Aqşin Babayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə27/88
tarix11.04.2018
ölçüsü5,04 Kb.
#37431
1   ...   23   24   25   26   27   28   29   30   ...   88

 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
93 
 
Hikmət  Türkiyə  vətəndaşlığından  kənar  edildikdən  sonra  böyük  kədərinə 
rəğmən  ümid  dolu  bir  nikbinliklə  “Ceviz  ağacı”(1957)  şeirini  yazmış  və 
demişdi: 
 
“Ben bir ceviz ağacıyım 
Gülhane parkında, 
Nə sen bunun farkındasın, 
Nə də polis farkında”. 
 
Rəsul  Rza  yuxarıda  adı  çəkilən  şeirində  Nazimin  “Ceviz  ağacı”  nı 
xatırlayaraq belə deyirdi: 
Sən bir ceviz ağacıydın 
Gülhanə parkında. 
Minarələr qarşında, 
Minarələr arxanda. 
Baharlarda boylanıb 
Baxardın Boğaziçinə. 
Hərdən polis kölgəsi düşərdi 
Gülhanə parkının 
Divar kərpicinə... 
 
Hələ  1950-ci  ildə  Nazim  Hikmət  həbsxanada  ikən  Rəsul  Rza  şairin 
anasına müraciətlə yazmışdı: 
 
Mən səni görmədim möhtərəm qadın, 
Doğma qardaşımdır o mərd övladın. 


 
 
 
Aqşin  Babayev_______________________________________________ 
94 
 
 
Rəsul  Rza  anaya  xitabən  Nazimin  keçdiyi  şərəfli  həyat  yolu  ilə  fəxr 
etdiyini  bildirir,  Cəlilə  xanımın  şair  oğluna  qolundakı  zəncirləri  qırıb 
qaranlıq və kəsafətli zindanlardan azadlığa çıxacağı günü arzulayırdı.  
1963-cü  il  iyun  ayının  3-də  Nazimin  qəfil  ölümü  onu  sevənləri 
sarsıtdı. Ölümünə ağılar deyildi, şeirlər yazıldı. Yenə bu ağıların, şeirlərin 
içərisində Rəsul Rza sözü və onun ömür dostu, unudulmaz şairəmiz Nigar 
Rəfibəylinin göz yaşları ilə dolu misraları fərqli bir ahənglə səsləndi. Rəsul 
Rza yazırdı: 
 
Bir dostumuz öldü. 
adamların yaxşılarından idi. 
Sözü, işi, arzularıyla İnsan idi. 
Bu ölümə yerin torpağı yandı, 
Ağacın yarpağı yandı. 
 
Nigar Rəfibəyli isə bu ağır dərdi belə ifadə edirdi: 
 
İndi sevdiyin, məhəbbətlə baxdığın 
Gözlər ağlayır, 
İllərlə həsrətini çəkdiyin 
Balaca oğlun Məhməd ağlayır, 
Anaların ən gözəli- 
Münəvvər ağlayır. 
 
Nazim  Hikmət  Varnada  bir  şeir  yazmışdı  oğlu  Məhmədə  müraciətlə. 
Şeir belə idi: 


 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
95 
 
 
Karşı yaka memleket
Sesleniyorum  Varnadan, işitiyormusun 
 Memet, Memet. 
Kara deniz akıyor durmadan
deli hasret, deli hasret, 
oğlum, sana sesleniyorum, işitiyormusun 
Memet!.. Memet. 
 
Şairin  bu  ürək  titrədən  misralarına  balaca  Məhməd  deyil,  sonralar 
Rəsul Rza cavab vermişdi: 
 
Üfüqdə göy gözlərin sarı həsrəti. 
Bir səs: 
-Oğlum, oğlum!- deyə 
Çağırır Məhmədi... 
Miz üstü – bir işıq gölü. 
Miz arxasında Məhməd. 
Dəftər, kağız miz üstünə tökülü. 
 
...Qara dənizin üstündən 
Qara yellər əsdimi? 
 
Məhməd gecikdimi? 
Çağıran tələsdimi? 
 


 
 
 
Aqşin  Babayev_______________________________________________ 
96 
 
...Üfüqdə göy gözlərin sarı həsrəti. 
Səhifələrdə yaralı qəlbin məhəbbəti. 
Məhməd dərs oxuyur 
Lehistanın baş kəndində. 
Şəkərim, qardaşım, ustad! 
Bir də çağırma, 
Çağırma Məhmədi ! 
 
Rəsul  Rzanın  şəxsi  arxivindəki  Nazim  Hikmətə  həsr  etdiyi  şeirlərə, 
məqalələrə,  onun  adi  bir  teleqramının  da  necə  diqqətlə  qorunub 
saxlanmasına,  bu  səliqə-səhmana  heyran  qalmaya  bilmirsən.  Nazimi 
düşünəndə Rəsul Rzanın aşağıdakı misraları yada düşür : 
 
Qəlbində insanların 
Kədərini, sevincini  daşıdı. 
Ünvanı pasportdan məlum. 
Nə bir şəhər, bir küçə, bir tindədir. 
Ünvanı  
milyonlarla insan qəlbindədir. 
 
Rəsul Rzanın arxivində Nazimin imzaladığı belə bir məktub da var: 
 
“Rəsulcuğum! 
Salam.  Sənə  Anarla  bu  qısacıq  məktubu  yollayıram.  Süleymana, 
Mehdiyə,  Mirzəyə  də  bir  neçə  sətir  yazdım.  Onların  da  məktublarını 
özlərinə çatdır. Sizin dərgidə son şeirlərimi oxudum, çox bəyəndim. Əllərin 
kədər  görməsin.  Sentyabr  ayında  Qafqaza  gəlmək  niyyətindəyik.  Sənə 


 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
97 
 
teleqram vuracağıq. Bəlkə də imkan olarsa, yolçuluğumuzu səninlə birlikdə 
yaparıq.  Anar  sənə  təfsilatı  ilə  danışar.  Səni,  Nigar  xanımı,  balaca  sultanı 
qucaqlayıram. 
Yaxında görüşmək ümidi ilə. 
Nazim Hikmət.” 
 
Zərfin üzərində bu sözlər yazılmışdır:  
 “Rəsul Rza 
Gələlim hatıranıza. 1958” 
 
Kiçik bir teleqram da nəzərimi cəlb edir: 
“Rəsul  qardaş,  yarım  yüzülliyini  təbrik  edirəm,  gələcək  50  ildə  də 
gəncliyini itirmə. Qardaşın Nazim Hikmət”. 
1958-ci  ildə  Nazim  Hikmət  göndərdiyi  başqa  bir  məktubun  üzərində 
iri hərflərlə belə yazmışdı: “İki şair evinə bir üçüncü şairdən salam, sevgi!” 
Rəsul Rzanın arxivində Nazim Hikmətin əlyazıları – şeirləri qorunur. 
“Mikayıl Rəfiliyə ağı” və “Bakıda oyanmaq”. Bu şeirləri Azərbaycan dilinə 
tərcümə  etmiş  Rəsul  Rza  Nazimin  dili  ilə  desək,  “onları  bir  az  daha 
gözəlləşdirmişdir”. 
Nazim  Hikmət  xarici  ölkələrdə  olarkən  bütün  jurnalistlərin  suallarına 
böyük  məmnuniyyətlə  cavab  verər,  səfərdən  döndükdən  sonra  özü  ilə 
bərabər  müsahibələri  çap  olunmuş  qəzetləri  də  gətirərdi.  Rəsul  Rzanın 
arxivində  Nazim  Hikmətin  İtaliya  jurnalisti  Covanni  Krino  ilə  müsahibəsi 
dərc olunmuş bir jurnala rast gəldim. Müsahibə əvvəlcə “Realta Sovetika” 
jurnalında (yanvar 1963-cü il) dərc olunub. Sonra isə “Oqonyok” jurnalının 
1987-ci  il  10  mart  nömrəsində  ruscaya  tərcümə  edilərək  verilib.  Nazim 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə