Aqşin Babayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə30/88
tarix11.04.2018
ölçüsü5,04 Kb.
#37431
1   ...   26   27   28   29   30   31   32   33   ...   88

 
 
 
Aqşin  Babayev_______________________________________________ 
106 
 
Azərbaycan yazıçılarını təmsil etdi. Həm Rəsul Rza, həm  onun ömür dostu 
Nigar Rəfibəyli Nazim haqqında ölməz sənət nümunələri yaratdılar. Rəsul 
Rza  ömrünün  sonuna  qədər  Nazim  Hikmətə  hələ  bu  dünyada  var  olan, 
yaşayan insan kimi baxdı. 
Rəsul  Rza  da  Nazim  Hikmət  kimi  milli  şair  idi.  Onun  milliliyi  təkcə 
poeziyası  üçün  səciyyəvi  deyildi.  Rəsul  Rza  həm  Azərbaycan 
Ensiklopediyasının  başında  olanda,  həm  Kinematoqrafiya  Komitəsinə 
rəhbərlik  edəndə,  sözün  yaxşı  mənasında,  milliyətçi  idi,  xalqını  sevən  idi, 
varlığı ilə ona bağlı olan bir şəxsiyyət idi. Yadıma gəlir, radioda işlədiyim 
illərdə bir əməkdaşımız vardı, savadlı adam idi, amma təəssüf ki, intriqaçı 
idi,  adamlar  arasında  narazılıq,  çaxnaşma  salmağı  sevirdi.  Bir  gün  bunu 
Rəsul  Rzanın  başçılıq  etdiyi  Ensiklopediyaya  işə  dəvət  etdilər.  Amma  o, 
radio  ilə  əlaqəni  üzmürdü,  gəlib  gedirdi,  hər  dəfə  də  radionun 
koridorlarında,  otaqlarında  Rəsul  Rzanın  qarasına  danışır,  deyirdi:  “Ay 
qardaş,  heç  bilirsiz  Rəsul  Rza  ensiklopediyaya  kimləri  salıb?  Əhməd  bəy 
Ağayevi,  Əli  bəy  Hüseynzadəni,  Əliağa  Şıxlinskini”.  Çoxları  onu  sadəcə 
dinləyirdi, içərilərində ona etiraz edənlər də olurdu.  
Nazim  Hikmət  öz  şeirlərinin  birində  belə  tör-töküntülərə  “əqrəb 
kimisən” deyirdi və şeirini belə bir fikirlə bitirirdi ki, “sən qoyunları ölümə 
aparan  sallaqxana  təkəsisən  və  bu  dünyada  nə  bədbəxt  hadisə  baş  verirsə, 
hamısı sənin üzündəndir”. 
Mən yenə xalq yazıçısı Anarın kitabına qayıdıram. Hələ bugünə qədər 
Rəsul  Rza  haqqında  belə  monumental  əsər  yaranmayıb.  Bu  ədəbi 
tənqidimiz  üçün  bir  nümunə  olmalıdır.  Rəsul  Rzanın  həyatı,  taleyi, 
keçirdiyi ağrılar, eyni zamanda, ona göstərilən qayğı bu salnamə səciyyəli 
əsərdə  öz  bədii  əksini  tapmışdır.  Kitabda  Rəsul  Rzanın  ağır  günlərində, 
çətin  dəqiqələrində  ona  böyük  qayğı  göstərən  Ulu  öndərimiz  Heydər 


 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
107 
 
Əliyevə  minnətdarlıq  hissləri  duyulur.  Anar  müəllim  bütün  bunları  real 
şəkildə,  obyektiv  əks  etdirmişdir.  Burada  mənim  bayaqdan  söz  etdiyim 
Rəsul Rza və Nazim Hikmət dostluğu da öz geniş əksini tapıb. 
Rəsul  Rzanın  “Çinar”  şeiri  var,  Nazimin  “Ceviz  ağacı”.  “Çinar” 
Azərbaycanda,  “Ceviz  ağacı”  Türkiyədə  bu  iki  nəhəng  sənətkarlarımızın 
ölməz  rəmzləridir.  Kökü  Ana  torpağın  dərinliklərinə  bağlı  çinarlar,  ceviz 
ağacları  var  olduqca,  xalqlarımız  yaşadıqca  Rəsul  Rza  da,  Nazim  Hikmət 
də yaşayacaqlar . Əbədi olaraq! 
 
“Ədalət” qəzeti,  26 oktyabr 2002.  


 
 
 
Aqşin  Babayev_______________________________________________ 
108 
 
“Mavi gözlü dev”in dostu Əkbər Babayev 
 
  İllər  yaman  tələsir.  Nə  Nazim  Hikmət  həyatdadır,  nə  də  onun 
əsərlərinin  mahir tədqiqatçısı, tərcüməçisi Əkbər Babayev. Xatirələr qalıb 
ancaq. Nazim  haqqında çox yazılıb. Əkbər haqqında yox. Yadımda qalan 
Əkbər  üçün  xalq  şairimiz  Rəsul  Rzanın  böyük  səmimiyyətlə  yazdığı 
essedir. Adı də “Bizim Əkbər”di. 
Əkbərin nekroloqu üçün Bakıda şəkli tapılmırdı. Qəzetdən mənə zəng 
vurdular.  Məndə  bir  fotoşəkil  vardı.  Əkbər  Babayev  ortada,  bir  tərəfində 
Arif  Məlikov,  bir  tərəfində  də  mən.  Həmin  fotonu  göndərdim.  Qəzetin 
fotoqrafçısı sağ olsun. Üç nəfərin arasından Əkbərin şəklini ustalıqla ayırdı, 
çapa  verdi.  Vəssalam.  Bununla  da  hər  şey  bitdi.  Nazim  Hikmətin  xatirə 
günlərində kimin yadına düşdüsə, adını çəkdi Əkbərin. Bu sözləri yazanda 
Əkbər Babayevin dediklərini xatırlayıram: “Azərbaycan mətbuatında bəzən 
Nazim  Hikmət  sənətindən  söz  açan  elə  qəribə  yazılara  və  imzalara  rast 
gəlirəm  ki,  təəccüb  edirəm.  Düzdür,  Nazim  Hikmət  haqqında  hamı  yaza 
bilər. Amma burda bir mənəvi haqq məsələsi də var. Bunu unutmaq olmaz. 
Bir  də  Nazim  haqda  yazanda  heç  olmasa  onun  başına  gələnləri  biləsən 
gərək. Hələ mən başqa mətləbləri demirəm”. 
Əkbər ipək kimi yumşaq təbiətliydi, amma elmi mübahisələrdə sərtdi. 
Doktorluğunu  müdafiə  eləmədi.  Əsəri  hazırdı.  Doktorluq  işi  hazır 
olmasaydı  belə  onu  türk  ədəbiyyatına,  xüsusən  Nazim  Hikmətə, 
Səbahəddin  Əliyə,  Orxan  Kamala  və  başqa  sənətkarlara  həsr  etdiyi  elmi 
əsərlərinə görə diplomsuz doktor adlandırmaq olardı. Əkbər çox tələbkardı. 
Özünə qarşısa lap çox, hətta amansızca tələbkardı. Mən Moskvada olarkən 
ona  deyəndə  ki,  Əkbər  müəllim,  sizin  kitabxanadakı  namizədlik 
dissertasiyanızı oxudum, qanı bərk qaraldı. “Nahaq oxudun, Aqşin” – dedi, 


 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
109 
 
“zəif  əsərdir”.  Halbuki  Əkbərin  dissertasiyası  Nazim  Hikmət  haqqında 
yazılmış  ilk  və  çox  sanballı  tədqiqat  işi  idi.  Doktorluğunu  soruşanda 
deyərdi:  “Hazır  deyiləm.  Hələ  işləyirəm.  Bir  də  ki,  hara  tələsirəm.  Ömür 
vəfa edər”. 
Amma  ömür  vəfa  eləmədi,  yarımçıq    qaldı  hər  şey.  Əkbər  bizdən 
erkən ayrıldı. 
Ölümün  xəbər  atı  çaparaqdır.  Əkbərin  cənazəsini  Gəncəyə 
gətirmişdilər.  Biz  də  bir  göz  qırpımında  gəlmişdik  onun  doğma  yuvasına. 
Sən  demə,  onu  istəyən  çox  imiş.  Dəfn  mərasimində  xeyli  danışan  oldu. 
Hamı  da  gözü  yaşlı.  Mənim  də  sözüm  vardı.  Bacarmadım.  Son  borcumu 
verə  bilmədim.  Boğazımda  bir  parça  qəhər  daşı  vardı.  Qoymadı  danışam. 
Beləcə son mənzilə yola saldıq Əkbəri. Bakıya dönərkən dəfn mərasimində 
söz  deyənlərin  tez-tez  “yaxşı  insan”,  “işıqlı  şəxsiyyət”  ifadələrini 
xatırlayırdım. 
Hamı  bilir  ki,  bu  “yaxşı  adam”  ifadəsi  nə  qədər  sadə  görünsə  də, 
mənası  böyükdür.  İnsanlara  təmənnasız  kömək  eləyən,  özündən  kəsib 
başqasına  verən,  şəxsi  işini  buraxıb  ehtiyacı  olanlara  qayğı  göstərən 
adamların  sayı  azaldıqca  “yaxşı  adam”  ifadəsinin  də qiyməti  artır. Bu  söz 
bir o qədər də sadə görünmür. 
Bəli,  Əkbər  yaxşı  adamdı.  İndi,  mən  yaşa  dolduqca  bunu  daha  aydın 
başa düşürəm. 
1961-ci  ildi.  Azərbaycan  radiosunda-  türk  şöbəsində  işləyirdim. 
Universitetdə türk ədəbiyyatı üzrə qiyabi aspiranturada oxuyurdum, Nazim 
Hikmətdən yazırdım. Moskvaya uzun müddətli ezamiyyətə gəldim. Burada 
təhsil  alan  dostum  Yavər  Eyvazovdan  Əkbər  Babayevin  telefonunu 
öyrəndim,  zəng  vurdum.  Nazim  Hikmətlə  görüşmək  istədiyimi  bildirdim. 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə