Aqşin Babayev



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə73/76
tarix16.08.2018
ölçüsü2,6 Mb.
#63569
1   ...   68   69   70   71   72   73   74   75   76

 
239 
Hikmətə  demişdi  ki,  Arif  Moskvadadır.  Nazim  deyib  ki,  ola  bilməz,  çünki  o 
gələndə  mənə  telefon  açır.  Mən  Leninqraddan gəlib  zəng  vurdum,  hiss  elədim  ki, 
mənlə  çox  soyuq  danışır.  “Bin  arabaya  bu  dakika  gəl  buraya-dedi-Mən  səni  oğul 
kimi qəbul edirəm, elə bilirdim ki, sən də məni ata kimi qəbul edirsən”. Tez özümü 
Nazimə  çatdırdım.  Üzr  istədim.  Ürəyi  ağrıyırdı.  Dedi  ki,  “Ataya  telefon  açmaq 
üçün  çokmu  vaxt  lazımdır?”.  Təkrar  üzr  istədim.  Onun  o  vaxtlar  böyük  arzusu 
“Yusif  və  Züleyxa”nı  səhnədə  görmək  idi.  Bu  arzusu  yerinə  yetsə,  mən  özümü 
xoşbəxt hiss edərəm ki, bir oğul kimi borcumu yerinə yetirdim. 
Aqşin  Babayev:  İnşallah,  Nazimin  bu  arzusu  da  yerinə  yetər.  Nazim 
Azərbaycana  çox  bağlı  idi.  “Nazim  Hikmət  və  Azərbaycan”  mövzusu  ayrıca  bir 
elmi  tədqiqat  işidir  və  bu,  işlənilib.  Nazim  Hikmət  tədqiqatçıları  Anar,  Tofiq 
Məlikli,  Azər  Abdulla,  Qadir  İsmayıl,  Tofiq  Abdin,  Aytən  Babayeva  və  başqaları 
bu  haqda  yazıblar.  Rəssamlarımız  onun  pyeslərinə  tərtibat  veriblər.  Münəvvər 
Rzayeva əvvəlcə onun büstünü, sonra da heykəlini yaradıb.  
Bəzən mətbuatda, televiziyada, radioda belə fikirlər səslənir ki, guya Nazim 
Hikmət  təbliğ  olunmur,  unudulur.  Elə  şey  yoxdur.  Bayaq  dediyim  kimi,  Nazim 
Hikmətin  ilk  kitabı  “Günəşi  içənlərin  türküsü”  1928-ci  ildə  Bakıda  nəşr 
olunmuşdu.  Anar  müəllimin  təşəbbüsü  ilə  o  əsər  bəzi  əlavələrlə  yenidən  nəşr 
edildi. Mən istərdim ki, Anar müəllim, bu haqda danışasınız. Mənim yadıma gəlir, 
həmin kitabın təqdimat mərasimi də Yazıçılar İttifaqında təntənəli şəkildə keçirildi. 
Mən  özüm  də  orda  iştirak  etdim,  çıxış  elədim.  Nazim  Hikmətin  şeirlərini 
səsləndirdik.  
Anar:  Yadınızdadırsa,  Nazim  Hikmətin  100  illiyi  ərəfəsində  biz  özümüz 
Yazıçılar İttifaqında komissiya yaratdıq. Komissiyaya Siz də, Aqşin müəllim, Arif 
müəllim  də  daxil  idi.  Bu  komissiya  dövlətin  komissiyası  deyildi.  Bizim 
təşəbbüsümüz  ilə  yaradılmışdı.  Bu  komissiyada  bəzi  işlər  planlaşdırıldı.  Nazim 
Hikmət  haqqında  televiziya  verilişləri  olsun,  radioda  çıxışlar  edək,  mətbuatda 
yazılar  çap  olunsun.  O  cümlədən  bizim  rəhmətlik  türkoloq,  sənin  də,  Aqşin 
müəllim,  dostun  Qadir  İsmayıl  Nazim  haqqında  Azərbaycanda  çıxan  şeirləri  və 
məqalələri  tərtib  eləmişdi.  Bir  kitab  hazırlamışdı.  Mən  fikirləşdim  ki,  belə  bir 


 
240 
kitaba  Nazimin  özünün  də  şeirlərini  əlavə  edək.  Bunları  Qadir  müəllimlə 
razılaşdırdıq.  Kitabın  da  adını  “Günəşi  içənlərin  türküsü”  qoyduq.  Nazimin  ilk 
kitabı kimi buraxdıq. Onda Yazıçılar Birliyi başqa bir məsələ də qaldırdı. Yazıçılar 
Birliyinin  tədbirinə  Türkiyənin  səfirini  də  dəvət  etdik.  Yazıçılar  Birliyinin  təklifi 
irəli  sürüldü  ki,  Nazim  Hikmətə  türk  vətəndaşlığı  qaytarılsın.  Mən  şəxsən  səfirə 
verdim  o  məktubu.  Bu  yaxında  qəzetdə  oxudum  ki,  Nazim  Hikmətin 
vətəndaşlığının bərpa olunması məsələsi yenidən qalxıb. Mən elə hesab edirəm ki, 
Nazim  Hikmətin  vətəndaşlığı  bərpa  olunsa  da,  olunmasa  da  o,  Türkiyənin,  daha 
doğrusu  dünyanın  XX  əsrdə  yetirdiyi  ən  böyük  şairlərdən  biridir.  Yunis  İmrədən 
tutmuş bugünə qədər türk dünyasının  ən böyük şairlərindəndir. Mənim bu barədə 
mübahisələrim  çox  olub.  Necə  olur  ki,  türk  ədəbiyyatını,  türk  dilini,  türk 
mədəniyyətini  sevəsən  və  Nazimi  sevməyəsən,  bu  dilin  ən  böyük  daşıyıcısını 
sevməyəsən. Onun 100 illiyində Türkiyədə oldum-Atatürk Kültür Mərkəzində, bir 
az gecikmişdim, ayaq üstə qaldım. Bütün salon dolu idi. Nazim Hikmətin şeirləri 
səsləndikcə salonda da o şeirləri təkrar edirdilər. Xüsusilə gənclər. İstiqlal küçəsilə 
gedərkən  dükanlarda  Nazimin  səsi,  kassetləri  səslənirdi.  Yəni  Türkiyədə  Nazimi 
sevənlərin  sayı  sevməyənlərin  sayından  yüz  dəfə  çoxdur.  Elə  bir  vaxt  gələcək  ki, 
onu  sevməyən  qalmayacaq.  Mənim  üçün  Dədə  Qorqudsuz,  Nəvaisiz,  Yunis 
İmrəsiz  türk  dünyası  olmadığı  kimi,  Nazimsiz  də  türk  dünyası  yoxdur.  Nazim 
Hikmət  türk  dünyasının  ən  böyük  şəxsiyyətlərindən  biridir.  Azərbaycanda  ona 
sevgi çox böyükdür. Elə Arif Məlikovun baleti ona çox böyük, əziz bir yadigardır. 
Onun  haqqında  atamın,  anamın  şeirləri  var,  rəssam  Toğrul  Nərimanbəyov  onun 
şəklini  çəkib,  Münəvvər  xanım  onun  heykəlini  yaradıb,  tamaşaları  gedir,  filmləri 
çəkilib. Yəni Türkiyə ondan imtina edəndə Azərbaycan ona sahib çıxdı. Və bugün 
də  Azərbaycan  ona  sahib  çıxmağa  hazırdır.  Onun  özü  Azərbaycanı,  Bakını  çox 
sevirdi. Gözəl şeirlər həsr edib Bakıya. Azərbaycan sənətkarları ilə dostluq edirdi. 
Təbiidir ki, Nazim Hikmət hamımızın ürəyindədir. 
Aqşin Babayev: Nazim Hikmətdən söhbət açarkən mənə elə gəlir ki, Əkbər 
Babayevin  adını  biz  xüsusi  qeyd  etməliyik.  Nazim  Hikmətin  ölüm  xəbəri  kimi 
Əkbər  Babayevin  vəfatı  da  məni  çox  sarsıtdı.  Mənə  “Ədəbiyyat  qəzeti”ndən  Baş 


 
241 
redaktor  Ayaz  Vəfalı  zəng  vurdu,  dedi  ki,  Rəsul  Rza  Əkbər  Babayev  haqqında 
“Bizim  Əkbər”  adlı  çox  təsirli  bir  yazı  yazıb.  Nekroloq  əvəzi  verəcəyik  onu. 
Amma  şəklini  tapa  bilmirik.  Mən  baxdım  foto  arxivimə,  gördüm  ki,  türk 
müğənnisi Müşərrəf Tezcan Bakıya gələndə Arif Məlikov, mən və Əkbər Babayev 
birlikdə  şəkil  çəkdirmişik.  Həmin  şəkli  Ayaz  müəllimə  göndərdim.  O  şəkildən 
Əkbərin fotosunu ayırıb çap elədilər. İndi mən istərdim ki, həm Arif müəllim, həm 
Anar  müəllim  Əkbər  Babayev  haqqında  bir-iki  kəlmə  söz  desin.  Mən  bir  şeyi  də 
xatırladım  ki,  Moskvaya  gələndə  Nazim  Hikmət  bilirdi  ki,  Əkbər  Babayev  onun 
tədqiqatçısıdır  və  Nazim  sonralar  öz  kitabını  Əkbər  Babayevə  yadigar  olaraq 
verəndə yazmışdı: “Beni, bana tanıtana”, yəni “Məni mənə tanıdana”. 
Arif  Məlikov:  Əkbər  Babayev  həmişə  Nazim  Hikmətin  yanında  olub.  Bir 
şeyi də deyəcəyəm ürək ağrısı ilə. Əkbər özünü Nazim Hikmətə həsr etdi. Əkbər 
Babayev  ədəbiyyat  sahəsində,  elm  sahəsində  çox  böyük  işlər  görə  bilərdi.  Ona 
dəfələrlə  demişdilər  ki,  sən  doktorluq  dissertasiyasını  gərək  müdafiə  edəsən. 
Amma o, mübaliğə olmasın, günün iyirmi dörd saatını Nazim Hikmətə həsr edirdi. 
Nazimin  8  cildliyini  Əkbər  Babayev  hazırlayıb  Bolqarıstanda  çap  etdirmişdi. 
Şairin külliyatı indi yavaş-yavaş Türkiyədə çap olunmağa başlayır. Amma birdən-
birə  o  həcmdə,  8  cild  ancaq  Əkbər  Babayevin  sayəsində  çap  olunmuşdu.  Əkbər 
Babayev  Nazim  Hikmətin  sağ  əli  idi.  Çünki  nəsə  bir  şey  olanda  o  ilk  növbədə 
Əkbərdən soruşardı. Əkbər Babayev onun yaddaşı idi. Tərcüməçisi olmuşdu. Onun 
işlərini  aparan  adam  idi.  Əkbər  Babayevlə  1958-ci  ildən  sonra  lap  yaxın  olduq. 
Mən Moskvaya gələndə daha oteldə qalmırdım. Əkbərin evində yaşayırdım. Əkbər 
Babayev mənim üçün qardaş kimi olmuşdu. Gözəl insan, gözəl şəxsiyyət idi.  
Bir şeyi də qeyd etmək istəyirəm. Biz həmişə Nazim Hikməti türk şairi kimi 
görürük.  Mənim  üçün  Nazim  Hikmət  XX  əsrin  dünya  miqyasında  ən  böyük 
şairlərindən biridir. 
 Mən  Türkiyədə  tamaşalarımla  bağlı  tez-tez  oluram.  Dörd  dəfə  ancaq 
“Məhəbbət əfsanəsi”ni qoymuşuq. Həmişə mən türklərə deyirəm ki, Nazim Hikmət 
həm  sizindir,  həm  də  sizin  deyil.  Dünyanındır  !  Mən  Nazim  Hikmətin  İtaliyada 
çıxmış iki cildlik kitabında Abidin Dinonun yüzlərlə rəsmini görmüşəm. Bu gün də 


Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə