Aqşin Babayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə19/88
tarix11.04.2018
ölçüsü5,04 Kb.
#37431
1   ...   15   16   17   18   19   20   21   22   ...   88

 
 
 
Aqşin  Babayev_______________________________________________ 
64 
 
məqalələrindən  biri  də  “Ədalət”  qəzetinin  13  sentyabr  2003-cü  il  tarixli 
sayında çap olunmuşdur. Məqalə belə adlanır: “Nazim Hikmətə iki baxış”.  
Müəllif  yazır:  “Ümumiyyətlə  götürsək,  hər  hansı  bir  hadisəni  və 
cəmiyyətdəki  olayları  iki  rəngdə  görmək  kimi  bir  xasiyyətimiz  var  bizim. 
Qara və ağ rəngdə. Buna xata da demək olar. Kimimiz Nazim üçün nifrət 
türküləri  söylərkən,  kimimiz  də  heyranlıq  şarkıları  oxuduq”.  (Çox  təəssüf 
ki, Tofiq Abdini çox erkən itirdik. Allah rəhmət eləsin!) 
Nəhəng şəxsiyyətlərə həmişə ikili münasibət olmuşdur. Ölməz Sabirin 
“Yoxsa bu ayinədə əyri görürsən özünü” fikri həmişə müasirdir. Banklarda 
çek dəftərləri olan milyarderlər, acından ölənlərə rəhm etməyənlər, hər şeyi 
qara  eynək  arxasından  görənlər  Nazimi  necə  sevə  bilər?  Ortada  bir 
kommunistlik  də  varsa!  Tutaq  ki,  biz,  “Sözüm  Nazim  Hikmət 
düşmənlərinədir” adlı məqaləmdə dediyim kimi, Nazimin kommunist ruhlu 
şeirlərini  yandırdıq.  Yerdə  qalan  əsərlərinə  sənət  nümunələri  demək 
olmazmı?  Mən  elə  şairlər  göstərə  bilərəm  ki,  kommunist  ideologiyası 
öldükdən sonra onların da əsərləri ölüb. Amma Nazim Hikmət axı belə şair 
deyil.  Onun  “İnsan  mənzərələri”  epopeyası,  dram  əsərləri,  vətən  həsrətli 
şeirləri  poeziya  və  dramaturgiya  xəzinəsinin  gözəl  nümunələri  deyilmi? 
Nihilistlər  elə  güman  edirlər  ki,  vaxt  gələcək  Nazim  Hikmət  tarix 
səhnəsindən  tamamilə  silinəcək.  Onlar  ağıllarına  da  gətirə  bilməzdilər  ki, 
Nazim  Hikmət  yaradıcılığı  türk  balalarının  dərsliklərinə  salınacaq,  onun 
haqqında sənədli filmlər çəkiləcək və bir gün mətbuatda belə xəbər işıq üzü 
görəcək:  nəhayət,  Türkiyədə  -  Antalyada  şairin  heykəli  ucaldıldı!  Nazim 
haqqında film çəkildi!  
Film  haqqındakı  xəbəri  oxuyuruq:  “Dünyaca  ünlü  şair  Nazim 
Hikmətin  18  ilini  əhatə  eləyən  bir  zaman  kəsiyini  ekrana  daşıyan  “Mavi 
gözlü dev” filmində şairin rolunu Yetkin Dikincilər, həyat yoldaşlarını isə 


 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
65 
 
Başak  Köklüqaya  ilə  Pelin  Batu  canlandıracaqlar.  Filmin  rejissoru  Biket 
İlhan,  operatoru  isə  Metin  Belgindir.  “Mavi  gözlü  dev”  filmi  üçün 
Türkiyənin  Turizm  və  Kültür  Bakanlığından  35  milyard  türk  lirəsi 
ayrılmışdı.” 
N.Hikmət  tədqiqatçılarından  biri  də  Azərbaycan  Respublikasının 
Türkiyədə-İstanbulda  Baş  konsolu  işləmiş  şair  Abbas  Abdulladır.  Onun 
“Gördüyüm  və  sevdiyim  Nazim  Hikmət”  adlı  kitabı  Nazim  irsinin 
öyrənilməsi  sahəsində  qiymətli  bir  əsərdir.  Həcmcə  kiçik  olmasına 
baxmayaraq, burada çox maraqlı faktlar vardır. Abbas Abdulla yazır: “Mən 
Nazimi  bir  türk  kimi  tanımışam  və  bir  türk  kimi  sevmişəm.  Sovetlər 
Birliyində türk sözü, türk milləti bizim üçün qadağan olunanda o, bizim və 
özünün  türk  olduğunu  var  səsi  ilə  elan  edirdi.  Bütün  bunları  dilə 
gətirdiyimə  görə  Türkiyədə  millətçilər  də,  solçular  da  mənə  düşmən  kimi 
baxırdılar.  Sağçıların  kommunisti  milliyyətçi  kimi  təqdim  etməyim 
xoşlarına gəlmirdi, solçuların da onun kommunistliyini dilə gətirməməyim. 
Mən  sözümdən  dönmürəm,  Nazim  Sovetlər  Birliyində  türk  idi  və 
türkçü idi.”  
*   *   * 
Nazim  Hikmət  yaradıcılığının  tədqiqi  ilə  əlaqədar  çox  xoş  sözlər 
eşitmişəm.  Ünvanıma  səmimi  sözlər  deyilib.  İstər  Azərbaycanda,  istər 
Rusiyada, istər Türkiyədə. Sovet dövründə bu mövzuda heç bir tənqidi söz 
eşitməmişdim.  Müstəqillik  dövründə  demokratiyadan  sui-istifadə  edən 
cızmaqaraçılar  əleyhimə  zəminsiz  sözlər  söyləməyə  başladılar. 
“Ədəbiyyat” qəzetinin 15 noyabr 2002-ci il tarixli nömrəsində Azərbaycan 
Yazıçılar  Birliyi  Katibliyinin  “Düşmən  ocaq  başında”  adlı  məlumatında 
deyildiyi  kimi:  “Kimlər  qaldı  təhqir  etmədikləri  –  Bəxtiyar  Vahabzadə, 


 
 
 
Aqşin  Babayev_______________________________________________ 
66 
 
Qabil,  Anar,  Fikrət  Qoca,  Elçin,  Vaqif  Səmədoğlu,  Sabir  Rüstəmxanlı, 
Nizami  Cəfərov,  Aqşin  Babayev,  Ələkbər  Salahzadə  və  daha  kimlər, 
kimlər...” 
Bunların  məndən istədikləri nə idi? Nəyə görə məni tənqid edirdilər? 
Birinci  mətləb. Nə üçün  mən  Rəsul  Rza poeziyasını  Nazim  Hikmətlə 
müqayisə  edirəm.  Hətta  birisinin  fikrincə,  Rəsul  Rzanı  Nazim  Hikmətlə 
eyni gözdə görmək Nazim Hikmətə guya təhqirmiş. Görəsən niyə? Görəsən 
bu “birisi” başa düşmür ki, Rəsul Rza Azərbaycan ədəbiyyatının yenilikçi 
şairi, parlaq simasıdır. Görəsən bu “birisi” qanmır ki, Nazim Hikmət türk 
poeziyasında  nə  deməkdirsə,  Rəsul  Rza  da  Azərbaycan  poeziyasında  o 
deməkdir.  Görəsən  bu  “birisi”  niyə  Rəsul  Rza  yaradıcılığında  məhz 
“Lenin”  poemasını  görür?  Əvvəla,  “Lenin”  poeması  Səməd  Vurğunun 
“Zamanın  bayraqdarı”  əsəri  kimi  sənətkarlıq  baxımından  çox  yüksək 
səviyyəli  sənət  nümunəsidir.  İdeya  baxımından  bu  günlə  tərs-mütənasib 
olsa  da,  bu  əsərlər  şeir-sənət  baxımından  yüksək  sənətkarlıqla  yazılmış 
nümunələrdir. Bundan başqa, məgər Rəsul Rzanın yüzlərlə şeiri, “Qızıl gül 
olmayaydı”,  “Xalqın  şairi”  poemaları  və  başqa  əsərləri,  cəsarətli  ictimai 
fəaliyyəti onun nəhəng bir şair, şəxsiyyət olduğuna dəlalət etmirmi? Rəsul 
Rza  Azərbaycan  Ensiklopediyasının  birinci  cildini  həyatı  hesabına  çap 
etdirəndə, bu “birisi” ya bu dünyada yox idi, ya da hələ döşəmənin üstündə 
iməkləyirdi. 
İkinci mətləb. Guya Nazim Hikmət şifahi xalq ədəbiyyatının əleyhinə 
olub. Həmin “birisi” yazır: “Nazim Hikmət milli folklordan gələn hər şeyə 
qarşı üsyan etmişdi.” Bəs onda “Fərhad və Şirin”, “Yusif və Züleyxa” kimi 
monumental əsərlər folklor deyilmi? Nazimin xalq ruhunda yazdığı şeirlər 
şifahi  xalq  ədəbiyyatının  təsiri  deyilmi?  Bütün  bunlar  göstərir  ki,  Nazim 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə