Aqşin Babayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə7/88
tarix11.04.2018
ölçüsü5,04 Kb.
#37431
1   2   3   4   5   6   7   8   9   10   ...   88

 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
25 
 
Tale belə gətirdi ki, mən 1972-ci ildə Türkiyəyə işləməyə getdim. Üç 
il  İskəndərunda  yaşadım,  İstanbulda  oldum.  Dəfələrlə  Ankaranı,  İzmiri, 
Adananı, Konyanı gəzdim və hər yerdə bir təkzibedilməz həqiqətin şahidi 
oldum:  Türk  xalqı  Nazimi  sevir.  Hətta,  əvvəllər  mənə  “Bizdə  vətən 
xaininin kitabı satılmaz” deyən kitabçı da sonralar mənim üçün İstanbuldan 
Nazim Hikmətin şeir kitablarını gətirməyə başlamışdı. 
Türkiyəyə  gedəndə  atamdan  soruşdum:  “Sənin  üçün  Türkiyədən  nə 
gətirim?” Atam “türk fəsi gətir” dedi. Bakıya dönəndə türk fəsini gətirdim, 
mahud  parçadan  tikilmiş  tünd  qırmızı  rəngdəydi.  Atam  güzgü  qabağında 
özünə  baxdı  və  “sağ  ol,  oğlum”  dedi.  Soruşdum:  “Deyəsən  türkləri  çox 
istəyirsən, hə?” Belə cavab verdi: “Türklər olmasaydı, heç sən də olmazdın. 
1918-ci  ilin  mart  ayında  türklər  Bakıya  gəlməsəydi, ermənilər  bizi  tamam 
qıracaqdılar.”  Yeri  gəlmişkən  deyim  ki,  Türkiyə  türkcəsinə,  türk 
ədəbiyyatına,  türk  tarix  və  mədəniyyətinə  olan  dərin  məhəbbəti  mən  ta 
uşaqlıq  illərindən  ailəmizdə  hiss  etmişdim.  Atam  və  əmim  Ziya  Paşanın, 
Əbdülhəq  Hamidin,  Recaizadə  Mahmud  Əkrəmin,  Tevfiq  Fikrətin,  Rza 
Tevfiqin əsərlərini oxumuşdular, əzbər bilirdilər. Atam Əbdülhəq Hamidin 
“Məqbər”ini əzbərdən deyirdi. Səsi indi də qulaqlarımdadır... 
...Nazim  Hikmət  gəncliyindən  son nəfəsinə  qədər  Azərbaycanla  bağlı 
olmuşdur. Onun təkcə şeirlərində deyil, müxtəlif məqalə və çıxışlarında da 
Azərbaycan,  onun  sənət  xadimləri  xüsusi  yer  tutmuş,  şair  sənətkarlarımız 
haqqında həmişə sonsuz məhəbbətlə söz açmışdır. 
Şairin "Neftə doğru",  "Bayramoğlu", "Arpa çayının iki yanı", "Bəhri-
Xəzər "  və s. bu qəbildən olan şeirlərində Azərbaycana bağlılıq, heyranlıq, 
məhəbbət hiss olunur. 


 
 
 
Aqşin  Babayev_______________________________________________ 
26 
 
Məlumdur  ki,  Nazim  Hikmət  Vətəninə  döndükdən  sonra,  müxtəlif 
təzyiqlərə  məruz  qalmış,  nəhayət,  1938-ci  ildə,  mütərəqqi  fikirlərinə  görə 
həbs  edilmişdi.  On  üç  il  həbsxanada  yatan,  hər  bir  işgəncəyə  dözən, 
zindanda  olanda  da  yaradıcılığından  və  mübarizəsindən  ayrı  düşməyən, 
"İnsan  mənzərələri"  dastanını  qələmə  alan,  "Bir  aşk  masalı",  "Yusif  ilə 
Züleyxa"  pyeslərini  yaradan  Nazim  Hikmət  son  dəfə  Moskvaya  gələrkən 
onun  ən  böyük  arzularından  biri  yenidən  Bakıya  qovuşmaq  idi.  Bu 
arzusuna yalnız 1957-ci ildə çatdı.  
Yuxarıda  qeyd  etdiyimiz  kimi,  Nazimin  təkcə  poeziyasında  deyil, 
məqalə  və  çıxışlarında  da  Azərbaycana  böyük  sevgi  vardır.  Onun  Füzuli, 
Vaqif,  Sabir,  Cəlil  Məmmədquluzadə  haqqında  söylədiyi  fikirlər, 
Azərbaycanın şəhərlərinə səyahətləri zamanı qələmə aldığı ürək sözləri bu 
gün  müxtəlif  kitablarda  əks  olunub.  Belə  xatirə  və  çıxışlarda  Nazim, 
bənzərsizliyi, orijinallığı ilə seçilir. 
Füzuli  haqqında  dediyi  sözlər:  "Füzuli  hansı  sultanın  zamanında 
yaşamış,  birdən  ağlıma  gəlməyir.  Sultanın  adını  da  xatırlamıram.  Hələ  o 
dövr  vəzir-vüzərasının  adlarını  məktəbdə  öyrətdikləri  halda,  çoxdan 
unutmuşam.  Bəs  Füzulinin  salamını  almayan  bu    övqaf  məmurları?  Kim 
bilir, özlərini nə böyük adam saymışlar? 
...Amma xalq - azərbaycanlı, türk, fars, alban, bolqar olsun, Füzulinin 
salamını  o sağkən də,  ölümündən  dörd  yüz  il sonra da hədsiz bir sevinclə 
alır, alacaq. Füzulinin min il sonra da bir insana salam verməsi o şəxs üçün 
böyük  bir  şərəf  olacaq.  Salamını  aldıq,  alacağıq,  əleyküməssalam,  böyük 
ustad!" 
"Füzulini  nə  üçün  sevirəm?  Çünki  o,  sevməyi,  sevda  yolunda  yanıb 
kül  olmağı  bütün  böyük  şairlərimizdən  daha  güclü,  daha  dərin  bacara 
bilmişdir." 


 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
27 
 
M.  Ə.  Sabir  haqqında  dediyi  ürək  sözləri:  "Sabir  haqqında  cildlərlə 
əsər yazılmış, cildlərlə də yazılacaq. Sabirin mübarizəsinə vurğun olduğum 
qədər o mübarizəni apararkən göstərdiyi ustalığa, işlətdiyi dilə heyranam.” 
Nazim  Hikmətin  bəstəkarlarımızdan  Qara  Qarayev,  Fikrət  Əmirov, 
şair Rəsul Rza, yazıçı Mehdi Hüseyn və başqa sənət xadimlərimiz haqqında 
məhəbbət  dolu  sözləri  dövri  mətbuatımızda  çap  olunmuş,  televiziya  və 
radio  ilə  dəfələrlə  səslənmişdir.  (  Bu  haqda  “100  yaşlı  Nazim  Hikmət” 
kitabımda yazmışam). 
Bakıya  etdiyi  son  səfərlərdən  birində  müxbirin  "Bakıda  Sizə  nə  xoş 
gəldi?" sualına Nazim Hikmət belə cavab vermişdir: 
"Təəssüratım  sonsuzdur!  Mən  konsertdən  vəcdə    gəlmişəm. 
Azərbaycan  xalq  mahnı  və  rəqslərinin  mahir  ifaçılarını,  tarzən  və 
kamançaçılarını  dinləmək  mənə  müyəssər  oldu.  Professor  Bülbül,  Xan 
Şuşinski, Şövkət Ələkbərova oxudular. Onları dinlədim və düşündüm; mən 
nə  qədər  dövlətliyəm!  Çox  dövlətli!  Axı  elə  adamlar  var  ki,  yalnız 
Çaykovski, Şopen və Bethoveni başa düşürlər. Onların musiqisi mənə çox 
yaxın və əzizdir. Ancaq mən müdrik və istedadlı xalqın yaratdığı muğamı, 
musiqini  də  anlayıram  və  sevirəm.  Qara  Qarayev  və  Fikrət  Əmirov  kimi 
bəstəkarlarla fəxr edirəm." 
"Azərbaycan  musiqisi  ulu  çinar  kimidir.  Kökləri  Azərbaycan 
torpağının,  xalqının  dərinliklərindədir,  gövdəsi  dostluq,  nikbinlik,  ümid 
kimi sağlam yekparədir." 
Nazim  Hikmətin  1927-ci  ildə  Bakıya  gəlişi,  1928-ci  ildə  onun  ilk 
kitabının Azərbaycanda nəşri poeziyamıza yeni nəfəs, yeni ruh gətirmişdi. 
Sonrakı  illərdə  bu  ruh,  bu  yeni  nəfəs  Azərbaycan  şairlərindən  Mikayıl 
Rəfilinin,  Süleyman  Rüstəmin,  Səməd  Vurğunun,  Rəsul  Rzanın,  Nigar 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə