Aqşin Babayev



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə63/76
tarix16.08.2018
ölçüsü2,6 Mb.
#63569
1   ...   59   60   61   62   63   64   65   66   ...   76

 
209 
“Nazim Hikmət Ran vətəndaş olur 
Nazim  Hikmət  100-cü  doğum  ilində  türk  vətəndaşlığına  qovuşacaq.  2002-ci  ilin 
bütün  dünyada  “Nazim  Hikmət  ili”  olaraq  qəbul  edilməsi  üçün  xüsusi  bir    komitə 
yaradıldığını  bildirən  Mədəniyyət  naziri  Talay,  Nazim  Hikmətin  türk  vətəndaşlığına 
qəbulu  üçün  Səadətdin  Tantanla  görüşdüyünü,  mövcud  mövzu  ilə  bağlı  Daxili  İşlər 
Nazirliyi  ilə  zəruri  çalışmalara  başlayacaqlarını  ifadə  etdi.  2002-ci  ilin  beynəlxalq 
miqyasda  “Nazim  Hikmət  ili”  qəbul  edilməsi  üçün  hazırlanan  layihə  çərçivəsində  üç 
əsas məsələ üzərində iş getməlidir. 
Bu məsələlər aşağıdakılardır: Nazim Hikmət Bilgi Mərkəzinin yaradılması, Nazim 
Hikmət  əsərlərinin  nəşri  və  Nazim  Hikmət  sənədli  filmi...  Bundan  başqa,  Mədəniyyət 
Nazirliyinin  iştirakı  ilə  hazırlanan  “Nazim  Hikmət  şarkıları”  adlı  Video-SD  kitabı  da 
satışa buraxılacaq.” 
Yeri  gəlmişkən,  Nazim  Hikmətin  “Ran”  soyadı  ilə  əlaqədar  bir  məqama  da 
aydınlıq gətirmək istəyirəm. Rəsmi sənədlərdə şairin adı belə göstərilir: “Nazim Hikmət 
Ran.” Ran nə deməkdir? Nazim Hikmətdən Moskvada olarkən bunu soruşdum. O belə 
dedi:  “Bir  zamanlar  Türkiyədə  soyad  məsələsi  meydana  çıxdı.  O  vaxt  qırmızı  rəng 
solçuluq,  kommunistlik  deməkdi.  Mən  də  “Nar”  kəlməsini  seçdim.  Amma  tərsinə 
yazdım:  “Ran”.  Dedim  mən  bu  sözü  özümə  soyad  götürürəm.  O  vaxtdan  soyadım 
“Ran” oldu.” 
 Sonradan mən bununla əlaqədar bir çox mənbələri araşdırdım. Mənbələr bunu bir 
ehtimal kimi verirlər. 
 Nazimin  100  illiyinə  dünyanın  müxtəlif  yerlərindən  dəvətlilər  vardı  və  isimlər 
mətbuatda  verilmişdi.  “Hürriyet”  qəzeti  8  fevral  2002-ci  il  tarixli  nömrəsində  yazırdı: 
“Beynəlxalq  Nazim  Hikmət  Simpoziumuna  qatılacaq  isimlər  belədir:  Erik  Stinus, 
Nedim  Gursel,  Richard  Mckane,  Monica  Carbe,  John  Berger,  Cevat  Capan,  Ataol 
Behramoğlu,  Maya  Pinhas  Cohen,  Özdemir  İnce,  Titos  Patrikios,  Erdal  Alova,  Oğuz 
Makal, Margarita Malayeva, Zehra İpşiroğlu, Antonina Sverçevskaya, Ayşegül Yüksel, 
Konur  Ertop,  Doğan  Hızlan,  Atilla  Coşkun,  Anar  Rzayev,  Aqşin  Babayev,  Turqay 
Fişekçi, Svetlana Uturgauri, Cengiz Aytmatov, Timur Muhittin, Feridun Andaç, Necati 
Sönmez. 


 
210 
Nazim Hikmət Vəqfi  2002-ci ildə, il boyunca Nazim Hikməti bütün yönləriylə ələ 
alan  tədbirləri  həyata  keçirəcək.  Vəqfin  mədəniyyət  mərkəzlərində  keçiriləcək  anma 
mərasimlərindən  başqa,  Nazim  Hikmətin  fotoları,  afişaları,  sərgiləri  təşkil  ediləcək, 
Nazim Hikmət filmlərindən nümunələr göstəriləcəkdir.” 
Nazimin  vətəndaşlığının  qaytarılmasında  və  100  illiyinin  qeyd  olunmasında 
Azərbaycan  Yazıçılar  Birliyinin  xidmətini  Türkiyənin  ədəbi  ictimaiyyəti  rəğbətlə 
qarşıladı.  Şairin  100  illiyi  ilə  əlaqədar  təşkil  olunmuş  komissiyanın  üzvlərindən  biri 
olduğum üçün görülən işlərə daha yaxından  bələd idim. Anarın “Ədəbiyyat qəzeti”ndə 
çap olunmuş “Türkiyə Cumhuriyyətinin Baş Bakanı Rəcəb Tayib Ədroğana müraciət”i 
və  onun  “Zəfərin  mübarək,  Nazim”  məqaləsi  sözsüz  ki,  hamının  yadındadır.  Anar 
həmin məqaləni bu sözlərlə bitirmişdi: “İnanıram ki, haçansa şairin dalğa olub çırpıldığı 
Qadıköy iskələsinin ətrafında mərmər, qranit, ya tunc Nazim Hikmət, heyranı olduğu və 
son  saatınacan  sitəmini,  özləmini  çəkdiyi  şəhərin  -  “çinarlı,  qübbəli,  mavi  limanın” 
əbədi seyrinə dalacaq. Bu da Nazimin daha bir qələbəsi olacaq.” 
Anarın  “Kərəm kimi” kitabının Türkiyədə nəşri və bununla əlaqədar Ankarada və 
Amsterdamda  keçirilən  təqdimat  mərasimləri  də  Nazimin  olduğu  kimi  tanıdılmasında 
böyük  rol  oynadı.  Bu  mərasimlər  Hollandiya,  Almaniya  və  Makidoniya  mətbuatında 
işıqlandırıldı. “Hürriyyət” qəzeti yazırdı: “Nazim Hikmətin “Günəşi içənlərin türküsü” 
adlı kitabı 1928-ci ildə Bakıda nəşr olunduğu kimi, Anarın bizim bilmədiyimiz Nazim 
Hikməti anladan kitabı da ilk dəfə Ankarada basıldı.”  
Nazimin  2002-ci  ildə  100  illiyinin  YUNESKO  xəttilə  qeyd  olunmasından  sonrakı 
illərdə  Türkiyədən  şairin  sevilməsinə  dair  xoş  xəbər  gəlməyə  başladı:  Bu  xəbərlərdən 
biri  beləydi:  “Uzun  müddət  Moskvada  yaşaması  Nazim  Hikmətin  “kommunist 
düşüncəli  şair”  olduğu  barədə  yalanlara  rəvac  verib.  Artıq  yavaş-yavaş  bu  yalanlar 
sıradan çıxır.  Türkiyənin  Təhsil  Nazirliyi  yeni    tədris  ilində  Nazim  Hikmətin  həyat  və 
yaradıcılığının  öyrədilməsi  üçün  ayrılan  dərs  saatını  artırıb...  Bu  isə  Nazimə  öz 
vətənində sevginin günbəgün artdığını söyləməyə əsas verir.” 
Nazim Hikmət haqqında Əziz Nesinin belə bir sözü var:  “Nazim Hikmət dünyanı 
dolaşan  bir  Türkiyə  şarkısıdır.”  Necə  də  sərrast  deyilib.  Ayrı-ayrı  mətbu  orqanlarda 
müxtəlif illərdə çap edilmiş aşağıdakı sözlər  Əziz Nesinin fikrini təsdiq edir: 


 
211 
“...Fransanın  Lion  şəhərində  Serge  Panthein  səhnəyə  qoyduğu  “Böyük  bir  ürək” 
Nazim Hikmətin şeirlərindən və “Kamal Tahirə məktublardan” yaradılan bir teatr janrı 
idi.”(“Cumhuriyyət” qəzeti, 2 mart 1974) 
“...Sizə  Nazim  Hikmətin  şairlər  üzərindəki  təsirindən  söz  açacağam...Parisə  hər 
gəlişində  görüşürdük...  Sizə  N.Hikmətdən  danışa  bilərəm;  çünki  hər  kəs  üçün  olduğu 
kimi, mənim üçün də onda son dərəcə örnək bir şey vardır. Başqa sahələrdə bu nümunə 
(model)  anlayışı  ilə  razılaşa  bilmirəm,  amma  N.Hikmət,  şair  adı  verilə  biləcək 
hadisənin, yeniliyin nümunəsidir.”(Jan Marçenac. “Militan” jurnalı, 1976, N16) 
“Ünlü  türk  şairi  Nazim  Hikmətin  4  cildlik  “İnsan  mənzərələri”  farscaya  tərcümə 
olunub.  İrac  Nobehtin  çevirməsilə  “Dünyaya  No”  nəşriyyatı  tərəfindən  İranda 
yayımlanan  əsərin  ilk  çapının  tirajı  12  min  olub.  Məlumat  üçün  qeyd  edək  ki,  Nobeht 
ilk  dəfə  Nazim  Hikmətin  “Günəşi  içənlərin  türküsü”,  ardınca  isə  “Qan  konuşmaz” 
romanını  fars  dilinə  tərcümə  edib.  Onun  sözlərinə  görə  N.Hikmət  fars  dilli  oxucular 
tərəfindən  maraqla  qarşılanır  və  bu  onu  çox  sevindirir.  (“Ədalət”  qəzeti,  25  sentyabr 
2004-cü il.) 
“Böyük türk şairi Nazim Hikmət Ran dünən və bugün Fransanın Qrasse şəhərində 
düzənlənən “İlkbahar şairlər festivalı”nda yad olunub. Parisdə yaşayan türk şairi Əlif Su 
Alkan  və  yunan  şairi  Dmitris  Kraniotis  Nazimin  şeirlərini  fransızca  oxuyublar. 
Tədbirdə  fransız  ədəbiyyatçıları  da iştirak  ediblər  (“Ekspress”  qəzeti,  16  mart  2004-cü 
il). 
Bu  misalların  sayını  istənilən  qədər  artırmaq    olar.  Şairin  əsərləri  hələ  sağlığında 
bir  çox  dünya  dillərinə  çevrilmiş  və  nəşr  edilmişdi.  Amma  şeirləri  Türkiyədə  öz  ana 
dilində  işıq  üzü  görmürdü.  Pyesləri  bir  sıra  dünya  teatr  səhnələrində  göstərilmişdi. 
Türkiyə  teatrlarından  başqa.  Amma  nə  yaxşı  ki,  bugün  belə  deyil.  Nazimin  pyesləri 
bugün  Türkiyənin  teatr  səhnələrini  bəzəyir.  Hətta  “Nazim  Hikmətin  teatrosu”  adlı  bir 
tədqiqat əsəri də Türkiyədə işıq üzü görüb. 
Nazim  Hikmət,  şübhəsiz  ki,  bütün  türk  dünyasının  böyük  sənətkarıdır.  Amma 
mənə  elə  gəlir  ki,  biz  Nazim  Hikməti  daha  çox  istəyirik.  Almaniyadan  Orxan  Aras 
yazırdı:  “...Nazim  Hikmətin  Azərbaycanda  çox  böyük  hörməti  var.  Şəxsiyyəti  və 
şeirləri çox sevilir.” 


Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə