Aqşin Babayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə11/88
tarix11.04.2018
ölçüsü5,04 Kb.
#37431
1   ...   7   8   9   10   11   12   13   14   ...   88

 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
37 
 
“N.Hikmət.  Poeziya  və  poetika”  kitabını  da  oxucuların  ixtiyarına 
vermişdir.) 
"Nazim  Hikmət  və  Azərbaycan  poeziyası"  mövzusunu  isə  ilk  olaraq 
dissertasiya  işi  kimi  qələmə  alan  şair  və  ədəbiyyatşünas  Azər  Abdulla 
olmuşdur.  O,  mənə  hədiyyə  etdiyi  avtoreferatının  ilk  səhifəsində  belə 
yazmışdır: "Dissertasiya işimi yazanda Nazim Hikmətlə bağlı yazdığı elmi 
məqalələrinə və kitabına ən çox arxalanıb bel bağladığım  yazıçı, jurnalist, 
alim Aqşin Babayevə böyük sayqılarla. 24 yanvar 1983-cü il." 
Əlbəttə, Azər Abdulla burada bir az mübaliğəyə yol vermişdi. Əslində 
Azər Abdulla ilk dəfə olaraq Nazim Hikmətlə Azərbaycanın bağlılığını çox 
geniş şəkildə işıqlandırmış, qiymətli bir əsər meydana gətirmişdi. Bu əsərin 
"Nazim  Hikmət  yaradıcılığı  və  Azərbaycan  poeziyası",  "Nazim  Hikmət 
yaradıcılığı 
və 
Azərbaycan 
ədəbi  tənqidi",  "Nazim  Hikmətin 
dramaturgiyası  Azərbaycan  tənqidində"  adlı  hissələrində  müəllif  böyük 
sənətkarın  Azərbaycan  ədəbiyyatındakı  yerini,  mövqeyini  tutarlı  elmi 
dəlillərlə əks etdirmişdir. 
1978-ci  ildə,  yəni  Nazim  Hikmətin  ölümündən  on  beş  il  sonra 
Azərbaycan  Dövlət  Nəşriyyatı  Nəcəf  Quliyevin  “Yana-yana”  adlı  sənədli 
povestini  çap  etdi.  Bu  əsərdə  Nazim  Hikmətin  həyat  və  fəaliyyətinin  ən 
parlaq səhifələri öz əksini tapmışdır. 
Nazim Hikmət yaradıcılığını tədqiq edən alimlərimizdən biri də Qadir 
İsmayıldır.    Türk  ədəbiyyatına  dair  bir  çox  maraqlı  elmi  məqalələrin 
müəllifi olan Qadir İsmayıl Nazim Hikmətin Azərbaycanla bağlılığına dair 
dəyərli məqalələr qələmə almışdır. 
Azərbaycan  şairlərindən  Ələkbər  Salahzadə,  Vilayət  Rüstəmzadə, 
Şamil Salmanov, Teyyub Qurban, Ramiz Duyğun Nazim Hikmət haqqında 


 
 
 
Aqşin  Babayev_______________________________________________ 
38 
 
təqdirəlayiq  şeir,  məqalə  və  xatirələr  yazıb  çap  etdirmişlər.  Bunlar  Nazim 
Hikmət irsinin öyrənilməsində mühüm rol oynamışdır. 
Azərbaycanın  qələm  sahiblərindən  Əjdər  Ol  Nazim  Hikmət  haqqında 
öz  düşüncələrini  1992-ci  ildə  "Qobustan"  məcmuəsində  çap  etdirmişdir. 
Şair-tədqiqatçı həmin məqaləsində belə yazır: "Mənə elə gəlir ki, onda da, 
indi də biz azərbaycanlı ziyalılar Nazim Hikməti rusdan da, ingilisdən də, 
bolqardan  da,  Türkiyə  türklərindən  də  (elə  bütün  millətlərdən)  artıq 
dünyanın böyük şairi hesab eləmişik." 
Nazim  Hikmət  yaradıcılığı  Azərbaycanda  təkcə  ədəbiyyatşünaslıq 
nöqteyi-nəzərindən  deyil,  fəlsəfi  baxımdan  da  işlənmişdir.  Deməyə 
borcluyam  ki,  bu  sahədə  ilk  addım  atan,  namizədlik  dissertasiyasını 
müdafiə  edən  və  sonra  da  elmi  əsərini  ayrıca  kitab  şəklində  nəşr  etdirən 
Aytən Babayeva olmuşdur. 
Müəllif  bu  əsərində  Nazim  Hikmətin  fəlsəfi  görüşlərində  humanizm 
problemini  üç  aspektdə  şərh  etmişdir:  İnsan  problemi  və  bunun  Nazim 
Hikmətin  dünyagörüşündəki  yeri,  humanizm  probleminin  Nazim  Hikmət 
dünyagörüşündə transformasiyası və Nazim Hikmətin ideya dünyası. 
Mən inanıram ki, Nazim Hikmət yaradıcılığının Azərbaycanda tədqiqi 
gələcəkdə  bir  çox  aspektləri  əhatə  edəcəkdir.    Teatr  sənəti,  dil  problemi, 
estetika  yönümündən  Nazim  Hikmətin  poeziyası,  dramaturgiyası,  nəsri, 
ssenariləri  alimlərimiz  tərəfindən  tədqiq  ediləcək,  irəlidə  daha  sanballı, 
daha təqdirəlayiq əsərlər nəşr olunacaqdır. 
Mən  öz  nitqimi  Nazim  Hikmətə  həsr  etdiyim  bir  şeirimlə  bitirmək 
istəyirəm: 
 
Salam, Nazim! 
Yüz yaşın mübarək, Nazim 


 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
39 
 
Sənin həsrətində olduğun 
İstanbula gəldim! 
Ölmədən əvvəl 
Bu günü görmək üçün 
muradıma ərdim! 
 
*** 
Bu gün Sən, 
bərbərin darağına belə üsyan edən 
saçlarınla, 
                     Günəşin türküsünü 
                     içən və günəşlənən sirdaşlarınla 
                     Məmləkətlər dolaşan 
                     ölməz sözlərinlə
                     Bizim Xəzər dənizinə bənzər 
                     mas-mavi gözlərinlə 
                     Bizimləsən! 
 
*** 
                     Bu gün sən barış üçün can verən diləyinlə, 
                     Parça-parça bölünmüş dünyamızın 
Qəm yükünü daşıyan 
Çat-çat olmuş ürəyinlə, 
Qəlbindəki ağrıyla, acıyla, 
Bir də 
Gülhanə parkındakı Ceviz ağacıyla 


 
 
 
Aqşin  Babayev_______________________________________________ 
40 
 
Bizimləsən! 
 
*** 
Bu gün sən Azərbaycan toprağında 
daim anılan, 
Bütün dünyamıza dalğa-dalğa yayılan, 
Gur səsli bir nəğməsən! 
 
*** 
Bu gün sən 
“Saçımızın ağında 
Ürəyimizin infarktında 
Alnımızın cizgilərində” yaşayırsan! 
Yüz min əlin var, ustad 
Yüz min əllə toxunursan İstanbula... 
Uğur ola! 
Uğur ola, ustad! 
Biz gedəriyik, 
Sən qalansan! 
Sən insanlıq yaşadıqca 
Qaranlıqları aydınlatmaq üçün 
Kərəm kimi yanansan! 
Kərəm kimi yanansan! 


 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
41 
 
NAZĠM  HĠKMƏTĠN  TÜRKĠYƏ  VƏTƏNDAġLIĞI 
 
Nazim  Hikmət  axırıncı  dəfə  Moskvaya  gəldikdən  sonra  o,  türk 
vətəndaşlığından  çıxarılmışdı.  Bunu  Türkiyənin  hakim  dairələri  elan 
etmişdilər, mətbuat bu elanı öz səhifələrində dönə-dönə çap etmişdi. Böyük 
sənətkarın  adını  «Vətən  xaini»  qoymuşdular.  O  da  Türkiyənin  hakim 
dairələrinə müraciətlə demişdi ki, əgər Vətən sizin çek dəftərçələrinizdirsə, 
acından  gəbərməkdirsə,  mən  belə  Vətənin  düşməniyəm.  O,  1957-ci  ildə 
məşhur  “Ceviz  ağacı”  şeirini  yazmışdı:  “Ben  bir  ceviz  ağacıyım  Gülhane 
parkında,  ne  sen  bunun  farkındasın,  ne  de  polis  farkında.”  Yəni  Nazim 
Hikmət  demək  istəyirdi  ki,  siz  hakim  dairələr  məni  vətəndaşlıqdan 
çıxarsanız da, mən bir Ceviz ağacı kimi Gülhanə parkındayam. Bunu nə siz 
görürsünüz,  nə  də  polis.  Yəni  mən  Türkiyədəyəm  –  ruhumla,  varlığımla, 
şeirlərimlə. 
Son  illər  Nazimə  türk  vətəndaşlığının  qaytarılması  ilə  əlaqədar 
Türkiyənin  hakim  dairələrinə  çoxlu  müraciətlər  göndərilmişdi.  Bu 
müraciətlərdən biri haqqında Bakıda çıxan “Ekspress” qəzetində (8 noyabr 
2000-ci il) bir informasiya verilmişdi. İnformasiya belə idi: 
“Türkiyədə solçular Baş nazirə müraciət ediblər. 
Onlar N.Hikmətin vətəndaşlığının bərpasını tələb edirlər. 
Türkiyənin sol yönümlü partiyaları, kommunistlər və sosialistlər vəfat 
etmiş  böyük  türk  şairi  Nazim  Hikmətin  ölümündən  sonra  vətəndaşlığının 
bərpa  edilməsi  ilə  bağlı  Baş  nazir  Bülənd  Ecevitə  müraciət  ediblər. 
Müraciəti beş yüz min adam imzalayıb. 
Xatırladaq  ki,  Nazim  Hikmət  kommunist  olub  və  ömrünün  bir  neçə 
ilini həbsdə keçirib. 1950-ci  ildə  Türkiyədən  qaçarkən  şair vətəndaşlıqdan 
məhrum edilib. Ömrünün son illərini Moskvada keçirən Nazim Hikmət bu 
şəhərdə  də  vəfat  edib.  Sonralar  solçu  partiyaların  fəaliyyəti  nəticəsində 
şairin  üzərindən  “vətən  xaini”  damğası  götürülüb.  Böyük  türk  şairinin 
əsərləri  əlli  dilə  tərcümə  edilib.  Bir  neçə  gün  əvvəl  isə  Türkiyənin 
Mədəniyyət  Nazirliyi  YUNESKO-ya  məktub  göndərərək  Nazim  Hikmətin 
2002-ci ildə yüz illiyinin keçirilməsi ilə bağlı müraciət edib.”  
Nazim  Hikmətin  yüz  illik  yubileyi  ərəfəsində  Azərbaycan  Yazarlar 
Birliyi  Nazim  Hikmətə  türk  vətəndaşlığının  qaytarılması  ilə  əlaqədar 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə