Aqşin Babayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə16/88
tarix11.04.2018
ölçüsü5,04 Kb.
#37431
1   ...   12   13   14   15   16   17   18   19   ...   88

 
 
 
Aqşin  Babayev_______________________________________________ 
54 
 
qatlaşan  Münəvvərini  xatırlarkən  dərin  peşimançılıq  hissi  ...  Bütün  bunlar 
Nazimi sarsıtdı və Vala Nurəddinin sözləri ilə desək: “Bu dünyadan Nazim 
geçdi”. 
Nazimin  bədxahları  arasında  onun  öz  ana  dilinə  xor  baxmasını  belə 
iddia edən insafsızlar var. Halbuki, Nazim belə deyirdi: "Dünyanın ən yaxşı 
insanlarından  olan  türk  xalqının  və  dünyanın  ən  gözəl  dillərindən  biri  və 
bəlkə  də  ən  başda  gələnlərindən  olan  türk  dilinin  yabançı  diyarlarda 
tanınmasına vəsilə ola bilmək ömrümün ən böyük sevinci və şərəfidir. Bir 
kəndli torpağını və öküzünü, bir dülgər taxtasını və rəndəsini necə sevirsə, 
mən də türk dilini elə sevirəm." 
Türkiyədə  bir  Pəyami  Səfa  vardı.  Nazim  Hikmətin  qatı  düşməniydi. 
Nazim  Hikmətlə  onun  arasında  hər  iki  şairin  gənclik  illərində  elə 
mübahisələr olurdu  ki, bu  çəkişmələr  bütün ədəbi ictimaiyyətin  müzakirə 
obyektinə  çevrilirdi.  Sənətin  fövqündə  dayanan  iki  böyük  şəxsiyyətin,  iki 
türkün  bir-birinə  qarşı  hücumları  ideya  mübarizəsi  idi.  Nazim  solçu  idi, 
Pəyami  sağçı.  Onların  həyata  baxışları  zidd  qütblərdə  idi.  Bu 
çəkişmələrdən  ləzzət  alanlar,  bunu  şişirdənlər  də  az  deyildi  və  bu  gün  də 
keçmişə nəzər salıb həmin münaqişələri meydana çıxarmağa çalışanlar var. 
1969-cu  ildə  İstanbulda  tədqiqatçı  Əngin  Gözenin  "Pəyami  Səfa 
Nazim  Hikmət  qovğası"  adlı  bir  kitabı  işıq  üzü  gördü.  Həmin  kitab  üç  il 
sonra, 1972-ci  ildə  təkrar nəşr  edildi. Müəllif bu iki böyük sənətkarın bir-
birinə  olan  münasibətini  subyektiv  yöndə  işıqlandırmış,  daha  çox  Pəyami 
Səfaya  üstünlük  vermiş,  Nazim  Hikməti  tənqid  etmişdi.  "Tənqid"  yumşaq 
ifadədir.  Əngin  Göze  gücü  çatdıqca  Nazimə  qarşı  ən  təhqiramiz  ifadələr 
işlədərək  bu  böyük  sənətkarı  xalqın  gözündən  salmaq  istəmişdi.  Ancaq 
təbii  ki,  bacarmamışdı.  Bu  tənqidə  ən  tutarlı  cavabı  türk  ədəbiyyatşünası 
Kamal Sülkər vermişdi. 


 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
55 
 
Ümumiyyətlə,  bu  gün  türk  ədəbi  mühitində  Nazim  Hikməti  sevənlər 
və  sevməyənlər  məfhumu  formalaşmışdır.  Ancaq  son  söz  həmişə  xalqın 
olub.  Əngin  Gözenin  cidd-cəhdinə  baxmayaraq  onun  yazdıqları  Nazim 
dühasının  əzəmətindən heç bir şey  qopara  bilməyib və bilməyəcək  də. Bu 
sözləri  eynilə  Kazım  Gültəpə  haqqında  da  demək  olar.  Əngin  Göze  öz 
kitabında  bu  iki  şəxsiyyəti  "Yan-yana  tərs  axan  sular"  adlandırmışdır. 
Müəllifin  ən  çox  hədəf  seçdiyi  nöqtə  Nazimin  guya,  Vətənini  sevmədiyi, 
unutduğu  iddiası  ilə  bağlıdır.  Guya,  Nazim  Hikmət  Moskvaya  gəldikdən 
sonra  Türkiyəni  unutmuş,  öz  şöhrətinin  nurunda  uyuyub,  hər  şeyi  yaddan 
çıxarmışdır.  Amma  Nazim  haqqında  bayaq  dediklərimiz  bir  yana  dursun, 
onun şeirləri  bu yalanın tam əksini deyir. 
Əgər  bir  gün  Nazimin  Vətən  həsrətinə  həsr  olunmuş  şeirləri  ayrıca 
kitab  şəklində  nəşr  olunsa,  o  zaman  şairin  çəkdiyi  iztirablar  daha  aydın 
şəkildə  gözlərimiz  önündə  canlanar.  Həmin  şeirlər  bir  deyil,  beş  deyil. 
"Ağcaqayın  meşəsində",  "Yeni  il",  "Gəmi",  "Balkon",  "Ceviz  ağacı", 
"Mavi  liman",  "Münəvvərə  məktub  yazdım,  dedim  ki...",  "Sağ  əlim", 
"Dağın üstündə", "Sebastyan Baxın bir nömrəli Dominor konserti", "Dunay 
çayı",  "Məmləkətim  haqqında",  "Bir  Üsküdar  balkonunda",  "Faustun  evi" 
və  s.  sənət  nümunələri  buna  sübutdur.  Bu  şeirlərdə  qürbət  eldə  yaşayan 
Nazimin böyük həsrəti ürək ağrısı ilə verilmişdir. 
Bir gün, yəqin ki, Nazimin "Məmləkətim" adlı bir kitabı çapdan çıxar. 
Və  o  kitabda  təkcə  Nazimin  şeirləri  deyil,  Türkiyə  haqqında  düşüncələri, 
uca  kürsülərdən  Vətən  haqqında  söylədiyi  sözləri,  dostlarına,  yaxınlarına 
yana-yana açıb dediyi ürək duyğuları öz əksini tapar. 
Nazimin  Vətən  həsrətini  onun  mavi  gözlərində,  titrək  dodaqlarında 
görən insanlardan biri də mənəm. Moskvada, 1961-ci ildə Nazimin "Qəribə 


 
 
 
Aqşin  Babayev_______________________________________________ 
56 
 
adam" pyesinin 250-ci tamaşasından sonra, onun dediyi "pyeslərimi sevgili 
İstanbulumda  görə  biləydim"  sözləri  indi  də  qulaqlarımda  səslənir  və 
Nazim  Hikmətin  heykəltəraş  Münəvvər  Rzayevaya  dediklərini  dönə-dönə 
xatırlayıram:  "Heykəlimi  mən  öləndən  sonra  yaradarsan.  Özü  də  bilirsən 
necə? Yalnız iki gözlərimi verərsən. Bilinsin ki, mənəm baxan. Bilinsin ki, 
bu  şəffaf  damcılar  ömrünün  sonuna  qədər  Vətən  həsrəti  ilə  yanan  bir 
insanın gözləridir." 
2002-ci il dünya miqyasında Nazim Hikmət ili elan olundu. 100 yaşlı 
Nazimin  yubileyi  təkcə  Türkiyədə  və  Azərbaycanda  deyil,  dünyanın  bir 
sıra başqa ölkələrində də qeyd edildi.  
Gəlin, hamımız Nazimi sevək. Əsərləri ingilis, fransız, alman, italyan, 
ərəb, fars və başqa dillərə çevrilən, bütün dünyada tanınan Nazim Hikmətə 
ləkə  gətirəcək  heç  bir  söz  işlətməyək. Başqa  millətlər  özününkü  olmayanı 
mənimsəyir.  Biz,  gəlin,  soyu  soyumuzdan,  dili  dilimizdən  olan  türk  oğlu 
Nazim Hikmətlə fəxr edək! Onu həmişə yaşadaq!” 
 
*** 
“İki sahil” qəzetində çap etdirdiyim bu məqaləmə cavab verən tapıldı. 
Bu, “Ədalət” qəzeti idi. Nazim Hikməti də, Yazıçılar Birliyini də, məni də 
“qınayan”  qəzet  hətta  təhqirlərə  də  yol  verdi.  Dostlar,  tanışlar,  Nazim 
Hikməti  sevənlər  bu  məqaləyə  cavab  verməyimi  istədilər.  Mən  cavab 
vermədim.  Amma  bir  neçə  qələm  sahibi  “Ədalət”  qəzetinin  əleyhinə 
məqalələr çap etdirdi, Nazim Hikməti və onun haqqında yazı yazan, şairin 
düşmənlərinə meydan oxuyan məni müdafiə etdilər. Bu haqda bir az sonra 
danışacağam.  İndi  isə  “Yeni  Azərbaycan”  qəzetinin  müxbiri  Səlim  adlı 
qələm sahibinin Türkiyənin Azərbaycandakı səfiri Əhməd Ünal Çevikgözlə 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə