Aqşin Babayev



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə62/76
tarix16.08.2018
ölçüsü2,6 Mb.
#63569
1   ...   58   59   60   61   62   63   64   65   ...   76

 
206 
“Doktor  Qalinanın  Münəvvərə  verdiyi  vəsiyyət  10  sentyabr  1959-cu  ildə 
hazırlanmış, rusca yazılıb notariusda təsdiqlənmişdi. Bu sənədə əsasən Nazim Hikmət, 
əsərlərinin müəllif hüquqlarına görə ayrılan pulunun dörddə üçünü Münəvvərə və oğlu 
Mehmetə, dörddə birini isə Türkiyə Kommunist Partiyasına vəsiyyət etmişdi.” 
Daha  sonra  Mehmet  Fuad  adı  keçən  kitabında  Nazim  Hikmətin  oğlu  Mehmet 
Nazimin  1971-ci  il  mart  ayının  31-də  “Milliyət”  qəzetində  çap  olunmuş  on  iki 
yaşındaykən  izlədiyi  atasının  cənazə  mərasimində  gördüklərini  onun  dilindən  belə 
təqdim edirdi: 
“Sonra  atamı  gördük,  belə...  uzandırmışdılar...  bir  masanın  üstündə  yatırdı.  Bir 
qadın atamın cəsədinə sarılmış bağırırdı... Sonradan evləndiyi arvadıymış bu demə. Çox 
qorxdum öncə...İlk dəfə bir ölü gördüm. Və bu ölü atamdı. 
...Anam  yavaşca  yaxınlaşdı  atamın  ölüsünə...  Ağlayırdımı,  bilmədim.  O  ara 
gördüyüm  anamın  atamın  əlini  əllərinə  aldığı,  bir  müddət  tutduqdan  sonra,  (o  artıq 
soyumuş, heç bir şey hiss etməyən ət parçasını) öpməsi oldu.  
Məşhur türk dramaturqu Haldun Taner N.Hikmətin məzarını ziyarət etdikdən sonra 
belə yazmışdı: “Nazim Hikmət də Novideviçi qəbristanlığında uyuyur. Nazimin məzarı 
bir  tək  qaya  parçasından  ibarətdir.  İtalyan  heykəltəraşının  onun  “Addımlayan  adam” 
şeiri üçün yonduğu fiqurdur. Nazim, ölümündən bir neçə il əvvəl  “Anadoluda bir köy 
məzarlığında  dəfn  edilməsini,  başı  üstündə  bir  çinar”  olmasını  vəsiyyət  etmişdi.  Kaş 
arzusuna çataydı. 
N.Hikmətin  qəbri  başında  Azərbaycanın  görkəmli  şairi  Rəsul  Rza,  oğlu  yazıçı 
Anar, xanımı gəncəli Nigar xanım və yazıçı Ənvər Məmmədxanlını gördük.  
...Nazim  deyirdi:  “Ölümümdən  sonra  xalqımla  mənim  aramda  bir  barışıq 
başlayacaq. Güman etdiyi bir dərəcədə doğruya bənzəyir”. 
Bu həqiqətən belə oldu. Nazimin ölümündən sonra Türkiyə Nazimlə barışdı. Türk 
yazarları, xüsusən Əziz Nesin şairin bəraəti üçün əlindən gələni əsirgəmədi. Bakıya ilk 
gəlişində məndən (o vaxt radioda işləyirdim) Nazimin səsini, lent yazılarını istədi. Mən 
də  verdim.  Əziz  Nesin  Türkiyəyə  qayıdan  kimi  polis  tərəfindən  saxlanıldı.  Sonradan 
mənə göndərdiyi “ Əziz Nesin polisdə” kitabının arasında mənə ünvanladığı bir məktub 
vardı.  Həmin  məktubda  yazırdı:  “...Türkiyəyə  ayaq  basdığım  gün  həbs  edildim. 


 
207 
Gətirdiyim  kitabları,  mənə  verdiyin  lent  yazılarını  əlimdən  aldılar.  Kitabı  oxuduqca 
başıma  gələnləri  biləcəksən.  Çox  şey  sordular  məndən.  “Bu  lenti  –  Nazim  Hikmətin 
səsini sənə kim verib?” deyə sordular. Təbii ki, sənin adını demədim.” 
Titul vərəqində “Aqşin Babayevə dostluqla. 20 oktyabr 1967-ci il” yazılmış “Əziz 
Nesin polisdə” adlı kitabda ədib yazırdı:  
“Masanın  üstünə  maqnitafonu  qoyurlar...  Nazim  Hikmət  şeirlərini  birlikdə 
dinləyirik.  Qismət  polislərlə  birlikdə  dinləməkmiş...  Bu  şeirləri  ilk  orada  dinləməyim 
hər halımdan bəlli idi. Amma anlamırdılar, anlamaq da istəmirdilər.  
Nazimin  səsini  eşidincə,  o  atmosfer,  o  mühit  içində  açığını  deyim  ki,  kövrəldim. 
Və elə bilirdim ki, onlar da az-çox, yurd həsrətini böyük acı ilə anladan o gözəl şeirləri 
dinləyincə  bir  az  da  olsa,  yumşalacaqlar,  kövrələcəklər.  Gözlərini  mənə  dikdilər, 
üzərimdə  səkkiz  cüt  göz  (bir  də  maqnitafon  işlədən  polis  gəlmişdi)  məni  diqqətlə 
müşahidə edir, şeirlərin məndəki təsirini anlamağa çalışırdılar.” 
Təkcə  Əziz  Nesin  yox,  ümumiyyətlə  Nazimi  sevənlər,  şeirlərini  əzbər  deyənlər 
təqib  olunurdu.  Bu  haqda  çox  oxumuşdum.  Təqib  olunanların  bir  neçəsi  ilə 
görüşmüşdüm də. Mömin Ağaoğlu da bunlardan biri idi. Əslən azərbaycanlı olan, uzun 
illərdən  bəri  Türkiyədə  yaşamış,  ömrünün  son  günlərini  Bakıda,  Mərdəkanda keçirmiş 
mərhum  Mömin  Ağaoğlu  mənim  xahişimlə  Nazim  Hikmətə  aid  xatirələrini  yazmışdı. 
Həmin xatirələr çap olunmayıb, məndədir. M.Ağaoğlu yazırdı: “Bir gün Səbihə adlı bir 
qız  mənə  Nazimin  “Həyat  arkadaşıma  məktub”  şeirini  verdi.  Mən  də bu  şeiri  məktəbə 
gətirib  İhsan  adlı  arkadaşımla  bərabər  bağçanın  xəlvət  bir  yerində  dönə-dönə  oxuduq. 
İhsan  bir  surətini  yazıb  özü  üçün  götürdü.  Mən  də  mənə  aid  olanı  tarix  kitabımın 
arasında  gizlətdim.  Bu  şeir  Bursa  həbsxanasında  yazılmışdı.  Həmin  il  mən  orta 
məktəbin son sinifində oxuyurdum.  
Günlərin bir günü məktəbin sinif qapılarına süngülü əsgərlər qoyuldu və deyildi ki, 
heç  kəs  sinifdən  çıxmamalıdır.  Tarix  dərsi  idi.  Qəflətən  beş  zabit  içəri  girib 
siyirmələrimizi  açmağa  və  yoxlamağa  başladılar...  Sonra  başa  düşdüm  ki,  yoxlama 
Nazimin  şeirlərilə  əlaqədar  imiş.  Mən  ikinci  sırada  oturmuşdum.  Tarix  kitabım  da 
qarşımda  idi.  Yüzbaşı  Şəfiq  bəy  kitabı  açan  kimi  Nazim  Hikmətin  “Həyat  arkadaşıma 
məktub”  şeirini  gördü  və  götürdü.  Arxasında  duran  minbaşı  Həmdi  bəyə  göstərdi  və 


 
208 
məni  süngülü  əsgərin  önündə  məktəb  komandanının  otağına  gətirdilər.  İçəri  girdiyim 
zaman  İhsan arkadaşımı  orada gördüm. Demə digər sinifdə oxuyan  İhsanın da surətini 
yazıb götürdüyü şeiri tapıblarmış. Bizi həbs etdilər.”  
Türkiyədə işlədiyim illərdə də (1972-75), Nazimin 100 illik yubiley günlərində də 
(2002-ci  ilin  aprelində  tədbirin  keçirilməsi  təxirə  salınsa  da,  üç  gün  İstanbulda  oldum) 
mən hər addımda Nazim Hikmətə bəslənilən böyük sevginin şahidi oldum.  
Dünyanın  bir  çox  yerlərində,  o  cümlədən  bizim  Azərbaycanda  da  Nazimə  böyük 
sevgi  var.  Əvvəl  də  dediyim  kimi,  Azərbaycan  Respublikasının  Prezidenti  möhtərəm 
İlham  Əliyevin  məlum  sərəncamına  əsasən  Nazim  Hikmətin    “Seçilmiş  əsərləri”nin 
latın qrafikası ilə nəfis tərtibatla işıq üzü görməsi ədəbi aləmdə böyük hadisə oldu.  
* * * 
Yaxşı  yadımdadır.  Yazıçılar  Birliyində  Nazim  Hikmətin  100  illiyi  münasibətilə 
nəşr  olunmuş  “Günəşi  içənlərin  türküsü”  kitabının  təqdimat  mərasimi  keçirilirdi. 
Kitabın  tərtibçisi  tanınmış  türkşünas  Qadir  İsmayıl  idi.  Ancaq  onun  qəfil  ölümü 
gözlənilməz oldu, hamımızı sarsıtdı. Anar müəllim tərtib işini öz boynuna götürdü. Və 
dəyərli  bir  kitab  ərsəyə  gəldi.    Kitaba  mənim  iki  məqaləm  daxil  edilmişdi.  Təqdimat 
mərasimi  2002-ci  il  noyabr  ayının  27-də  Yazıçılar  Birliyinin  Natəvan  klubunda  oldu. 
Məclisdə  Türkiyənin  Azərbaycandakı  səfiri  cənab  Əhməd  Ünal  Çeviköz  də  iştirak  və 
çıxış  etdi  və  Nazim  Himətin  “Dəvət”  şeirini  oxudu.  Tədbirin  əvvəlində  Nazimin  öz 
səsindən  çıxışını  verdilər.  Həyəcanlandım.  Bilirsiniz  niyə?  Çünki  həmin  çıxışı  Bakıda 
“İnturist”  mehmanxanasında  mən  lentə  yazmışdım.  O  vaxt  radioda  işləyirdim.  Sonra 
həmin  lent  yazısı  radionun  qızıl  fonduna  daxil  oldu,  yayıldı,  əldən-ələ  gəzdi.  Mənim 
üçün  bu  çıxışın  səslənməsi  çox  gözlənilməz  oldu.  Keçən  günlərə  qayıtdım.  Nazim 
Hikməti  gördüm.  Gəncliyimi  gördüm. Çıxış edəndə də bunu dedim. Həyəcanlandığımı 
dedim.  Həmin  tədbiri  işıqlandıran  “qəzetçi”  mənim  bu  həyəcanımı  qanmadı.  Həyəcan 
sözünü  istehza  ilə  dırnaqda  verdi.  Bu,  əlbəttə,  çox  adi  bir  şeydir.  Amma,  qəribədir, 
bugünə qədər unuda bilmirəm.  
2002-ci  ildə  şairin  100  illiyinin  YUNESKO    xətti  ilə  Nazim  Hikmət  ili  elan 
edilməsi  sənətkarın  həm  vətəndaşlığının  qaytarılmasına,  həm  də  dünya  miqyasında 
tanıdılması işinə bir daha yardım etdi. Türk mətbuatı bu hadisəni belə qarşıladı: 


Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə