Aqşin Babayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə31/88
tarix11.04.2018
ölçüsü5,04 Kb.
#37431
1   ...   27   28   29   30   31   32   33   34   ...   88

 
 
 
Aqşin  Babayev_______________________________________________ 
110 
 
Əkbər  məni  evlərinə  dəvət  elədi.  “Səhər  doqquzda  gözləyirəm”-dedi. 
Səhərisi  evini  çətinliklə  tapdım.  Sən  demə,  məni  səhər  yeməyinə 
gözləyirmiş. 
-Niyə belə gec? 
-Evi tapa bilmirdim. 
-Eybi  yox.  Otur  çay  içək.  Sonra  gedək  instituta  (o,  işlədiyi  Asiya 
Xalqları  institutunu  nəzərdə  tuturdu).  Səni  Moskvalı  türkşünaslarla  tanış 
edəcəyəm. 
-Bəs Nazim Hikmətlə... nə vaxt... 
Cümləni bitirə bilmədim. Qorxdum ki, deyə heç vaxt. 
Amma  özümü  o  yerə  qoymadım.  Sən  demə  Əkbər  təhər-tövrümdən 
hiss eləyibmiş ki, nəsə özümdə deyiləm. Yenə çay gətirdi, gülə-gülə: 
- İç, gedək - dedi. Yolçu yolunda gərək. 
Yol  boyu  türk  ədəbiyyatından  danışırdıq.  Mən  elə güman  edirdim  ki, 
Əkbər  yalnız  müasir  ədəbiyyatı  yaxşı  bilir.  Belə  deyilmiş.  Klassik  türk 
poeziyasından  məhəbbətlə  danışır,  əzbər  bildiyi  parçaları  həvəslə  izah 
eləyirdi. Mənimsə fikrim-zikrim elə Nazim Hikmətin yanındaydı. Nə yaxşı 
ki,  Əkbər  də  bunu  hiss  eləmişdi.  İnstituta  çatanda  dedi:  -  Yaxşı,  -  zəng 
edərəm Nazim Hikmətə, imkan olsa, gedərik. Amma çox oturmarıq, yaxşı? 
-Yaxşı, - dedim. 
Mənimçün  bundan  böyük  sevinc  ola  bilməzdi.  Əkbər  əvvəlcə  məni 
moskvalı türkşünaslarla tanış elədi. Çox səlis ruscası vardı Əkbərin. Sonra 
Nazim  Hikmətə  zəng  vurdu.  Türkcəsinə  heyran  oldum.  Fəxr  elədim 
Əkbərlə.  Öz  ana  dilini  də  gözəl  bilirdi,  rusu,  türkü  də.  Hər  üç  dildə  eyni 
səviyyədə yazırdı, danışırdı. 
Əkbər  Nazim  Hikmətlə  telefonla  danışdı.  Nazim  bizi  gözləyirdi. 
Getdik. Görüşdük. 


 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
111 
 
O  gündən  etibarən  Əkbər  Babayev  məni  evinə  təkidlə  dəvət  eləyir, 
süfrə  açırdı.  Bir  yerdə  teatr  tamaşalarına  baxır,  Nazim  Hikmətlə  müxtəlif 
görüşlərdə iştirak edirdik. Bu görüşlərin faydası haqda danışmıram. Çünki 
sözüm Əkbərdəndir. İndi fikirləşirəm ki, onun axı nəyinə lazımdı bu. Öz işi 
başından  aşırdı.  Elmi  əsərləri,  tərcümələri,  Moskva  radiosunda  Türkiyə 
üçün  hazırladığı  xüsusi  proqramlar  və  hər  şeydən  əvvəl,  Nazim  Hikmətlə 
birgə  fəaliyyəti.  Əkbər  bu  böyük  sənətkarın  sağ  əliydi.  Nazim  onu  oğlu 
kimi  sevirdi.  Bunu  qısqananlar  da  vardı.  Nazim  Hikmət  haqqında  ilk 
dissertasiya  müdafiə  edən  Əkbərdi.  Böyük  sənətkar  da  öz  kitabını  Əkbər 
Babayevə verəndə avtoqraf olaraq “Beni bana tanıtana”yazmışdı. 
İndi  bütün  olub  keçənləri  göz  önünə  gətirəndə  başa  düşürəm  ki, 
Əkbərin  böyük  ürəyi  vardı.  O,  məncil,  yalnız  özünü  düşünən  deyildi. 
Ürəyinin  nurunu,  işığını  insanlara  təmənnasız  paylayardı.  Və  bundan 
dünyaca zövq alardı... 
Bakıya  qonaq  gələn  türklər  tez-tez  məndən  soruşurdular:  “Soyadınız 
birdir,  yoxsa  Əkbər  Babayevlə  qohum-qardaşsınız?”  “Qardaşdan  da 
artığıq”- deyirdim və bu sözlə fəxr edirdim. 
Əkbəri  Azərbaycanda  tükşünaslığın  vəziyyəti  çox  maraqlandırırdı. 
Tez-tez  Bakıya  gələr,  ya  rəhbəri,  ya  da  opponenti  olduğu  türkşünasların 
irəliləyişi,  inkişafı  üçün  əlindən  gələni  əsirgəməzdi.  Əkbər  qalın-qalın 
dissertasiyalar  oxuyur,  Orta  Asiyadan,  Azərbaycandan  göndərilmiş  türk 
ədəbiyyatına dair əsərlərə rəy verirdi. Belə rəylərdən birini də mənim üçün 
yazmışdı. 
Əkbəri  düşünəndə  bir  şeyə  təəssüflənirəm.  Onun  Nazim  Hikmət 
haqqında yazdığı iri həcmli kitabı rus və türk dillərində nəşr olunsa da, hələ 
azərbaycanca  çıxmayıb.  Hələ  onun  elmi  məqalələrini,  gözəl  publisistik 


 
 
 
Aqşin  Babayev_______________________________________________ 
112 
 
yazılarını  demirəm.  Əkbər  çox  təvazökardı.  Özü  haqda  bir  söz  deməz, 
kimsəyə ağız açmazdı. Fikirləşirdi ki, əgər əsərinin dəyəri varsa, öz-özünə 
yol  açacaq.  Heç  vaxt  özü  haqda  “mən  aliməm”,  yaxud  “elmlər 
namizədiyəm” deməzdi. Deyərdi eləcə tədqiqatçıyam. “Mavi gözlü dev”in 
dostu belə deyərdi. Əkbər Babayev Nazim Hikmətin Bolqarıstanda işıq üzü 
görmüş 8 cildlik əsərlərinin də tərtibçisi, redaktoru və ön sözünün müəllifi 
idi. Ön sözdə o, Nazim Hikmət sənətindən şairin öz fikirləri fonunda söhbət 
açmış, şərhlərini və xatirələrini əks etdirmişdir. 
İllər yaman tələsir. Biz də gərək tələsək. Amma gərək yaxşı adam kimi 
yaşayaq  ömrümüzü.  Əkbər  kimi  yaxşı  insanları  da  unutmayaq,  xalqımıza 
tanıdaq.  Bütün  ömrünü  N.Hikmət  yaradıcılığının  tədqiqinə  həsr  etmiş 
Əkbər  Babayevin  həyatının  və  elmi  fəaliyyətinin  ciddi  tədqiqata  ehtiyacı 
var. Belə bir tədqiqat işi həm Nazim Hikmətin, həm də Əkbərin xatirəsinə 
böyük hörmət və diqqət olardı. 
 
“Ədəbiyyat qəzeti”, 11 dekabr 1987. 
 
 


 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
113 
 
Anar: “Kərəm kimi” 
 
Səhv  etmərəm  desəm  ki,  bu  gün  Azərbaycanda  Nazim  Hikmət 
haqqında  ən  çox  söz  demək  haqqı  Anara  məxsusdur.  Çünki  Anar  Nazim 
Hikməti  olduğu  kimi  tanıyan,  Rəsul  Rza  və  Nigar  Rəfibəylinin  bu  böyük 
sənətkarla  söhbətlərinin  canlı  şahidi  olmuş,  şairlə  dəfələrlə  görüşmüş 
məşhur  qələm  sahibidir.  Anarın  bu  yaxınlarda  Türkiyədə  nəşr  olunmuş 
“Nazim Hikmət. Kərəm kimi” adlı çox dəyərli əsərini oxuduqdan sonra bu 
fikrimdə haqlı olduğumu bir daha yəqin etdim.  
Kitabı  türk  dilinə  çevirən  İmdat  Avşar  ön  sözdə,  Anarı  “təkcə 
Azərbaycanın deyil, türk dünyasının da çox böyük yazıçısı” hesab etməkdə 
haqlıdır. Mən bu dəqiq fikrə bir əlavə də edərdim: “Anar həm də çox ciddi 
tədqiqatçı-alimdir.”  Bir  neçə  il  bundan  əvvəl  Anara  filologiya  elmləri 
doktoru  adı  veriləndə  bunu  qəlbən  təqdir  edənlərdən  biri  də  mən  oldum. 
Çünki  Anarın  ədəbiyyatşünaslığa  dair  məqalələrində  problemlərə 
münasibət,  hər  hansı  bir  əsərin  təhlili,  hər  şeydən  əvvəl  alim  mülahizəsi, 
alim  sözüdür.  Bu  fikirləri  onun  Türkiyədə  nəşr  olunmuş  “Nazim  Hikmət. 
Kərəm kimi” kitabı haqqında da demək olar. 
Anarın  adı  çəkilən  kitabı  çox  gərgin  elmi-tədqiqat  işinin  bəhrəsidir. 
Müəllif  Türkiyədə,  Azərbaycanda,  Rusiyada  Nazim  Hikmət  haqqında  çap 
olunmuş kiçik məqalələrdən tutmuş iri həcmli əsərlərə qədər bütün tədqiqat 
işlərini,  habelə  xatirə  kitablarını  əldə  etmiş,  onlara  münasibətini 
bildirmişdir.  Bunların  içərisində  Vala  Nurəddinin,  Zəkəriyyə  Sərtəlin, 
Səbihə  Sərtəlin,  Mehmet  Fuadın,  Şevket  Sürəyya  Aydəmirin,  Orxan 
Kamalın, Kamal Sülkerin və başqa qələm sahiblərinin əsərləri vardır. Hələ 
sovet  dönəmində  (şairin  ölümündən  sonra)  Türkiyədən  kim  Azərbaycana 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə