Aqşin Babayev



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə18/76
tarix16.08.2018
ölçüsü2,6 Mb.
#63569
1   ...   14   15   16   17   18   19   20   21   ...   76

 
58 
Münəvvərə  dərin  rəğbət  bəsləyən  nazimsevərlərin  hüznünü,  başsağlığını  qəbul  et, 
Mehmet.  Azərbaycan,  Bakı  Nazim  və  Münəvvər  yadigarının  yolunu  həmişə  həsrətlə 
gözləyir”. 
 
“Ədəbiyyat qəzeti,” 29 may 1998-ci il.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
59 
Zəkəriyyə Sərtəl 
 
Zəkəriyyə  Sərtəl  Türkiyənin  məşhur  jurnalisti  idi.  1924-1931-ci  illərdə  “Rəsimli 
ay”  adlı  məcmuənin  redaktoru  olmuşdu.  Həyat  yoldaşı  Səbihə  Sərtəl  onun  ideya 
silahdaşı idi. Tanınmış filosof idi. Yəqin ki, türk ədəbiyyatı ilə maraqlananlar Zəkəriyyə 
Sərtəlin  Nazim  Hikmət  haqqında  yazdığı  “Mavi  gözlü  Dev”,  ”Nazim  Hikmətin  son 
illəri”  və  Səbihə  Sərtəlin  “Roman  kimi”  kitablarını  oxuyublar.  Onların  hər  ikisi 
mütərəqqi  ruhlu  şəxsiyyətlərdi.  N.Hikmət  Zəkəriyyə  Sərtəli,  özünün  müəllimi  hesab 
edirdi.  Çünki  şair  “Rəsimli  ay”  da  məqalələr  çap  etdirəndə  Zəkəriyyə  ona  çox  böyük 
qayğı  göstərir,  məsləhətlər  verirdi.  Tale  elə  gətirmişdi  ki,  Zəkəriyyə  Sərtəl  və  Səbihə 
Sərtəl  Türkiyədən  qovulmuşdu.  Onların  mətbəəsini  dağıdıb,  özlərini  öldürmək 
istəmişdilər.  O  vaxtlar  qəzetlərin  birində  belə  bir  karikatura  da  verilmişdi:  qırmızı  atın 
üstündə  Səbihə,  arxasında  da  Zəkəriyyə  təsvir  olunmuşdu.  Zəkəriyyə  Səbihədən 
soruşurdu: “Səbihəciyim, biz nərəyə koşuyoruz ?” ( Yəni biz hara gedirik?). Səbihə ona 
belə cavab verirdi: “Bu qırmızı at nərəyə koşsa, oraya...”. 
İlk  dəfə  Zəkəriyyə  Sərtəli  radioda  xarici  verilişlərin  Baş  redaktorunun  otağında 
gördüm.  Mənə  deyəndə  ki,  “tanış  ol,  Zəkəriyyə  Sərtəldir”,  gözlərimə  inanmadım. 
Zəkəriyyə  haqqında  çox  eşitmişdim.  Amma  onu  belə  qoca  təsəvvür  etmirdim.  Baş 
redaktor  mənə  tapşırdı  ki,  bundan  sonra  Zəkəriyyə  Sərtəllə  sən  məşğul  olacaqsan. 
Əvvəlcə muzeylərimizi, görməli yerlərimizi ona göstərməlisən, ümumiyyətlə, nə xahişi 
olsa,  yerinə  yetirməlisən.  Sözün  düzü,  çox  sevindim.  Çünki  belə  bir  şəxsiyyətlə 
ünsiyyətdə  olmaq  mənim  üçün  böyük  şərəfdi.  O  vaxt  radioda  işləməyimlə  bərabər 
Azərbaycan Dövlət Universitetində türk filologiyası üzrə aspirant idim.  
Zəkəriyyə  radionun  türk  redaksiyasında  üslub  redaktoru  kimi  işləməyə  başladı. 
Maraqlı  verilişlər  də  hazırlayırdı.  O,  bir  müddət,  ömür  dostu  Səbihə  xanım 
mühacirətdən Bakıya gələnə qədər, “İnturist” mehmanxanasında yaşadı. 
Xarici  verilişlərin  “Xəbərlər”  redaksiyasında  işləyən  jurnalist  dostum  Fətəli  Sahib 
Zəkəriyyə  Sərtəli  öz  maşınında  aparıb  gətirirdi.  Hər  gün  səhər  Fətəli  ilə  bərabər 
“İnturist” mehmanxanasına gedər, Zəkəriyyə bəyi işə gətirər, günortadan sonra da onu 


 
60 
müxtəlif görməli yerlərlə tanış edərdik. Nazim Hikmətlə bağlı namizədlik dissertasiyası 
yazdığım üçün ona müxtəlif suallar verər, maraqlı məlumatlar alardım.  
Hər  dəfə  “İnturist”  mehmanxanasının  qarşısına  gələndə  Zəkəriyyə  bəy  Fətəliyə 
deyərdi:  “Sənin  bu  araban  olmasaydı,  məhv  olardıq  biz”.  Fətəli  də  heç  nə  deməz  ,  elə 
sakitcə gülümsəyərdi. Axırı bir gün Fətəli dözmədi. Biz “İnturist”ə gedəndə mənə dedi: 
“Aqşin,  səndən  çox  xahiş  edirəm,  Zəkəriyyə  bəyə  denən  ki,  mənim  maşınıma  daha 
“araba”  deməsin.  Maşınım,  bilirsən  ki,  təzədir. Onu  hər  səhər  silib  təmizləyirəm,  par-
par  parıldadıram,  nə  qədər  qulluq  edirəm,  olmur  ki,  olmur.  Hər  dəfə  Zəkəriyyə  Sərtəl 
ona  “araba”  deyir.  Mən  uğunub  getdim.  “Ay  Fətəli,  -  dedim  -türklər  maşına  “araba” 
deyirlər”.İndi bilirəm, bu sətirləri oxuyanda sizə qəribə gələcək.”Yəni Fətəli bilmirdi ki, 
türklər maşına ”araba” deyirlər?” Xeyr, bilmirdi. 
O  vaxt  Türkiyə  Azərbaycan  üçün  bir  xəyal  idi.  Ümid  dolu  bir  xəyal.  Kim  ağlına 
gətirə  bilərdi  ki,  Türkiyə  ilə  Azərbaycan  arasında  əlaqələr  elə  bir  səviyyəyə  gəlib 
çatacaq  ki,  nə  vaxt  istəsən,  təyyarəyə  minib  İstanbula  və  ya  Ankaraya  uçacaqsan. Özü 
də  Bakıdan!  Bir  müddətdən  sonra  Z.Sərtəlin  xanımı  Bakıya  gəldi.  Zəkəriyyə 
sevincindən quş kimi uçurdu. Onlara Mirzə Fətəli Axundzadə bağının yanında bir otaqlı 
mənzil  verdilər.  Səbihə  Sərtəl  haqqında  mən  çox  eşitmişdim.  Görüşümüzdən, 
söhbətlərimizdən sonra mənə məlum oldu ki, o, eşitdiklərimin fövqündə imiş. Türklərdə 
bir  ifadə  var:  “Əli  öpüləsi  qadın”.  Səbihə  məhz  belə  xanım  əfəndi  idi.  Sözü-söhbəti, 
davranışı,  zəkası,  mədəniyyəti  ilə...  Deyib-gülən,  hazırcavab,  məclissevər,  süfrəli 
insandı.  Onların  bir  otaqlı  evində  ədəbiyyat,  incəsənət    xadimlərimiz  çox  tez-tez 
toplaşardılar.  Xatirələr  vərəqlənərdi.  Daha  çox  Nazim  Hikmətdən  danışardılar.  Səbihə 
xanım  yeni  əsərindən  bizə  parçalar  oxuyardı...  Bu  parçalarda,  hər  şeydən  əvvəl,  Vətən 
həsrəti,  Türkiyəyə  gec-tez  qovuşmaq  ümidi  əks  olunmuşdu.  O  vaxt  ağlıma  da 
gətirməzdim ki, Səbihə xanım çox tez bir vaxtda dünyasını dəyişəcək... 
Z.Sərtəl  türk  redaksiyasında  canla-başla  çalışar,  türkcə  mətnləri  redaktə  edərdi. 
Qiymətli  məsləhətlər  də  verər,  tənqidi  fikirlərini  də  deyərdi.  Bir  dəfə  Zəkəriyyə 
Sərtəldən bir veriliş barədə fikrini öyrənmək istədim. Veriliş bir gənc bəstəkar haqqında 
idi.  Müəllifi  də  konservatoriyanın  müəllimi  idi.  Həmin  proqram  barədə    fikrini 
soruşanda  Zəkəriyyə  gülə-gülə  dedi:  “Çox  tərifləmisiz.  Sabah  Üzeyir  Hacıbəyli 


Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə