Aqşin Babayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə20/88
tarix11.04.2018
ölçüsü5,04 Kb.
#37431
1   ...   16   17   18   19   20   21   22   23   ...   88

 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
67 
 
Hikmətdən yazan bu üzdəniraq tənqidçi nə şairin yaradıcılığını bilir, nə də 
ona verilən qiymətin ölçüsünü və dəyərini. 
Bir  sözlə,  Nazim  Hikməti  sevənlər  və  sevməyənlər  var  bu  dünyada. 
Təsəllimiz isə odur ki, böyük sənətkarı sevənlər sevməyənlərdən  müqayisə 
edilməyəcək dərəcədə çoxdur. 
 
 


 
 
 
Aqşin  Babayev_______________________________________________ 
68 
 
 
 
 
 
 
 
 
 
 
 
Nazim Hikmətə bağlı insanlar 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
69 
 
 
 


 
 
 
Aqşin  Babayev_______________________________________________ 
70 
 
“Kapadı kitabı Münevver...” 
Nazim  Hikmətin  Münəvvəri  gözlərini  əbədilik  qapadı.  O  da  bu 
dünyaya vida etdi. Mehmeti qaldı. Nazim Hikmətin və onun Mehmeti... 
Nazimsevərlərə Münəvvər xanımın adı yaxşı tanışdır. Başı bəlalı, min 
cür  əziyyətlər  çəkən,  bütün  məhrumiyyətlərə  dözən  Münəvvər  Andaç 
Türkiyənin  tanınmış  ziyalılarından  olub.  Taleyini  Nazim  Hikmətə 
bağladıqdan sonra təqiblərə , təzyiqlərə dözüb, Vətənindən didərgin düşüb. 
Əvvəlcə Afinadan Polşaya, İtaliyaya, sonra Fransaya gedib. Müəllimlik və 
tərcüməçilik edib. Kitablara sığmayan macəralı ömrünü beləcə başa vurub. 
Nazim Hikmətsə çox əvvəl – 1963-də ayrılmışdı bu dünyadan. Şeirlərində 
Münəvvəri vəsf edə-edə, sağalmaz niskilindən söz açaraq! 
Bizim  Bakımız  İstanbuldan  sonra  Nazimin  sevdiyi  ikinci  şəhər  idi. 
Münəvvər  də  xəyalən  vurulmuşdu  Bakıya.  1964-cü  ilin  15  avqustunda 
Münəvvər  xanım  Mehmetlə  və  birinci  ərindən  olan  qızı  ilə    Bakıya  gəldi. 
Onu  hər  yerdə  böyük  istəklə,  məhəbbətlə  qarşıladılar.  Yaxşı  xatirimdədir. 
Münəvvər  Bakıya  gələndə  mən  radioda  işləyirdim.  Münəvvəri,  Mehmeti 
görəndə, onlarla görüşüb söhbət edəndə sevincimin həddi-hüdudu yox  idi. 
Yaxşı  ki,  xatirələr,  fotoşəkillər  var.  Yoxsa,  keçmişi  dilə  gətirmək  çətin 
olardı.  O  vaxt  Televiziya  və  Radio  Verilişləri  Komitəsinin  sədri  işləyən 
Teymur  Əliyev,  onun  müavini  Ənvər  Əlibəyli,  Ziya  Bünyadovun  həyat 
yoldaşı,  türkşünas  Tahirə  Bünyadova,  tərcüməşi-jurnalist  Əmiraslan 
Əmiraslanov  Münəvvəri  və  onun  övladlarını  ən  doğma  adamları  kimi 
qarşıladılar.  Münəvvərin  Bakıdan  ayrılanda  dediyi  sözlər  yadımdadır: 
“Bakı, təsəvvürünüzə gətirməzsiniz ki, İzmirə necə bənzəyir. Elə bildim öz 
vətənimə  gəldim.  İnanın,  sizdən  gördüyüm  səmimiyyəti,  mehribanlığı 
həyatımda  heç  kəsdən  görməmişəm.  Mən  bilirəm,  mənə  olan  rəğbətiniz 
Nazim Hikmətə olan sevginizdən doğur.” 


 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
71 
 
Nazim  Hikmətin  ən  yaxın  dostlarından  biri  məşhur  yazıçı-jurnalist 
Vala  Nurəddin  olub.  Nazim  Hikmət  qürbətdə  olanda  Münəvvəri  Vala 
Nurəddin  və  onun  ömür  dostu  Müzəhhər  xanım  himayə  ediblər.  Polis 
Münəvvəri izləyəndə ona dayaq olublar. 
Nazim  Hikmətin  ölümündən  sonra  Vala  Nurəddin  “Bu  dünyadan 
Nazim keçdi” adlı, çoxlarının bilmədiyi mətləblərə işıq salan iri həcmli bir 
əsər  qələmə  aldı.  Bu  əsərin  bəzi  səhifələri  Münəvvər  Andaça  həsr 
olunmuşdur. Həmin kitabdan sətirlər: 
“Gəncliyindən sevdiyi və dayısının qızı, çox qiymətli dostumuz, ismi 
kimi münəvvər olan Münəvvər Andaç Nazim həbsxanada ikən onunla çox 
maraqlanırdı.  Böyük  şəfqət  göstərirdi.  Şairin  könül  taxtını  da  beləcə  işğal 
etdi. 
Araya  illər,  məsafələr  girməsinə  baxmayaraq  Münəvvər  Andaçın 
Nazimlə  ayrılmalarından  sonra  da  arkadaşlıqları  davam  etdi.  Elə  davam 
etdi  ki,  Nazimin  kitablarının  fransızcaya  tərcüməsi  Münəvvər  Andaç 
tərəfindən yapıldı.” 
Nazimin şeir kitablarını vərəqlədikcə Münəvvərə həsr olunmuş bir sıra 
əsərlərə  rast  gəlmək  olar:  “Münəvvərdən  məktub  aldım,  deyir  ki”,  “Polşa 
məktubu”,  “Mehmetə  son  məktubum”,  “Paris  tapmacaları”,  Yeni  il”  və 
sairə. “Yeni il” şeirində belə misralar var: 
Yağdı, bütün gece yağdı kar, 
Yıldızlarla aydınlanarak. 
Bir şehir, bir sokak, bir ev var 
Ahşap bir ev, uzak mı uzak. 
 
Yatıyor minderde bir çocuk, 


 
 
 
Aqşin  Babayev_______________________________________________ 
72 
 
Benim oğlan, sarışın, tombul. 
Müsafir yoktu, kimse yok 
Pencerede fakir İstanbul. 
 
Öttü acı-acı düdükler. 
Hapislik gibidir yalnızlık. 
Kapadı kitabı Münevver, 
Ağlayıverdi yumuşacık. 
 
Bəli,  «qapadı  kitabı  Münəvvər».  Qapadı  gözlərini.  Nazim  şeirlərində 
əbədi yaşayacaq Münəvvər. 
Uzaqdan-uzağa  Nazimin  və  Münəvvərin  bir  tək  oğul  yadigarı 
Mehmetə  üz  tutub  deyirik:  “Allah  rəhmət  eləsin.  Məzarı  nurla  dolsun 
Münəvvər xanımın. 
Münəvvərə  dərin  rəğbət  bəsləyən  nazimsevərlərin  hüznünü, 
başsağlığını  qəbul  et,  Mehmet.  Azərbaycan,  Bakı  Nazim  və  Münəvvər 
yadigarının yolunu həmişə həsrətlə gözləyir”. 
 
“Ədəbiyyat qəzeti,” 29 may 1998-ci il.  
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə