Aqşin Babayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə24/88
tarix11.04.2018
ölçüsü5,04 Kb.
#37431
1   ...   20   21   22   23   24   25   26   27   ...   88

 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
83 
 
Amma...  Siz  bilən  nə  mane  oldu?  Xəstə  atamın  bircə  sözü.  “Sənsiz 
mən burda tək qala bilmərəm. Getmə!” Nə bilim, görünür qismət beləymiş. 
Getmədim. 
Vəli  Axundova  kitab  çatdırmağım  da  belə  oldu.  Böyük  çətinliklə 
Kirsanovu ( V. Axundovun köməkçisini) tapdım. Mərkəzi Komitədə liftin 
qabağında məni qarşıladı, kitabı aldı və soruşdu: 
-Bəlkə Vəli Yusifoviçə deməli sözünüz var? 
-Yox, - dedim. 
“Yox” u elə dedim ki, Kirsanov bir yana, özüm də inandım. 
Əkbər  Babayev  biləndə  ki,  Moskvada  aspiranturada  oxumayacağam, 
çox  pərt  oldu.    Zəhmət  çəkmişdi.  Asiya  Xalqları  İnstitunun  direktoru  ilə 
danışmışdı. Həm  də, ən başlıcası  Nazim  Hikmət  xahiş  etmişdi  mənimçün. 
Bu səhvimi Əkbər axıracan bağışlamadı mənə. 
Son  görüşümüz  Bakıda  oldu.  Bir  müdafiədə.  Müdafiədən  sonra 
bərabər  şəhəri  gəzdik,  yemək  yedik,  Nazimi  andıq.  Mənim  işlərimlə 
maraqlandı. 
 – Hayıf o vaxt Moskvaya gəlmədin. Uduzdun. Taledir, nə etmək olar? 
Canın  sağ  olsun.  Neyləyək,  belədir  də.  Zəmanə  adamı  deyilsən.  Nazimin 
kitabını  Vəli  Axundova  necə  çatdırmağın  indiyəcən  yadımdan  çıxmır. 
Nazim Hikmət elə düz deyib sənə. “Qəribə adamsan!” 
 Bunu  deyib  ürəkdən  güldü  Əkbər.  Elə  beləcə  də  qalıb  xəyalımda. 
Üzügülər, mehriban, zəkalı Əkbər! Unudulmuş Əkbər! 
Zəkəriyyə  Sərtəllə  Səbihə  Sərtəl  həm  Moskvaya  aspiranturaya 
getməməyimi, həm də Vəli Axundova kitab çatdırmaq əhvalatını bilirdilər. 
Bu haqda söz düşəndə Zəkəriyyə dedi: 
–Sənin kafan çalışıyor. Amma zəmanə adamı deyilsən.  


 
 
 
Aqşin  Babayev_______________________________________________ 
84 
 
“Zəmanə  adamı”  olmadığımı  Zəkəriyyə  yaxşı  bilirdi.  Bəlkə  də  ona 
görə nə sözü olurdusa, mənə deyirdi. Evimi, işimi atmışdım. Zəkəriyyənin 
qulluğunda  idim.  Maşın  lazım  oldumu  mənə  deyirdi,  dərmana  ehtiyacını 
birinci telefonla mənə bildirirdi. Bayaq dediyim kimi Fətəli Sahib çevrilib 
olmuşdu Zəkəriyyənin şoferi.  
 Yadımdadır,  “araba”  söhbətini  mən  Zəkəriyyəyə  danışanda  Səbihə 
xanım o qədər güldü ki, ürəyi ağrıdı. Zəkəriyyə də çiyinləri titrəyə- titrəyə 
qəhqəhə çəkdi. 
1963- cü ilin iyunun 3-də, günəşli yay səhərində radio ilə çox ağır bir 
xəbər  eşitdim:  “Nazim  Hikmət  qəflətən  vəfat  edib”.  Bu  xəbəri  alanda  27 
yaşım  vardı.  Amma  atasını  itirmiş  uşaqlar  kimi  sarsıldım.  Çox  qısa 
müddətdə  Nazim  mənə  elə  əziz,  elə  doğma  olmuşdu  ki...  Nazim  Hikmət 
böyük  sənətkar  olmaqdan  başqa,  nadir  şəxsiyyət  idi.  Eynən  bizim  Səməd 
Vurğunumuz kimi. Mən Nazimi tanımağımla, onunla görüşməyimlə bilsəz, 
necə  fəxr  edirdim. Elə  bilirdim  ki, arxamda  uca bir  dağ dayanıb. Nazimin 
ölüm xəbərini eşidəndə elə bil zəlzələ oldu və başı buludlara dəyən o dağ 
yox oldu. Yetim qaldım elə bil. 
Nazimin  ölüm  xəbərini  eşidəndən  sonra  Zəkəriyyə  ilə  görüşüm 
yadımdadır.  “Ustad”  dediyim  Zəkəriyyə  iki  səhifəlik  esse  yazmışdı.  Çox 
təsirliydi. Makinadan çıxartdıq. İlk nüsxəsini imzalayıb mənə bağışladı.  
İndi  də  məndədir  o  esse.  Sapsarı  olub  iki  vərəq.  Bu  essedən  bəzi 
parçaları  diqqətinizə  çatdırmaq  istəyirəm.  Çünki  məqsədim  var.  Yazının 
adı belədir: “Böyük itkimiz”. 
“Nazimin  qəflətən  ölümü  hamımız  üçün  heç  nəylə,  heç  kəslə  əvəz 
edilməyəcək  bir  itkidir.  O,  təkcə  türk  xalqının  deyil,  bütün  dünya 
sülhsevərlərinin gur səsiydi. Ən yaxşı dostlarından biri olaraq mənim üçün 
də onun ölümü ürəyimi parçalayan bir acı oldu. 


 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
85 
 
Nazim şair olaraq bir dahi, dramaturq olaraq bir ustad, mükəmməl bir 
insan,  bulunmaz  bir  dostdur.  Türk  ədəbiyyatında  onun  yeri  uzun  bir  sürə 
boş qalacaqdır. 
... O, hələ 1954- cü ildə keçirdiyi böyük infarkt böhranından sonra bir 
müddət  yasa  batmışdı.  Bir  ara  ölümünü  gözləyən  kimi  olmuş, 
vəsiyyətnaməsini yazmışdı «Anadoluda bir köy mezarlığına gömün beni» – 
demişdi. 
Fəqət  görünür  indilik  onun  bu  son  vəsiyyətini  də  yerinə  yetirmək 
mümkün olmayacaqdır. Üzülmə, Nazim, biz səni Anadolu torpağına gömə 
bilmədiksə də, qəlbimizə gömdük . Orada əbədiyyən yaşayacaqsan”. 
Zəkəriyyə  bu  essedə  Nazim  Hikməti  dramaturq  olaraq  “ustad” 
adlandırmışdı.  Bu  söz  mənə  qol-qanad  verdi.  Demək  “Nazim  Hikmətin 
dramaturgiyası”nı  mövzu  seçməkdə  yanılmamışam.  Dissertasiya  işimdən, 
Nazim  Hikmətin  ölümündən  sonra  əlim  soyusa  da,  ürəyimdə  böyük  bir 
istək  yaşayırdı:  “Müdafiə  etmək”.  Əkbər  Babayev  də  məni  həvəsləndirib, 
yeri gələndə qardaşcasına danlayırdı da... Axırı ki, o gün gəlib çatdı. 1967- 
ci  il,  25  mart,  Şərqşünaslıq  fakültəsi.  Zəkəriyyə  Sərtəl  lap  qabaq  cərgədə 
oturub.  Müdafiə  başlanır.  Əkbər  Babayevin  Moskvadan  teleqrafla 
göndərdiyi rəyi oxuyurlar. Çıxışlar başlanır. Hər şey yaxşı gedir. 
Birdən  ...  Zəkəriyyə  söz  istəyir.  Sevinirəm.  Həm  də  təəccüblənirəm. 
Axı Zəkəriyyə dissertasiyasını oxumamışdı, “sonra oxuyuram” demişdi. Nə 
deyəcək  görəsən?  Necə  nə  deyəcək?  Nazimdən  danışacaq.  Nazim 
Hikmətdən.  Zəkəriyyə  Sərtəlin  çıxışı  stenoqrafik  hesabata  yazıldığı  üçün 
bugünə qədər məndədir. Çıxışından bir parçanı oxuculara təqdim edirəm. 
-Yoldaşlar!  Mən  dissertasiya  işini  oxumamışam.  Ancaq  onu  deyə 
bilərəm ki, Nazim Hikmət dramaturq kimi çox zəifdir. Özü də mənə deyirdi 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə