Aqşin Babayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə28/88
tarix11.04.2018
ölçüsü5,04 Kb.
#37431
1   ...   24   25   26   27   28   29   30   31   ...   88

 
 
 
Aqşin  Babayev_______________________________________________ 
98 
 
Hikmət  həmin  müsahibəsində  çox  problemlərə  toxunur,  eyni  zamanda, 
Azərbaycanın  siyasi  taleyindən,  eləcə  də  Rəsul  Rzanın  yaradıcılığından 
söhbət açır: 
“Jurnalist:  Şəxsiyyətə  pərəstişin  mədəniyyət  sahəsində  nəticələri 
Sovet İttifaqının milli respublikalarında daha az görünür, eləmi? 
Nazim  Hikmət: Mən belə deməzdim... Azərbaycan şairi Rəsul Rzanı 
misal  gətirə  bilərəm.  O,  şəxsiyyətə  pərəstiş  illərində  Azərbaycan  xalqının 
bəxtinə  düşən  faciələri  əks  etdirən  çox  maraqlı  bir  poemanın  müəllifidir. 
Poemanın  baş  qəhrəmanı  şair  özüdür.  Rəsul  Rzanın  yaradıcılığında  forma 
cəhətdən də yeniliklər çoxdur”. 
Rəsul  Rzanın  arxivində  Nazim  Hikmətin  “Dostum  Rəsul  Rza”, 
“Aydındır şeirin dili” və “İkinci nəfəs” adlı məqalələri də vardır. Oxuculara 
tanış  olsa  da,  həmin  məqalələrdən  kiçik  parçaları  nəzərdən  keçirməyə 
ehtiyac duyuram:  
“Rəsul Rza xalq və klassik ədəbiyyata böyük pərəstiş edən bənzərsiz 
bir şair, Azərbaycan poeziyasının novatorlarından biridir. 
... Rəsul Rza Sabir gələnəyinin - ənənəsinin davamçısıdır. 
...Rəsul Rza sözü nə şişirdir, nə də bayağılaşdırır. O inanır ki, hər bir 
söz  öz  yerində  olsa,  poeziya  bağında  çiçəkləyə  bilər.  Məzmun,  mövzu 
baxımından şeirin imkanları nə qədər hüdudsuzdursa, bu mövzunun ifadəsi 
üçün  işlənən  sözlər  də  o  qədər  sonsuz  olmalıdır.  Rəsul  Rza  şeirin 
texnikasına  bir  doqmatik  kimi  baxmır.  O,  qafiyəni,  ölçünü  rədd  etmir, 
ancaq  nəzm  aləmindəki  qayda-qanunları  da  qəbul  etmir”.  («Dostum  Rəsul 
Rza»)
“Şair adi günləri elə təsvir edir ki, onun poeziyasında hər yan gur işığa 
qərq  olur.  Şair-səadət  axtarandır.  O,  həyatındakı,  bizim  ömrümüzdəki 
xoşbəxtliyi üzə çıxarır. 


 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
99 
 
Rəsul  Rza  filosofdur.  “İki  buruğun  söhbəti”  şeiri  ilk  baxışda  olduqca 
sadə  və  adi  görünür.  Ancaq  onlar  haqqında,  həyat,  nəsillər,  gələcək 
haqqında  və  onların  cavabdehliyi  barədə  nə  qədər  gözəl  deyilmişdir” 
(“Aydındır şeirin dili”)
“Mən  bir  şair  haqqında  danışmaq  istəyirəm.  Azərbaycan  şairi  Rəsul 
Rza haqqında. O, gəncliklə müdrikliyi özündə birləşdirib. Onun yaradıcılığı 
ilə  təxminən  20 ildir,  özü ilə  12 ildir  tanışam. Rəsul  Rza  qırx yaşına kimi 
sadəcə  olaraq  yaxşı  şair  idi.  İndi,  1959-cu  ildə  məndən  sovet  poeziyası 
novatorlarının  adını  soruşsalar,  onların  arasında  Rəsul  Rzanın  adını  da 
mütləq çəkərdim” (“İkinci nəfəs“)
Rəsul  Rzanın  arxivində  Nazim  Hikmətlə  bağlı  yadigar  yazılar, 
sənədlər yetərincədir. Şairin anadan olmasının 65 illiyi münasibətilə Rəsul 
Rzanın 1967-ci ildə qələmə aldığı “Canlı Nazim” adlı kiçik bir xatirəsi də 
həmin saxlancların arasındadır: 
“Nazim  Hikmət  deyərdi  ki,  hər  gün  azı  on  məktub  alır.  Mən  bu 
məktubları  onun  yazı  masasının  üstündə,  iş  otağındakı  şüşə  qapaqlı 
qəfəsələrdə  çox  görmüşəm.  Bu  məktubların  coğrafi  xəritəsini  çəkməli 
olsaq,  gərək  şairin  Peredelkinodakı  yaylaq  evindən  və  Moskvada  2-ci 
Pesçanındakı mənzilindən dünyanın bütün qitələrinə, ayrı-ayrı ölkələrin bir 
çox  şəhərinə,  kəndinə  xətlər  çəkək.  Yalnız  şəhərlərdən,  kəndlərdən  deyil, 
okeanlarda  üzən  gəmilərdən,  təyyarələrdən  də  Nazimin  adına  məktublar, 
teleqramlar gəlirdi. Bu məktubların böyük bir əksəriyyəti şairin tanımadığı 
adamlardan,  oxuculardan  olurdu.  Bu  məktub  müəlliflərinin  çoxu  gənclər 
idi.  Görürdün  ki,  həmin  məktublardan  bir  dəstə  götürüb  baxır  və  onlarla 
canlılarla  danışan  kimi  danışırdı.  Üstündə  müxtəlif  biçimli  markalar  olan 


 
 
 
Aqşin  Babayev_______________________________________________ 
100 
 
zərflərdəki 
məktublar 
neçə-neçə 
insanın 
sevincindən, 
dərdindən, 
arzusundan danışırdı”. 
Rəsul  Rza  1973-cü  ilin  may  ayında  Parisdə  keçirilən  Nazim  Hikmət 
simpoziumuna – türk rəssamı Abidin Dinoya belə bir məktub göndərmişdi: 
“Hörmətli  Abidin  bəy!  Rica  edirəm,  bu  məktubu  poeziya 
simpoziumunun Rəyasət Heyətinə yetirəsiniz”.  
Məktub  simpoziumun  Rəyasət  Heyətinə  təqdim  olunsa  da,  müraciət 
Nazim  Hikmətə  ünvanlanmışdı  və  Rəsul  Rza  həmin  tarixdən  on  il  əvvəl 
dünyasını dəyişmiş sənətkar dostuna səslənirdi:  
“Əzizim Nazim! 
Biz  səninlə  bu  poeziya  simpoziumunda  müxtəlif  səbəblərdən  iştirak 
edə bilmədik: mən Vətənimdəki təxirəsalınmaz işlərə görə, sən isə hələ heç 
kəsin qayıtmadığı bir dünyada olduğuna görə. 
Ancaq mən öz səsimi... gözəl Parisə gələnlərin səsinə qatıram. Bu gün 
şanlı  kommunarların,  müdrik  ensiklopedistlərin,  söz,  fırça  ustalarının 
parlaq  nəslinin,  unudulmaz  Müqavimət  Hərəkatı  qəhrəmanlarının  vətəni 
olan  Parisdə  müxtəlif  millətlərin  nümayəndələrinin  həyəcanlı  səsləri 
ucalmaqdadır.  Onların  ifadə  etdiyi  sözlər  içərisində  xüsusi  minnətdarlıq 
duyğuları  və  iftixar  hissi  ilə  tələffüz  etdikləri  bir  ad  var.  Bu,  Nazim 
Hikmətin adıdır. 
... Poeziya öz məram və təbiiliyinə görə xeyirxah duyğuların övladıdır. 
Amma  bu  xeyirxahlıq  zərif,  işıqlı  olduğu  qədər  də  ciddi  və  qəzəblidir. 
Poeziyanın  xeyirxahlığı  zülmün  bütün  məqamlarda  şair  tərəfindən 
amansızlıqla  qarşılanması  deməkdir.  Poeziyanın  bəşəriliyi  onun  zülm  və 
qeyri-insani xüsusiyyətləri ilə barışmaz mövqeyindədir.  


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə