Aqşin Babayev



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə17/76
tarix16.08.2018
ölçüsü2,6 Mb.
#63569
1   ...   13   14   15   16   17   18   19   20   ...   76

 
54 
“birisi”  qanmır  ki,  Nazim  Hikmət  türk  poeziyasında  nə  deməkdirsə,  Rəsul  Rza  da 
Azərbaycan  poeziyasında  o  deməkdir.  Görəsən  bu  “birisi”  niyə  Rəsul  Rza 
yaradıcılığında  məhz  “Lenin”  poemasını  görür?  Əvvəla,  “Lenin”  poeması  Səməd 
Vurğunun  “Zamanın  bayraqdarı”  əsəri  kimi  sənətkarlıq  baxımından  çox  yüksək 
səviyyəli  sənət  nümunəsidir.  İdeya  baxımından  bu  günlə  tərs-mütənasib  olsa  da,  bu 
əsərlər  şeir-sənət  baxımından  yüksək  sənətkarlıqla  yazılmış  nümunələrdir.  Bundan 
başqa,  məgər  Rəsul  Rzanın  yüzlərlə  şeiri,  “Qızıl  gül  olmayaydı”,  “Xalqın  şairi” 
poemaları  və  başqa  əsərləri,  cəsarətli  ictimai  fəaliyyəti  onun  nəhəng  bir  şair,  şəxsiyyət 
olduğuna  dəlalət  etmirmi?  Rəsul  Rza  Azərbaycan  Ensiklopediyasının  birinci  cildini 
həyatı hesabına çap etdirəndə, bu “birisi” ya bu dünyada yox idi, ya da hələ döşəmənin 
üstündə iməkləyirdi. 
İkinci mətləb. Guya Nazim Hikmət şifahi xalq ədəbiyyatının əleyhinə olub. Həmin 
“birisi” yazır: “Nazim Hikmət milli folklordan gələn hər şeyə qarşı üsyan etmişdi.” Bəs 
onda “Fərhad və Şirin”, “Yusif və Züleyxa” kimi monumental əsərlər folklor deyilmi? 
Nazimin  xalq  ruhunda  yazdığı  şeirlər  şifahi  xalq  ədəbiyyatının  təsiri  deyilmi?  Bütün 
bunlar  göstərir  ki,  Nazim  Hikmətdən  yazan  bu  üzdəniraq  tənqidçi  nə  şairin 
yaradıcılığını bilir, nə də ona verilən qiymətin ölçüsünü və dəyərini. 
Bir sözlə, Nazim Hikməti sevənlər və sevməyənlər var bu dünyada. Təsəllimiz isə 
odur  ki,  böyük  sənətkarı  sevənlər  sevməyənlərdən    müqayisə  edilməyəcək  dərəcədə 
çoxdur. 
 
 


 
55 
 
 
 
 
 
 
 
 
 
 
Nazim Hikmətə bağlı insanlar 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
56 
“Kapadı kitabı Münevver...” 
Nazim Hikmətin Münəvvəri gözlərini əbədilik qapadı. O da bu dünyaya vida etdi. 
Mehmeti qaldı. Nazim Hikmətin və onun Mehmeti... 
Nazimsevərlərə  Münəvvər  xanımın  adı  yaxşı  tanışdır.  Başı  bəlalı,  min  cür 
əziyyətlər çəkən, bütün məhrumiyyətlərə dözən Münəvvər Andaç Türkiyənin tanınmış 
ziyalılarından  olub.  Taleyini  Nazim  Hikmətə  bağladıqdan  sonra  təqiblərə  ,  təzyiqlərə 
dözüb,  Vətənindən  didərgin  düşüb.  Əvvəlcə  Afinadan  Polşaya,  İtaliyaya,  sonra 
Fransaya gedib. Müəllimlik və tərcüməçilik edib. Kitablara sığmayan macəralı ömrünü 
beləcə  başa  vurub.  Nazim  Hikmətsə  çox  əvvəl  –  1963-də  ayrılmışdı  bu  dünyadan. 
Şeirlərində Münəvvəri vəsf edə-edə, sağalmaz niskilindən söz açaraq! 
Bizim  Bakımız  İstanbuldan  sonra  Nazimin  sevdiyi  ikinci  şəhər  idi.  Münəvvər  də 
xəyalən vurulmuşdu Bakıya. 1964-cü ilin 15 avqustunda Münəvvər xanım Mehmetlə və 
birinci  ərindən  olan  qızı  ilə    Bakıya  gəldi.  Onu  hər  yerdə  böyük  istəklə,  məhəbbətlə 
qarşıladılar.  Yaxşı  xatirimdədir.  Münəvvər  Bakıya  gələndə  mən  radioda  işləyirdim. 
Münəvvəri, Mehmeti görəndə, onlarla görüşüb söhbət edəndə sevincimin həddi-hüdudu 
yox idi. Yaxşı ki, xatirələr, fotoşəkillər var. Yoxsa, keçmişi dilə gətirmək çətin olardı. O 
vaxt  Televiziya  və  Radio  Verilişləri  Komitəsinin  sədri  işləyən  Teymur  Əliyev,  onun 
müavini Ənvər Əlibəyli, Ziya Bünyadovun həyat yoldaşı, türkşünas Tahirə Bünyadova, 
tərcüməşi-jurnalist  Əmiraslan  Əmiraslanov  Münəvvəri  və  onun  övladlarını  ən  doğma 
adamları  kimi  qarşıladılar.  Münəvvərin  Bakıdan  ayrılanda  dediyi  sözlər  yadımdadır: 
“Bakı,  təsəvvürünüzə  gətirməzsiniz  ki,  İzmirə  necə  bənzəyir.  Elə  bildim  öz  vətənimə 
gəldim.  İnanın,  sizdən  gördüyüm  səmimiyyəti,  mehribanlığı  həyatımda  heç  kəsdən 
görməmişəm.  Mən  bilirəm,  mənə  olan  rəğbətiniz  Nazim  Hikmətə  olan  sevginizdən 
doğur.” 
Nazim Hikmətin ən  yaxın dostlarından biri məşhur  yazıçı-jurnalist Vala Nurəddin 
olub.  Nazim  Hikmət  qürbətdə  olanda  Münəvvəri  Vala  Nurəddin  və  onun  ömür  dostu 
Müzəhhər xanım himayə ediblər. Polis Münəvvəri izləyəndə ona dayaq olublar. 
Nazim  Hikmətin  ölümündən  sonra  Vala  Nurəddin  “Bu  dünyadan  Nazim  keçdi” 
adlı, çoxlarının bilmədiyi mətləblərə işıq salan iri həcmli bir əsər qələmə aldı. Bu əsərin 
bəzi səhifələri Münəvvər Andaça həsr olunmuşdur. Həmin kitabdan sətirlər: 


 
57 
“Gəncliyindən  sevdiyi  və  dayısının  qızı,  çox  qiymətli  dostumuz,  ismi  kimi 
münəvvər  olan  Münəvvər  Andaç  Nazim  həbsxanada  ikən  onunla  çox  maraqlanırdı. 
Böyük şəfqət göstərirdi. Şairin könül taxtını da beləcə işğal etdi. 
Araya  illər,  məsafələr  girməsinə  baxmayaraq  Münəvvər  Andaçın  Nazimlə 
ayrılmalarından  sonra  da  arkadaşlıqları  davam  etdi.  Elə  davam  etdi  ki,  Nazimin 
kitablarının fransızcaya tərcüməsi Münəvvər Andaç tərəfindən yapıldı.” 
Nazimin şeir kitablarını vərəqlədikcə Münəvvərə həsr olunmuş bir sıra əsərlərə rast 
gəlmək olar: “Münəvvərdən məktub aldım, deyir ki”, “Polşa məktubu”, “Mehmetə son 
məktubum”, “Paris tapmacaları”, Yeni il” və sairə. “Yeni il” şeirində belə misralar var: 
Yağdı, bütün gece yağdı kar, 
Yıldızlarla aydınlanarak. 
Bir şehir, bir sokak, bir ev var 
Ahşap bir ev, uzak mı uzak. 
 
Yatıyor minderde bir çocuk, 
Benim oğlan, sarışın, tombul. 
Müsafir yoktu, kimse yok 
Pencerede fakir İstanbul. 
 
Öttü acı-acı düdükler. 
Hapislik gibidir yalnızlık. 
Kapadı kitabı Münevver, 
Ağlayıverdi yumuşacık. 
 
Bəli,  «qapadı  kitabı  Münəvvər».  Qapadı  gözlərini.  Nazim  şeirlərində  əbədi 
yaşayacaq Münəvvər. 
Uzaqdan-uzağa  Nazimin  və  Münəvvərin  bir  tək  oğul  yadigarı  Mehmetə  üz  tutub 
deyirik: “Allah rəhmət eləsin. Məzarı nurla dolsun Münəvvər xanımın. 


Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə