Aqşin Babayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə32/88
tarix11.04.2018
ölçüsü5,04 Kb.
#37431
1   ...   28   29   30   31   32   33   34   35   ...   88

 
 
 
Aqşin  Babayev_______________________________________________ 
114 
 
qədəm  basırdısa,  Nazim  Hikmətlə  maraqlanırdı.  İlk  olaraq  Rəsul  Rzanı, 
Anarı axtarıb tapırdı. Bu da təbii idi. Rəsul Rza ailəsi üçün Nazim Hikmət 
çox doğma idi.   
Mən  bu  əsər  haqqında  ürək  sözlərimi  ona  görə  “Nazim  Hikmət 
qalaktikası” kitabıma salmışam ki, bu tədqiqat işi Nazim Hikmətin mühitini 
və  həyatını  bütün  çalarları  ilə  göz  önündə  canlandırır.  Burada  şairlə  bağlı 
bütün  qaranlıq  nöqtələrə  aydınlıq  gətirilib.  Nazimin  əsil-nəcabəti,  taleyi, 
gənclik  illərində  Moskvaya  gəlişi,  həbsxana  həyatı,  məhəbbət  macəraları, 
qadınları, Türkiyədən məcbur olub Sovetlərə gəlişi, ömrünün son günləri – 
bütün bunlar konkret fakt və dəlillərlə əks etdirilib. Xüsusən, Nazimin ana 
tərəfdən  ulu  dədəsi  rəssam  olmuş  polşalı  Konstantin  Borjenski  haqqında 
məlumat çox maraqlıdır və yalanları təkzib edir. Anar yazır: “Bəzi Nazim 
əleyhdarları onun hətta yəhudi olduğunu iddia edir və bunun üçün Nazimi 
də  yəhudi  hesab  edirlər. Hətta  birisi  “yəhudi  şəhəri(?!)  Salonikdə  doğulan 
yəhudi  Nazim”  deyərkən,  Mustafa  Kamalın  da,  o  zamanlar  Osmanlı 
imperatorluğu sərhədləri içində qalan bu Yunan şəhərində anadan olduğunu 
unudur.  
...Amma  Vala  Nürəddin  və  Əkbər  Babayevin  yazdıqlarına  görə, 
Konstantin  Borjenski  təəssüf  ki,  yəhudi  deyil,  hətta  Slav  da  deyil, 
Qaqauzdur. Yəni qədim türk qövmindən, Göy oğuzlardandır. Bəlkə də sırf 
bu  üzdən    Vala  Nurəddin,  Nazim  Hikmət  haqqında  belə  yazır:  “İrqçilərə 
bildirirəm ki, Nazim türk əsillidir.” 
N.Hikmətin  taleyi  ilə  bağlı  aydınlıq  gətiriləsi  məqamlardan  biri  də 
şairin  həbsxanadan  buraxıldıqdan  sonra  məcbur  olub  Sovetlər  Birliyinə 
gəlməsi  ilə  bağlıdır.  “Nazim  məmləkətindən  qaçdı”  deyə  şairi  bu  gün  də 
həm Türkiyədə, həm də Azərbaycanda ittiham edənlər var. Anar bu haqda 
yazır: “Məşhur jurnalist İlhan Səlcuq “Nazim qaçmasaydı, öldürüləcəkdi”, 


 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
115 
 
- deyir. Elələri də var ki, “kaş qaçmasaydı, öldürülsəydi. Nazim üçün daha 
yaxşı olardı”,- deyirlər. Bu həyatsevərlərdən(!) birinə Nazim “dostum, sən 
heç öldünmü?”- deyə sormuş.  
...İlhan  Səlcuq  bunu  da  əlavə  edir  ki,  “Türkiyə  qəribə  bir  ölkədir. 
Burada  Amerikaya  qaçmaq  vətənsevərlik  sayılır,  Rusiyaya  qaçmaq 
xainlik.” 
Kitabda  həmyerlimiz,  Nazim  Hikmətin  və  Rəsul  Rza  ailəsinin  yaxın 
dostu  olmuş  Əkbər  Babayev  haqqında  yazılanlar  da  çox  maraqlıdır. 
Ə.Babayevi  şəxsən  tanımış  və  onun  xeyirxahlığını  heç  zaman  unutmayan 
bir  insan  kimi  onu  deyə  bilərəm  ki,  Əkbər  müəllimin  həyatı  və  fəaliyyəti 
ayrıca  bir  elmi-tədqiqat  mövzusudur.  Anarın  kitabında  Əkbər  Babayev 
haqqında  verilmiş  məlumat  şübhəsiz  ki,  həm  Azərbaycan,  həm  də  türk 
oxucuları üçün çox böyük əhəmiyyət kəsb edir. 
 Ümumiyyətlə,  kitabda  Nazim  Hikmətlə  Azərbaycanın  bağlılığı 
məsələlərinə  geniş  yer  verilmişdir. N.Hikmətin 1927-ci ildə  Bakıya  gəlişi, 
1928-ci  ildə  onun  ilk  şeirlər  kitabı  olan  ”Günəşi  içənlərin  türküsü”nün 
Bakıda  nəşri,  otuz  il  sonra  yenidən  Azərbaycanın  qonağı  olması,  Mikayıl 
Rəfili,  Süleyman  Rüstəm,  Rəsul  Rza  və  Səməd  Vurğunla  dostluğu, 
ömrünün  sonuna  qədər  Azərbaycanla  bağlı  olması,  xalqımıza  bəslədiyi 
sonsuz  məhəbbət,  mədəniyyət  və  incəsənətimizə  verdiyi  yüksək  qiymət 
kitabda  geniş  şəkildə  əks  etdirilmişdir. Eyni zamanda,  kitaba  N. Hikmətin 
Azərbaycanla  əlaqədar  və  Rəsul  Rzaya  həsr  etdiyi  məqalələrinin,  Nazimə 
ithaf edilmiş şeirlərin, habelə Anarın Nazim Hikmətlə bağlı Türkiyənin Baş 
naziri  Ərdoğana  məktubunun  və  şairə  türk  vətəndaşlığı  qaytarıldıqdan  
sonra  qələmə  aldığı  “Zəfərin  mübarək,  Nazim”  təbrikinin  daxil  edilməsi 
əsərin dəyərini daha da artırmışdır. 


 
 
 
Aqşin  Babayev_______________________________________________ 
116 
 
Kitabın  ən  böyük  məziyyəti  ondadır  ki,  Anar  adı  çəkilən  əsərində 
Nazim  Hikmətin  real  portretini  yaratmışdır.  Bu  portret  yazıçı-alimin 
N.Hikmət  məfhumuna  münasibəti,  ona  bəslədiyi  məhəbbətin  təzahürü 
olmaqla bərabər Nazim dünyasının salnaməsidir.  
Bir  məqamı  da  xüsusilə  qeyd  etmək  istəyirəm.  Bu  da  Anarın  alim 
ləyaqəti  ilə  bağlıdır.    O,  öz  əsərində  Nazim  Hikmət  yaradıcılığının 
tədqiqatçılarından heç kimi unutmayıb. Bir də Anarda böyük alim səxavəti 
var.  Fürsətdən  istifadə  edib  müxtəlif  vaxtlarda  mənə  hədiyyə  etdiyi 
kitablara  görə  ona  dərin  təşəkkürümü  bildirirəm.  Bu  kitabların    içərisində 
Mehmet Fuadın, Aslan Kavlakın Nazim Hikmətə həsr olunmuş əsərləri də 
var.  Özü  Nazimşünas  olduğu  halda  onun  bu  comərdliyinə  görə  bir  daha 
təşəkkür edirəm.  
Mən görkəmli yazıçı və dəyərli alim dostum Anar müəllimi bu uğurlu, 
çox qiymətli əsəri ilə ürəkdən təbrik edir, ona bədii və elmi yaradıcılığında 
daha uca zirvələr arzulayıram. 
 
“Ədəbiyyat qəzeti”, 2 dekabr 2009. 


 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
117 
 
“Məni mənə tanıdana” 
 
Əkbər Babayevə həsr etdiyim  yazımda dediyim kimi bir vaxt Nazim 
Hikmət  öz  kitabını  onun  yaradıcılığını  tədqiq  edən  həmyerlimiz  Əkbər 
Babayevə  hədiyyə  edəndə  yazmışdı:  “Beni  bana  tanıtana.”  Türk 
tədqiqatçısı  Aslan  Kavlak  da  bizi  bizə  tanıdıb.  Daha  dəqiq  desək,  öz  yeni 
kitabında bizim Nazim Hikmətə olan sevgimizdən söz açıb. 
Aslan  Kavlakla  ilk  dəfə  on  il  bundan  əvvəl  görüşmüşdük.  O,  Bakıda 
Türk-Anadolu  liseyində  çalışırdı.  Görüşümüz  çox  maraqlı  keçdi. 
Operatorla gəlmişdi. Nazim Hikmətdən danışdıq. Sonra mənə söhbətimizin 
videoyazısını  hədiyyə  etdi.  Bir  neçə  gün  əvvəl  həmin  videolentə  baxdım. 
İllər  öz  işini  görüb.  Dəyişmişəm.  Söz  yox  ki,Aslan  Kavlakın  da  üzündə, 
saçlarında  on  ilin  izləri  var.  Dəyişməyən  təkcə  bir  şeydir.  Hər  ikimizin 
Nazim  Hikmətə  olan  rəğbəti,  sevgisi.  Bu  rəğbətin  və  sevginin  son 
təzahürlərindən  biri  Aslan  Kavlakın  Nazim  Hikmətə  həsr  etdiyi  “Baküye 
gidiyorum, ay balam” adlı İstanbulda nəşr olunmuş kitabıdır. 
Türk  tədqiqatçılarından  Arif  Ekim,  Aslan  Kavlakın  bu  yeni  kitabına 
həsr  etdiyi  “Nazim  Hikməti  tanıyırıqmı?”  adlı  məqaləsində  yazır: 
“Əminəm  ki,  bu  başlığı  oxuyan  hər  kəs  o  dəqiqə  iki  cavabdan  birini 
verəcəkdir:  Əlbəttə,  tanıyırıq:  kommunist,  vətən  xaini,  yaxud...  Tanıyırıq, 
əlbəttə.  Böyük  türk  şairi”.  Sözünə  davam  edərək  Arif  Ekim  deyir: 
“Kommunist olduğuna şübhə yox. Vətən xainliyi suçlamasına isə ən gözəl 
cavabı  1962-ci  ilin  iyul  ayında  Ankarada  çap  olunmuş  bir  qəzetin 
manşetindəki  “Nazim  Hikmət  vətən  xainliyinə  davam  edir”  başlıqlı  xəbər 
yazısı  ilə  əlaqədar  qələmə  aldığı  şeiri  ilə  yenə  Nazim  Hikmətin  özü 
vermişdir.”  Bu  sözlərdən  sonra  Arif  Ekim  Nazim  Hikmətin  adı  çəkilən 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə