Aqşin Babayev



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə65/76
tarix16.08.2018
ölçüsü2,6 Mb.
#63569
1   ...   61   62   63   64   65   66   67   68   ...   76

 
215 
- Onlar barmaqlarını gəzdirə-gəzdirə mənim tapdığımı axtarırlar. Amma mən artıq 
tapmışam  və  bu  nöqtəyə  takılmışam.  Sonra  müəllif  əlavə  edir  ki,  biz  də  Nazimə 
takılmışıq artıq. Ondan əl çəkən deyilik.  
Bugün Türkiyədə Nazim Hikməti  yaşadan bir qurum  var. Bu qurumun adı Nazim 
Hikmət  Kültür  və  Sanat  Vakfıdır.  Nazim  Hikmət  vakfı  şairin  bacısı  mərhum  Samiyə 
Yaltırım tərəfindən 1991-ci ildə yaradılmışdır. Nazimin vəfatından sonra Samiyə xanım 
Bakıya  gəlmişdi.  Anarla,  Arif  Məlikovla  və  başqa  sənət  xadimlərimiz  ilə  görüşmüşdü. 
Onunla  görüşmək,  səsini,  təəssüratını  lentə  almaq  mənə  də  nəsib  olmuşdu.  Onun  səsi 
yazılmış  lent  yazısı  (Nazimdən,  ona  Azərbaycanda  bəslənilən  sonsuz  məhəbbətdən 
danışırdı, bununla fəxr edirdi) və birgə çəkdirdiyimiz fotoşəkil arxivimdədir.  
Samiyə  xanımın  yaratdığı,  sonra  nazimsevərlərin  yaşatdığı  Nazim  Hikmət  Kültür 
ve  Sanat  Vakfı  bütün  dünyada  böyük  sənətkarla  əlaqədar  yazıları,  kitabları,  nəşrləri, 
fotoşəkilləri, rəsmləri, filmləri, musiqiləri toplayır, eyni zamanda, yerli mətbuatda, yəni 
Türkiyənin  qəzet  və  jurnallarında  Nazimə  dair  işıq  üzü  görmüş  məqalələri,  onun 
haqqında  deyilənləri,  hətta  kiçik  xəbərləri  belə  oxucuların  nəzərinə  çatdırır.  Eyni 
zamanda bu Vakf toplantılar, simpoziumlar keçirir, sərgilər təşkil edir, bir sözlə, Nazim 
Hikmətlə  bağlı  müxtəlif  maraqlı    tədbirlər  həyata  keçirir.  Nazim  Hikmətin  doğum 
günləri, anım tarixləri bir qayda  olaraq bu qurum vasitəsilə müxtəlif nəşrlərdə işıq üzü 
görür. Vakf müntəzəm olaraq hər il N.Hikmətə həsr olunmuş xatirə kitabçaları da nəşr 
etdirir. Eyni zamanda, dünya miqyasında Nazim Hikmət yaradıcılığını tədqiq edənlərlə 
əlaqə  saxlayır.  Fərəhli  haldır  ki,  Türkiyədə  və  dünyanın  başqa  ölkələrində  Nazim 
Hikmət  haqqında  nə  yeni  məlumat  varsa,  ilk  növbədə  bu  qurumun  vasitəsilə  xəbər 
tuturuq.  Vakf  bizi  2010-cu  ilin  3  iyununda  belə  bir  xəbərlə  sevindirmişdi:  “Antalyaya 
Nazim Hikmət heykəli dikildi.” Xəbərdə deyilirdi: “Antalya bələdiyyəsi Nazim Hikmət 
Kültür və Sanat Vakfı ilə birlikdə şairin anım günündə, yəni 3 iyun tarixində Antalyada 
helkəltaraş  Mehmet  Aksoyun  “Nazim  Hikmət  həbsxanada”  adlı  heykəlinin  açılışını 
təşkil  etdi.  Heykəl  açılmadan  əvvəl  bəstəkar  Fazil  Sayın  “Nazim”  oratoriyası  səsləndi. 
Açılış  mərasimində  giriş  sözü  söyləyən  Nazim  Hikmət  Kültür  və  Sanat  Vakfının 
başkanı  Rutkay  Əziz  “Nazim”  heykəlinin  Antalyada  olmasından  böyük  səadət 
duyduğunu dilə gətirdi.” 


 
216 
 Nazim  Hikmət  Kültür  və  Sanat  Vakfının  maraqlı  nəşrlərindən  biri  də  şairin 
sözlərinə  yazılmış  musiqilərə  həsr  olunmuşdur.  Kitabın  üz  qabığında  çinar  rəsmi 
verilmiş,  ağacın  kökləri  insan  əlləri  kimi  torpağın  dərinliklərində  təsvir  olunmuşdur. 
Çinar  ağacının  budaqlarında,  yarpaqlarında  musiqi  notları  görünür  və  Nazimin 
“Vəsiyyət” şeirindən aşağıdakı misralar nəzəri cəlb edir:  
 
Yoldaşlar, ölürsem, o günden önce, yani, 
-Öyle gibi də görünüyor - 
Anadoluda bir köy mezarlığına gömün beni...  
Tepemde bir çinar olursa,  
Taş-maş da istemez hani... 
 
Nəfis şəkildə nəşr olunmuş bu kitabda sənət xadimlərinin Nazim Hikmət haqqında 
ürək sözləri də qısa sətirlərdə əks olunmuşdur:   
“Nazim Hikmət XX  əsr türk şeirinin deyə bilərəm ki, ən böyük fiquru, ən böyük 
kişiliyidir. Bu həm onun əsərlərinin inqilabi ruhu ilə bağlıdır, həm də təsiri ilə. Bu təsir 
həm  türk  ədəbiyyatı  üzərindədir,  həm  də  dünya  ədəbiyyatı  ilə  əlaqələr  baxımından 
maraqlıdır.” (Ataol Bəhramoğlu) 
“Nazim  Hikmətin  şeirlərinin  içində  çox  ciddi  musiqi  dəyərləri  var.  O,  ənənəvi 
qaydaları  parçalayır...  Nazimin  şeirlərində  qüvvətli  vuruşların  hakim  olduğu  ritmlər 
var.”(Bülənt Aksoy) 
 “Dünyanın  harasına  gedirsinizsə  gedin,  Türkiyə  deyən  kimi  hamı  üç  adı  deyir: 
Nəsrəddin Hoca, Mustafa Kamal Atatürk və Nazim Hikmət...”(Əziz Nesin) 
Bu  kitabda  Türkiyənin  məşhur  bəstəkarlarının,  sənətçilərinin  Nazim  Hikmət 
şeirlərinə  yazdıqları  mahnılar  haqqında  məlumat  verilir.  Ruhi  Su,  Sümeyra,  Zülfü 
Livaneli,  Cem  Karaca,  İnci  Çayırlı,  Esin  Avşar  və  başqalarının  şarkıları  və  onların 
haqqında  məlumatlar  kitabda  geniş  şəkildə  verilmişdir.  Bütün  bunları  oxuduqca, 
şarkıları dinlədikcə düşünürəm: “Kaş Nazim Hikmət bu günləri görəydi.” 
Kitabda  Nazim  Hikmətin  “Qadınlarımız”,  “Yapon  balıqçısı”,  “Qarlı  kayın 
ormanında”, “Mavi liman”, “Qanadları gümüş”, “Tahirlə Zöhrə”, “Səni düşünmək” adlı 


 
217 
şeirlərinə  yazılmış  musiqilər  DVD  diskində  toplanıb.  Kitabın  sonunda  Nazim  Hikmət 
Kültür və Sanat Vakfı dünya miqyasında Nazim Hikmət dostlarının adlarını vermişdir. 
Bu  adlar  içərisində  Abidin  Dinonun,  Kamal  Tahirin,  Zəkəriyyə  Sərtəlin,  Bülənt 
Aksoyun,  Şükran  Kurdakulun  və  başqa  sənət  nümayəndələrinin,  ictimai  xadimlərin 
adları var. Bu nəşrdə Nazim Hikmətin məktublarından da nümunələr verilmişdir.  
Nazim  Hikmət  Kültür  və  Sanat  Vakfının  səyləri  ilə  meydana  gəlmiş  “Nazim 
Hikmət” adlı sənədli film də Türkiyədə populyardır. Bu film ilə bağlı Vakfın baş katibi 
Kiymet  xanım  Coşğun  və  bu  qurumun  idarəçilərindən  olan  məşhur  aktyor  Tarik  Akan 
bir  çox  dünya  ölkələrinə  səfər  etmiş,  maraqlı  bir  sənət  nümunəsi  yaratmışlar.  Bu 
fədakar  nazimsevərlərin  Azərbaycana  gəlişi  də  yadımdadır  və  çox  şadam  ki,  həmin 
filmdə Nazimlə əlaqədar mənim də çıxışım yer almışdır.  
Nazim  Hikmət  həm  də  rəssam  idi.  Bu  şübhəsiz  ki,  ona  anası  Ayişə  Cəlilədən 
keçmişdi.  Ayişə  Cəlilə  dövrünün  tanınmış  rəssamlarından  idi.  Uşaq  yaşlarından  şəkil 
çəkməyə  böyük  marağı  Nazimdə,  məhz  anası  yaratmışdı.  Balaca  Nazimin  ən  çox 
çəkdiyi  şəkil  poçtalyon  rəsmi  idi. O,  böyüyəndə  poçtalyon  olmaq  istəyirdi.  Deyirdi  ki, 
poçtalyon  ev-ev  gəzir,  insanlara  xoş  xəbərlər  gətirir.  Böyüdükcə  poçtalyon  olmağı 
unutdu.  Amma  rəssamlıqdan  ayrılmadı.  Xüsusən  həbsxana  illərində  bir  sıra  tablolar 
çəkdi.  Böyük  sənətkar,  əlbəttə,  bilmirdi  ki,  gün  gələcək,  həmin  tablolar  onun  sevimli 
İstanbulunda  sərgilənəcək,  xalqın  rəğbətini  qazanacaqdır.  Nazim  Hikmət  həbsxanada 
ikən  anası  Ayişə  Cəlilə  Nazim  Hikmətin  portretini  yaratmışdı.  Şairin  ən  çox  çəkdiyi 
portretlər  onun  həyat  yoldaşı  Pirayə  xanıma  aid  idi.  Bundan  başqa,  Nazim  Hikmətin 
Bursa  cəza  evində  həbsxananı  təsvir  edən  əsərləri  də  sərgilərdə  nümayiş  etdirilmişdir. 
2001-ci  ilin  yanvar  ayında  Pirayənin  oğlu  məşhur  ədəbiyyatşünas  Mehmet  Fuad 
“Nazim Hikmət. Portretlər” kitabını oxucuların ixtiyarına verdi. Bu kitab Nazimin 100 
illiyi  ərəfəsində  nazimsevərlərə  bir  ərməğan  oldu.  Mehmet  Fuad  yazırdı:  “Nazim  şəkil 
çəkməyə  anasının  təsiri  ilə  başlamışdı.  Cəlilə  xanımın  rəssamlığı  varlı  bir  qadının 
vaxtını  keçirmək  üçün  seçdiyi  bir  hobbi  deyildi,  fitri  bir  vurğunluq  idi...  Kadıköydə 
yaşadığımız  illərdə  Nazim  Hikmət,  anam  və  mən  arada  bir  Cəlilə  xanımı  ziyarət 
edərdik. Otaqları çəkdiyi tablolarla  dolu  idi. Mənzili  tam anlamı ilə bir rəssam  evi idi. 


Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə