Aqşin Babayev



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə10/76
tarix16.08.2018
ölçüsü2,6 Mb.
#63569
1   ...   6   7   8   9   10   11   12   13   ...   76

 
32 
Nazim  Hikmət  yaradıcılığı  Azərbaycanda  təkcə  ədəbiyyatşünaslıq  nöqteyi-
nəzərindən deyil, fəlsəfi baxımdan da işlənmişdir. Deməyə borcluyam ki, bu sahədə ilk 
addım  atan,  namizədlik  dissertasiyasını  müdafiə  edən  və  sonra  da  elmi  əsərini  ayrıca 
kitab şəklində nəşr etdirən Aytən Babayeva olmuşdur. 
Müəllif bu əsərində Nazim Hikmətin fəlsəfi görüşlərində humanizm problemini üç 
aspektdə  şərh  etmişdir:  İnsan  problemi  və  bunun  Nazim  Hikmətin  dünyagörüşündəki 
yeri,  humanizm  probleminin  Nazim  Hikmət  dünyagörüşündə  transformasiyası  və 
Nazim Hikmətin ideya dünyası. 
Mən  inanıram  ki,  Nazim  Hikmət  yaradıcılığının  Azərbaycanda  tədqiqi  gələcəkdə 
bir  çox  aspektləri  əhatə  edəcəkdir.    Teatr  sənəti,  dil  problemi,  estetika  yönümündən 
Nazim  Hikmətin  poeziyası,  dramaturgiyası,  nəsri,  ssenariləri  alimlərimiz  tərəfindən 
tədqiq ediləcək, irəlidə daha sanballı, daha təqdirəlayiq əsərlər nəşr olunacaqdır. 
Mən öz nitqimi Nazim Hikmətə həsr etdiyim bir şeirimlə bitirmək istəyirəm: 
Salam, Nazim! 
Yüz yaşın mübarək, Nazim 
Sənin həsrətində olduğun 
İstanbula gəldim! 
Ölmədən əvvəl 
Bu günü görmək üçün 
muradıma ərdim! 
*** 
                      Bu gün Sən, 
                      bərbərin darağına belə üsyan edən 
                      saçlarınla, 
                     Günəşin türküsünü 
                     içən və günəşlənən sirdaşlarınla 
                     Məmləkətlər dolaşan 
                     ölməz sözlərinlə, 
                     Bizim Xəzər dənizinə bənzər 
                     mas-mavi gözlərinlə 


 
33 
                     Bizimləsən! 
*** 
                     Bu gün sən barış üçün can verən diləyinlə, 
                     Parça-parça bölünmüş dünyamızın 
Qəm yükünü daşıyan 
Çat-çat olmuş ürəyinlə, 
Qəlbindəki ağrıyla, acıyla, 
Bir də 
Gülhanə parkındakı Ceviz ağacıyla 
Bizimləsən! 
*** 
Bu gün sən Azərbaycan toprağında 
daim anılan, 
Bütün dünyamıza dalğa-dalğa yayılan, 
Gur səsli bir nəğməsən! 
*** 
Bu gün sən 
“Saçımızın ağında 
Ürəyimizin infarktında 
Alnımızın cizgilərində” yaşayırsan! 
Yüz min əlin var, ustad 
Yüz min əllə toxunursan İstanbula... 
Uğur ola! 
Uğur ola, ustad! 
Biz gedəriyik, 
Sən qalansan! 
Sən insanlıq yaşadıqca 
Qaranlıqları aydınlatmaq üçün 
Kərəm kimi yanansan! 
Kərəm kimi yanansan! 


 
34 
NAZİM  HİKMƏTİN  TÜRKİYƏ  VƏTƏNDAŞLIĞI 
 
Nazim  Hikmət  axırıncı  dəfə  Moskvaya  gəldikdən  sonra  o,  türk  vətəndaşlığından 
çıxarılmışdı.  Bunu  Türkiyənin  hakim  dairələri  elan  etmişdilər,  mətbuat  bu  elanı  öz 
səhifələrində  dönə-dönə  çap  etmişdi.  Böyük  sənətkarın  adını  «Vətən  xaini» 
qoymuşdular.  O  da  Türkiyənin  hakim  dairələrinə  müraciətlə  demişdi  ki,  əgər  Vətən 
sizin  çek  dəftərçələrinizdirsə,  acından  gəbərməkdirsə,  mən  belə  Vətənin  düşməniyəm. 
O,  1957-ci  ildə  məşhur  “Ceviz  ağacı”  şeirini  yazmışdı:  “Ben  bir  ceviz  ağacıyım 
Gülhane parkında, ne sen bunun farkındasın, ne de polis farkında.” Yəni Nazim Hikmət 
demək istəyirdi ki, siz hakim dairələr məni vətəndaşlıqdan çıxarsanız da, mən bir Ceviz 
ağacı  kimi  Gülhanə  parkındayam.  Bunu  nə  siz  görürsünüz,  nə  də  polis.  Yəni  mən 
Türkiyədəyəm – ruhumla, varlığımla, şeirlərimlə. 
Son  illər  Nazimə  türk  vətəndaşlığının  qaytarılması  ilə  əlaqədar  Türkiyənin  hakim 
dairələrinə  çoxlu  müraciətlər  göndərilmişdi.  Bu  müraciətlərdən  biri  haqqında  Bakıda 
çıxan  “Ekspress”  qəzetində  (8  noyabr  2000-ci  il)  bir  informasiya  verilmişdi. 
İnformasiya belə idi: 
“Türkiyədə solçular Baş nazirə müraciət ediblər. 
Onlar N.Hikmətin vətəndaşlığının bərpasını tələb edirlər. 
Türkiyənin sol yönümlü partiyaları, kommunistlər və sosialistlər vəfat etmiş böyük 
türk  şairi  Nazim  Hikmətin  ölümündən  sonra  vətəndaşlığının  bərpa  edilməsi  ilə  bağlı 
Baş nazir Bülənd Ecevitə müraciət ediblər. Müraciəti beş yüz min adam imzalayıb. 
Xatırladaq  ki,  Nazim  Hikmət  kommunist  olub  və  ömrünün  bir  neçə  ilini  həbsdə 
keçirib. 1950-ci ildə Türkiyədən qaçarkən şair vətəndaşlıqdan məhrum edilib. Ömrünün 
son  illərini  Moskvada keçirən  Nazim  Hikmət  bu  şəhərdə  də  vəfat  edib.  Sonralar  solçu 
partiyaların  fəaliyyəti  nəticəsində  şairin  üzərindən  “vətən  xaini”  damğası  götürülüb. 
Böyük türk  şairinin əsərləri əlli dilə tərcümə  edilib. Bir neçə  gün əvvəl isə  Türkiyənin 
Mədəniyyət Nazirliyi YUNESKO-ya məktub göndərərək Nazim Hikmətin 2002-ci ildə 
yüz illiyinin keçirilməsi ilə bağlı müraciət edib.”  
Nazim  Hikmətin  yüz  illik  yubileyi  ərəfəsində  Azərbaycan Yazarlar  Birliyi  Nazim 
Hikmətə  türk  vətəndaşlığının  qaytarılması  ilə  əlaqədar  Türkiyə  Cümhuriyyətinin 


 
35 
Prezidentinə,  Baş  nazirə  müraciət  etmişdi.  Günlərin  birində  Azərbaycan  mətbuatında 
maraqlı  bir  xəbər  çap  olundu.  Sən  demə,  Nazim  Hikmət  hər  zaman  Türkiyə 
Cümhuriyyətinin vətəndaşı olmuşdur. Həmin xəbəri sizə təqdim edirik: 
“Nazim Hikmət hər zaman Türkiyə Cümhuriyyətinin vətəndaşı olmuşdur. 
1951-ci  ilin  iyulun  25-də  Türkiyə  Cümhuriyyətinin  Nazirlər  Kabineti  Nazim 
Hikmətin  ölkə  vətəndaşlığından  çıxarılması  haqqında  qərar  qəbul  etmişdi.  Bu  qərar  ən 
çox  böyük  şairi  kədərləndirmiş,  qürbətdə  yaşasa  da,  bütün  yaradıcılığı  boyu  ana 
Vətəninə sevgi və həsrətini dilə gətirmişdir. Böyük şairin yüz illik yubileyi ilə əlaqədar 
Türkiyənin  bir  çox  ictimai  təşkilatı  hökumətə  Nazim  Hikmətin  vətəndaşlığının  bərpa 
olunması  barədə  müraciət  etmişdir.  Ölkənin  Daxili  İşlər  Nazirliyi  arxiv  sənədlərini 
araşdırmış və inanılmaz bir səhvi meydana çıxarmışdır. Rəsmi sənədlərə görə, şair heç 
bir  zaman  vətəndaşlıqdan  çıxarılmamışdır.  Vaxtilə  vətəndaşlıqdan  çıxarılan  Nazim 
Hikmət  rəsmən  heç  bir  zaman  mövcud  olmayan  şəxs  idi.  Böyük  şairin  tam,  rəsmi 
sənədlərdə  gedən  adı  isə  Mehmet  Nazim  Randır.  Bu  səbəbdən  də  əslində  şair 
vətəndaşlıqdan  çıxarılmamışdır.  Hətta  Türkiyə  Daxili  İşlər  Nazirliyinin  rəsmi 
sənədlərinə əsasən, Mehmet Nazim Ran hələ də sağdır və 100 yaşındadır. Şairin heç bir 
zaman ləğv olunmayan vətəndaşlıq qeydiyyat nömrəsi isə 2075306252-dir. 
Uzun  zamandır  Türkiyədə  Nazim  Hikmətin  vətəndaşlığının  bərpa  edilib-
edilməməsi mövzusunda müzakirələr aparılırdı. Daxili İşlər Nazirliyi tərəfindən verilən 
məlumat buna son nöqtəni qoydu. Nazim Hikmət hər zaman Türkiyə Cümhuriyyətinin 
vətəndaşı olmuşdur.” 
Qeyd. Sonralar N.Hikmətin Türk vətəndaşlığı rəsmi şəkildə bərpa olundu
 
 
 
 
 
 
 
 


Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə