Aqşin Babayev



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə72/76
tarix16.08.2018
ölçüsü2,6 Mb.
#63569
1   ...   68   69   70   71   72   73   74   75   76

 
236 
səni  də  dəvət  edir.  Mən  Moskva  mehmanxanasında  qalırdım.  Dedi  ki,  düş  aşağı, 
bir  yerdə  gedək.  Düşdüm  aşağı,  iki  maşınla  gəlmişdilər.  Nazimin  maşını  qabaqda 
gedirdi.  Arxada  da  Əkbər  özü  sürürdü.  Mən  Əkbərin  yanında  oturmuşdum. 
Nazimin  maşını  bir  az  gedəndən  sonra  dayandı  və  Nazim  düşdü.  Nazim  çox  şık 
geyinmişdi. Ümumiyyətlə, o yaxşı geyinməyi sevirdi. Düşdü maşından küçədə var-
gəl  elədi,  sonra  yenə  əyləşdi.  Bir  az  gedəndən  sonra  başqa  bir  küçədə  yenə 
maşından  düşdü.  Mən  Əkbərdən  soruşdum  ki,  niyə  belə  edir  ?  Dedi,  özündən 
soruşarsan. Gəlib çatanda dedim Ustad, niyə belə etdiniz, niyə arabadan endiniz ? 
Zarafatla  dedi:  “Mən  bu  moskvalılara  şık  geyinməyin  nə  olduğunu  göstərmək 
istədim.” Güldük. 
Son  söhbətimiz  yenə  də  telefonla  oldu.  Çox  ağrılı  bir  söhbət  idi.  Çünki  o 
vaxt  növbəti  dəfə  atama  qarşı  kampaniya  başlamışdı.  Mən  Nazimə  zəng  etdim, 
kefini  soruşmaq  üçün.  Mənə  dedi  ki,  Rəsul  nasıldır,  dedim  necə  olacaq,  yenə 
başlayıblar. Mənim Nazimdən eşitdiyim son söz bu oldu: “Allah bəlalarını versin”. 
Ondan  bir  həftə  sonra  Nazim  rəhmətə  getdi.  Dəfnində  də  iştirak  etdim.  Atam 
Bakıdan  gəldi,  orada  çıxış  elədi.  Mən  o  vaxt  gənc  idim,  amma  onun  öz  səsilə 
oxuduğu şeirlər, söhbətlər əbədi olaraq xatirəmdə qalacaq.  
Aqşin Babayev: Anar müəllim, Siz 1957-ci ili xatırladız. 1957-ci ildə mən 
tələbə  idim,  III  kursda  oxuyurdum.  Nazim  Hikmət  Bakıya  gəldi  və  Azərbaycan 
Dövlət  Universitetində  tələbələrlə  görüş  oldu.  Mən  də  o  görüşdə  iştirak  edirdim. 
Siz  təsəvvür  edin  ki,  oturmağa  yer  yox  idi.  Mən  lap  arxada,  ayaq  üstə 
dayanmışdım. Əlbəttə, onda mən ağlıma da gətirə bilməzdim ki, gün gələcək, mən 
Nazim  Hikmətlə  üzbəüz  oturub  saatlarla  söhbət  edecəyəm,  yaradıcılığı  haqqında 
dissertasiya  müdafiə  edəcəyəm,  ona  həsr  olunmuş  kitablar  yazacağam.  Bu 
kitablardan biri də Türkiyədə işıq üzü görəcək.  
Anar:  Aqşin  müəllim,  Siz  dediyiniz  o  görüşdə  mən  də  iştirak  edirdim.  O 
vaxt  Azərbaycanda  türk  sözü  yasaq  idi.  Heç  kim  demirdi  ki,  biz  türkük.  Amma 
Nazim  deyirdi  ki,  mən  türkəm,  siz  də  türksünüz,  dilimiz  bir,  millətimiz  bir.  Mən 
Türkiyədə olanda deyirəm ki, siz Nazimi kommunist kimi qəbul etmirsiniz. Amma 


 
237 
biz  onu  türk  kimi  qəbul  etdik.  Biz  onu  kommunist  kimi  deyil,  Türkiyədən  gələn, 
türkcə danışan insan kimi xatırlayırıq. 
Aqşin Babayev: 1957-ci ildə universitetdəki görüşdən Nazim Hikmətin səsi 
var  məndə.  Bunu  öz  arxivimdə  qiymətli  bir  ərmağan  kimi  saxlayıram.  Deyirəm  o 
səsə, gəlin birlikdə qulaq asaq.  
Nazim Hikmətin səsi: “Bu mukaddes, bu kutsal evinize, darülfununuza beni 
çağırdınız  için  teşekkür  ederim.  Beni  dünyanın  en  bahtiyar  insanlarından  biri 
yapdınız.  Ve  ben  şimdi  burada  düşünüyorum.  Belki  ben  görmem,  amma  oğlum 
görecek.  Nasıl  İstanbulda  da,  bizim  universitetde  de  böyle  salon  olacak.  Nasıl 
oraya  da  Azerbaycandan  şairler  gelecek...  Siz  beni  nasıl  karşıladınızsa,  onlar  da 
onu öyle karşılayacaklar. O şairden bir ricam var. O, Türkiyeye gittiyi vakit, benim 
istanbullu  genclere  desin  ki,  bize  de  senin  Nazım  geldi.  Biz  onu  kardeş  gibi 
bağrımıza basdıq. Ve biz ona çok şey öyretdik. Ne öyrendiyse bu dünyada, çoğunu 
bizden  öyrendi.  Bunu  söylemeyi  unutmasın  !  Ve  benden  selam  söylesin  !  Çünki 
ben belke memleketime kovuşamam, amma o memleketimi görür”. 
Aqşin  Babayev:  Arif  müəllim,  mənim  yadımdadır,  Nazim  Hikmətin  100 
illiyi  ərəfəsində  Siz  İstanbula  getmişdiniz  və  orda  Sizin  “Məhəbbət  əfsanəsi” 
baletinizin  65-ci  premyerası  olmuşdu.  Düzdürmü  ?  Mən  səhv  etmirəm  ki  ?  Və  o 
günlə  əlaqədar  Sizin  mətbuatda  xatirəniz  də  çap  olunmuşdu.  İstərdim  ki,  Siz 
dinləyicilərimizə  bu  haqda  məlumat  verəsiniz.  Çünki  o  premyera,  sözün  həqiqi 
mənasında, böyük bir bayram oldu. 
Arif  Məlikov: İstanbul Nazim Hikmət üçün Türkiyənin ürəyi idi. Nə qədər 
söhbətlərimiz olub Nazim Hikmətlə. O, həmişə İstanbulla bitirirdi sözlərini. Şükür 
Allaha  ki,  Nazim  Hikmətin  100  illiyində,  baxmayaraq  ki,  bu  tamaşanı  Türkiyədə 
qoymuşduq, amma onun sevdiyi şəhərdə bir də göstərməyimiz, sizə deyim ki, çox 
gözəl  oldu.  Qriqoroviç  o  dövrdə  Avropada-Fransada  çalışırdı,  başqa  bir  tamaşa 
üzərində  işləyirdi.  Dedim  ona  ki,  sən  işlərini  atmalısan  və  Nazim  Hikməti  yad 
edərək  ilk  tamaşanı-Leninqradda  göstərilən  tamaşanı  bərpa  edib  tam  olduğu  kimi 
İstanbulda qoymalısan. Sizə deyim ki, Türkiyə bu tamaşaya çox böyük məbləğdə 
pul  xərclədi.  Moskvadan  rəssamlar  gəlmişdilər.  Böyük  Leninqrad  Teatrının 


 
238 
səhnəsindən  də  gözəl  dekorlar  yaratdılar,  türk  truppası  ilə  təzədən  işlədilər.  Sizə 
deyim ki, İstanbulda çox təntənəli premyera oldu. 
Mən  sizə  bir  neçə  saniyəlik  ilk  görüşümüzdən,  Nazim  Hikmətin  vəfatına 
qədərki hadisələrdən danışdım. Nazim Hikmətlə mən həmişə ünsiyyətdə olmuşam, 
baxmayaraq  ki,  bugün  Nazim  Hikmət  yoxdur,  amma  mənim  yaradıcılığımda 
yaşayır.  Vaxtilə  istəyi  o  idi  ki,  mən  onun  “Yusif  və  Züleyxa”sı  əsasında  balet 
yazım.  Bəzi  səbəblərə  görə  böyük  fasilə  oldu.  İndi  bu  balet  üzərində  işləyirəm. 
Mən yenə Nazim Hikmətə qayıtmışam.  
Bir  şeyi  də  deyim  ki,  bugün  milyonlarla  insanın  evində  Nazim  Hikmətin 
şəkili,  kitabları  var.  Bayaq,  Aqşin  müəllim,  65-ci  premyera  dediz,  bu  həqiqətdir. 
1961-ci  ildən  bugünə  qədər  bu  tamaşa  Leninqradın  teatr  səhnələrindən  bir  gün  də 
düşməyib.  Böyük  Teatrda  bugünə  qədər  bir  gün  də  repertuardan  çıxarılmayıb. 
“Məhəbbət əfsanəsi”ni 1500-2000  adam tutan salonlarda  göstərmişik. Moskvanın 
Kreml sarayında bu əsərə eyni vaxtda 6 min nəfər adam baxıb. Türkiyədə 15 min 
nəfər  eyni  vaxtda  bu  tamaşada  olub.  Bir  dəfə  də  “Məhəbbət  əfsanəsi”ni  1  milyon 
tamaşaçıya  göstərmişik,  o  da  Brazilyada  oldu.  Tamaşanı  göstərmək  üçün  açıq 
havada xüsusi dekorlar qurmuşdular. Dağların, çəmənliklərin üstündə millət oturub 
tamaşaya baxırdı. 
Nazim  Hikmət  1963-cü  ildə  vəfat  etdi.  Mən  Bakıda  küçədə  gedirdim, 
təsadüfən eşitdim. Mən evə getmədim. Birbaş təyyarə meydanına gəldim, mindim 
təyyarəyə,  Moskvada  onun  dəfninə  çatdım.  Mənim  evimdə  Nazim  Hikmətin  o 
qədər kitabları, fotoları var ki, yadigar. Bütün kitabların, fotoların üzərinə yazıb ki, 
oğlum Arif Məlikova yadigar.  
Bilirsiniz  ki,  Nazimin  yaşadığı  dövrdə  onun  birinci  romanslar  silsiləsini 
yazmışdım. Nazim Hikmət eşitmişdi onu. Nazim Hikmətin vəfatından sonra ikinci 
romanslar silsiləsini yazdım. 
Bir  epizod  da  danışım  sizə.  Bir  dəfə  mən  Leninqrada  getməliydim. 
Moskvaya  gəldim,  gecə  idi.  Nazim  Hikmətə  zəng  vurmadım.  Mən  Moskvaya  hər 
dəfə  gələndə  ilk  telefonlaşmam  Nazim  Hikmətlə  olurdu.  Səhərisi  gün  başım 
qarışdı.  Nazimə  zəng  vurmadım.  Leninqrada  uçdum.  Kimsə  məni  görüb,  Nazim 


Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə