Aqşin Babayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə21/88
tarix11.04.2018
ölçüsü5,04 Kb.
#37431
1   ...   17   18   19   20   21   22   23   24   ...   88

 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
73 
 
Zəkəriyyə Sərtəl 
 
Zəkəriyyə Sərtəl Türkiyənin məşhur jurnalisti idi. 1924-1931-ci illərdə 
“Rəsimli  ay”  adlı  məcmuənin  redaktoru  olmuşdu.  Həyat  yoldaşı  Səbihə 
Sərtəl  onun  ideya  silahdaşı  idi.  Tanınmış  filosof  idi.  Yəqin  ki,  türk 
ədəbiyyatı  ilə  maraqlananlar  Zəkəriyyə  Sərtəlin  Nazim  Hikmət  haqqında 
yazdığı “Mavi gözlü Dev”, ”Nazim Hikmətin son illəri” və Səbihə Sərtəlin 
“Roman  kimi”  kitablarını  oxuyublar.  Onların  hər  ikisi  mütərəqqi  ruhlu 
şəxsiyyətlərdi. N.Hikmət Zəkəriyyə Sərtəli, özünün müəllimi hesab edirdi. 
Çünki  şair  “Rəsimli  ay”  da  məqalələr  çap  etdirəndə  Zəkəriyyə  ona  çox 
böyük qayğı göstərir, məsləhətlər verirdi. Tale elə gətirmişdi ki, Zəkəriyyə 
Sərtəl  və  Səbihə  Sərtəl  Türkiyədən  qovulmuşdu.  Onların  mətbəəsini 
dağıdıb, özlərini öldürmək istəmişdilər. O vaxtlar qəzetlərin birində belə bir 
karikatura  da  verilmişdi:  qırmızı  atın  üstündə  Səbihə,  arxasında  da 
Zəkəriyyə 
təsvir 
olunmuşdu. 
Zəkəriyyə 
Səbihədən 
soruşurdu: 
“Səbihəciyim,  biz  nərəyə  koşuyoruz  ?”  (  Yəni  biz  hara  gedirik?).  Səbihə 
ona belə cavab verirdi: “Bu qırmızı at nərəyə koşsa, oraya...”. 
İlk dəfə Zəkəriyyə Sərtəli radioda xarici verilişlərin Baş redaktorunun 
otağında  gördüm.  Mənə  deyəndə  ki,  “tanış  ol,  Zəkəriyyə  Sərtəldir”, 
gözlərimə  inanmadım.  Zəkəriyyə  haqqında  çox  eşitmişdim.  Amma  onu 
belə qoca təsəvvür etmirdim. Baş redaktor  mənə tapşırdı ki, bundan sonra 
Zəkəriyyə  Sərtəllə sən  məşğul olacaqsan. Əvvəlcə  muzeylərimizi, görməli 
yerlərimizi  ona  göstərməlisən,  ümumiyyətlə,  nə  xahişi  olsa,  yerinə 
yetirməlisən.  Sözün  düzü,  çox  sevindim.  Çünki  belə  bir  şəxsiyyətlə 
ünsiyyətdə olmaq mənim üçün böyük şərəfdi. O vaxt radioda işləməyimlə 


 
 
 
Aqşin  Babayev_______________________________________________ 
74 
 
bərabər  Azərbaycan  Dövlət  Universitetində  türk  filologiyası  üzrə  aspirant 
idim.  
Zəkəriyyə radionun türk redaksiyasında üslub redaktoru kimi işləməyə 
başladı.  Maraqlı  verilişlər  də  hazırlayırdı.  O,  bir  müddət,  ömür  dostu 
Səbihə 
xanım 
mühacirətdən 
Bakıya 
gələnə 
qədər, 
“İnturist” 
mehmanxanasında yaşadı. 
Xarici  verilişlərin  “Xəbərlər”  redaksiyasında  işləyən  jurnalist  dostum 
Fətəli Sahib Zəkəriyyə Sərtəli öz maşınında aparıb gətirirdi. Hər gün səhər 
Fətəli  ilə  bərabər  “İnturist”  mehmanxanasına  gedər,  Zəkəriyyə  bəyi  işə 
gətirər,  günortadan  sonra  da  onu  müxtəlif  görməli  yerlərlə  tanış  edərdik. 
Nazim  Hikmətlə  bağlı  namizədlik  dissertasiyası  yazdığım  üçün  ona 
müxtəlif suallar verər, maraqlı məlumatlar alardım.  
Hər dəfə “İnturist” mehmanxanasının qarşısına gələndə Zəkəriyyə bəy 
Fətəliyə deyərdi: “Sənin bu araban olmasaydı, məhv olardıq biz”. Fətəli də 
heç nə deməz , elə sakitcə gülümsəyərdi. Axırı bir gün Fətəli dözmədi. Biz 
“İnturist”ə  gedəndə  mənə  dedi:  “Aqşin,  səndən  çox  xahiş  edirəm, 
Zəkəriyyə  bəyə  denən  ki,  mənim  maşınıma  daha  “araba”  deməsin. 
Maşınım,  bilirsən  ki,  təzədir.  Onu  hər  səhər  silib  təmizləyirəm,  par-par 
parıldadıram, nə qədər qulluq edirəm, olmur ki, olmur. Hər dəfə Zəkəriyyə 
Sərtəl ona “araba” deyir. Mən uğunub getdim. “Ay Fətəli, - dedim -türklər 
maşına  “araba”  deyirlər”.İndi  bilirəm,  bu  sətirləri  oxuyanda  sizə  qəribə 
gələcək.”Yəni  Fətəli  bilmirdi  ki,  türklər  maşına  ”araba”  deyirlər?”  Xeyr, 
bilmirdi. 
O  vaxt  Türkiyə  Azərbaycan  üçün  bir  xəyal  idi.  Ümid  dolu  bir  xəyal. 
Kim  ağlına  gətirə  bilərdi  ki,  Türkiyə  ilə  Azərbaycan  arasında  əlaqələr  elə 
bir səviyyəyə gəlib çatacaq ki, nə vaxt istəsən, təyyarəyə minib İstanbula və 
ya Ankaraya uçacaqsan. Özü də Bakıdan! Bir  müddətdən sonra Z.Sərtəlin 


 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
75 
 
xanımı Bakıya gəldi. Zəkəriyyə sevincindən quş kimi uçurdu. Onlara Mirzə 
Fətəli Axundzadə bağının yanında bir otaqlı mənzil verdilər. Səbihə Sərtəl 
haqqında  mən  çox  eşitmişdim.  Görüşümüzdən,  söhbətlərimizdən  sonra 
mənə  məlum  oldu  ki,  o,  eşitdiklərimin  fövqündə  imiş.  Türklərdə  bir  ifadə 
var: “Əli öpüləsi qadın”. Səbihə məhz belə xanım əfəndi idi. Sözü-söhbəti, 
davranışı,  zəkası,  mədəniyyəti  ilə...  Deyib-gülən,  hazırcavab,  məclissevər, 
süfrəli insandı. Onların bir otaqlı evində ədəbiyyat, incəsənət  xadimlərimiz 
çox  tez-tez  toplaşardılar.  Xatirələr  vərəqlənərdi.  Daha  çox  Nazim 
Hikmətdən  danışardılar.  Səbihə  xanım  yeni  əsərindən  bizə  parçalar 
oxuyardı... Bu parçalarda, hər şeydən əvvəl, Vətən həsrəti, Türkiyəyə gec-
tez  qovuşmaq  ümidi  əks  olunmuşdu.  O  vaxt  ağlıma  da  gətirməzdim  ki, 
Səbihə xanım çox tez bir vaxtda dünyasını dəyişəcək... 
Z.Sərtəl  türk  redaksiyasında  canla-başla  çalışar,  türkcə  mətnləri 
redaktə edərdi. Qiymətli məsləhətlər də verər, tənqidi fikirlərini də deyərdi. 
Bir  dəfə  Zəkəriyyə  Sərtəldən  bir  veriliş  barədə  fikrini  öyrənmək  istədim. 
Veriliş  bir  gənc  bəstəkar  haqqında  idi.  Müəllifi  də  konservatoriyanın 
müəllimi idi. Həmin proqram barədə  fikrini soruşanda Zəkəriyyə gülə-gülə 
dedi:  “Çox  tərifləmisiz.  Sabah  Üzeyir  Hacıbəyli  haqqında  bir  veriliş 
hazırlayanda  nə  deyəcəksiniz,  bilmirəm”.  Zəkəriyyə  Sərtəl  Üzeyir 
Hacıbəylini çox sevirdi.  
...  Səbihə  xanım  qürbət  həyatına  dözə  bilmirdi.  Çox  darıxırdı. 
Gözümüzün  qabağında  əriyirdi.  Bir  gün  yatağa  düşdü  və  ...  köçdü  bu 
dünyadan.  Onu  ikinci  Fəxri  xiyabanda  dəfn  etdilər.  Səbihə  xanımın 
vəfatından  sonra  Zəkəriyyə  çox  dəyişmişdi.  Ara-sıra  deyirdi:  “Bir  həddə 
qədər yaşamaq gözəldir. Amma bir yerdə də ölüm gözəl olur”. Bir dəfə bu 
kəlmələri pıçıldayanda sakitcə ağladı. Məşhur türk şairi Əbdülhəq Hamidin 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə