Aqşin Babayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə18/88
tarix11.04.2018
ölçüsü5,04 Kb.
#37431
1   ...   14   15   16   17   18   19   20   21   ...   88

 
 
 
Aqşin  Babayev_______________________________________________ 
60 
 
təşəkkür  edib  ayrılırıq.  Bir  az  daha  mətbuat  müşaviri  cənab  Saim  bəyin 
otağında söhbətləşirik. 
Mənim  içimdə  isə  cənab  səfirin  oxusunda,  Türkiyə  ləhçəsində  daha 
şirin təsir bağışlayan “Dəvət” şeiri səslənir: 
Dört nala gelip uzak Asya`dan 
Akdeniz`e bir kısrak başı gibi uzanan 
 bu memleket bizim. 
Bilekler kan içinde, dişler kenetli, ayaklar çıplak 
və ipek bir halıya benzeyen toprak
bu cehennem, bu cennet bizim! 
Kapansın el kapıları bir daha açılmasın, 
Yok edin insanın insana kulluğunu  
 bu davet bizim. 
 Yaşamak bir ağac gibi tek ve hür 
 və bir orman gibi kardeşçesine: 
 bu hasret bizim!” 
 
 
 
 
 
 
 
 


 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
61 
 
NAZĠM  HĠKMƏT  YARADICILIĞININ TƏDQĠQĠ  DAVAM  
EDĠR 
 
Nazim  Hikmət  yaradıcılığı  haqqında  bir  sıra  məqalələr,  publisistik 
yazılar,  böyük  şairə həsr  olunmuş  poetik nümunələr  mətbuat səhifələrində 
dərc 
edilmişdir. 
Bu 
məqalələrdən 
biri 
Almaniyada 
yaşayan, 
ədəbiyyatımızın  dostu  Yücəl  Feyzioğlunundur.  “Ədəbiyyat  qəzeti”nin  22 
avqust  2003-cü  il  tarixli  nömrəsində  Yücəl  Feyzioğlunun    maraqlı  bir 
məqaləsi  çap  olunmuşdur.  Məqalə  belə  adlanır:  “Səməd  Vurğun  evində 
Nazimin stulu”. Müəllif qeyd edir ki, bu məqalə Türkiyədə “Cümhuriyyət” 
qəzetində  və  “Yeni  cizgi”  jurnalında  çap  olunmuşdur.  Nazim  Hikmətə  və 
Səməd  Vurğuna  sonsuz  məhəbbət  duyğuları  ilə  qələmə  alınmış  bu 
məqalədə  müəllif  yazır:  “Səməd  Vurğunun  qızı  Aybəniz  xanıma  Səməd 
Vurğunla  və  Nazim  Hikmətlə  bağlı  suallar  verdim.  Nazim  Hikmət 
özlərindən biri kimiydi. Azəri yazarlar arasında xatirəsi çox canlı yaşayır. 
Aybəniz  xanım  mənə  yer  göstərdi.  Oturdum.  “Sizin  nə  üçün  o  stulda 
əyləşdirdim, bilirsinizmi?” – deyə Aybəniz xanım soruşdu. “Bilmirəm.” – 
dedim. “Çünki o stul Nazim əminin stuludur.” – dedi. O anı ifadə etməkdə 
acizəm. Masa ətrafındakı hər kəs çox təsirlənmiş, vücudumu tər basmışdı. 
Qalxıb dərhal o biri stula keçdim: 
“Eləsə  Səməd  Vurğun  evində  Nazim  qoy  aramızda  əyləşsin.  Nazim 
həmişə aramızda olacaq...” 
Yeri  gəlmişkən  deyim  ki,  Yücəl  Feyzioğlu  Nazim  Hikmət 
yaradıcılığının  Almaniyada  təbliği  sahəsində  çox  işlər  görmüşdü.  1989-cu 
ildə  Yücəl  bəy  mənim  “Nazim  Hikmət  və  yaşamı”  kitabımı  Berlində  çap 
etdirmişdi.  Azərbaycanda  son  illər  Nazim  Hikmətlə  bağlı  qələmə  alınmış 


 
 
 
Aqşin  Babayev_______________________________________________ 
62 
 
yazıların  içərisində  uzun  illər  Türkiyədə  çalışmış  nazimşünas  Tofiq 
Abdinin  tədqiqat  işləri,  məqalələri  xüsusi  yer  tutur.  Tofiq  Abdin  təkcə 
Nazim  Hikmət  barəsində  deyil,  onun  yaradıcılığını  tədqiq  edən,  əsərlərini 
müxtəlif dillərə çevirən nazimsevərlər haqqında da maraqlı yazılar qələmə 
almışdır.  Bu  yazılardan  biri  rus  yazıçısı,  Nazim  Hikmətin  həyatını  əks 
etdirən  “Bosfor  üzərində  nəğmə”  kitabının  müəllifi  Radiy  Fişə  həsr 
olunmuşdur.  Həmin  məqalədən  bəzi  məqamları  diqqətinizə  çatdırmaq 
istəyirəm. 
“Rus yazar və türkşünas Radiy Fiş öləndə vəsiyyət edib: Heç olmasa 
külümü Türkiyəyə aparin... O özünü bir türk insanı sanırmış. 
Bəlkə  də  otuz  illik  bir  vaxtı  əhatə  eləyir,  mən  bu  ifadəni  oxuyub 
yaddaşa  aldığım  (inanın  ki,  yaddaşım  bir  o  qədər  möhkəm  olmasa  da)  bu 
fikirlər  yaddaşımdan  silinmir.  Radiy  Fişin  Nazim  Hikmət  haqqında... 
qələmə aldığı bir  kitabda aşağıdakı fikirlər yer alıb: “Dahilər 100 ildə bir 
dəfə  doğulur.  XX  əsrdə  bu  Türkiyənin  payına  düşmüşdür.  Nazim  Hikmət 
orda doğulmuşdur.” 
...  Bir  yəhudi  kökənli  insanın  bir  türk  kökənli  şair  haqqında  yazdığı 
kitab  sovetlərin  buro-buro  vaxtında    əl-əl  gəzirdi  və  həmin  kitab  çox 
keçmədən bizim  türkcəyə  də  çevrildi.  (Əsər  yazıçı  Vaqif  Nəsib  tərəfindən 
dilimizə çevrilmişdir.-A.B)  
Təbii, kitabın böyük bir sevgi ilə yazıldığı bizim hamımıza məlum və 
bu  gün  Nazim  Hikmət  şəxsiyyəti  məlum  səbəblər  ucbatından  bir  çox 
mübahisələr  yaratsa  da,  onun  yaradıcılığı  bir  çox  yeni  fikirlərin 
doğulmasına səbəb olsa da, onun böyük bir düha olduğu və XX əsr şairləri 
arasında yer aldığını heç erməni də dana bilməz və dananlar varsa, bəlkə də 
müəyyən  haqq  daxilində  haqlıdırlarsa,  onda  gərək  insafı  bir  qırağa  qoyub 


 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
63 
 
öz adını da dansın və mən belə güman edirəm ki, bu inkarların fonunda bir 
az da bizim əsrin yeni bəlası olan bir reklam yatmaqdadır. 
Nazim  Hikmətin  Moskva  illərində  dostlarından  ədəbiyyatçı  və 
turkoloq  Radiy  Fiş  bu  dünyaya  gözlərini  yumanda  Nazim  Hikmətin 
ölkəsində,  Türkiyədə  torpağa  verilməyi,  basdırılmağı  vəsiyyət  etmişdi. 
Türk  dostlarından  olan  Mustafa  Öztürkün  verdiyi  bilgilərə  görə,  “heç 
olmasa  öləndən  sonra  yandırıldıqda  külünün  Türkiyəyə  aparılmasını 
istəmişdi.” 
Bir ədəbiyyatçı alim və Türkiyəni də, Rusiyanı da yaxşı tanıyan Radiy 
Fiş  ömrünün  son  çağlarında  verdiyi  müsahibədə  hətta  bir  az  da  siyasətçi 
kimi  düşüncələrini  bəyan  edib  və  fikirlərini  açıqlayıb.  Və  bu  açıqlamaları 
eləyərkən onun bir o qədər də nikbin olmadığı o saat diqqəti çəkir: “Türklər 
bir  yandan  Rusiyada  bir  çox  işlər  görür  və  bir  çox  paralar  buraxır  bu 
ölkəyə, bir yandan da yenə də o köhnə düşmənlik davam etməkdədir. Hara 
gedirik, bəlli deyil. Gələcək necə olacaq, bəlli deyil. Xalq yoxsulluq içində. 
Xalq bunun içindən necə çıxacaq. Bu sual çox çətin bir sualdır. 
Özünün  külünün  Türkiyəyə  gətirilməsini  vəsiyyət  edən  Radiy  Fiş 
Nazim  Hikmətin  məzarının  Türkiyəyə  gətirilməsinin  əleyhinədir: 
“Məzarını  Türkiyəyə  gətirməkdənsə,  onu  burada  məzarda  rahat  yatmağa 
mane olmasınlar”. 
Çox düşündürücü fikirlərdir, elə deyilmi?” 
Tofiq Abdin Nazim Hikmətlə əlaqədar mətbuat səhifələrində bir silsilə 
məqalə  ilə  çıxış  edib.  Amma  çox  təəssüf  ki,  bu  günə  qədər  biz  bu 
məqalələrin  toplusunu  görə  bilmirik.  Bu  barədə  Tofiq  Abdinlə  söhbətimiz 
oldu.  Sponsorlardan  gileyləndi.  Nə  etmək  olar.  Görünür  bir  gün  bu 
məqalələri  biz  ayrıca  kitab  şəklində  görəcəyik.  T.Abdinin  maraqlı 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə