Aqşin Babayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə12/88
tarix11.04.2018
ölçüsü5,04 Kb.
#37431
1   ...   8   9   10   11   12   13   14   15   ...   88

 
 
 
Aqşin  Babayev_______________________________________________ 
42 
 
Türkiyə  Cümhuriyyətinin  Prezidentinə,  Baş  nazirə  müraciət  etmişdi. 
Günlərin  birində  Azərbaycan  mətbuatında  maraqlı  bir  xəbər  çap  olundu. 
Sən  demə,  Nazim  Hikmət  hər  zaman  Türkiyə  Cümhuriyyətinin  vətəndaşı 
olmuşdur. Həmin xəbəri sizə təqdim edirik: 
“Nazim  Hikmət  hər  zaman  Türkiyə  Cümhuriyyətinin  vətəndaşı 
olmuşdur. 
1951-ci  ilin  iyulun  25-də  Türkiyə  Cümhuriyyətinin  Nazirlər  Kabineti 
Nazim  Hikmətin  ölkə  vətəndaşlığından  çıxarılması  haqqında  qərar  qəbul 
etmişdi.  Bu  qərar  ən  çox  böyük  şairi  kədərləndirmiş,  qürbətdə  yaşasa  da, 
bütün  yaradıcılığı  boyu  ana  Vətəninə  sevgi  və  həsrətini  dilə  gətirmişdir. 
Böyük  şairin  yüz  illik  yubileyi  ilə  əlaqədar  Türkiyənin  bir  çox  ictimai 
təşkilatı hökumətə Nazim Hikmətin vətəndaşlığının bərpa olunması barədə 
müraciət  etmişdir.  Ölkənin  Daxili  İşlər  Nazirliyi  arxiv  sənədlərini 
araşdırmış  və  inanılmaz  bir  səhvi  meydana  çıxarmışdır.  Rəsmi  sənədlərə 
görə,  şair  heç  bir  zaman  vətəndaşlıqdan  çıxarılmamışdır.  Vaxtilə 
vətəndaşlıqdan  çıxarılan  Nazim  Hikmət  rəsmən  heç  bir  zaman  mövcud 
olmayan  şəxs  idi.  Böyük  şairin  tam,  rəsmi  sənədlərdə  gedən  adı  isə 
Mehmet  Nazim  Randır.  Bu  səbəbdən  də  əslində  şair  vətəndaşlıqdan 
çıxarılmamışdır.  Hətta  Türkiyə  Daxili İşlər  Nazirliyinin  rəsmi  sənədlərinə 
əsasən, Mehmet Nazim Ran hələ də sağdır və 100 yaşındadır. Şairin heç bir 
zaman ləğv olunmayan vətəndaşlıq qeydiyyat nömrəsi isə 2075306252-dir. 
Uzun  zamandır  Türkiyədə  Nazim  Hikmətin  vətəndaşlığının  bərpa 
edilib-edilməməsi mövzusunda müzakirələr aparılırdı. Daxili İşlər Nazirliyi 
tərəfindən  verilən  məlumat  buna  son  nöqtəni  qoydu.  Nazim  Hikmət  hər 
zaman Türkiyə Cümhuriyyətinin vətəndaşı olmuşdur.” 
Qeyd.  Sonralar  N.Hikmətin  Türk  vətəndaĢlığı  rəsmi  Ģəkildə  bərpa 
olundu
 
 
 
 
 


 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
43 
 
NAZĠM  HĠKMƏTĠ  SEVƏNLƏR VƏ SEVMƏYƏNLƏR 
 
Mən 
Türkiyədə, 
Azərbaycanda, 
Rusiyada, 
Orta 
Asiya 
respublikalarında  Nazim  Hikmət  yaradıcılığını  araşdıran,  öyrənən,  bu 
sahədə  elmi  əsərlər  yazan  müəlliflərin  tədqiqat  işlərini  oxumuşam  və  öz 
yazılarımda  bu  əsərlərə  münasibətimi  bildirmişəm.  Nəticə  etibarilə  onu 
deyə  bilərəm  ki,  Nazimi  sevənlər  sevməyənlərdən  daha  çoxdur.  Amma 
Nazim  Hikməti  sevməyənlər  az  deyil  və  onlar  öz  fəaliyyətlərini  bu  günə 
qədər davam etdirirlər.  
Nazim  Hikmət  ilk  şeirini  qələmə  alan  gündən  özünü  təsdiq  edən 
şairlərdən  olub  və  həmin  andan  etibarən  də  yaradıcılığı  birmənalı 
qarşılanmayıb.  İstər  məfkurəsinə  görə,  istərsə  də  türk  poeziyasına  sərbəst 
vəzni  gətirdiyinə  görə.  Amma  bu  bir  həqiqətdir  ki,  dövrünün  Əbdülhəq 
Hamid kimi nəhəng sənətkarı Nazim Hikməti bəyənib və təqdir edib. Özü 
də  təkcə  Əbdülhəq  Hamid  yox,  yaşadığı  dövrün  əksər  qüdrətli  ədəbi 
simaları  Nazim  Hikmətin  sənətini  yüksək  qiymətləndiriblər.  Amma  onun 
kommunizm  ideyalarına  (xüsusən  Moskvada  təhsil  alıb  qayıtdıqdan  sonra 
yazdığı  şeirlərinə  görə)  sədaqətini  bəyənməyiblər,  tənqid  ediblər,  hətta 
təhqir  ediblər.  Şair  kommunizmə  böyük  ümid  bəsləyib,  inanıb  və 
şeirlərində  onu  mütərəqqi  bir  ideologiya  kimi  tərifləyib.  Amma  ömrünün 
son illərində dərk edib ki, bu ideyalar keçmiş Sovetlər İttifaqının və sovet 
kommunistlərinin  simasında  heçdir,  puçdur.  Nazim  Hikmət  ilk  dəfə 
Moskvaya  gəldiyi  vaxt  sovet  cəmiyyətini  ideal  bir  quruluş  kimi  qəbul 
etmişdi.  1938-1950-ci  illərdə  Türkiyədə  həbsxanada  yatdığı  vaxtlarda 
“Zoya”, “Moskva simfoniyası” kimi əsərlərində Sovetlər ölkəsini, faşizmə 
qarşı  sovet  xalqlarının  mübarizəsini  gur  səsi  ilə  müdafiə  etmişdi.  Moskva 


 
 
 
Aqşin  Babayev_______________________________________________ 
44 
 
yazıçıları  da  Nazimin  müdafiəsinə  qalxmışdılar.  Bu  yolu  davam  etdirən 
Azərbaycanın  söz  ustaları  da  böyük  Nazim  Hikmətin  məhbəsdən  azad 
edilməsi  uğrunda  öz  səslərini  dünyanın  mütərəqqi  insanlarının  səsinə 
qatmış, şairin zindandan azad olunmasını tələb etmişdilər. 
Sonuncu  dəfə  Moskvaya  gəldikdən  sonra  isə  Nazimi  zahiri  təmtəraq 
əhatə  etmiş,  keçirdiyi  infarkt  onu  yatağa  salmışdı.  Sonrakı  illərdə  Nazim 
Hikmət kommunizm ideyalarının, sosializm cəmiyyətinin mahiyyətini artıq 
yaxşı başa düşmüşdü. Onun hər addımının izlənilməsi şairdə xəyal qırıqlığı 
yaratmışdı.  Bu  xəyal  qırıqlığı  onu  ikinci  dəfə  yatağa  salmışdı.  Şair  yaxşı 
başa  düşürdü  ki, geriyə  yol  yoxdur. Türkiyəyə  qayıda  bilmirdi,  sovetlərdə 
isə  yaşamaq  artıq  mümkün  deyildi.  Ümid  yeri  Azərbaycandı.  Mikayıl 
Rəfili,  Süleyman  Rüstəm,  Rəsul  Rza  kimi  şairlərlə,  Əkbər  Babayev  kimi 
tədqiqatçılarla  olan  dostluğu,  səmimiyyəti  onu  yaşadırdı.  Bu  dostluq  və 
səmimiyyət  qardaşlıq  zirvəsində  idi.  O  illər  Azərbaycan  mətbuatında 
Nazim  Hikmətə  aid  çoxlu  məqalələr,  resenziyalar  çap  olunurdu,  əsərləri 
teatr səhnələrində tamaşaya qoyulurdu.  
Xalq  şairimiz  Süleyman  Rüstəm  belə  yazırdı:  “İnsan  yaşa  dolduqca 
uşaqlıq  və  gənclik  illərinə  qayıtmaq,  o  illəri  bir  daha  yenidən  yaşamaq 
istəyir.  Bəli,  insanın  uşaqlıq  və  gənclik  illərində  gördükləri,  yaşadıqları 
onun hafizəsinə ömürlük həkk olunur. İllər keçdikcə o xatirələr daha canlı, 
daha  şirin  və  əziz  olur.  Təsadüf  belə  gətirib  ki,  qırx  beş  illik  yaradıcılıq 
həyatımda  bir  sıra  ədəbi  simalarla  görüşmüşəm  və  bunların  bəziləri  ilə 
şəxsi dostluğum olmuşdur. 
Türk xalqının böyük oğlu Nazim Hikmətlə dostluğumun qırx illik bir 
tarixi vardır. Biz Nazimlə 1927-ci ildə tanış olduq. Nazim Moskvada təhsil 
alırdı. Mən o illərdə “Maarif və mədəniyyət” adlı ədəbi, ictimai məcmuənin 
məsul katibi idim. Nazim Hikmət bizə şeirlər göndərməyə başladı. 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə