Aqşin Babayev



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə4/88
tarix11.04.2018
ölçüsü5,04 Kb.
#37431
1   2   3   4   5   6   7   8   9   ...   88

 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
13 
 
– Niyə? – deyə soruşdum. 
– Çünki o, Türkiyəni atıb getmişdi. 
– Axı o, məcbur olmuşdu, – dedim. 
Bu son cümləmin qarşısında  şofer yenə susdu, sonra əlavə etdi: 
- Bir şair kimi də xoşuma gəlmir. Ancaq kommunist şeirləri yazıb. 
Mən  ona  Nazim  Hikmətin  “Məmləkətim”  şeirini  birnəfəsə  əzbər 
dedim,  Nazim  Hikmətin  taleyindən  danışdım.  Bir  az  dəyişdi  elə  bil  şofer. 
Amma  əvvəlki  fikrindən  dönməmişdi.  Söhbəti  dəyişmək  üçün  bir  az  da 
Türkiyəni iflasa uğradan dövlət məmurlarını söydü. 
Səhərisi  gün  bir  dükanda  qəribə  görüşümüz  oldu.  Cavan  bir  oğlan 
Nazim  Hikmətin  yubileyi  münasibəti  ilə  İstanbula  gəldiyimizi  bilib  çox 
sevindi.  Ayrılarkən  məndən  xahiş  etdi  ki,  Nazim  Hikmətə  aid  yazdığım 
kitablardan  ona  göndərim.  (Bakıya  qayıtdıqdan  sonra  türk  səfirliyinin  bir 
işçisi ilə ona “100 yaşlı Nazim Hikmət” kitabımı göndərdim.) 
Aprel  ayının  5-də  otelin  birinci  mərtəbəsində  həmyerlim,  görkəmli 
rejissor, uzun illər Türkiyədə dərs deyən və bizi Nazim Hikmət yubileyinə 
dəvət edən Tofiq İsmayılovu gördüm. Rəngi ağappaq idi. 
- Nə olub? – deyə maraqla soruşdum. 
-  Nazim  Hikmətin  yubileyi  təxirə  salındı,  başqa  vaxta  keçirdilər. 
Gəldim sizi xəbərdar edim. 
Beləliklə, ikinci dəfə də mənə İstanbulda Nazim Hikmətin yubileyində 
söz demək qismət olmadı. Geriyə döndük. “Təxirə salındı” sözü də bəhanə 
imiş.  Amma,  ədalət  naminə,  deyim  ki,  ümumiyyətlə,  Türkiyə  Nazim 
Hikmət  yubileyini  qeyd  etdi  desəm,  səhv  etmərəm.  Nazim  Hikmət  Kültür 
və Sənət Vakfı bir çox tədbirlər həyata keçirdi, şairin kitabları çap olundu, 
haqqında  məqalələr  yazıldı,  televiziya  proqramları  təşkil  edildi  (xüsusən 


 
 
 
Aqşin  Babayev_______________________________________________ 
14 
 
Kanal-D  Nazim  Hikmət  haqqında  maraqlı  bir  verilişlə  ekrana  çıxdı.)  Bir 
sözlə, Nazim Hikmət yenidən yaşadı. 
Azərbaycanda da Nazim Hikmətin yubileyi layiqincə qeyd olundu. Bu 
işdə  Yazıçılar  Birliyinin  sədri  Anarın  fəaliyyətini  xüsusilə  qeyd  etmək 
istəyirəm. O, Nazim Hikmətin “Günəşi içənlərin türküsü” adlı kitabını nəşr 
etdirdi,  yubiley  tədbirləri  keçirdi.  Sevinirəm  ki,  mən  yubiley  tədbirlərində 
fəal  iştirak  etdim,  yuxarıda  adı  çəkilən  kitabda  iki  məqaləm  verildi, 
Nazimlə bağlı  televiziya ilə çıxışlarım da oldu. Amma könül istərdi ki, bu 
tədbirlər daha çox olaydı... 
“Günəşi  içənlərin  türküsü”  nəşr  olunanda  mən  özümdə  olan  Nazim 
Hikmətlə  əlaqədar  220  ədəd  fotoşəkli  Anar  müəllimə  təqdim  etdim.  
Şəkillər mənə bir az gec qaytarıldığı üçün həyəcanlanmışdım. Qorxdum ki, 
nəşriyyatda  itirərlər.  Lakin  belə  olmadı.  Anar  müəllim  mənə  220  şəkil 
yerinə 245 şəkil qaytardı. Özündə olan fotoları da mənə verdi. Mənim çox 
istədiyim  gözəl  yazıçımız  Anar  çox  səxavətli  insandır.  Hər  dəfə 
İstanbuldan geri dönəndə mənə kitab, buklet və s. hədiyyə edir. Ona həm 
bir  dost  kimi,  həm  də  Nazim  Hikmət  yaradıcılığının  tədqiqatçısı  kimi 
həmişə minnətdaram. Bir qrup cızmaqaraçı Nazim Hikmətə, Rəsul Rzaya, 
Anara  və  yazdığım  “Nazim  Hikmət  və  Rəsul  Rza”  məqaləsinə  görə  mənə 
hücumlar  edəndə,  Anarın  necə  qəzəbləndiyini,  bənizinin  necə  ağardığını 
görmüşəm. Amma, nə eybi, Rəsul Rza demişkən, “ədəbi mığmığalar” olub 
və həmişə də olacaqdır. Nə yaxşı ki, bu “ədəbi  mığmığalar”a cavab verən 
ziyalılarımız  var.  Yeri  gəlmişkən,  tanınmış  qələm  sahibi  Kərbəlayi 
Müzəffərin 
“Azərbaycan  Yazıçılar  Birliyinin  Katibliyinə”  adlı 
məqaləsindən  aşağıdakı cümlələri misal gətirmək istəyirəm. 
“Bu gün Anar da, Elçin də, Vaqif Səmədoğlu da müasir Azərbaycan 
ədəbiyyatı  sarayının  ən  ağır  sütunlarından  biridirlər.  Həmin  sütunları 


 
 
 
_______________________________________________
Nazim  Hikmət  qalaktikası
 
 
15 
 
“alatorançılar”  (“Ədalət”  qəzetinin  “Alatoran”  əlavəsindən  söhbət  gedir) 
kimi  səssiz  əsən  küləklər  çökdürə  bilməz.  Əgər  onlarda  Əli  Kərim 
təvazökarlığı,  Vaqif  İbrahim  utancaqlığı,  Məmməd  Araz  qüruru,  Aqşin 
Babayev  abırı,  Mədinə  Gülgün  həyası  yoxdursa,  onlara  baş  qoşmağa 
dəyərmi?” 
Mən 
Kərbəlayi 
Müzəffər 
qardaşıma 
bu 
cümlələrə 
görə 
minnətdarlığımı bildirirəm. Amma burda bir məsələ də var. Nadana cavab 
verməyəndə,  o,  öz  cahilliyini  davam  etdirir.  Onları  yerində  oturtmaq  hər 
birimizin  vəzifəsidir.    Biz  onlara  baş  qoşmasaq,  onlar  “baş  yeməkdə”  öz 
üzdəniraq  fəaliyyətlərini  davam  etdirəcəklər.  Bu,  əlbəttə,  mənim  nöqteyi-
nəzərimdir. 
Ona görə də bu yazımda mən Nazim Hikmət haqqında bədxahlıq edən, 
onun  yaradıcılığını  pisləyən,  şəxsiyyətini  bəyənməyən  birhüceyrəli 
“tədqiqatçılara” cavab verəcək, öz münasibətimi bildirəcəyəm. 
İndi  isə  2002-ci  ilin  aprel  ayında  Nazim  Hikmətin  100  illiyi 
münasibəti  ilə  İstanbulda  edə  bilmədiyim  məruzəmin  mətnini  sizə  təqdim 
edirəm. 
 
 
 
 
 
 
 
 
 


 
 
 
Aqşin  Babayev_______________________________________________ 
16 
 
NAZĠM HĠKMƏTDƏ AZƏRBAYCAN, AZƏRBAYCANDA NAZĠM 
HĠKMƏT 
Hörmətli Kültür işləri dairə başkanı Şenol Demiröz! 
Hörmətli xanımlar və cənablar! 
Böyük  Nazimin  Vətənində  Türk  dünyasının  ulu  sənətkarının  100 
illiyinə həsr olunmuş  təntənələrdə iştirak etdiyim üçün sonsuz qürur hissi 
duyuram.  Nazim  Hikmətin  son  günlərinə  qədər  onunla  üzbə-üz  oturub 
söhbət edəndə, Moskvadakı  evində görüşəndə  ağlıma  da  gətirə bilməzdim 
ki,  Nazimin  100  illiyində  onun  “Sevgili  İstanbul”unda  “Nazim  Hikmətdə 
Azərbaycan,  Azərbaycanda  Nazim  Hikmət”  mövzusunda  məruzə 
edəcəyəm. Bu mənim üçün böyük səadətdir. 
Mən  ruha  inanıram.  İnanıram  ki,  bu  gün  Nazim  bizimlədir,  bax  bu 
salondadır,  bizi  dinləyir,  ancaq  danışa  bilmir.  Danışa  bilsəydi,  “saçının 
ağında,  ürəyinin  infarktında,  alnının  cizgilərində”  yaşayan  məmləkətinin 
daşını,  torpağını  öpərdi,  bizləri  bağrına  basardı,  Türkiyə-Azərbaycan 
qardaşlığına sevinərdi. Sevinərdi ki, on yaşlı müstəqil Azərbaycanla səksən 
yaşına  çatmaqda  olan  Türkiyənin  dostluğuna,  qardaşlığına  daha  heç  bir 
qüvvə  mane  ola  bilməz.  Bu  dostluq  sarsılmazdır,  əbədidir  və  ölməzdir. 
“Nazim Hikmətdə Azərbaycan, Azərbaycanda Nazim Hikmət” mövzusuna 
toxunmazdan  əvvəl,  mən  bu  ölməz  sənətkarla  görüşlərimdən  qısaca  söz 
açmaq istəyirəm. İlk görüşüm 1961-ci ilin payızında oldu. Həmin görüşdən 
dörd il əvvəl Universitet tələbəsi ikən mən Nazim Hikməti görmüşdüm. O 
vaxt,  yəni  1957-ci  ildə  Nazim  Hikmətin  Azərbaycana  gəlişi,  sözün  həqiqi 
mənasında,  bayram  təntənəsinə  çevrildi.  Bu  təntənələrdən  biri  də 
Azərbaycan Dövlət Universitetinin akt salonunda oldu. Salon ağzına qədər 
adamla  dolu  idi.  Mən  lap  arxada  ayaq  üstə  dayanıb  uzaqdan-uzağa  şairi 
məftunluqla  seyr  edir,  onun  ilk  dəfə  eşitdiyim  "Yanmamış  cığara"  adlı 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə