Aqşin Babayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə26/88
tarix11.04.2018
ölçüsü5,04 Kb.
#37431
1   ...   22   23   24   25   26   27   28   29   ...   88

 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
89 
 
fikirlerini  aksettirme  bakımından  da  bir  kıvılcım  niteliği  taşırdı.  Kuvetli 
şahsiyeti,  edebiyattaki  dehasıyle  devrinin  gençleri  üzerine  büyük  bir  etki 
yaptı. Onun attığı temel üzerindedir ki, bugün yetişen yeni şairler, edipler, 
romancılar edebiyat alanında büyük yer aldılar. Yeni bir edebiyat meydana 
geldi». 
Zəkəriyyə  Sərtəl  isə  ömrünün  son  günlərində  qələmə  aldığı  “Nazim 
Hikmətin  son  illəri”  adlı  kitabında  şairin  Moskva  həyatını  əks  etdirmişdi. 
Zəkəriyyəyə yazırdı: (Bu sitatı da türkcə verdim.) 
«Nazım  Hikmet  rüyalarının  memleketinde  polisin  elinden 
kurtulamamıştı.  Stalin  ölünceye  kadar  bu  gölge  Nazımın  yanından 
ayrılmadı.  Nazım  nereye  gittiyse,  o  da  beraberinde  gitti.  Yalnız 
yolculuklarda  mı?  Evinde  bile  Nazım  Hikmet  gizli  bir  kontrol  altında 
olduğunu  biliyordu.  Moskovada  yaşayıp  da  polisin  gözünden  uzakta 
kalmak  mümkün  değildi.  Nazım  Hikmet  barış  çalışmalarına  birçok 
bakımdan  önem  veriyordu.  Bu  işin  onun  için  bir  çok  çekici  yanları  vardı. 
Bir  kere  konsey  ve  kongre  toplantılarına  katılmak  vesilesiyle  Batı  (Qərb) 
memleketlerini  görmek  fırsatını  buluyordu.  Barış  kongreleri  onun  için 
Batıya  açılmış  birer  pencereydi.  Çünki  Sovyetlər  Birliğinde  yaşadıkça 
sosyalist  alem  ona  dar  gelmeye  başlamıştı.  Bir  de  sınırları  aşıp  Batı 
dünyasına çıkabilmek onun için büyük ve bulunmaz bir nimetti». 
Zəkəriyyə  və  Səbihə  Sərtəllər  keşməkeşli  ömür  yaşadılar.  Bu  ömrün 
bir parçası da Nazim Hikmətlə bağlı idi. Ona görə də bu insanların xatirəsi 
mənə əzizdir. 
 
“Panorama”qəzeti, 29 iyun 1996-cı il. 
 


 
 
 
Aqşin  Babayev_______________________________________________ 
90 
 
Rəsul Rza 
 
Nazim Hikmətin 1927-ci ildə Bakıya gəlişi, 1928-ci ildə onun “Günəşi 
içənlərin türküsü” adlı ilk kitabının Azərbaycanda nəşri poeziyamıza yeni 
ruh,  yeni  nəfəs  gətirmişdi.  Bu  ruh,  bu  yeni  nəfəs  Azərbaycan  şairlərindən 
Səməd  Vurğunun,  Mikayıl  Rəfilinin,  Süleyman  Rüstəmin,  Rəsul  Rzanın, 
Nigar  Rəfibəylinin  yaradıcılığında  xüsusilə  bariz  şəkildə  öz  təcəssümünü 
tapmışdı. Adlarını  çəkdiyim  bu  şairlərin  hər  birinin  yaradıcılığında  Nazim 
poeziyasının  ətri  duyulur.  Amma  bu  şairlərin  içərisində  Rəsul  Rzanın 
özünəməxsus yeri vardır. 
Nazimin  əsərlərini  Azərbaycan  dilinə  bir  çox  şairlərimiz  çevirmişlər. 
Bunların içərisində Rəsul Rza xüsusilə seçilir. Rəsul Rza Nazim poeziyası 
nümunələrini  dilimizə  çevirərkən  həm  orijinala  sədaqətlə  yanaşır,  həm  də 
yeri  gəldikcə  bəzi  kəlmələr  də  əlavə  edirdi.  Bu  kəlmələr  şeiri 
gözəlləşdirirdi. 
Rəsul Rzanın oğlu, xalq yazıçısı Anarın xatirələrində oxuyuruq: 
“...  Moskvadan  atamgilə  paket  gəldi.  Paket  Nazim  Hikmətdən  idi. 
Nazim  azərbaycancaya  tərcümə  olunmaq  üçün  bir  neçə  şeirini 
göndərmişdi...  Paketə  Əkbər  Babayevin  məktubu  da  əlavə  olunmuşdu. 
Əkbər  şeirlərdəki  bəzi  sözlərin  izahını  yazmışdı:  “Deneme-  sınaq,  masal-
nağıl, fici-çəllək”. 
Atamın  əlində  təcili  işi  vardı.  “Bu  işi  qurtarım,  sonra  tərcümə 
edərəm”-dedi.  Amma  elə  həmin  gün,  təxminən  gecə  yarısına  yaxın  məni 
çağırdı: 
– Rəfiliyə yazdığı şeiri çevirdim. Qulaq as: 
Nəslimin yarpaq tökümü başlandı 
Çoxumuz qışa qalmayacağıq. 


 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
91 
 
Dəliyə döndüm, Rəfili, 
Ölüm xəbərini alanda... 
Təbii ki,  tərcümə orijinala yaxın idi, türk sözləri, ifadələri Azərbaycan 
sözlərilə,  ifadələrilə  əvəz  olunmuşdu.  “Ağlındamı  Mikayıl”  yerinə 
azərbaycanca “yadındamı Mikayıl”, “donanmış şam ağacı” yerinə “bəzəkli 
şam ağacı”, “orman” - “meşə”, “yılbaşı gecəsi”- “yeni il gecəsi”, “kəmik - 
sümük”,  “kardeşim,  bir  kemik  yığınısan  Baküdə  bir  mezarlıqda”- 
“Qardaşım,  bir  sümük  yığınısan  Bakıda,  qərib  bir  məzarlıqda”,  “Qərib”  - 
atamın  əlavəsi  idi.  Bir  də  yalnız  bircə  yerdə,  şeirin  sonluğunda  bir  əlavə 
etmişdi. Nazimdə şeir belə bitir: 
Tesellisiz yaşamayı becerdim 
Beceririm tesellisiz ölmesini de. 
Senin gibi, Refili. 
 
Atamın tərcüməsində şeir belə bitirdi: 
Təsəllisiz yaşamağı bacardım 
Təsəllisiz ölməyi də bacararam 
Senin kimi Rəfili, 
“bədbəxt adam”. 
 
Tərcüməni oxuyub qurtarandan sonra atam izah etdi: -“Axı Rəfili özü-
özünə həmişə zarafatla: ”Mən – bədbəxt adam” deyərdi”. 
... Şübhəsiz, Rəfili özünü “bədbəxt adam” adlandıranda zarafat edirdi. 
Neçə-neçə  qiymətli  tədqiqatın,  sanballı  kitabın  müəllifi,  tanınmış  alim, 
tənqidçi, gözəl bəlağətli natiq, azərbaycanca və rusca kamil savadlı elmlər  
doktoru, professor, yüzlərlə pərəstişkar tələbənin ali məktəb müəllimi – bir 


 
 
 
Aqşin  Babayev_______________________________________________ 
92 
 
sözlə, seçdiyi peşəsiylə məşğul olan, nəhayət, zəngin bir kitabxana sahibi, 
istədiyi  vaxt,  istədiyi  kitablarla  söhbət  etmək  imkanına  malik  insanı 
bədbəxt saymaq mümkündürmü? Əlbəttə, yox. Amma Rəfili xoşbəxt adam 
idimi? 
 
Nəğmələri gah coşğun olurdu,  
gah həzin. 
Arıdılmamış budağıydı şeirimizin. 
Şeiri, - deyirlər, - bir az qəribə
bir az kələ-kötürdü. 
Yüz adama zor olan tənələrin yükünü
Tək boynuna götürdü. 
 
R.Rza,  Nazim  azadlığa  çıxanda  da,  ömrünün  son  illərini  Moskvada 
keçirəndə də, onunla birgə nəfəs almış, onun qardaşı, sirdaşı olmuşdur. 
Rəsul  Rzanın  “Şairin  anası”,  “Rənglər”  silsiləsindən  olan  “Saman 
sarısı”, habelə “Ulu şair”, “Burda bir insan ölüb” və başqa əsərləri Nazim 
Hikmətə  həsr  olunmuş  poetik  nümunələrdir.  Bu  nümunələrdə  Nazimin 
həyatı,  mübarizəsi,  amalı,  çırpıntılı  bir  həyat  yolu    keçməsi  göstərilməklə 
yanaşı, Rəsul Rzanın Nazim Hikmətə olan böyük sevgisi də bədii boyalarla 
əks olunmuşdur. 
Türklərin  dili  ilə  desək,  Nazimlə  Rəsul  Rzanın  “ruh  yapısı”  demək 
olar ki, eyni idi. Amma bu eyniyyət bənzərlik deyil. Bu eyniyyət bir-birinə 
dərin  rəğbət  bəsləyən, həyata  baxışları, duyğuları  ilə  bir-birinə   bağlı  olan 
insanların cazibə qüvvəsi idi. 
Rəsul  Rzanın  Nazim  Hikmətə  həsr  etdiyi  şeirlərindən  biri  “Gülhanə 
parkında  bir  ceviz  ağacı  var”  adlanır.  Oxuculara  məlumdur  ki,  Nazim 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə