Aqşin Babayev



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə75/76
tarix16.08.2018
ölçüsü2,6 Mb.
#63569
1   ...   68   69   70   71   72   73   74   75   76

 
246 
 
Qırxa  yaxın  bədii  elmi  və  publisistik  kitabın  müəllifi  olan  A.  Babayevin 
“Cazibəli  üfüqlər”  adlı  ilk  hekayələr  kitabı  1964-cü  ildə  işıq  üzü  görmüşdür. 
Bunun  ardınca  “Həmişəbahar”  (1967),  “Bir  parça  həyat”  (1971),  “Ağ  ulduzlar” 
(1977), “Bir ürəyin hərarəti”(1979), “Kişilər az  yaşadı” (1981), “Ayrılıq” (1982), 
“Dünya  vəfalıdır”  (1984),  “Sünbül  ətri”  (1986),  “Söz  gülləsi”  (1989),  “Dünyanın 
axırı”  (1992),  “Başımıza  gələnlər”  (1994),  “Azərbaycan  və  türk  dünyası”(1998), 
“Müasir  türk  dramaturgiyası”  (1998),  “Yanan  Zürafə”  (1999)  kimi  ədəbi-bədii 
əsərləri və elmi-nəzəri monoqrafiyaları çap olunur. Yenə bu dövrdə onun “Kişilər 
az  yaşadı”  romanı  otuz  min  tirajla  Moskvada  (1986),  “Nazim  Hikmət  yaşamı” 
əsəri  Berlində  (1989)  işıq  üzü  görür.  Povest  və  hekayələri,  elmi  məqalə  və 
monoqrafiyaları  Türkiyə  ,  İraq,  Gürcüstan,  Moldova,  Belarus,  Ukrayna  və  başqa 
ölkələrdə dərc edilir.  
 
Ümummilli  liderimiz  Heydər  Əliyevə  həsr  etdiyi  “Oğul”  və  “Xilaskar”, 
eləcə  də  “Yaralar”,  “Kim  nə  deyər...”,  “Olmuş  əhvalat”,  “Əlin  cibində  olsun”, 
“Şeytanın  yubileyi”,  “Bir  parça  həyat”,  “Nekroloq”,  “Dəvətnamə”,  “Yol”, 
“Mükafat” kimi pyes,  libretto və telefilmləri ölkəmizin məşhur teatr səhnələrində 
tamaşaya  qoyulmuş,  televiziya  ekranlarında  nümayiş  etdirilmiş,  geniş  tamaşaçı 
rəğbəti qazanmışdır.  
 
“Bir  içim  su  istədim”  adlı  şeirlər  kitabı  2002-ci  ildə  görkəmli  şairlərimiz 
Fikrət  Qoca  və  Vaqif  Bəhmənlinin  “Ön  söz”ü  ilə  işıq  üzü  görmüş,  şeirlərinə 
mahnılar bəstələnmişdir.  
 
A.  Babayev  bədii  tərcüməçilik  sahəsində  də  fəaliyyət  göstərmişdir.  İtalyan 
dramaturqu  Terensinin  “Qardaşlar”,  türk  yazıçı-dramaturqu  Haldun  Tanerin 
“Keşanlı  Əli  dastanı”  pyeslərini,  Əziz  Nesinin  “Hekayələr”  kitabını  və  s.  əsərləri 
dilimizə  çevirmişdir.  30-dan  artıq  xarici  ölkə  filminin  Azərbaycan  dilinə 
tərcüməsinin altında Aqşin müəllimin imzası var.  
 
Aqşin  müəllim  “Yusif  Məmmədəliyev”,  “Həsən  bəy  Zərdabi”,  “Humay”, 
“Qızıl qələm”, “Açıq söz”, “Nurlu qələm ustası”, “Ustad sənətkar” kimi müxtəlif 
müjafatlara  layiq  görülmüş,  “Azərbaycan  Ali  Sovetinin  Fəxri  fərmanı”,  “Əmək 
rəşadətinə görə” və “Əmək veteranı” medalları ilə təltif olunmuşdur.  


 
247 
 
1965-ci  ildən  pedaqoji  fəaliyyətlə  məşğul  olan  A.  Babayev  hal-hazırda 
Azərbaycan  Dövlət  Mədəniyyət  və  İncəsənət  Universitetinin  kafedra  müdiri  və 
professoru olaraq öz elmi-pedaqoji fəaliyyətini davam etdirir.  
 
“Nazim  Hikmət  və  Azərbaycan”  kitabı  sənətkarın  11  sentyabr  1961-ci  ildə 
Şərqi Berlində qələmə aldığı məşhur “Avtobioqrafiya” şeiri ilə açılır. Fikrimizcə, 
bu  təsadüfi  deyildir.  Bu  şeir  N.  Hikmətin  ədəbi  kredosu,  sənətkar  missiyasının  
manifesti, Şəxsiyyət olaraq kimliyidir.  
 
Qısa  ön  sözdə  görkəmli  sənətkarın  yaradıcılığındakı  bəşəri  dəyərlərdən, 
humanizm  ideyalarından  və  mübarizlik  ruhundan,  onun  dünya  ədəbiyyatındakı 
yerindən  bəhs  olunur.  Burada  kitabın  mütərcimi  Aslan  Kavlakın  yığcam 
tərcümeyi-halı  da  verilir.  Öyrənirik  ki,  o,  1951-ci  ildə  doğulub,  Qazi  Müəllimlər 
İnstitutunu  və Anadolu Universitetinin Türk dili və Ədəbiyyatı fakültəsini bitirib. 
Kənd məktəblərində müəllimlik edib. 90-cı illərin ortalarında Bakıya gəlib. Burada 
1999-cu  ilə  qədər  Bakı-Türk  Anadolu  liseyində  işləyib.  “Bakıya  gedirəm,  ay 
balam” adlı bir kitabı var. Hal-hazırda Nazim Hikmətlə bağlı yeni bir əsər üzərində 
işləyir.  
 
Kitabın  “Müəllifdən”  başlıqlı  ikicə  səhifəlik  yazısı  insanı  öz  aurasına 
salmağa,  təsirləndirməyə  kifayət  edir.  Burada  Nazimin  paşalar-bəylər  nəslindən 
olmasına, elə onlar kimi də yaşamaq imkanlarına baxmayaraq, kommunist əqidəsi 
uğrunda  özünü  bilə-bilə  Vətəninə  və  xalqına,  mütərəqqi-demokratik  və  sosialist 
yönümlü  ideyalara  fəda  etməsinin  səbəbləri  dilə  gətirilir.  Şairin  məşəqqətli  ömür 
yolu, 61 illik ömrünün 13 ilini həbsxana divarları arxasında keçirməsi, son 13 ilini 
də yurdundan, xalqından, çox sevdiyi xanımı Münəvvərdən və yeganə ciyər-parası 
Mehmetdən  ayrı  yaşaması,  “vətən  xaini”  damğasıyla  Türkiyə  vətəndaşlığından 
çıxarılması vurğulanır.  
 
Əlbəttə,  bütün  bunlar,  eləcə  də  dünyada  30-40  dildə  çap  olunduğu  halda, 
doğma Türkiyəsində türkcə əsərlərinin nəşr edilməməsi faciə idi. Lakin faciələrin 
ən müsibəti, şübhəsiz, uğruna hər şeyini verdiyi sosializmi quran ilk ölkədə onun 
yaşadığı siyasi-ideoloji xəyal qırıqlığı, sənətkar məyusluğu idi. Bütün ümidlərinin 
boşa  çıxmasından  qaynaqlanan  sarsıntının  nəticələri  özünü  çox  gözlətmədi. 


 
248 
Moskvaya  gəlişindən  cəmi  bir  il  sonra  ürək  infarktı  keçirdi  (sonralar  iki  dəfə  də 
təkrarlanacaq bu mərəzə şair “ürək çatlaması” deyirdi).  
 
Kitabda  50-dən  artıq  yazı  yer  alır:  bəzisi  bir-iki  səhifəlik  miniatür  esse, 
bəzisi  qısa  ədəbi  portret  oçerk,  bəzisi  müsahibə,  bəzisi  xatirə,  bir  qismi  isə 
müəllifin  N.  Hikmət  poeziyası  və  dramaturgiyasına  dair  mütəxəssis  təhlil  və 
şərhləri, sənətkara öz vətənindəki birmənalı olmayan münasibətlərə dair etüdlərdir.
 
Kitabın  sonunda  müəllifin  şəxsi  arxivindən  təqdim  etdiyi  və  çoxu  ilk  dəfə 
geniş  ictimaiyyətə  çatdırılan  Nazim  Hikmətin  Azərbaycan  yazıçıları,  elm  və 
incəsənət  adamları  ilə  əlaqələrini  əks  etdirən  təxminən  40-a  yaxın  fotoşəkil  də  öz 
əksini tapmışdır. 
 
Kitabı küll halında dəyərləndirmək istərsək, qısaca bunu demək mümkündür 
ki,  əsər  şairin  Azərbaycanla,  habelə  Azərbaycan  yazıçıları,  şairləri,  incəsənət 
ustaları, alimlərilə əlaqələrinin, Nazim Hikməti şəxsən tanıyan, onunla Bakıda və 
Moskvadakı  evində  görüşən,  bütün  elmi  fəaliyyətini  sənətkarın  geniş  diapazonlu 
bədii  irsinin,  xüsusən  dramaturgiyasının  baxış  bucağından  təqdimatıdır.  Aqşin 
müəllim bütün qələmə aldıqlarını – Vətənimizin və xalqımızın yaxın dostu Nazim 
Hikmətin  yaradıcılığında  Azərbaycan  mövzusunu,  azərbaycanlı  müəlliflərin  şair-
dramaturqla  bağlı  tədqiqatları  haqqında  elmi  qənaətlərini  Azərbaycan-türk  ədəbi 
əlaqələrinin  fonunda  təqdim  etmişdir.  A.  Babayevin  bütün  əsərləri  kimi,bu  kitabı 
da doğma respublikamızı özünə ikinci Vətən hesab edən ustad sənətkar haqqında 
Türkiyədə,  Rusiyada  və  Azərbaycanda  yazılan  yüzlərlə  kitab  və  elmi-tədqiqat  işi, 
minlərlə  publisistik  məqalə,  şeir,  bədii  nəsr  və  memuar  nümunələri  içərisində  öz 
alimlik səriştəsi, movzuya vaqiflik dərəcəsi, kamil yazıçı dəst-xətti, bənzərsiz fərdi 
üslubu ilə seçilir.  
 
Kitabdakı  yazılar  içərisində  ən  böyük  yeri  “Nazim  Hikmət  və  Azərbaycan 
ədəbiyyatı”mövzusu tutur. Bu məqalələrdə N. Hikmətin Azərbaycan ədəbiyyatına 
vurğunluğu,  onun  klassiklərimiz  Füzuli,  Vaqif,  Mirzə  Fətəli  Axundzadə,  Sabir, 
Cəlil  Məmmədquluzadə  haqqında  söylədiyi  fikirlərin  bənzərsizliyi  və  orijinallığı 
ilə seçilməsi qeyd olunur. Müəllif yazır ki, N. Hikmətin 1927-ci ildə Bakıya gəlişi, 
1928-ci  ildə  onun  ilk  “Günəşi  içənlərin  türküsü”  kitabının  Azərbaycanda    nəşri 


Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə