Aqşin Babayev



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə59/76
tarix16.08.2018
ölçüsü2,6 Mb.
#63569
1   ...   55   56   57   58   59   60   61   62   ...   76

 
196 
sizə  təqdim  etmək  mənim  üçün  xoşdur.  Mən  sizə  müasirlərimdən  biri,  İraq  şairi 
Əbdül Vəhab əl- Bəyatinin orijinal bədii söz sənətindən danışmaq istəyirəm”. 
 
Nazim Hikmətin  İraq şairi haqqında  yazdığı ikinci  məqaləsi 1963-cü  il  iyul 
ayının əvvəllərində çap olunmuşdu. Bu vaxt artıq Nazim Hikmət həyatda yox idi. 
Qəzet  yazırdı:  “Ölümündən  iki  gün  qabaq  Nazim  “Literaturnaya  qazeta”nın 
redaksiyasına  kiçicik  bir  əlyazması  gətirmişdi.  Kim  deyə  bilərdi  ki,  bu  sətirlər 
onun son sətirləridir?” 
 
Vilayət Cəfər haqlı olaraq bu məqaləni Nazim Hikmətin təkcə vəsiyyəti yox, 
həmçinin zorakı cəmiyyətlərə qarşı ittihamnaməsi hesab edir. 
 
Kitabın  ikinci  fəslində  müəllif  əl-Bəyatinin  Nazim  Hikmətə  ünvanladığı 
şeirlərindən söhbət açır. Sayca otuzdan çox olan bu şeirlərdə Nazimə böyük rəğbət 
və  məhəbbət  hiss  olunur.  Bu  şeirlərdən  biri  Nazim  Hikmətin  qürbət  həyatında 
həsrətində olduğu İstanbulla bağlıdır. Əl-Bəyati yazırdı: 
 
İnan mənə, dostum Nazim, 
İnan ki, İstanbul sənsiz 
Övladını itirmiş bir anadır. 
O hey gedib-gələndən soruşur: 
Bəs mənim oğlum Nazim 
Nə vaxt qayıdacaqdır? 
( Sətri tərcümə V.Cəfərindir) 
 
Başqa bir şeirində isə əl-Bəyati Nazimi “yuxusuz İstanbulun döyünən qəlbi” 
adlandırır  və  onun  şeirlərini  “səhranın  yağış  gözlədiyi  kimi”  intizarla  gözlədiyini 
bildirir. 
 
Kitabın  üçüncü  fəslində  Nazim  Hikmətin  “Şair  vətənə  qayıdır”  (rusca), 
“Nazim  Hikmətin  İraq  şairi  Əbdül  əl-Bəyati  haqqında  iki  məqaləsi”  (ingiliscə), 
“Əl-Bəyatinin  Nazim  Hikmətə  ünvalanladığı  şeirlərdən  seçmələr”  (rusca)  və 
“Nazim  Hikmətin  əl-Bəyati  haqqında  məqalələri”  (ərəbcə)  əlavələr  kimi 
verilmişdir.  Bu  əlavələr  əsərin  dəyərini  daha  da  artırmış,  onu  daha  maraqlı, 
oxunaqlı etmişdir. 


 
197 
 
Ərəbşünas alim, bir çox elmi-tədqiqat əsərlərinin müəllifi Vilayət Cəfərin bu 
əsəri Nazim Hikmət irsinin öyrənilməsi sahəsində dəyərli bir töhfə olmaqla yanaşı, 
qiymətli bir dərs vəsaiti kimi də tələbələrin stolüstü kitabıdır. 
 
 
“Ədəbiyyat qəzeti”, 26 may 2006-cı il. 
 


 
198 
Nazim Hikmət pyeslərinin nəşri və səhnə taleyi 
 
Nazim  Hikmət  dramaturgiyası  öz  örijanllığı  və  novatorluğu  ilə  seçilir.  Sənətkarın 
onlarla pyesi bir çox dünya teatrlarında tamaşaya qoyulmuşdur. Azərbaycanda müəllifin 
“Kəllə”  dramı  başqa  pyeslərindən  daha  əvvəl  görkəmli  rejissor  Rauf  Kazımovski 
tərəfindən  radio  tamaşası  kimi  hazırlanmış  və  dinləyicilərin  böyük  rəğbətini 
qazanmışdı. 
Bakıda  nəşr  olunmuş  Nazim  Hikmətin  əsərlərinin  iki  cildliyində  (1961  və  1963)  
şeir  və  poemaları,  habelə  onun  “Kəllə”,  “Bayramın  ilk  günü”,  “Unudulan  adam”, 
“Yusif  və  Züleyxa”,  “Qəribə  adam”,  “Damokl  qılıncı”  pyesləri  verilmişdir.  Dram 
əsərlərini Azərbaycan türkcəsinə İ. İbrahimov, E.İbrahimov və Ş. Ağayeva çevirmişlər.  
Nazim Hikmətin tədqiqatçısı olmuş Əkbər Babayevin böyük zəhmətlə seçib tərtib 
etdiyi  və  redaktoru  olduğu  bu  iki  cild  sənətkarın  həm  poeziyasını,  həm  də  dram 
yaradıcılığını əks etdirmişdir. 
 Ə.Babayev  bu  cildlərin  korrekturasını  da  diqqətlə  oxumuş,  dəfələrlə  Moskvadan 
Bakıya gələrək kitabın yüksək səviyyədə çap olunması işinə nəzarət etmişdi. Bu barədə 
söz  düşəndə  Əkbər  Babayev  belə  dedi:  “Cildlər  yüksək  səviyyədə  çap  olunub.  Amma 
sonra nəşriyyatın yadına düşüb ki, axı kitabın tərtibçisi  və redaktoru var. Mən də, bütün 
korrekturanı  başdan  ayağa  çox  diqqətlə  oxusam  da,  son  səhifəyə  əhəmiyyət  də 
verməmişəm,  yəni  mənə  göstərməmişlər  də  heç.  Nazim  Hikmət  siqnal  nüsxələrini 
görəndə mənim adımı axtardı. Adım yazılmamışdı. Nazim buna çox əsəbiləşdi. Mən də 
Bakıya zəng vurdum. Bir gün nəşriyyatdan evə mənə telefon açıb dedilər ki, biz bütün 
nüsxələrə kiçik bir kağızda çap etdirib yapışdırmışıq ki, kitabın tərtibatçısı və redaktoru 
Əkbər Babayevdir. Lakin mən buna heç bir əhəmiyyət vermədim. Çünki əsas o idi ki, 
Azərbaycanda  Nazimin  ikicildliyi  çıxıb.”  (Əkbər  Babayevlə  şəxsi  söhbətdən.  Moskva, 
1963.) 
Nazim  Hikmətin  Azərbaycanda  tamaşaya  qoyulmuş  əsərləri  uğurlu  olmuşdur. 
A.İsgəndərov,  T.Kazımov,  M.Haşımov,  M.Bursəliyev  kimi  rejissorlarımızın  əməyi 
sayəsində  bu  əsərlər  geniş  tamaşaçı  kütləsinin  hüsn-  rəğbətini  qazanmışdı.  “Kəllə” 
pyesi  Gəncədə,  “Bayramın  ilk  günü”,  «Bir  aşk  masalı»  pyesləri    Azərbaycan  Teatr 


 
199 
İnstitutu  (Dövlət  Mədəniyyət  və  İncəsənət  Universiteti)  tələbələrinin  diplom  tamaşası 
kimi,  “Unudulan  adam”,  “Qəribə  adam”,  “Türkiyədə”  Azərbaycan  Dövlət  Akademik 
Dram Teatrında , “Damokl qılıncı” isə Rus Dram Teatrında uğurla göstərilmişdi. 
Bir cəhəti qeyd  etmək istəyirəm ki, Nazim Hikmət pyeslərinin səhnə  təcəssümü  o 
qədər  də  asan  başa  gəlmirdi.  İlk  baxışdan  adama  elə  gəlirdi  ki,  Nazim  Hikmət  bu 
pyesləri  səhnə  imkanlarını  nəzərə  almadan  yazıb.  Amma  əslində  belə  deyildi. 
Dramaturq rejissoru məcbur edirdi ki, o, Nazimin səhnə imkanlarına sığmayan , zaman- 
məkan  prinsiplərini  qırıb  dağıdan  dram  əsərlərini  köhnə  üslubda  deyil,  novatorcasına 
tamaşaçılara çatdırsın. 
Rus  teatrşünaslarından  Zoya  Vladimirova  Nazim  Hikmət  pyeslərinin  səhnə 
taleyindən  söz  açarkən  yazırdı  ki,  nə  vaxt  Nazim  Hikmətə  deyirsən  axı  belə  olmaz, 
sənin  əsərin  bütün  səhnə  imkanlarının  əleyhinədir.  Bu  sözlərin  qarşısında  o,  mavi 
gözlərini    sənə  dikib  sadəlövhcəsinə  soruşurdu:  “Axı  niyə  olmaz?”  İstər-  istəməz 
düşünürsən  ki,  doğrudan  da  Nazim  Hikmətin  pyesləri  bədii  cəhətdən  tamaşaçını 
inandırırsa, niyə də Nazimin dediyi kimi olmasın. 
Açığını  deyim  ki,  mən  bizim  Azərbaycan  rejissorlarının  Nazim  Hikmət  pyesləri 
üzərində  çəkdikləri  zəhməti  və  onun  parlaq  nəticəsini  heç  də    rus  rejissorlarından, 
onların  əməyindən  və  bu  əməyin  bəhrəsindən  aşağı  hesab  etmirəm.  Moskvada  Nazim 
Hikmətin  “Qəribə  adam”  pyesini  Komissarjevski  tamaşaya  qoymuşdu,  Bakıda  Tofiq 
Kazımov.  Tofiq  Kazımovun  tamaşası  Komissarjevski  sənətindən  heç  də  geri  qalmırdı. 
Eyni  sözləri  Adil  İsgəndərovun  “Türkiyədə”  və  Məhərrəm  Haşımovun  “Damokl 
qılıncı” pyeslərinin rejissorluğu haqqında da demək olar. 
Nazim  Hikmət  dramaturgiyasında  nəzəri  cəlb  edən  xüsusiyyətlərdən  biri  də 
yuxarıda bildirdiyim kimi, onun pyeslərinin bəşəriliyidir. “Damokl qılıncı”nda surətlər 
ona  görə  A.B,  Arxitektor,  Komissar  və  sair  adlandırılmışdır  ki,  bu  pyeslərdə  cərəyan 
edən hadisələrin mövzu dairəsi bəşəri səciyyəyə malikdir. Zəka sahibinin ehtiyac içində 
yaşaması,  pul,  var-dövlət  üstündə  gedən  ölüm-dirim  mübarizəsi,  bugün  məşhurlaşan, 
sabah  unudulan  insanların  acı  taleyi,  düz  adamların  çəkdiyi  müsibət,  insanların  başı 
üzərindən  Damokl  qılıncı  kimi  asılmış  müharibə  təhlükəsi,  -  bütün  bunlar  mövzu 
baxımından Nazim Hikmət pyeslərinin canı, cövhəridir. 


Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə