Aqşin Babayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə17/88
tarix11.04.2018
ölçüsü5,04 Kb.
#37431
1   ...   13   14   15   16   17   18   19   20   ...   88

 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
57 
 
apardığı müsahibəni diqqətinizə çatdırmaq istəyirəm. Mənə elə gəlir ki, bu 
müsahibə Nazim əleyhinə məqalə çap etdirənlərə ən yaxşı cavabdır. 
“-  Cənab  səfir,  noyabrın  27-də  böyük  Nazim  Hikmətə  həsr  olunmuş 
“Günəşi  içənlərin  türküsü”  kitabının  təqdimetmə  mərasimi  oldu. 
Mərasimdə Siz də iştirak edirdiniz. Təəssüratınızı bilmək maraqlı olardı. 
-  Dəvəti  mənə  Azərbaycan  Yazıçılar  Birliyinin  sədri,  yazıçı  Anar 
verdi.  Onun  dəvətini  məmnuniyyətlə  qəbul  etdim.  Buna  görə  ona 
təşəkkürümü  bildirirəm.  Mərasimdə  bir  çox  azərbaycanlı  yazar,  şair  və 
sənətçi Nazim Hikmətlə bağlı anılarını dilə gətirdilər, şeirlər oxudular. Çox 
təsirli idi və bundan çox xoşlandım. 
-  Cənab  səfir,  Azərbaycan  ədəbiyyatını  necə  bilirsiniz?  Mən  bizim 
klassika ilə yanaşı çağdaş ədəbiyyatı da nəzərdə tuturam. 
-  Azərbaycan  ədəbiyyatını  yaxından  tanıdığımı  söyləyə  bilmərəm. 
Ancaq  Azərbaycana  gəldikdən  sonra  ədəbiyyatınızla  qismən  tanış  olmaq, 
həyatda olan ədiblər ilə görüşmək imkanı, oxuya bilmək imkanı qazandım.  
Amma  bu  sıralarda  daha  artıq  kitab  oxumağa,  ədəbiyyatla  maraqlanmağa, 
bu sahədə bəzi bilgilərimi yeniləməyə çox vaxt ayıra bilmirəm. Bu mənada 
diplomatik  fəaliyyətim,  çalışma  həyatım  nə  qədər  imkan  verirsə,  o  qədər 
bilirəm  deyərdim,  oxumaq  üçün  yetərincə  vaxt  ayıra  bilmirəm.  Bundan 
bəzən  üzülürəm.  Bu  mənim  əskikliyim.  Bəlkə  də  bunun  üçün  daha  artıq 
vaxt ayırmağa özümü məcbur etməliyəm. Amma Azərbaycan sənət dünyası 
ilə  bağlı  olaraq  balet,  opera  və  musiqi  aləminin  yenilikləri  ilə  daha 
yaxından  tanış  olmuşam.  Hesab  edirəm,  ədəbiyyatla  yanaşı  Azərbaycanda 
sənətin  bu  sahələrinin  də  uğurları  çoxdu  və  onlar  da  əhəmiyyətlidi.  Bu 
sahələrin  yeniliklərini,  adamlarını  dinləmək,  izləmək,  onları  tanımaq 
imkanım daha çox oldu. 


 
 
 
Aqşin  Babayev_______________________________________________ 
58 
 
-  Əhməd  bəy,  Sizə  ədəbiyyatı  bilməyiniz  diplomatik  fəaliyyətiniz 
boyu heç gərək oldumu? 
- Heç şübhəsiz kömək etmişdir. Mən əslində ingilis dili və ədəbiyyatı 
oxumuşam  universitetdə.  Ədəbiyyat  bilgisinin,  şeiri  bilmənin  fəaliyyətdə 
olduğum ölkədə də yararlı olduğunu düşünürəm. 
- Cənab səfir, dəqiqləşdirmə aparmaq istərdim, Sizin Nazim Hikmətlə 
tanışlığınız, yəni onun şeirlərini oxumanız hansı dövrə təsadüf edir? 
- Litsey illəri deyə bilərəm. Məhz litseydəki ədəbiyyat dərslərində bir 
çox şair və yazıçını oxudum. Çox sevdiyim şairlər arasında Tevfiq Fikrət, 
Yəhya Kamal, Mehmet Akif başlıca adlardır. Nazim Hikməti də elə həmin 
dövrdə    oxudum,  şeirlərini  bəyəndim,  sevdim.  Nazim  Hikmətin  türk 
dilindən  istifadəsinin  özəlliyi  diqqətimi  çox  çəkdi.  Onun  şeirində,    bayaq 
adlarını  sıraladığım  şairlərdən  fərqli  olaraq,  daha  gözəl  bir  dil  üslubu  var. 
Konuşur kimi yazır. O üslub Nazim Hikmətin xəlqiliyindən və ustalığından 
soraq verir. 
-  Cənab  səfir,  bilirsiniz  ki,  Nazim  Hikmət  Azərbaycanda  daima 
oxunub,  ilk  kitabı  da  burda  nəşr  edilib,  indi  isə  bizim  XX  əsr 
klassiklərimizlə bir sırada dayanır, dərin hörmətlə yad edilir. Bunun siyasi 
tərəfləri də olub düşünülə bilər. Türkiyədə isə Azərbaycandan fərqli Nazim 
Hikmətə  münasibət  birmənalı  olmayıb.  Onu  yalnız  şair  kimi  qəbul  etmək 
sarıdan çətinlik olub. Həm bu xüsusda düşüncələrinizi, həm də Azərbaycan 
şairlərinin  Türkiyə  Prezidenti  və  siyasət  adamlarına  müraciəti  haqda 
fikrinizi bilmək istərdik. 
-  Bu  müraciəti  mənə  Azərbaycan  Yazıçılar  Birliyinin  rəhbəri  Anar 
təqdim  etdi.  Və  mən  bu  müraciəti  ünvanına  göndərdim.  Onun  lazımınca 
dəyərləndiriləcəyi şəksizdir – düşünürəm. Mən hər bir şairə, yazıçıya və ya 
sənətçiyə siyasi prizmadan baxılıb yanaşılmasını düzgün saymıram. Sənətçi 


 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
59 
 
sənətiylə nə deyirsə, nə verirsə, bu onun içindən gəlir. Əsas da budur. Şair, 
yazar bəlli dövrlərdə bəlli siyasi görüşə  sahib ola bilər – bu başqa şeydi, bu 
haqda  yorumlar  ola  bilir.  Bizim  işimiz  yazıçıya  onun  siyasi  görüşlərinə 
görə deyil, onun şeirinə görə qiymət verməmizdir. 
- Əhməd bəy söylədiniz ki, ingilis ədəbiyyatı oxudunuz universitetdə. 
Nazim  Hikmətin  yalnız  türkçədə  yazdığını  da  söylədiniz.  İngilis 
ədəbiyyatında Nazim Hikmətlə paralel aparılması mümkün olan şair varmı 
Sizə görə? 
- Müxtəlif dillərdə yazan şairləri təbii ki, müqayisə etmək olar. Amma 
ən  doğrusu  həmin  şairi  yaşadığı,  yazdığı  dili  daşıyan  cəmiyyət  içində 
qiymətləndirməkdir.  Mən  Nazim  Hikməti  kimsə  ilə  müqayisə  edə 
bilmərəm. Nazim Hikmətin yeri başqa. Onu digər dünya dillərindən başqa 
türk  dilində  danışan  bütün  xalqlar  eyni  qədər  sevmişlər,  oxumuşlar,  nəşr 
etmişlər.  Mənim  bu  çapda  hər  hansı  başqa  dildə  yazan  bir  şair  bu  dəqiqə 
yadıma düşmür, yəqin ki, beləsi heç yoxdu da. 
- Sizə əziyyət vermək istəməzdik, amma Nazim Hikmətdən yadınızda 
qalan bir şeir parçasını oxumağınızı istərdik. 
- O gün  toplantıda Nazim Hikmətin bir şeirini oxumuşdum, çox gözəl 
şeirdi.  Sanki  o  “Dəvət”i  bütün  yeni  müstəqillik  qazanan  ölkələr,  türkdilli 
xalqlar  üçün  edir,  çox  xoşlandım  o  şeirdən.  Əzbərdən  bilmirəm,  kitabdan 
oxuyacam. 
- Buyurun. 
Qalxıb masası üzərində qalanmış kitablar sırasından “Günəşi içənlərin 
türküsü”  kitabını  götürür.  Əyləşir.  Və  kitabı  açan  kimi  “Bax,  açar-açmaz 
buldum”  deyir.  Sonra  isə  bir  az  əmin  və  duyğulu  səslə  şeiri  oxuyur.  Bir 
dürüst  intonasiyalı  qiraətdən  sonra  cənab  səfir  Əhməd  Ünal  Çeviközə 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə