türkiyədə “Tarix 
dərgisi”ndə çap olunub. Məqalə müəllifi Kazım Gültəpə nə deyir? 
Əvvəla, deyir ki, Nazim Hikmət guya özü etiraf edib ki, o, yəhudi əsilli polyakdır 
və  bundan  qürur  duyur.  Bu,  ağ  yalandır.  Nazim  belə  söz  deməyib.  Sonra  Kazım  bəy 
yazır  ki,  Nazim  ömrü  boyu  Türkiyəyə  və  türklüyə  hücumlar  edib.  Kazım  Gültəpənin 
tənqid  hədəfi  Nazimin  kommunistliyidir.  Onun  dediyindən  belə  çıxır  ki,  Nazim  necə 
böyük  sənətkar  olursa-olsun,  kommunist  olduğu  üçün  bir  heçdir,  onun  adı 
çəkilməməlidir,  birdəfəlik  unudulmalıdır.  Kazım  bəydən  soruşuruq:  əgər  Nazim 
Hikmətin  bütün  kommunist  ruhlu  şeirlərini  kitablarından  çıxarıb  atsaq,  yerdə  qalan 
bütün əsərlərini – lirik şeirlərini, poemalarını, dram əsərlərini, kinossenarilərini cild-cild 
kitablarda toplasaq, ona şair, dramaturq, ssenarist demək olmazmı? 
Bəli,  Nazim  kommunist  olub.  Gənc  yaşlarında  Moskvada  Şərq  Zəhmətkeşlərinin 
Kommunist  Universitetində  oxuduğu  illərdə  bu  ideologiyaya  bağlanıb,  amalı  (kağız 
üzərində  olsa  da)  sülh,  qardaşlıq,  bərabərlik  olan  ideallara  inanıb.  İnanıb,  amma  sonra 
xəyal  qırıqlığına  uğrayıb.  Kazım  bəy  kimi  bəzi  türklər  (bizim  azərbaycanlılar  arasında 
da  belə  düşünənlər  var)  Nazim  Hikməti  “vətəndən  qaçmaqda” günahlandırırlar  və  ona 
“vətən xaini” deyirlər.  
Nazim  heç  zaman  Türkiyənin  və  türklüyün  düşməni  olmayıb.  İndi  gələk  Nazim 
Hikmətin Vətənini qoyub “qaçmasına”. 


Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə