Aqşin Babayev



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə71/76
tarix16.08.2018
ölçüsü2,6 Mb.
#63569
1   ...   68   69   70   71   72   73   74   75   76

 
233 
Bu həsrət bizim ! 
(Nazim Hikmətin doğum günü münasibətilə) 
 
Yazıçı-jurnalist  Aqşin  Babayev  2006-2011-ci  illərdə  “ANS-ÇM” 
radiosunda  apardığı  həftəlik  müəllif  proqramı  əsasında  “Efirdən  vərəqlərə” 
adlı  yeni  kitabını  nəşrə  hazırlamışdır.  Həmin  kitabdan  Nazim  Hikmətə  həsr 
olunmuş “Bu həsrət bizim!” bölümünü oxucuların diqqətinə təqdim edirik. 
Aqşin  Babayev:  Bugünkü  proqramımızı  Türk  dünyasının  böyük  sənətkarı 
Nazim Hikmətə həsr edirik. Bu münasibətlə studiyamıza görkəmli sənət xadimləri- 
bəstəkar  Arif  Məlikovu  və  yazıçı  Anarı  dəvət  etmişik.  Bu  iki  şəxsiyyətin  xüsusi 
təqdimata  ehtiyacı  yoxdur.  Hamınız  onları  çox  gözəl  tanıyırsınız.  Arif  Məlikov 
Nazim  Hikmətin  “Bir  aşk  masalı”  (“Fərhad  və  Şirin”)  pyesi  əsasında  ölməz 
“Məhəbbət  əfsanəsi”  kimi  dünyaca  məşhur  balet  yaradıb.  Onun  şeirlərinə  silsilə 
romanslar  həsr  edib.  Anar  müəllim  də,  valideynləri-  unudulmaz  xalq  şairlərimiz 
Rəsul Rza və Nigar xanım Rəfibəylinin Nazim Hikmətlə böyük dostluğunun canlı 
şahidi olub.  Eyni zamanda o, Nazim Hikmətlə bağlı çox dəyərli əsərlər yazıb, nəşr 
etdirib.  
Nazim  Hikmətin  keçdiyi  həyat  yolu  və  çoxşaxəli  yaradıcılığı  haqqında 
danışmaq üçün saatlar lazımdır. Dinləyicilərimizə xatırlatmaq istəyirəm ki, Nazim 
Hikmət  61  il  ömür  sürüb.  1902-ci  ildə  Salonikdə  anadan  olub.  1963-cü  ildə 
Moskvada  vəfat  edib.  Məzarı  məşhur  sənət  xadimlərinin  dəfn  olunduqları 
“Novodeviçi” qəbrstanlığındadır.  
Nazim  Hikmət  Azərbaycanla  çox  bağlı  olub.  İlk  dəfə  1927-ci  ildə  Bakıya 
gəlib.  1928-ci  ildə  burada onun  ilk  kitabı-“Günəşi  içənlərin  türküsü”  nəşr  olunub. 
Uzun  illər  Türkiyədə  həbsxanalarda  yatan,  mütərəqqi  insanların  təkidi  ilə 
zindandan  azad  olunduqdan  sonra  Moskvaya  gələn  Nazim  Hikmət,  ömrünün  son 
13  ilini  keçmiş  Sovetlər  Birliyində  yaşayıb.  Bu  illərdə  o,  tez-tez  Bakıya  gələrdi, 
vətən həsrətini dili bir, ruhu bir azərbaycanlılarla görüşlərində ovudardı.  


 
234 
İndi  mən  sözü  qonaqlarıma  vermək  istəyirəm.  Arif  müəllim,  Siz  ilk  dəfə 
Nazim  Hikmətlə  nə  vaxt  və  necə  görüşmüsünüz  ?  Ümumiyyətlə  xatirələrinizi 
dinləmək istərdik. 
Arif Məlikov: Mənim Nazim Hikmətlə ilk görüşüm bir neçə saniyəlik olub. 
Nazim Bakıda idi, “İnturist” otelində qalırdı və mən onunla görüşə gəldim, içəridə 
də  xeyli  qonaqlar  var  idi.  Dedim  ki,  Ustad,  mən  sizin  “Bir  aşk  masalı”  pyesiniz 
əsasında balet  yazıram. “Çox  gözəl, çox gözəl” dedi. Sonra nə  mənim bir sözüm 
oldu, nə də onun. Mən getdim. Orada kinorejissor Əjdər İbrahimov da vardı. Sonra 
o,  mənə  hər  şeyi  danışdı.  Nazim  Hikmət  deyib  ki,  o,  yazacaq.  Çünki  gəncdir. 
Nazim Hikmət gənclərə həmişə inanırdı və gənclər də onu çox istəyirdi. 
Mən sizə səkkiz yaşlı bir türk qızının əhvalatını da danışmaq istəyirəm. Neçə 
illər  bundan  əvvəl  İstanbulda  idim.  O  vaxt  təmirdə  olan  Sultan  sarayına  adam 
buraxmırdılar.  Amma  sarayın  müdiri  məni  ora  dəvət  etdi.  Nahar  etdik.  Süfrə 
başında  bir  qız  da  oturmuşdu.  Bir  kəlmə  də  danışmırdı.  Amma  sözlü  adama 
oxşayırdı. Sonra bildim ki, bu, müdirin qızı imiş. Müdir dedi ki, biz Nazimsevərik. 
Qızım  Nazimə  şeir  həsr  edib,  onu  sizə  oxumaq  istəyir.  Qız  şeiri  oxudu.  Səsi 
titrəyirdi.  Tam  şeiri  sizə  əzbər  deyə  bilmərəm,  məzmunu  təxminən  belə  idi: 
“Nazim  əmi,  məzarından  bir  ovuc  torpaq  ver  mənə.  Bağçamda  əkdiyim  güllərin 
dibinə  səpim.  O  gülləri  dərməyəcəyəm.  O  gülləri  dərmək,  Nazimi  torpaqdan 
ayırmaq deməkdir”.  
Məni çox kövrəltdi o qız, sonra çıxdıq bağçaya, gəzdik. Qızıl güllər açmışdı. 
Rəngbərəng  idilər.  Açıq  qırmızı  rəngdə  bir  gülü  göstərdim  qıza,  soruşdum:  bumu 
Nazim  Hikmət  ?  Dedi  yox.  Tünd  qırmızı  rəngdə  bir  gül  var  idi.  Özü  də  güllərin 
boyu  insan  boyundan  da  yüksəkdi.  Dedi  hə,  bax  budur.  Dedim,  qızım,  sənə  nə 
hədiyyə  edim.    “Mənə  Nazim  Hikmətin  əsərini  göstər”,-dedi.  O,  “Məhəbbət 
əfasanəsi”ni  görmək  istəyirdi.  O  dövrdə  bu  mümkün  deyildi.  Nazim  Türkiyədə 
yasaq  idi.  Sonralar  Ankarada  tamaşanı  qoya  bildik.  Sonra  İstanbula  da  gəldik. 
İstanbula  gəlməyin  də  bir  səbəbi  var  idi.  Ankarada  tamaşanın  premyerasını 
verəndən  sonra  Türkiyənin  Baş  Naziri  məndən  soruşdu  ki,  nə  arzunuz var,  dedim 
mənim bir arzum var ki, “Məhəbbət əfsanəsi”ni İstanbulda göstərək. Dedi problem 


 
235 
yoxdur. Çağırdı müdiri, dedi:  “üç-dörd tamaşadan sonra gedin  İstanbula, göstərin 
tamaşanı”. Gəldik İstanbula, özüm də pult arxasında oturmuşdum. Salonda həmin 
qızı da atası ilə əyləşdirmişdim. Tamaşadan sonra qız mənə dedi ki, çox sağ olun. 
Mən Nazim Hikməti gördüm. Bakıya gələndən sonra o qızın şeirini “Ədəbiyyat və 
incəsənət” qəzetində çap etdirdim. 
Nazim  Hikmət  haqqında  danışanda ürəyimizi  açan, fərəhli  hadisələr  olduğu 
kimi,  bizi  kədərləndirən  duyğular  da  var.  Deyirlər  kişi  göz  yaşlarından 
utanmamalıdır.  Mən  Nazim  Hikmətlə  bağlı  ağlamışam.  “Məhəbbət  əfsanəsi”ni 
Ankarada tamaşaya qoymaq istəyəndə premyeraya bir gün qalmış tapşırıq gəldi ki, 
Nazim Hikmətin adı afişalardan çıxarılsın. Çıxarılsa premyera olacaq, çıxarılmasa 
olmayacaq.  Mən  dedim  ki,  bütün  ölkələrdə  bu  əsər  Nazim  Hikmətin  adıyla  gedir. 
Əgər  Türkiyə  bugün  Nazimi  qəbul  etmirsə,  tamaşa  olmayacaq.  Aparaturamı 
vurdum  qoltuğuma,  getdim.  Premyera  olmadı.  Sonra  hökümət  dəyişildi,  iki  ildən 
sonra  Ankarada  “Məhəbbət  əfsanəsi”  tamaşaya  qoyuldu.  Sonra  İzmirdə  də 
qoyuldu,  İstanbulda  Bələdiyyə  Teatrında  da  nümayiş  etdirildi.  Nazim  Hikmətin 
100 illiyində təntənəli bir premyera verdik.  
Anar: Aqşin müəllim, siz düzgün qeyd etdiniz ki, Nazim Hikmət Bakıya ilk 
dəfə 1927-ci ildə gəlib. O vaxt Nazimin ilk kitabı “Günəşi içənlərin türküsü” 1928-
ci ildə ərəb əlifbası ilə çap olundu. Bu kitabın redaktoru Süleyman Rüstəm  idi. O 
vaxt  Nazim  Hikmətlə  atam  tanış  deyildi.  Sonra  tanış  oldular  onlar.  Çox  qısa  bir 
zamanda  da  yaxın  dost  oldular.  Mən  isə  Nazim  Hikməti  ilk  dəfə  1957-ci  ildə 
gördüm.  Bakıya  gəldi,  atam  onu  evimizə  dəvət  etmişdi.  Yadımdadır  ki,  həkimi 
Qalina  idi.  Qalina  və  Əkbər  Babayevlə  bir  yerdə  gəlmişdilər.  Evimiz  üçüncü 
mərtəbədə  idi.  Hər  mərtəbədə  stul  qoymuşduq.  Nazim  otururdu,  nəfəsini  dərirdi, 
sonra  qalxırdı.  O  gecə  bizdə  Süleyman  Rüstəm,  Cəfər  Cəfərov,  Sabit  Rəhman, 
Ənvər Məmmədxanlı qonaq idilər. Bülbülü də atam dəvət etmişdi. Bülbül mahnılar 
oxuyurdu  və  Nazim:  “Bayıldım    bu  mahnılara.  Nə  gözəl,  nə  gözəl”  deyirdi.  Hər 
dəfə Nazim Bakıya gələndə bizdə belə qonaqlıqlar olurdu.  
Sonra mən Moskvada olanda Nazim Hikmətə zəng etdim, telefonla danışdıq. 
Heç  bir-iki  saat  keçməmişdi  ki,  Əkbər  mənə  zəng  elədi  ki,  Nazim  bir  yerə  gedir, 


Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə