Aqşin Babayev



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə69/76
tarix16.08.2018
ölçüsü2,6 Mb.
#63569
1   ...   65   66   67   68   69   70   71   72   ...   76

 
227 
və sonsuz rəğbətlə qarşılanan bu əsər bu gün də Nazimin adını, sənətini, şöhrətini 
yaşadır. Bu əsər haqqında böyük sənətkarımız Niyazi yazırdı: “Leninqrad opera və 
balet  teatrında  Nazimlə  birgə  keçirdiyim  həyəcanlar  indi  də  qəlbimi  isidir.  İlk 
növbədə  gözümün  qarşısına  gələn  odur  ki,  tamaşadan  sonra  Nazim  uşaq  kimi 
sevinirdi.  Təkcə  ona  görə  yox  ki,  librettonun  müəllifi  idi.  Şair  ikiqat  fərəhlənirdi. 
Çünki  bəstəkar  Arif  Məlikovun  musiqisi  böyük  müvəffəqiyyət  qazanmışdı.  O, 
hərarətlə  Arifi,  baletin  quruluşunu  verən  Yuri  Qriqoroviçi,  rəssam  Versaladzeni, 
bir dirijor kimi məni, eləcə də iştirakçıları təbrik edir, alqışlayırdı.  
Balet doğrudan da əsl sənət bayramına çevrilmişdi.” 
Azərbaycan  tədqiqatçılarından  nazimşünas  Abuzər  İsmayılovun  “Nazim 
Hikmət  (həyat  və  yaradıcılıq  salnaməsi)”  adlı  maraqlı  bir  əsəri  var.  Bu  kitabda 
Azərbaycanın  və  Türkiyənin  fikir  adamları  ilə  bərabər,  bir  çox  başqa  ölkələrin 
nazimsevərlərinin  də  rəyləri,  ürək  sözləri  toplanmışdır.  Onların  bəzilərindən  qısa 
sətirlərə nəzər salmaq yerinə düşərdi. 
 “Şair  kimdir?  Belə  hesab  edirəm  ki,  o,  hamıdan  əvvəl  hər  şeyi  beynəlxalq 
aləmin  işığında  görən  bir  insandır...  Bu  işığı  yaymayan  şair  deyildir  və  bu  işıq 
N.Hikmətdə vardır”. (Jan Marçenac) 
“Bəzən  şairlərin  əsərləri  onların  ölümü  ilə  birlikdə  sanki  lap  uzaqlarda, 
səssizlikdə  onlarla  birlikdə  qeyb  olur.  Amma  Nazimin  əsərlərinin  belə  bir  zaman 
imtahanına əsla ehtiyacı olmadığı şübhəsiz bir həqiqətdir”. (Şarl Dobjinski ) 
“Belə  güman  edirəm  ki,  hər  birimiz  Fransa  olsun,  Türkiyə  olsun,  Nazim 
əsərlərinin  tərcümə  edildiyi  Vyetnam,  ya  Anqola  olsun,  Nazim  Hikmətin 
oxucularının hər biri özünü onun dostu, qardaşı kimi hiss edir. (Madelina Riffaud) 
 “Böyük  türk  şairi  Nazim  Hikmətin  şəxsiyyəti  Latın  Amerikasında  böyük 
həyəcan yaratmışdır... Biz onu mübariz, üsyankar şeirlərinə görə tanıyırıq”. (Angel 
Miquel Asturias) 
Nazim  Hikmət  Şərq  aləmində,  o  cümlədən  ərəb  ölkələrində  də  tanınan  və 
sevilən  sənətkardır.  Nazimin  onunla  bir  dövrdə  yaşamış  ərəb  şairləri  ilə,  xüsusən 
İraqın  məşhur  qələm  sahibi  Əbdül  Vəhab  əl-Bəyati  ilə  dostluğu  buna  misal  ola 
bilər.  Filologiya  elmləri  doktoru,  görkəmli  ərəbşünas  Vilayət  Cəfər  “Qürbətdə 


 
228 
yaranan  dostluq”  adlı  monoqrafiyasında  qeyd  edir  ki,  Əbdül  Vəhab  əl-Bəyati 
Nazim Hikməti özünün “Moskvadakı günəşi” adlandırırdı. Kitabda müəllif Nazim 
Hikmətin  dünya  şöhrətindən  də  söz  açaraq  yazır:  “Əbdül  Vəhab  əl-Bəyatinin 
Nazim Hikmətlə şəxsi tanışlığı Moskvadan başlanır. Lakin bu o demək deyildi ki, 
əl-Bəyati  o  vaxta  qədər  Nazim  Hikməti  bir  şair  kimi  tanımırdı,  onun  haqqında 
məlumatı yox idi. Şübhəsiz ki, bu belə deyildi. Çünki Nazim Hikmət artıq o dövrdə 
bir  növ  Avropa,  Asiya  və  Afrikanın  poeziya  səmasında  bərq  vuran  bir  ulduzu 
xatırladırdı,  onun  şeirləri  dünyanın  bir  çox  dillərində  səslənirdi.  Nazim  Hikmətin 
Sofiyada  nəşr  olunmuş  səkkiz  cildliyinin  təkcə  ikinci  cildinə  nəzər  salsaq  görərik 
ki, bu cildlə toplanmış şeirlərin altında Pekin, Moskva, Varşava, Fransisko, Lazini, 
Tbilisi,  Budapeşt,  Praqa,  Yesenik,  Varna,  İsveçrə,  Paris,  Leninqrad, 
Çexoslovakiya, Berlin, Laypsiq, Arxipo-Osipovka, Pitsunda, Krasnovodsk, Roma, 
Havana və s. kimi çoxsaylı dünya şəhərlərinin adları yazılmışdır. Bu eyni zamanda 
o  deməkdir  ki,  Nazim  həyatının  müəyyən  məqamlarını  keçirdiyi  bu  ölkə  və 
şəhərlərdə  qələmə  aldığı  şeirlərdə  təkcə  olduğu  yerlərin  xəritəsini  əks  etdirmirdi. 
O,  həmçinin  bu  şeirlərlə  həmin  ölkələrin  poeziyasevərləri  qarşısında  çıxışlar 
etdiyini və onların qəlblərini fəth etdiyini nümayiş etdirirdi. Bu isə hər şairə nəsib 
olan uğur deyildi.” 
Bəli,  bu  gün  Nazim  Hikmət  dünya  meridianlarında  addımlayır.  O,  sözün 
həqiqi mənasında dünya şairidir. Ola bilər ki, mənim bu sözümə dodaq büzənlər də 
olsun. Olacaq da. Çünki Nazim Hikməti, başqa ölkələrdə deyə bilmərəm, qəribədir 
ki,  Türkiyədə  və  Azərbaycanda  bəyənməyənlər  də  var.  Həmin  kəslərə  xalq 
yazıçısı, Nazim Hikmət tədqiqatşısı Anarın sözləri ilə cavab vermək istəyirəm. O, 
belə  yazır:  “Nazimə  qarşı  hücumların  əsas  istiqaməti-onu  türk  xalqından,  onun 
ruhundan,  ənənələrindən  ayırmaq,  onu  milli  dəyərlərə  nihilist  münasibət  bəsləyən 
“vətənsiz” bir bəşər oğlu kimi, kosmopolit kimi təqdim etmək cəhdiylə bağlıdı... 
Nazimi türk xalqından, şeiriyyətindən, fikirdən, fəlsəfədən məhrum etməklə 
ürəkləri  soyumurdu.  Türk  şeirini  dünya  meydanına  çıxaran,  adı  əsrin  böyük 
sənətçiləri  ilə  bir  sırada  çəkilən,  ana  dilini  ən  yüksək  beynəlxalq  məclislərdə 
səsləndirən  Nazimin  şöhrətinə  qısqanır  və  buna  görə  də  bu  şöhrətin  özünü  belə 


 
229 
danırdılar:  “Nazim  Hikmət  dünyanın  böyük  şairi  deyildir.  Nazim  Hikmət  iddia 
edildiyi kimi, bütün dünyanın tanıdığı böyük bir şair olmaqdan uzaqdır. Dünyanın 
böyük bir şairi  olmaq  elə asan bir  işmiş ki”. Bütün bu səfsəfələrə dözə bilməyən 
Əziz  Nesin:  “Dünya  ağılsızdırmı?-  deyə  sual  edir.  Nazimin  “ən  güclü  tərəfi-
şairliyinin dəyərsiz olduğunu iddia edirdilər. Belə bir iddia bütün dünyanın ağılsız 
olduğunu  sanmaq  deməkdir.  Bu  iddiada  olanlar  Nazimin  əsərlərinin  60  dilə 
çevrildiyini, hər dildə bir çox dəfə nəşr olunduğunu, günlər keçdikcə də daha çox 
yayıldığını və bunun səbəblərini düşünməlidirlər.” 
Nazim  Hikmət  dünya  şairi  olduğunu  sağlığında  bilirdi.  Ona  görə  böyük 
uzaqgörənliklə  deyirdi:  “Mən  Pol  Rubsonun  mahnılarında,  Araqonun  şeirlərində 
yaşayacağam. Mən ağ sülh göyərçinində, sizin bayraqlarınızda yaşayacağam. Mən 
Fransanın  liman  işçilərinin,  mənim  şanlı  oğullarımın  gülüşlərində  yaşayacağam. 
Mən yer üzündə insanlar arasında, insanlar üçün yaşayacağam”.  
 
“Ədəbiyyat qəzeti”, 17 may 2013-cü il. 


Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə