Aqşin Babayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə13/88
tarix11.04.2018
ölçüsü5,04 Kb.
#37431
1   ...   9   10   11   12   13   14   15   16   ...   88

 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
45 
 
Nazimin  şeirlərində  bizim  oxucular  üçün  çətin  anlaşılan  türk  sözləri 
vardı.  Mən  Nazimə  yazdım  ki,  məcmuəmizin  müəlliflərindən  biri  kimi 
azəri oxucularını bu barədə nəzərə alsın. Nazim mənim xahişimə əməl edib 
bizə  tez-tez  gözəl  şeirlər  göndərirdi.  Bu  şeirlər  dərhal  geniş  oxucu 
kütləsinin  nəzərini  cəlb  etdi.  Artıq  biz,  bir-birimizə  tez-tez  məktub 
yazmağa və poeziya haqqında fikir mübadiləsinə girişdik, hətta şeirlərimizi 
bir-birimizə  göndərib  məsləhətləşirdik  də.  Nazimin  o  illərdə  yazdığı  ən 
gözəl şeirlər demək olar ki, bizim məcmuədə dərc edilmişdir. 
Nazim Bakıda olarkən ondan xahiş etmişdim ki, bizim məcmuəmizdə 
çap  olunmuş  və  digər  yazılarını,  şeirlərini  toplayıb  kitab  halında  nəşr 
etdirmək  üçün  bizə  göndərsin.  Nazim  vədinə  əməl  edib  topladığı  otuza 
qədər  şeirini  mənə  göndərdi.  Bunlar  1920-ci  ildən  1927-ci  ilə  qədər 
yazılmış şeirlər idi. 
104  səhifədən  ibarət  “Günəşi  içənlərin  türküsü”  kitabı  3.000  nüsxə 
tirajla  nəşr  edildi.  Bu  kitab  bir  neçə  günün  müddətində  mağazalardan 
evlərə, evlərdən isə ürəklərə köçdü.” (“Bakı” qəzeti, 30 iyun 1967-ci il) 
Türkiyədə  Nazim  Hikmət  Kültür  ve  Sanat  Vakfının  fəaliyyəti  də 
diqqəti  cəlb  edir.  Vaxtilə  əsərləri  Türkiyədə  yasaq  edilmiş  Nazim  Hikmət 
bu  gün  televiziya  kanallarında  görünür,  kitabları  nəşr  olunur,  pyesləri 
tamaşaya  qoyulur.  Şairin  100  illiyi  qarşısında  Türkiyədə  Nazim  Hikmətə 
həsr  edilmiş  televiziya  verilişi  (”Kanal-D”)  daha  böyük  maraq 
doğurmuşdu.  2002-ci  il  yanvar  ayının  15-də  mavi  ekranda  göstərilmiş  bu 
proqramdan bəzi məqamları nəzərinizə çatdırmaq istəyirəm. 
Türkiyənin teatr sənətçisi Gənco Erkalın dediklərindən: “Şairlər bir az 
zor  anlaşılan  kişilər  olur.  Nazim  də  belə  idi.  7-dən  70-ə  kimi  hər  kəs 
Nazimi  sevirdi.  Məni  bir  sual  düşündürür:  belə  sevilən  şairdən  niyə  bu 


 
 
 
Aqşin  Babayev_______________________________________________ 
46 
 
qədər qorxurdular? Niyə onu “vətən xaini” elan etmişdilər? Nazimin bütün 
cəhətləri bir-birini tamamlayan özəlliklərdir. Nazimi sevdirən məncə, onun 
daxili  aləmi  ilə  zahirinin  bir  vəhdət  təşkil  etməsi  idi.  Nazim  bütöv  bir 
şəxsiyyət idi. 
Mən Nazimin bütün şeirlərini sevirəm.” 
Aparıcı: İndi də sözü, amansız bir xəstəlikdən vaxtilə yatağa düşmüş, 
özünün  dediyi  kimi,  Nazim  Hikmət  şeirlərinin  gücü  ilə  həyata  qayıtmış 
Nazim bəy Səlimdara veririk. 
Nazim  Səlimdar:  Mən  zatən  həyatımı  onun  şeirləri  ilə  yaşadım. 
Gəncliyimdən bəri Nazim Hikmət, xüsusən onun “Qurtuluş savaşı dastanı” 
mənim  ürəyimdə  yaşayır.  Onun  şeirlərini  araşdırmışam,  dəfələrlə 
oxumuşam,  birər-birər  öyrənmişəm.  Elə  bil  ki,  böyük  ustadın  ölümsüz 
əsərləri  mənim  xəstəliyimi  uçurdu.  Nazim  Hikmət  dastanı  mənə  arkadaş 
oldu,  dost  oldu.  “Qurtuluş  savaşı”  dastanı    yoxdan  var  olan  bir  millətin 
salnaməsidir. 
Aparıcı: Sözü Nazim Hikmət heyranlarından Ümid Sağlıka verirəm. 
Ümid  Sağlık:  Nazim  Hikmət  həqiqət  uğrunda  mübarizə  aparırdı. Bu 
mübarizə  ona  əkməkdən  də  üstündü.  Təəssüf  ki,  onun  vətəndaşlığını 
xəyanət  kimi  zənn  edirdilər.  İndi  o,  bütün  dünyanın  vətəndaşıdır.  Mən 
Nazimi  bəyənməyənlərə  cılız  adamlar  kimi  baxıram.  Onların  haqqında 
danışmağa heç ehtiyac yoxdur. 
Gənco  Erkal:  Üzr  istəyirəm,  mən  bir  də  müdaxilə  edim.  Nazim 
Hikmət bütün insanların xoşbəxt olacağı bir cəmiyyət arzulayırdı. İdeal bir 
cəmiyyət.  O,  bütün  əsərlərində  bu  problemə  toxunmuşdu.  Sülh  uğrunda 
fəal  mübariz  insan  idi  o.  Nazim  Hikmət  bəşəriyyətin  oğludur,  bütün 
dünyaya  xas  şəxsiyyətdir.  Bəziləri  deyirlər  ki,  Nazim  Vətənini  sevməyib, 
atıb  gedib.  “Vəsiyyət”  şeirini  yadınıza  salın.  “Anadoluda  bir  köy 


 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
47 
 
mezarlığına  gömün  beni”  deyən  şair  ömrü  boyu  Vətən  həsrəti  ilə  yaşadı. 
Məmləkətinə qovuşa bilmədi.” 
Nazim  Hikmətin  100  illik  yubileyi  ilə  əlaqədar  həm  Türkiyədə,  həm 
Azərbaycanda müxtəlif broşürlər, tədqiqat işləri çap olundu. Şairin yubileyi 
münasibəti  ilə  Bakıda  nəşr  olunan  “Oğuz  eli”  qəzetinin  2002-ci  il  yanvar 
nüsxəsi  “Xüsusi  buraxılış”  kimi  Nazim  Hikmətə  həsr  olunmuşdu.  Bu 
buraxılışın  baş  redaktoru  nazimşünas  Azər  Abdulla  belə  yazmışdı: 
“Dünyada tanınıb sevilən, türk dünyasının, eləcə də Azərbaycanın görkəmli 
şairlərindən biri olan böyük Nazim Hikmətin 100 illik yubileyi qarşısında 
çap  olunası  «Buraxılış»  sayının  bütün  yazıları  hazır  olandan  sonra  həmin 
«Buraxılış»ın  redaktoru  kimi,  həm  də  Nazimin  Azərbaycandakı 
araşdırıcılarından  biri  kimi  masanın  arxasında  əyləşib  balaca  bir  baş 
məqalə,  yaxud  ön  söz  əvəzi  yazmaq  istəyəndə  böyük  sənətçinin  əzbərdən 
bildiyim onlarla gözəl şeirləri, adamı silkələyib titrədən, həm də gözəlliyə, 
ümidə  səsləyən  saysız-hesabsız  misraları  məhz  Azərbaycanımızla  bağlı 
yazdığı  şeirləri,  Dövlət  Dram  Teatrımızda  oynanılmış  pyesləri,  onun  əsəri 
əsasında yaranmış baletin dəfələrlə səhnəmizdə, eləcə də bir çox ölkələrin 
səhnələrində uğurla göstərilməsi, filmlərin çəkilməsi, şair, yazıçılarımız və 
ayrı-ayrı  sənətçilərimizlə  dostluq  məqamları,  poeziyamız,  ədəbiyyatımız, 
incəsənətimizlə bağlı yazdıqları, söylədikləri dəyərli fikirləri, şairin keçdiyi 
məşəqqətli,  faciəvi  ömür  yolu,  şəxsiyyətinə,  sənətinə  yanaşmaq  (həm 
Türkiyədə, həm də Azərbaycanda) məsələsi bir yanda qaldı, Nazimin 1959-
da yazdığı, son on ildə ən çox xatırlayıb bəzən içimdə, bəzənsə evimdə, iş 
yerimdə,  küçədə,  parkda...  kiminsə  eşidib  məni  dəli  sanacağının  fərqinə 
varmadan  ucadan,  hərdən  də  lap  qışqıra-qışqıra  “ŞƏHİDLƏR”  şeirini 
demişəm.  Bu şeirdəki Sakariya, Afyon, Dumlupınar, Aydın, Antep əvəzinə 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə