Aqşin Babayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə10/88
tarix11.04.2018
ölçüsü5,04 Kb.
#37431
1   ...   6   7   8   9   10   11   12   13   ...   88

 
 
 
Aqşin  Babayev_______________________________________________ 
34 
 
başı  üzərindən  Damokl  qılıncı  kimi  asılmış  müharibə  təhlükəsi,  -  bütün 
bunlar Nazim Hikmət dramaturgiyasının canı, cövhəridir. 
"Unudulan  adam",  “Kəllə”,  “Bayramın  ilk  günü”  pyesləri  keçmiş 
Sovet  İttifaqının  bir  çox  şəhərlərində,  o  cümlədən  Bakıda  və  xalq 
demokratiyası  ölkələrində  səhnəyə  qoyuldu.    "Qəribə  adam"  bir  çox 
ölkələrdə  tamaşaya  qoyulmuşdur.  O  cümlədən  Bakıda  Azərbaycan 
Akademik  Milli  Dram  Teatrında  da  oynanmışdır.  Şairin  1959-cu  ildə 
yazdığı  “Damokl  qılıncı”  pyesi  Bakı  Rus  Dram  Teatrında  da  nümayiş 
etdirilmişdir. (Sonralar bu əsər Bakı Bələdiyyə Teatrında da göstərildi). 
Nazim  Hikmət elə bir şəxsiyyətdir ki, bu gün hər hansı bir tədqiqatçı 
“Azərbaycan  poeziyası  və  Nazim  Hikmət  surəti”  adlı  bir  əsər  yazmaq 
istəsə,  onun  əlinin  altında  kifayət  qədər  mənbə  ola  bilər.    Təkcə  bunu 
göstərmək  yetərlidir  ki,  Nazim  Hikmətə    50-yə  qədər  Azərbaycan  şairi 
müxtəlif əsərlər həsr etmişdir. Bu şairlərdən ən məşhuru qüdrətli söz ustası, 
öz  poeziyası  ilə  Azərbaycan  şeirinə  yeni  ruh,  yeni  nəfəs  gətirmiş  Rəsul 
Rzadır. 
Rəsul  Rzanın  "Şairin  anası",  "Rənglər"  silsiləsindən  olan  "Saman 
sarısı",  "Ulu  şair",  "Burda  bir  insan  ölüb",  "Gülhanə  parkında  bir  ceviz 
ağacı  var"  və  başqa  əsərləri  Nazim  Hikmətə  həsr  olunmuş  poetik 
nümunələrdir.  Bu  nümunələrdə  şairin  həyatı,  mübarizəsi,  amalı,  çırpıntılı 
bir  həyat  yolu  keçməsi  əks  etdirilməklə  yanaşı,  Rəsul  Rzanın  Nazim 
Hikmətə olan böyük sevgisi  bədii boyalarla verilmişdir. 
Nazimin  qəflətən  ölümü  onu  tanıyanları,  sevənləri  möhkəm  sarsıtdı. 
Onun ölümünə ağılar deyildi, şeirlər yazıldı. Bu ağıların, şeirlərin sırasında 
Rəsul  Rza  sözü  və  onun  ömür  dostu,  unudulmaz  şairəmiz  Nigar 
Rəfibəylinin göz yaşları ilə dolu misraları xüsusilə seçildi. 


 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
35 
 
Nazim Hikmətə Azərbaycan şairləri, yuxarıda qeyd etdiyimiz kimi, bir 
çox şeirlər həsr etmişlər. Səməd Vurğunun "Hərəkət", Süleyman Rüstəmin 
"Nazim yenə dənizdədir", Məmməd Rahimin "Nazim Hikmət azaddırmı?", 
Mirvarid Dilbazinin "Nazim Hikmətə", Balaş Azəroğlunun "İstanbula gəmi 
gedir",  Mədinə  Gülgünün  "Nazim  Hikmətə",  Bəxtiyar  Vahabzadənin  "İlk 
kitabın", Zeynal Xəlilin "Nazim yadıma düşdü", Məmməd Arazın "Nazimə 
Türkiyə  sovqatı",  Davud  Ordubadlının  "Nazim  Hikmət",  Nəriman 
Həsənzadənin  "Türk  misrası",  Musa  Yaqubun  "Nazim  həsrəti",  Məsum 
Əliyevin  "Nazimin  işığı",  Fikrət  Qocanın  "Bir  gün  gələcək...",  Arif 
Abdullazadənin  "Nazimə  məktub",  İsa  İsmayılzadənin  "Nazim  Hikmət 
gəmisi",  Sabir  Rüstəmxanlının  "Nazim  Hikmətin  bağında",  Vaqif 
Bəhmənlinin "Dünyanı uşaqlara verdik", Mustafa İsgəndərzadənin "Kərəm 
kimi",  Məmməd  Aslanın  "Nazim  yanğısı",  Ağasəfanın  "Nazimin  ürəyi 
torpaqda 
deyil", 
Tofiq 
Abdinin 
"Nazim 
Hikmətə", 
Allahverdi 
Məmmədlinin  "Nazim  Hikmət  cevizi",  Qəşəm  İsazadənin  "Bir  ürək  var 
əlimdə",  Adil  Cəmilin  "Divar  çatdağından  süzülən  işıq"  və  digər  poetik 
nümunələr dediklərimizə sübutdur. 
Bu  şeirlərin  ruhu,  mayası  Nazim  Hikmətə  olan  böyük  sevgidən, 
rəğbətdən yoğrulmuşdur. 
Bir  neçə  kəlmə  də  Nazim  Hikmət  yaradıcılığının  Azərbaycanda 
tədqiqi  haqqında  danışmaq  istəyirəm.    Bununla  əlaqədar  ilk  olaraq  keçən 
əsrin 30-cu illərinin sonunda Nazim haqqında söz deyən qələm sahiblərinin 
adları  çəkilməlidir.  Bunlar  Əli  Nazim,  Süleyman  Rüstəm,  Əkrəm  Cəfər, 
Mikayıl Rəfili idi. 
1928-ci  ildə  "Maarif  və  mədəniyyət"  məcmuəsində  "Günəşi  içirik... 
günəşlənirik"  başlıqlı  bir  məqalə  çap  olundu.  Bu  məqalənin  müəllifi 


 
 
 
Aqşin  Babayev_______________________________________________ 
36 
 
ədəbiyyatşünas  Əli  Nazim  idi.  O,  adı  çəkilən  məqalədə  Nazim  Hikmətin 
"Günəşi  içənlərin  türküsü"  kitabından  söz  açır,  Türkiyənin  istedadlı  gənc 
şairini  Azərbaycan  oxucularına  tanıdırdı.  Nazim  Hikmət  Türkiyəyə 
döndükdən  sonra  Türkiyə-Azərbaycan  ədəbi  əlaqələri  sahəsində  olduğu 
kimi  Nazim  yaradıcılığının  öyrənilməsində  də  bir  boşluq  nəzəri  cəlb  etdi. 
Lakin  Nazim  ruhu,  Nazim  nəfəsi  Azərbaycan  şairlərindən  Rəsul  Rzanın, 
Nigar  Rəfibəylinin,  Süleyman  Rüstəmin,  Mikayıl  Rəfilinin  əsərlərində 
yaşamaqda  idi.  Nazim  Hikmət  həbsxanada  olduğu  vaxt  isə  söz,  sənət 
ustalarımız, mütərəqqi dünya şairləri ilə birlikdə haqq səsini ucaldır, şairin 
azad olunmasını təkidlə tələb edirdilər. 
Həmin  günlərdə  Moskvada  yaşayan  həmyerlimiz  Əkbər  Babayev 
Nazim  Hikmət  haqqında  dissertasiya  işini  tamamlamışdı.  O,  Moskva 
radiosunun  türkcə verilişlər  redaksiyasının  xətti  ilə tez-tez  çıxış  edir,  şairə 
olan hüsn-rəğbətini uca səslə bildirirdi. Dünya xalqlarının tələbi ilə Nazim 
Hikmət həbsxanadan azad olunduqdan bir müddət sonra Moskvaya gələndə 
onu qarşılayanlar içərisində Əkbər Babayev də vardı.  
Azərbaycanın  qələm  sahiblərindən  Anar,  Tofiq  Məlikli,  Nəcəf 
Quliyev,  Qadir  İsmayıl,  Abbas  Abdulla,  Tofiq  Abdin,  Azər  Abdulla,  Arif 
Abdullazadə,  Ələkbər  Salahzadə,  Rəşid  Quliyev,  Abuzər  İsmayılzadə, 
Aytən  Babayeva  və  başqaları  Nazim  haqqında  çox  qiymətli  kitablar,  elmi 
məqalələr qələmə almışlar. 
Moskvada yaşayan həmyerlimiz, filologiya elmləri doktoru, professor 
Tofiq  Məlikli  türk  poeziyasının  tədqiqinə  dair  maraqlı  əsərini  "Elm" 
nəşriyyatında  (Moskva)  nəfis  şəkildə  çap  etdirmişdir.  Burada  Nazim 
Hikmət  sənətinin  türk  ədəbiyyatındakı  yeri  tutarlı  fakt  və  dəlillərlə 
göstərilmişdir.  (T.  Məlikli  Nazim  haqqında  yazdığı  yeni  əsərini  - 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə