Aqşin Babayev



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə61/76
tarix16.08.2018
ölçüsü2,6 Mb.
#63569
1   ...   57   58   59   60   61   62   63   64   ...   76

 
203 
Sənin  ağappaq  bənizindən,  qeyri-adi  sakit  üzündən  o  dəqiqə  başa  düşdüm  ki,  sən... 
keçinmisən.” 
Bu  sətirləri  oxuyanda  ötən  günlərə  qayıtdım.  Moskvada  Nazim  Hikmətin 
evindəydim.  Dəfələrlə  dediyi  sözü  bir  də  təkrar  etdi.  “Sənin  dissertasiya  müdafiənə 
mütləq  gələcəyəm”  dedi  mənə.  Bakıya  yola  düşəndə  Moskvada  aspiranturada  təhsil 
alan  dostum  Yavər  Eyvazov  təlaşla  soruşdu  məndən:  “Yenə  Nazim  Hikmətlə  şəkil 
çəkdirmədin?”  Dedim:  “yox”  və  əlavə  etdim:  “Yavər,  sənin  ki,  yadındadır,  “Qəribə 
adam”ın  birinci  pərdəsindən  sonra  mən  bir  dəstə  güllə  səhnəyə  çıxanda  və  Nazim 
Hikməti təbrik edəndə şəklimizi çəkdilər. Nə olar, danış də Yermolova teatrı ilə, o şəkli 
mənə  versinlər”  Yavər  güldü,  bir  söz  demədi.  Baxışlarından  oxudum  ki,  mənə  deyir: 
“Sən  doğrudan  “qəribə  adam”san”.  “Yaxşı,  -  dedim,  qınama  məni,  gələn  dəfə  mütləq 
çəkdirəcəyəm.” 
Gələn  dəfə  olmadı.  1963-cü  il  iyun  ayının  3-də  Moskva  radiosu  heç  birimizin 
gözləmədiyi  müdhiş  bir  xəbər  verdi:  “Nazim  Hikmət  qəflətən  vəfat  edib.”  Ağladım. 
Sonra  Moskvada  1963-cü  ilin  sərt  qışında  küçədə  Nazim  Hikmətin  tərcüməçisi  Muza 
Pavlova ilə görüşdüm, bir saat söhbət etdik. Qadın ağlayırdı. Nazimin ölümünə yanırdı. 
Ən  çox  Veranı  qınayırdı.  Mehmanxanaya  gəldim.  Şaxta  öz  işini  görmüşdü. 
Xəstələnmişdim.  Yenə  dostum  Yavər  dadıma  çatdı.  Dava-dərman  gətirdi.  “Nə  oldu, 
harda  özünü  soyuğa  verdin,”  deyə  soruşdu.  Əhvalatı  ona  olduğu  kimi  danışdım.  “Hər 
deyilən  sözə  inanma,  -  dedi  Yavər,  -  Nazimin  ürəyi  xəstə  idi.  İnfarkt  keçirmişdi.” 
Sonralar eşitdim ki, Vera Tulyakova bir xatirə kitabı yazıb. Kitab türkcəyə də çevrilib. 
Veranın  «Bəxtiyar  ol,  Nazim»  kitabını  oxudum.  Veranı  mən  Nazim  Hikmətin  evində 
qonaq olarkən dəfələrlə görmüşdüm. Çox cavan idi.  
2001-ci  ilin  martında  Vera  Tulyakova  da  bu  dünyaya  vida  etdi.  Türkiyədə  çıxan 
“Radikal”  qəzeti  12  mart  2001-ci  il  sayında  yazırdı:  “Nazim  Hikmətin  sonuncu  həyat 
yoldaşı Vera Tülyakova, dünən səhər 9.30-da xərçəng xəstəliyindən həyata vida etdi. 68 
yaşındakı  Vera  bir  ildən  bəri  xərçənglə  çarpışırdı.  2000-ci  ilin  ortalarında  əməliyyat 
olunmasına  baxmayaraq,  müalicəsi  gecikmiş  xərçəng  xəstəliyi  onun  axırına  çıxdı.  Bu 
barədə  açıqlama  verən  qızı  Anna  bildirdi  ki,  anasının  külü  Nazim  Hikmətin  yanında 
gömüləcəkdir. 


 
204 
...1951-ci  ildə  Moskvaya  ayaq  basan  Nazim  Hikmət  Vera  Tulyakova    ilə  1955-ci 
ildə  tanış  olmuşdu.  1959-cu  ildə  evlənmişdilər.  Vera  Nazimi  tanıyanda  23  yaşında  idi, 
Nazimsə 53!” 
Nazim  Hikmət  Veraya  çox  sayda  sevgi  şeirləri  həsr  etmişdi.  Amma  çox  sonralar 
yazdığı “Gelsene dedi bana” misrası ilə başlayan şeirində sevgidən əsər-əlamət yox idi. 
Nazim  ömrünü,  məhəbbətini,  yaralı  taleyini  bu  şeirlə  ifadə  etmişdi.  Nazimin 
xanımı Pirayəyə, sonrakı həyat yoldaşı Münəvvərə (həm də dayısı qızı idi. Nazim onun 
ikinci  əri  idi.)  olan  münasibətinə  mən  haqq  qazandırmıram.  Xüsusən,  Münəvvərin 
çəkdiyi  əzabları  dilə  gətirmək  istəmirəm.  Amma  bir  şey  vardı  ki,  Nazim  ikiyə  bölünə 
bilmirdi.  O  həyat  yoldaşı  ola-ola  başqa  qadınla  əylənən    kişilərdən  deyildi. 
Sevdalandımı,  sevdimi,  sevdiyi  insanla  yaşamaq,  heç  kəsi  aldatmamağı  özünə  həyat 
kredosu seçmiş bir insandı. Təbii ki, bu sözlərlə Nazimə bəraət qazandırmaq fikrindən 
uzağam. Görünür nəhəng sənət adamlarının nöqsanı da böyük, taleyi də burulğanlı olur.  
61 il yaşadı Nazim. Ömrümün sonunu hiss edəndə belə yazmışdı: 
Bizim avludan mı (həyətdən) 
Kalkacak cenazem? 
Nasıl indireceksiniz 
Beni üçüncü katdan? 
Asansöre sığmaz tabut. 
merdivenlersə daracık... 
“Bakacak  arkamdan  mutfak  penceremiz”  deyən  şair  artıq  əzrayılın  nəfəsini  hiss 
etmişdi. Nazim Hikmətin ölüm xəbəri ildırım sürətilə bütün dünyaya yayıldı. Bu xəbər 
Türkiyədə  Vala  Nürəddinə  də  çatdı  –  Nazimin  gənclik  dostuna.  Vala,  şair  dostuna  iri 
həcmli bir kitab həsr etdi. Adını da qoydu: “Bu dünyadan Nazim keçdi”. Kitabın ikinci 
nəşri işıq üzü görəndə artıq Vala Nürəddin də dünyasını dəyişmişdi. Kitaba Nazimin və 
Valanın  gənclik  dostu  Şevket  Sürəyya  Aydəmir  ön  söz  yazmışdı.  Ön  sözdə  deyilirdi: 
“Elə  sanıram  ki,  sabahkı  nəsillər  Nazim  Hikmətin  üzərində  bugünkilərdən  daha  çox 
duracaqlar.  Onlar  üçün  Nazim  Hikmət  sabah  yalnız  sənətkar,  bu  torpağın  yetişdirdiyi 
böyük  bir  sənətkar  olaraq  dəyər  alacaq  və  məna  daşıyacaqdır.  “Bu  dünyadan  Nazim 


 
205 
keçdi” kitabı  Nazimi ən yaxşı təqdim edən və dəyərləndirən əsər kimi gələcək nəslə də 
ən doğru qaynaq və dayanaq olacaqdır.  
...Nazimin  məzarı  Moskvada,  “Novodeviçi”  məzarlığındadır.  “Novodeviçi”, 
əvvəllər  qızlar  monastrı  olub.  Məzarlıq  bu  monastrı  dövrələyərdi.  Indi  bura  məşhur 
insanlar məzarlığı kimidir. Zatən Çexov da, Qoqol da burada uyuyurlar. 
...Biz  gəldiyimiz  zaman  sabahın  erkən  saatına  baxmayaraq  ağır,  dəmir  qapılar 
açıqdı.  Məzarlıq  bu  saatda  da  qələbəlikdi...Əllərində  çiçək  dəstələri,  qadın,  kişi,  gənc, 
ixtiyar, hələ uşaqları ilə moskvalılar məzarlığa gəlirdilər. Biz də məzarlığa girdik...  
...Nazimin  məzarını  tanıdım.  Çox  qiymətli,  yüksək  qara  mərmər  blokun  üzərinə 
onun ayaqda dinamik silueti ovulmuşdu. Üzərinə türkcə imzasını işləmişdilər.” 
Nazim  Hikmətin  oğulluğu  (Pirayənin  oğlu)  görkəmli  tədqiqatçı  Mehmet  Fuad 
2000-ci  ildə  işıq  üzü  görmüş  (sonra  bu  kitabı  o,  daha  üç  dəfə  təkrar  nəşr  etdirdi.)  719 
səhifəlik “Nazim Hikmət” adlı kitabında Nazimin yaxın dostu və məsləkdaşı Zəkəriyyə 
Sərtəlin və onun həyat yoldaşı Səbihənin yadigarı olan qızı Yıldız Sərtəlin şairin cənazə 
mərasimindən qələmə aldığı təəssüratı belə təqdim edirdi: 
“Yaxınlaşdım. Nazim orada üzü açıq  yatırdı. Sanki şirin bir  yuxudaydı... Yanıma 
bir  fransız  yazıçısı  gəldi:  “Yıldız  hanım,  -  dedi,  -  sabah  Münəvvərlə  Mehmet  gəlirlər. 
Onları  heç  tanımayan  bir  qrup  rus  ziyalısı  qarşılayacaq.  Bu  doğrumu?”  Soruşdum: 
“Kim təşkil edib bu qarşılamağı?” 
...Arxamdan  birisinin  qolumu  çəkdiyini  hiss  etdim.  Döndüm.  Qalya...(Qalya 
Nazimin  həkimi,  Vera  Tülyakova  peyda  olana  qədər  çox  yaxını  və  çox  inandığı  bir 
insandı.-A.B.) 
-  Yıldız,  -  dedi  Qalya  –  Münəvvərlə  Mehmet  gələcəklər.  Məni  Münəvvərlə 
görüşdürməlisən.  Nazimin  vəsiyyətini  mən  ona  öz  əllərimlə  vermək  istəyirəm.  Nazim 
Hikmət, mirasının böyük qismini ona və Mehmetə vəsiyyət edib.  
Çox  cevdiyim  bu  qadının  yanaqlarından  öpdüm.  “Təbii,  -  dedim,  -  heç  şübhən 
olmasın, mən səni Münəvvərlə tanış edəcəyəm.” 
Sonra  Yıldız,  Qalya  ilə  təyyarə  meydanına  getməsindən,  Münəvvəri  və  Mehmeti 
qarşılamasından söz açaraq yazır: 


Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə