Aqşin Babayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə15/88
tarix11.04.2018
ölçüsü5,04 Kb.
#37431
1   ...   11   12   13   14   15   16   17   18   ...   88

 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
51 
 
çıxarılmışdım.  (çürüyə  çıxarılmaq,  yəni  ordu  üçün  yararlı  olmamaq 
deməkdir  -  A.B.)  Bu  barədə  həbsxanadakı  sənədlərimin  içərisində  bunu 
təsdiqləyən  arayış  da    var  idi.  Məcbur  olub  yaxın  dostlarımdan  birini 
həbsxana  arxivinə  göndərdim,  daha  doğrusu,  dostum  özü  bu  təşəbbüsdə 
bulundu,  amma  sənədlərimin  arasından  bu  kağız  çıxarılmış,  "yox 
edilmişdi".  Məsələ  aydın  idi.  O  vaxt  mənim  48  yaşım  vardı.  Səhhətim  də 
normal  deyildi.  Eynilə  bizim  məşhur  türk  nasirimiz  Səbahəddin  Əli  kimi 
məni də öldürmək istəyirdilər. Ona görə də məcbur olub Moskvaya gəldim. 
Mən  Türkiyədən  ayrılandan  sonra  arxamca  böhtan  yazanlar  oldu.  Hətta 
mənə  xain  də  deyildi.  Ancaq  belə  şeylərə  görə  ürəyimi  sıxmıram.  Əsas 
odur ki, mənə xalqım xain deməsin.” 
Yeri  gəlmişkən,  Türkiyədə  yaşayan  nazimsevərlərdən  biri  –  İbrahim 
Pekbay “Akın” qəzetində belə yazır: 
“Tarix Nazim Hikmətlə bağlı qərarını verəcək. Bu işi tarixin öhdəsinə 
buraxaq.  Amma  bir  şey  həqiqətdir  ki,  Nazim  türkdür.  Onun  türk  olması 
vətəndaşlıqdan  çıxarılmaqla  və  ya  təkrar  vətəndaşlığa  qəbul  olunmaqla 
müəyyən  edilmir.  Vətəndaşlıqdan  çıxarılması  onun  bir  vətəndaş  kimi  öz 
haqlarından istifadə edib-etməyəcəyindən asılı idi. Yoxsa ki, Nazim kim nə 
deyirsə  desin,  təpədən  dırnağa  qədər  türkdür  və  bir  türk  şairidir.  Nazim 
Hikmətin  niyə  Rusiyaya  gedib  və  Rusiyada  qaldığı,  bəzilərinin  təbirincə 
desək,    “Rusiyaya  qaçdığı”  onun  yaşadığı  dövrlə  bağlı  idi.  Bəs,  görəsən 
Nazim  bu  gün  yaşasaydı, onun  “Rusiyaya  qaçmasına”  hər  hansı  bir  səbəb 
ola bilərdimi?” 
Nazimin  bədxahları  onun  Moskva  həyatından  ağız  dolusu  danışırlar. 
Halbuki  Moskvada    zahiri  dəbdəbələrin,  gül-çiçək  dəstələrinin  arxasında 
türk oğluna bir inamsızlıq vardı. Bunu çoxumuz bilmədiyimiz üçün Nazimi 


 
 
 
Aqşin  Babayev_______________________________________________ 
52 
 
ömrünün  sonuna  qədər  kommunist  ideologiyasına  bağlı  bir  insan  kimi 
təsəvvür  edirik.  Amma  əslində  belə  deyildi.  Mən,  Nazim  ömrünün  son 
illərinin  şahidlərindən  biriyəm.  Əvvəldə  dediyim  kimi  onun  yaradıcılığı 
haqqında dissertasiya yazdığıma görə Nazim Hikmətlə sıx-sıx görüşürdüm, 
teatr  tamaşalarına,  disputlara,  görüşlərə  onunla  bərabər  gedirdim.  Nazim 
nifrətini,  qəzəbini,  incikliyini  gizlətmədən  bizə,  yaxınlarına  deyirdi.  (Xalq 
yazıçısı  Anarın  Nazim  Hikmət  və  Rəsul  Rza  dostluğundan  bəhs  edən  bir 
yazısında  da  bu  mətləb  vurğulanmışdır.)  Nazim  Hikmətin  müəllimi  hesab 
edilən türk jurnalisti Zəkəriyyə Sərtəl 1978-ci ildə Türkiyədə çap etdirdiyi 
“Nazim Hikmətin son illəri” adlı kitabında belə yazırdı: 
“Bir-birini  qovalayan  hadisələr  Nazimi  alt-üst  etmişdi.  Demək  ki, 
çarlıq  dövründən  bu  günə  dəyişmiş  bir  şey  yox  idi.  Köhnə  tas,  köhnə 
hamamdı.  Millətlərin  azadlıq  və  istiqlaliyyəti,  inqilabın  uğurları  ətrafında 
aparılan  təbliğat  boş  sözdən  ibarətmiş.  Demə,  burada  da  insanın  həyatı 
güvənli deyilmiş, burada da millətlər millətləri istismar edirmiş və s. 
Məhz  bu  duyğuların  təsiri  altında  Nazim  belə  bir  dərdlə  qovrulub-
yanırdı: 
-  Bunlar  faşizmə  yaxınlaşmışlar,  canım,  bizim  röyasını  gördüyümüz 
sosializm bu deyil. 
...  Vətənə  o  qədər  dönmək  istərdi  ki,  bunun  üçün  ömrünün  yarısını 
verməyə razıydı: - Nə böyük eşşəklik etmişik, niyə gəldik buralara?” 
Nazim  Hikmət  rus rəssamı  Repin haqqında  belə  bir  cümlə  işlətmişdi: 
“Mən  Repini  sevmirəm,  çünki  o,  məni  axmaq  hesab  edir.”  Nazim  demək 
istəyirdi  ki,  təsviri  sənətdə  fotoqrafçılığa  meyl,  yəni  hər  şeyi  olduğu  kimi 
əks  etdirmək  tamaşaçı  üçün  “yaradıcılıq  payı”  saxlamamaq  deməkdir. 
Repin haqqında deyilmiş bu cümlənin üstündə Nazimin başı çox ağrımışdı. 
Onun  “İvan  İvanıç  varmıydı,  yoxmuydu?”  pyesinin  repertuardan 


 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
53 
 
çıxarılması bir türk oğlunun – Nazim Hikmətin Sovetləri bəyənməməsi ilə 
bağlı idi. Nazim bu pyesdə sovet cəmiyyətini uçuruma aparan bürokratizmi 
ifşa etmişdi. Özü də elə bir vaxtda ki, ədəbiyyat hələ “ümumproletar işinin 
vintciyi”  idi.  Adı  çəkilən  dram  əsəri  Moskvada  Vaxtanqov  teatrında  cəmi 
beş dəfə oynandı... 
N.Hikmətin bir şeiri var. Ölümlə, onun dəhşəti ilə bağlıdır. Həyatının 
son  dəqiqələrini  yaşayan  bir  insanın  dili  ilə  şair  yazırdı  ki,  ölmək 
istəmirəm.  Şimala  aparmayın  məni.  Cənuba  aparmayın  məni.  Ölmək 
istəmirəm…    Məni  burda  qoymayın,  aparın  bir  yerə.  Ölmək  istəmirəm, 
ölmək istəmirəm." 
Həmişə  bu  şeiri  xatırlayanda  əlacsızlıq  içərisində  çabalayan,  ömrü 
çırpıntılı,  səksəkəli  bir  yuxuya  bənzəyən  Nazim  Hikmət  taleyini 
düşünürəm. Son dəfə həmişəlik gəldiyi Moskvadan geriyə - Türkiyəyə yolu 
bağlı idi. Yaşadığı mühit onu alqışlara, gül-çiçək dəstələrinə bürüsə də, bu 
zahiri  dəbdəbənin  arxasında  cəmiyyətin  eybəcərliklərini  apaydın  görürdü. 
Təmiz,  sadə,  günahsız  türk  inqilabçılarının,  o  cümlədən  Nazimin  dostu 
İkmek  Affanın    Sibirə  sürgün  edilməsinin,  Müşfiqin,  Cavidin  faciəsinin 
köklərini araşdırır, araşdırdıqca da dəhşətə gəlirdi. Belə müdhiş duyğularla 
yaşayır, səbr edirdi. Günlərin birində bu səbr daşı çat-çat oldu... 
Nazim  Hikmətin  arvadı  Vera  Tulyakovaya  yazdığı  son  şeirindəki 
“Gəldim. Qaldım. Güldüm. Öldüm” sözləri bütün Rusiya mühitinə aid idi. 
Gənclik illərində Moskvaya vurulmuş Nazim Hikmət 50-ci illərin sonunda 
bütün inamını itirmişdi. İnamı itirmək isə bütün faciələrin ən dəhşətlisidir.  
Nazim  sosializm  cəmiyyətinin  eybəcərliyini  gördükdən  sonra  buna 
dözmədi. Bir yandan da məmləkət həsrəti. Oğluna göndərdiyi oyuncaqların 
geri  qayıtması  acısı.  Varnadan  oğluna  səslənməsi,  tək  -  tənha,  hər  əzaba 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə