Aqşin Babayev



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə67/76
tarix16.08.2018
ölçüsü2,6 Mb.
#63569
1   ...   63   64   65   66   67   68   69   70   ...   76

 
221 
Şairin  Bolqarıstan  səfəri  haqqında  da  V.Q.Qriqoryana  hesabat  verilmişdi  və  bu 
hesabatlar o vaxt Stalinə qədər gedib çatmışdı. Tofiq Məliklinin kitabının bu hissəsində 
Nazim  Hikmətin  “İvan  İvanıç  varmıydı,  yoxmuydu”  pyesinın  taleyi  haqqında  da 
məlumat  verilmişdir.  Məlumatda  Sovetlərdə  bürokratizmin  mövcudluğunu  əks  etdirən 
və  onu  ifşa  edən  bu  pyesin  repertuardan  çıxarılması,  şairin  təqiblərə  məruz  qalması 
konkret faktlarla  göstərilir.  Tofiq Məlikli kitabını bu sözlərlə bitirir:  “Nazim Hikmət 3 
iyun  1963-cü  ildə  Moskvada dünyasını  dəyişdi.  Ona  həsr  olunmuş  məqalədə  görkəmli 
rus  şairi  Yevgeni  Yevtuşenko  Nazim  Hikmətin  dünya  mədəniyyəti  tarixindəki  yerini 
dəqiq  ifadə  edərək  yazmışdı:  “Nazim  Hikmətin  tarixdə  oynadığı  rol  əvvəlcədən 
müəyyənləşmişdi. O, bu rolu dahiyanə şəkildə yerinə yetirdi.” 
Bəli,  Nazim  Hikmət  təkcə  öz  xalqının,  öz  ölkəsinin  deyil,  bütün  dünyanın 
mədəniyyət tarixində əbədiyaşayacaq ölməz bir simadır.  
Bu gün 110 yaşlı Nazim Hikmət yaşamaqda davam edir. Onu yaşadanlar dünyanın 
hər  yerində,  xüsusən  Türkiyədə  və  Azərbaycandadır.  N.Hikmət  Türkiyədə  şairin  adını 
daşıyan Kültür Və Sanat Vakfının fəaliyyətində, şairin bacısı Samiyə xanımın ardıcılları 
Rutkay  Əziz,  Kiymet  Coşkun,  Tarik  Akan  kimi  fədakar  nazimsevərlərin,  Vala 
Nürəddin,    Mehmet  Fuad,  Müjde  Gezen,  Ruhi  Su,  Sumeyra,  Zülfü  Livaneli,  Cem 
Karaca  və  başqa  elm  və  sənət  adamlarının  yaratdıqları  əsərlərdə  əbədiləşib.  Nazim, 
bugün tək oğlu Mehmet Nazimin varlığında yaşayır. Nazim Hikmət Azərbaycanda xalq 
yazıçısı  Anarın,  xalq  artisti,  bəstəkar  Arif  Məlikovun,  heykəltəraş  Münəvvər 
Rzayevanın,  nazimşünaslardan  Əkbər  Babayevin,  Tofiq  Məliklinin,    Nəcəf  Quliyevin, 
Qadir İsmayılın, Abbas Abdullanın, Tofiq Abdinin, Azər Abdullanın, Rəşid Quliyevin, 
Aytən Babayevanın və başqa qələm sahiblərinin əsərlərində yaşayır...  
 
 
“525-ci qəzet”, 21 may 2011. 
 
 


 
222 
Dünyada Nazim, Nazimdə dünya 
(Nazim Hikmətin vəfatının 50 illiyi münasibətilə) 
 
Nazim  Hikmətin  dünya  miqyasındakı  şöhrətindən  söz  düşəndə  həmişə 
məşhur türk  yazıçısı Əziz Nesinin sözlərini xatırlayıram: ”Nazim Hikmət dünyanı 
gəzən  bir  türk  şarkısıdır”.  Bu  doğrudan  da  belədir.  Nazimin  adı,  əsərləri- 
Amerikada,  İngiltərədə,  Almaniyada,  İtaliyada,  Fransada,  İsveçrədə,  Çində, 
Yaponiyada, Misirdə, İraqda, Hindistanda və başqa ölkələrdə tanınır, bu ölkələrdə 
böyük sənətkarın əsərləri nəşr edilir, yaradıcılığı tədqiq olunur, vaxtaşırı şairə həsr 
olunmuş simpoziumlar, xatirə gecələri, ədəbi məclislər keçirilir. 
“Şeirimin  kökü  yurdumun  torpaqlarındadır.  Amma  budaqlarıyla  bütün 
torpaqlara,  Şərqdə,  Qərbdə,  Şimalda,  Cənubda  ucsuz-bucaqsız  yayılan  bütün 
torpaqlara,  o  torpaqlar  üstündə  qurulmuş  mədəniyyətlərə,  böyük  dünyamıza 
uzanmaq istədim”. Nazim Hikmətin bu sözləri onun sənət və həyat amalını necə də 
sərrast ifadə edir. 
Məşhur  alman  nazimşünası  Dıetrich  Gronau  “Nazim  Hikmət”  adlı 
monoqrafiyasında  (Bu  əsər  1995-ci  ildə  İstanbulda  “Altın  kitablar”  nəşriyyatı 
tərəfindən  türkcə  kütləvi  tirajla  çap  edilmişdir.  Alman  dilindən  tərcümə  edəni 
Gülderen  Pamirdir)  yazır:  “N.Hikmətin  əsərləri  XX  əsrdə  yaşananları  poetik  bir 
dillə  ifadə  etdiyindən  və  bir  anlamda  bu  “Əsrin  sənədləri”  sayıldığından,  bugünə 
qədər  Türkiyənin  sərhədləri  xaricində  də  böyük  bir  heyranlıq  toplamışdır... 
Amerikan  kitab  maqazin  məcmuəsi  “Bookman”  hələ  1932-ci  ildə  altı  fotoşəkillə 
süslədiyi 8 səhifəsini Nazim Hikmətə ayırmış, onu “Yeni Türkiyənin şairi”  olaraq 
təqdim etmişdi”. 
Keçən əsrin 20-ci illərində  Nazim Hikmət artıq Sovetlər Birliyində tanınmış 
bir  şairdi,  1921-ci  ildə  Moskvaya,  1927-ci  ildə  Bakıya  gəlmişdi,  1928-ci  ildə 
Bakıda  ilk  şeirlər  kitabı  işıq  üzü  görmüşdü.  Həbsxana  həyatından  (1938-1950)  
sonra yenidən Moskvaya qayıtmış və ömrünün sonuna qədər burada yaşamışdı. 
Nazim  Hikmət  həbs  edildikdən  sonra  onun  azadlığa  çıxması  üçün  demək 
olar  ki,  bütün  dünya  ayağa  qalxmışdı.  Nazimşünas  Kemal  Sülkerin  sözləri    ilə 


 
223 
desək,  “Nazim  Hikmətin  günahsız  yerə  məhkum  edilməsi  də  onu  bir  abidə  kimi 
ucaltmışdı.”  Kemal  Sülker  “Nazim  Hikmət  dosyası”  kitabında    (İstanbul,  May 
yayınları, 1974 ) yazırdı ki, o vaxt 16 ölkənin 3,5 milyon gənci Beynəlxalq Tələbə 
Birliyi adından Türkiyənin Baş Nazirinə müraciət edərək Nazim Hikmətin dərhal 
sərbəst buraxılmasını tələb etmişdi. Sonralar bu ölkələrin sayı 60-a çatdı.  
Qırxıncı  illərin  sonunda  Nazimin  azadlığa  buraxılması  üçün  Birləşmiş 
Millətlər  Təşkilatı,  İnsan  Haqları  Cəmiyyəti,  Yunesko  və  başqa  ictimai  qurumlar 
Türkiyənin  hakim  dairələrinə  müraciətlə  şairin  sərbəst  buraxılmasını  tələb 
edirdilər.  Həmin  dövrdə  sovet  yazıçıları  da  öz  səsini  ucaltmış,  N.Hikmətin  bir  an 
öncə  azadlığa  çıxmasını  təkidlə  tələb  etmişdilər.  Fransız  ziyalıları,  İngiltərə 
tələbələri,  Kipr  fəhlələri  də  bu  hərəkatın  ön  cərgələrində  idilər.  Amerikada, 
İsveçrədə,  habelə  Misirdə,  İraqda,  Hindistanda  və  başqa  ölkələrdə  nazimsevərlər 
ayağa qalxmışdılar.  
Nazim Hikmət artıq dünyanın bir çox ölkələrində tanınırdı. 15 iyul 1950-ci il 
tarixində şairin sərbəst buraxılması haqqında əfv qanunu qüvvəyə mindi. Nazim o 
vaxt vəkili İrfan Eminə belə demişdi: 
“Həyəcanlıyam. Amma həyəcanım əfvdən deyildir. Nəhayət haqqımı aldım. 
Bütün  sevincim  dostlarıma,  qohum-əqrabama  və  hər  şeydən  üstün  tutduğum 
hürriyyətə  qovuşmağımdan  irəli  gəlir.  Bu  gecə  arxası  üstə  yatıb  göy  üzünə 
baxacağam.  Ulduzları,  ucsuz-bucaqsız  ənginlikləri  seyr  edəcəyəm.  Çünki 
həbsxanada yatdığım yerdə tavandan başqa bir şey görmürdüm”.  
Nazim  Hikmət  artıq  azaddı.  Ancaq  bu  azadlıq  hakim  dairələrin  ürəyincə 
deyildi.  Ona  görə  də  şair  aylarla  təqib  edildi.  Sonra  da  əsgərliyə  çağırıldı.  Niyyət 
aydındı. Nazimi öldürəcəkdilər! 
Moskvaya son gəlişinin də səbəbi bu oldu. Qəribədir ki, Sovetlər Birliyində 
də  həbsxanada  qaldığı  qədər-13  il  yaşadı.  Geriyə  isə  yol  yox  idi.  Türkiyədə 
əsərlərinin  nəşri  də  yasaq  edilmişdi.  Amma  dünya  Nazimi  dəstəkləyirdi.  Onun 
şeirlərini hər yerdə sevə-sevə oxuyurdular.  
Nazim  Hikmət,  şeirlərinin  dünya  dillərinə  çevrilməsi  məsələsinə  xüsusi 
önəm  verir,  bununla  sanki  öz  dilində  çap  olunmamasının  ağrısını  ovudurdu. 


Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə