Aqşin Babayev



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə74/76
tarix16.08.2018
ölçüsü2,6 Mb.
#63569
1   ...   68   69   70   71   72   73   74   75   76

 
242 
mənim evimdə Abidin Dinonun rəsmləri var. Abidin Dino bilirdi ki, mən Nazimlə 
yaxınam. 
Sizə  deyim  ki,  Nazim  İstanbula  çox  bağlı  idi.  Türklər  həmişə  deyir  ki, 
İstanbulda Nazim Hikmətin ad günündə, vəfat günündə bilmirik ki, çiçəkləri hara 
qoyaq.  “Məhəbbət  əfsanəsi”  ilk  dəfə  İstanbulda  tamaşaya  qoyulanda  bir  metrlik 
gülləri dərdik, gəldik Qalata körpüsünə. O gülləri, Nazimi anaraq körpüdən bir-bir 
atdıq.  Sonra  türklər  demişdilər  ki,  bundan  sonra  biz  də  Nazim  Hikmətin  ad 
günündə gülləri Qalata körpüsündən atacağıq. Elə də etdilər və sonra mənə dedilər 
ki,  türk  rəssamı  bu  hadisəni  eşidib  böyük  bir  rəsm  əsəri  çəkmiş,  Nazim  Hikmətin 
sevdiyi  Qalata  körpüsünü  təsvir  etmişdir.  Sonra  həmin  rəssam  o  rəsmi  mənə 
bağışladı. Bugün də o rəsm mənim evimi bəzəyir. 
Bilirsiniz,  Nazim  Hikmət  haqqında  saatlarla  danışmaq  olar.  Türkiyədə  bir 
dəfə  altı-yeddi  kamera  qarşısında  bir  gün  səhərdən  axşama  qədər  Nazim  Hikmət 
haqqında danışmışam. 
Anar: Nazimi Əkbərsiz təsəvvür etmək mümkün deyildi. Bakıda da Əkbərlə 
olub dəfələrlə. Moskvada da həmişə onun işlərini Əkbər görüb. Əkbər həm atamın 
dostu  idi,  həm  də  mənim.  Əkbər  Nazimin  ölümündən  sonra  da  Moskvaya  gələn 
türk  yazıçıları  ilə  əlaqə  saxlayırdı.  Amma  Əkbərin  belə  bir  faciəsi  vardı  ki,  bu 
qədər Türkiyəni sevə-sevə, türk yazıçıları ilə bu qədər bağlı ola-ola, bir dəfə də onu 
Türkiyəyə buraxmadılar. Mən Türkiyəyə gedib gələndən sonra, yadımdadır, Əkbər 
məni  hava  limanında  qarşıladı.  Elə  qarşıladı  ki,  elə  bil  özü  gedib-gəlmişdi 
Türkiyəyə.  Evində,  yatağının  üstündə  İstanbulun  xəritəsi  asılmışdı.  O,  deyirdi  ki, 
hər  səhər  gözümü  açıb  bu  xəritəyə  baxıram  və  Nazim  Hikmətin  çox  sevdiyi 
İstanbulu  görməyi  arzulayıram...  Əkbərlə  bağlı  xatirələr  bir  az  kədərlidir.  O, 
niskilini özüylə apardı. 
Aqşin Babayev: Nazim Hikmətli dəqiqələrimiz çox sürətlə keçdi və təəssüf 
ki,  vaxtımız  sona  çatdı.  Mən  Sizlərə  çox  təşəkkür  edirəm  Arif  müəllim,  Anar 
müəllim. Dəyərli vaxtınızı ayırıb studiyaya gəldiyinizə görə çox sağ olun!  
 
 “Ədəbiyyat qəzeti”,  24 yanvar 2014-cü il. 


 
243 
 


 
244 
Əsgər Rəsulov 
Filologiya elmləri doktoru, professor 
Görkəmli nazimşünasın “Ceviz ağacı” və “Çinar” rapsodiyası* 
(Son söz əvəzi) 
 
Türk  dünyasının  ayrılmaz  parçası  müstəqil  Azərbaycanın  20,  tanınmış 
türkoloqu  və  yazıçı-publisisti  Aqşin  Babayevin  75,  böyük  sənətkarı  Nazim 
Hikmətin  110  yaşı  tamam  oldu.  Qısa  aralıqlarla  təxminən  eyni  zaman  diliminə 
sığan bu üç ad gününü xatırlamağımız təsadüfi deyil. Azərbaycanı suveren dövlət 
kimi  görmək  istəyənlər  içərisində  ötən  əsrin  20-ci  illərində  birinci  dəfə  ölkəmizə 
ayaq  basan,  1928-ci  ildə  “Günəşi  içənlərin  türküsü”  adlı  ilk  kitabı  Bakıda  nəşr 
edilən,  1951-ci  ildə  SSRİ-yə  pənah  gətirib,  ömrümün  sonuna  qədər  (3 iyun  1963)  
Moskvada  yaşamağa  məhkum  olan,  xalqımızın  vəfalı  dostu  və  yurdumuzun 
vurğunu  Nazim  də  vardı  –  qüdrətli  şair,  orijinal  dramaturq,  mübariz  publisist, 
novator  nasir  Nazim  Hikmət!  Aqşin  Babayevə  gəlincə,  onun  xüsusi  təqdimata 
ehtiyacı  olmasa  da,  haqqında  söhbət  açacağımız  kitabın  müəllifi  kimi  az  sonra 
tanıdacağıq.  Burada  sadəcə  bunu  qeyd  etməklə  kifayətlənək  ki,  yuxarıdakı  üç  ad 
günü kontekstində adının çəkilməsi bənzərsiz olmasından irəli gəlir.  
 
Budur,  qarşımda  Aqşin  müəllimin  Türkiyədə  nəfis  tərtibatla  yenicə  çapdan 
çıxmış kitabı  var. “Nazim Hikmət  və Azərbaycan” (Zeus kitab evi, 2012). Bəyaz 
cildin üst qapağında çinar yarpağı misalı Azərbaycan xəritəsi... Cadar-cadar olmuş, 
ürək  çatlarının  naxışladığı  Nazim  Hikmətin  üzü...  İri,  kənarları  erkən  qırışlarla 
haşiyələnmiş  gözləri...  İnsanın  içinə  işləyən  ağlar-gülər  baxışları...  Kitabın  arxa 
qapağında xalq şairimiz Bəxtiyar Vahabzadənin Nazim Hikmətə həsr etdiyi şeirdən 
bir bənd:  
                                    Ürəklərdən alır ancaq söz mayasını, 
                                    Şeirin sözü neçə candan can almış. 
 Nazim, sənin yüz kitabın öz mayasını, 
Bakımızda yaratdığın kitabdan almış. 
_____________________ 
 
* Məqalə ixtisarla verilir. 


 
245 
 
Kitabı  Türkiyə  türkcəsinə  qardaş  ölkənin    məşhur  nazimşünaslarından 
tanınmış  pedaqoq-mütərcim  Aslan  Kavlak  çevirib.  Nazim  Hikmətin  Azərbaycan 
sevgisini  bütün  çalarları  ilə  göz  önündə  canlandıran  kitab  2012-ci  ilin  aprelində 
İzmirdə təşkil edilmiş kitab yarmarkasında böyük maraqla qarşılanıb.  
 
Girişdəki təqdimatdan öyrənirik ki, kitab Bakıda doğma dilimizdə təxminən 
10-12  il  əvvəl  yazılıb  və  Aqşin  müəllimin  sənətkara  həsr  etdiyi  dörd  kitabdan 
üçüncüsüdür: “Nazim Hikmət” (1978), “Nazim Hikmət və həyatı” (1989, bu kitab 
Almaniyada    türk  dilində  də  nəşr  edilib),  “100  yaşlı  Nazim  Hikmət”  (2000), 
“Nazim Hikmət qalaktikası” (Elektron variantda-2011).  
 
Kitabda  Aqşin  müəllimin  qısa  bioqrafiyası  verilib:  23  noyabr  1936-cı  ildə 
Bakıda  anadan  olub.  Azərbaycan  Dövlət  Universitetinin  filologiya  fakültəsini 
bitirib  (1959).  Aspiranturada  təhsil  alıb  və  Nazim  Hikmətin  dramaturgiya 
yaradıcılığına dair namizədlik dissertasiyası  müdafiə edib (1967). Elmlər doktoru 
(1996),  professordur  (1998).  Türkşünas-alimin  yuxarıda  adları  çəkilən  4  əsəri  ilə 
yanaşı,  “Türk  ədəbiyyatı  müntəxəbatı”,  “Türk  dramaturgiyası”,  “Cümhuriyyət 
dövrü  türk ədəbiyyatında sosial motivlər”, “Azərbaycan və türk dünyası” adlı son 
dərəcə dəyərli elmi-nəzəri kitabları və dərs vəsaitləri işıq üzü görmüşdür.  
 
Aqşin  müəllimin  müxtəlif  vəzifələrdə  çalışdığı  qeyd  olunur:  1959-1969-cu 
illərdə  Azərbaycan  Dövlət  Televiziya  və  Radio  verilişləri  Komitəsində  türk 
verilişləri şöbəsində redaktor və baş redaktor müavini, 1970-1972-ci illərdə Xarici 
verilişlərin  baş  redaktoru,  1976-1990-cı  illərdə  Azərbaycan  Dövlət  Televiziya  və 
Radio  verilişləri  Komitəsində  Sədr  müavini  işləmişdir.  1972-1975-ci  illərdə 
Türkiyədə    çalışmışdır.  1977-1982-ci  illərdə  Azərbaycan  Jurnalistlər  İttifaqının 
idarə  heyətinin  katibi  olmuş,  “Əməkdar  jurnalisr”  fəxri  adına  layiq  görülmüşdür. 
1991-2006-cı  illərdə  Azərbaycan  Milli  Məclisi  Aparatının  mətbuat  xidməti 
şöbəsinə rəhbərlik etmişdir. İkinci dərəcəli dövlət müşaviridir. N. Hikmətin bacısı 
mərhum Samiyə Yaltırım tərəfindən Türkiyədə təsis edilmiş Nazim Hİkmət Kültür 
və Sanat Vakfının fəxri üzvüdür.  


Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə