Aqşin Babayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə23/88
tarix11.04.2018
ölçüsü5,04 Kb.
#37431
1   ...   19   20   21   22   23   24   25   26   ...   88

 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
79 
 
-Rica  edirəm  vaxtınız  olanda  danışın,  lütfən,  Zəkəriyyə  Bakıda 
neylirdi? 
-Yaxşı,-dedim.-Bu  istirahət  günü  Adanaya  getməliyik.  Yolda 
danışaram. 
Hər  şeyə  maraq  göstərirdi  şoferimiz  Fərrux.  Ən  böyük  məşğuliyyəti 
qəzetlərdi.  Hər  şeydən  xəbərdardı.  Bəli,  istirahət  günü  Adanaya  gedəndə 
Fərruxa Zəkəriyyə haqqında danışdım və Bakıda Zəkəriyyə ilə bağlı günlər 
birər-birər gözlərim önündən gəlib keçdi. 
Yaxşı yadımdadır. Bir dəfə Moskvada Nazimin evində qonaq olarkən 
söhbət Zəkəriyyədən düşdü. Nazim onu soruşdu. Özü də bir dəfə yox. Bir 
neçə dəfə. Hətta  Zəkəriyyədən  xeyli  söhbət  edib  evdən  çıxandan  sonra  da 
yolda mənə tapşırdı: 
-Muğayat olun ondan. Zəkəriyyə çox böyük adamdır. 
O  vaxt  Zəkəriyyə  Sərtəllə  bərabər  Azərbaycan  radiosunda bir türk  də 
işləyirdi. Affan İkmek əfəndiydi adı. Nazim onu da məndən soruşdu: 
-Affan əfəndi necədir? 
-Yaxşıdır.-dedim. 
-Ondan  da  muğayat  olun.-dedi.  -  Zavvalının  başı  çox  bəlalar  çəkib 
həm  Türkiyədə,  həm  Sovetlərdə.  Vaxtilə,  bu  Allahın  yazığını  –  gül  kimi 
adamı sizinkilər “xalq düşməni” kimi tutub həbs ediblər. Keçmiş ola. İndi 
yaşı  çoxdur  Affan  əfəndinin,  amma  möhkəm  adamdır.  Elə  adamlar  çox 
yaşayır. 
Ancaq  çox  yaşamadı  Affan  əfəndi.  Bir  gün  küçəni  keçəndə  maşın 
vurdu onu Bakıda. Taleyin oyununa, özü də təsadüfi oyununa qurban getdi. 
Bir şeir də yazmışdım ona. Sonluğu belə idi:  
Baxışında dərd-ələm, 


 
 
 
Aqşin  Babayev_______________________________________________ 
80 
 
O dərdə mən bələdəm. 
O dərd Nazimin dərdi... 
Nazimlə dərd bölərdi, 
Bizim Affan əfəndi. 
Bir payız günü getdi
Bir payız günü itdi
İlk bahar sorağında, 
Arzusu gözlərində, 
Həsrəti dodağında... 
Affan  əfəndi  ilə  söhbətdə  bir  şeyi  hiss  eləmişdim  ki,  onun  Zəkəriyyə 
Sərtəldən  xoşu  gəlmirdi.Ancaq  onun  xanımı  haqqında  çox  böyük  rəğbət 
hissilə danışırdı.  
Zəkəriyyə zövq sahibi idi. Muzeylərə, teatrlara birgə gedərdik və mən 
hiss  edərdim  ki,  həm  Zəkəriyyə,  həm  də  Səbihə  xanım  musiqini, 
rəssamlığı,  heykəltəraşlığı  gözəl  bilirlər.  Xüsusən  Niyazi  heyran  etmişdi 
onları.  Arif  Məlikovun  “Məhəbbət  əfsanəsi”  baletinə  baxmağa  gələndə 
Opera  və  Balet  teatrımızın  müdiriyyəti  Zəkəriyyəni,  Səbihə  xanımı  böyük 
məhəbbətlə qarşıladı. Çox keçmədən Niyazi gəldi və özünəməxsus tələffüz 
çalarıyla  Sərtəllərlə  türkcə  söhbət  etdi.  Söhbət  çox  tez  bir  vaxtda  yönünü 
dəyişdi. Nazim Hikmətdən danışdılar. Niyazi fəxrlə dedi: 
-Nazim bizim – Azərbaycanın şairidir. 
Səbihə xanım incə təbəssümlə əlavə etdi: 
-Nazim hamımızındır. Nazim dünyanındır. 
Sərtəllərə  müdiriyyət  lojasında  yer  verildi.  Qabaq  sıralarda  oturanlar 
nəsə yeyirdilər. Zəkəriyyə heç vaxt dilini saxlamaz, sözü gələndə deyərdi. 
Üzünü mənə çevirdi: 
-Canım, teatrda da yemək yeyərlər? 


 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
81 
 
Cavab  vermədim.  Əsər  başlandı.  Nazim  Hikmətin  sehirli  sözü,  Arif 
Məlikovun cazibədar musiqisi Niyazi möcüzəsində şirin, əfsanəvi bir nağıl 
dünyası  idi.  Bu  nağıl  dünyasında  mənə  elə  gəlirdi  ki,  Zəkəriyyə  nəinki 
yemək  yeyənləri,  lap  məmləkəti  Türkiyəni  də  unutmuşdu.  Əsər  bitəndə 
ayaq üstə durub əl çaldılar Sərtəllər. Zəkəriyyə mənə dedi: 
- Bu əsərə iki dəfə baxmaq lazımdır. Bir dəfə əsərin özünə, bir dəfə də 
ancaq mayestro Niyaziyə. Dühadır Niyazi. 
Ümumiyyətlə,  türklər  Niyazini  çox  sevərdilər.  Türkiyədə  qaldığım 
müddətdə  qəzetlərdə  “Niyazi  bəyin  həyatından  fıkralar”  (lətifələr)  başlığı 
altında  yazılar  çıxırdı.  İkisi  yadımdadır.  Birincisi  buydu  ki,  bir  dəfə 
banketdə Niyazidən soruşurlar: “Xanımınız nə içər? Şampanmı, konyakmı? 
Niyazi gülə-gülə deyir: xanımım neçə illərdir mənim qanımı içər” İkincisi 
isə futbolla bağlıdır. Bir dəfə Niyazi Türkiyədə- İstanbulda imiş. Orkestrlə 
məşq  edirmiş.  Birdən  məşqi  saxlayır  və  deyir:  “Bugün  hələlik  bu  qədər. 
Sağ olun. Səhər görüşərik”. Səbəbini soruşurlar. Niyazi deyir: “Axı bugün 
futbol  var.  Bizim  “Neftçi”  sizin  “Qalatasaray”la  oynayır.”  Orkestr 
üzvlərindən  biri  elə  bilir  ki,  çarə  tapıb.”Mayestro,-  deyir.-Yan  otaqda 
televizor  var.  Televizorda  lütfən  tamaşa  edin  futbola.  Sonra  məşqimizi 
davam etdirək. Daha stadiona lüzum qalmaz. Vaxt itirməyək”. Niyazi belə 
cavab  verir:  “Futbola  televizorda  baxmaq, gözəl  bir  xanımın  qolunu  maşa 
ilə  tutmağa  bənzəyir.  Haydı  əfəndilər,  getdik  stadiona”.  Qəzet  son  iki 
cümləni  qara şriftlərlə yığmışdı, oxuyanlar uğunub gedirdilər. 
Niyazi  həqiqətən  böyük  dühaydı.  Heykəli  torpağımızda  ucaldılacaq 
sənətkardır.  Zəkəriyyə  bu  “sənət  möcüzəsini”  dərhal  duymuşdu  və  evə 
dönəndə,  ancaq  “Maestro”-  dan  danışırdı.  Bakıda  qaldığı  müddətdə 
Zəkəriyyə  Niyazilə  sıx  əlaqə  saxlayırdı.  Təbiətən  çox  səxavətli,  süfrəsi 


 
 
 
Aqşin  Babayev_______________________________________________ 
82 
 
həmişə  açıq  olan  Niyazi  Zəkəriyyə  üçün  nələr  etmirdi.  Zəkəriyyə  Sərtəl 
qayğı dənizində üzürdü. Hərə bir iş görürdü onunçun. 
Yenə bir dəfə Moskvadaydım. Nazim Hikmət Zəkəriyyəyə çatdırmaq 
üçün  bir  bağlama  verdi  mənə.  Üstünə  məktub  da  qoymuşdu.  Bakıya 
gəldim, bağlamanı Zəkəriyyə bəyə verdim. Pərdəlik imiş. 
–  İlahi,  necə  gözəl  insanmış  bu  Nazim.  Özü  seçib  pərdəliyi  evimiz 
üçün,  -  dedi  Səbihə  xanım.  -  Vallah.  Zəkəriyyə,  bu  pərdənin  cizgilərinin 
hərəsi bir söz deyir. 
Bir  şey  də  yadıma  düşdü.  Bir  dəfə  Nazim  mənim  ev  şəraitimin 
çətinliyini bildi. Əkbər demişdi ona. Nazim dərhal rəfdən bir kitab götürdü. 
Öz əsəri idi. Vəli Axundova yadigar yazdı ( O vaxt Vəli Axundov Mərkəzi 
Komitənin birinci katibi idi.) və dedi: 
–Çox  həssas  insandır  o.  Kitabı  ver,  dərdini  anlat.  Utanma.  O  günkü 
avtoqraf məsələsi olmasın ha... 
“O  günkü  avtoqraf  məsələsi”  o  idi  ki,  Nazim  Hikmətin  pyesinə 
baxdığımız  günlərin  birində  tənəffüs  vaxtı  hamı  kimi  mən  də  Nazimin 
kitabını  ona  tərəf  uzadıb  “avtoqraf”  aldım.  Güldü  Nazim  Hikmət. 
Gülüşünün  mənası  təxminən  bu  idi  ki,  “ay  zalım,  sən  ki,  səhərdən 
axşamacan mənimləsən, bu kitabı evdə ver də mənə. Burda yad adam kimi 
niyə davranırsan?” 
Hə  bilim.  Utanırdım.  Və  bu  utancaqlıq  təkcə  böyük  sənətkar 
qarşısında  deyildi.  Hardasa  çəkingənlik,  gərəksiz  mütilik  məni  çox  geri 
qoydu  həyatda.  Təsəvvür  edin  ki,  Nazim  Hikmət  məni  Moskvada 
aspiranturaya  düzəldirdi.  Əkbər  də  az  zəhmət  çəkmədi  bu  işdə.  Bu  şad 
xəbəri  Moskvadan  evə,  yoldaşıma  da  yazdım.  Yazdım  yığış,  Moskvaya 
köçürük. 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə