Aristotel r I t o r I k a birinci kitab Ikinci kitab Üçüncü kitab Baki-2008



Yüklə 12,35 Kb.
Pdf görüntüsü
səhifə33/64
tarix05.12.2017
ölçüsü12,35 Kb.
#14086
1   ...   29   30   31   32   33   34   35   36   ...   64

mursa,  əgər  о,  müınkün  olanı  arzulayırsa,  əgər  o,  qəzəblə- 
nirsə,  əgər  əlləşə  bilirsə,  onda  o,  məqsədinə  çatacaq,  çünki, 
əksər  insanlar  can  atdıqları  şeyi  edirbr;  ancaq  yaxşı  şeyləri 
arzulayan,  mənəvi cəhətdən  yaxşı  adamlar  öz hövsələsizlik- 
ləri  ucbatından  bunu  etməyə  yararsızdırlar.  Əgər  birisi  пэ 
isə  etmək  niyyətinə  düşürsə,  təbiidir  ki,  o,  niyyətini  həyata 
keçirəcək.  Əgər hər hansı  bir şey öz təbiətinə görə başqa  bir 
şeydən  əvvəl  və  ya  başqa  bir  şeyin  nəticəsində  baş  verirsə, 
məsələn,  əgər  ildırım  guruldayırsa,  deməli,  şimşək  artıq  ça- 
xıb,  əgər insan пэ isə  bir şey  edibsə, onda bunu etmək üçün 
cəhd  edib;  bütün  bu  hadisələrin  bəziləri  zərurət,  digər  çox 
hissəsi  isə  təsadüf  xarakteri  daşıyır.  Baş  verməyənə  dair 
sübutları  isə  aydmdır  ki,  deyilənlərin  əksi  olanlardan 
götürürük.
Olacağa gəldikdə isə, aydmdır  ki,  burada  məsələ eyni- 
dir:  bizim  üçün  mümkün  olan  və  arzuladığımız,  bizim  ehti- 
rasımız,  qəzəbimiz  və  haqq-hesabımız  ilə  bu  işin  mümkün- 
süzlüyünün  birləşməsinə  uyğun  gələn,  eləcə  də  bizim  niyyət 
və  səylərimizin  sahəsində  yerləşən  (ona  daxil  olmayan  şey- 
lərdən  daha  çox  baş  verir)  şeylər  olacaq.  Əgər  öz  təbiətinə 
görə nədən isə əwəl baş verən şey artıq baş veribsə, məsələn, 
əgər  səma  buludlarla  örtülübsə,  onda  çox  ehtimal  ki,  yağış 
yağacaq.  Əgər adətən başqa bir şeyə görə olan şey baş verib- 
sə, məsələn, bünövrə salınıbsa, deməli ev də tikiləcək.
Şeylərin  nəhəngliyinə  və  balacalığına,  böyüklüyünə  və 
kiçikliyinə və ümumiyyətlə iriliyinə və xırdalığına gələndə isə 
burada  bizim  üçün  hər  şey  əvvəl  dediklərimizdən  aydındır, 
çünki, biz məşvərətçi nitqlər haqqmda damşanda nemətlərin 
böyüklüyündən və ümumiyyətlə böyük  və kiçik  olan  şeylər- 
dən söz açmışdıq, hər bir nitq növünün özünə aid nemət şək- 
lində  məqsədi  olduğu  üçün  (gözəl  olan  və  ədalətli  olan  an- 
layışları kimi),  onda aydındır ki,  verilmiş sübutların köməyi 
ilə  hər  bir  nitq  növünü  gücləndirmək  (ayxeseis)  lazımdır. 
Böyüklük  və  üstünlük  haqqında,  ümumiyyətlə dedikbrimiz- 
dən  əlavə  tədqiqat  aparmaq,  boş  danışmaq  demək  olardı.
130
Çünki, təcrübə üçün özəl hadisələr ümumi hadisələrdən daha 
çox əhəmiyyətə malikdir.
Mümkün və mümkün olmayan haqqmda, nəyin isə baş 
verib-verməməsi  haqqmda,  olacağı  və  ya  olmayacağı  haq­
qmda,  eləcə  də  şeylərin  böyüklüyü  və  kiçikliyi  haqqmda 
məhz bunu demək lazımdır.
20.  Misal və entimema.  -   Misallarm,  müqayisəhrin 
və  təmsillərin  (ibrətli  həkayələrin)  iki  növü.  -  
Misallardan necə  və пэ zaman istifadə etmək la- 
zımdır?
Madam  biz  inandırma  üsullarınm  xüsusi  halları  üçün 
olanlar  haqqmda  damşmışdıq,  onda  indi  bütün  hallar  üçün 
ümumi  olan  üsullardan  danışaq.  Ümumi  inandırma  üsulları 
ikili  növdə  olur:  misal  və  entimema,  beb  ki,  misal  entime- 
mamn  bir  hissəsidir.  Beblikb,  əvvəl  misal  haqqmda  deyak, 
ona  görə  ki,  misal  istiqamətləndirməyə  oxşayır,  istiqamət- 
bndirmə isə əvvəldir.
tki cür misallar var. misalın birinci növünün mahiyyəti 
odur ki,  əvvəlbr baş vermiş faktlar göstərilir, digər növündə 
isə  natiq  onları  özü  yazır;  natiqin  yazdığı  ya  ibrətli  həkayə, 
ya da təmsil ola bibr, onlara misal kimi Ezopun təmsilbrini, 
Liviya  təmsilbrini45  göstərə  bibrik.  Faktları  da  beb  misal 
gətirmək  olar:  demək  olar ki,  Iran  şahma  qarşı  müharibəyə 
hazırlaşmaq  lazımdır  və  ona  Misiri  tutmağa  imkan  vermək 
lazım  deyil,  çünki,  əvvəlbr  Dari46  Misiri  işğal  etməmiş  Yu- 
nanıstana keçmirdi,  amma onu işğal etdikdən sonra keçirdi. 
Kserks47 də eynib Yunamstanın üstünə Misiri işğal etməmiş 
getmədi,  Misiri  tutduqdan  sonra  isə  hücum  etdi,  odur  ki, 
indi hakimiyyətdə  olan  da Misiri işğal etsə Yunamstana ke- 
çəcək, buna görə də, ona bunu etməyə imkan vermək olmaz. 
Ibrətli  həkayə  (müqayisə)  -   bu  Sokratın  üsuludur,  məsəbn, 
əgər  birisi  desə  ki,  hakimiyyəti  püşk  yolu  ilə  seçmək  lazım 
deyil,  çünki,  bu  ona  bənzəyir  ki,  püşk  yolu  ib   yarışlar  üçün
131


atletliyə  qabil  olan  adamlar  deyil,  piişkə  düşən  adamları 
götürsünlər,  ya  da  gəmiçilər  arasında  püşk  atmaq  yolu  ilə 
gəmini  idarə  edəcək  şəxsi  seçsinlər,  elə  bil  bunu bu  işi  bilən 
adam  yox,  püşkü  udan  adam  etməlidir.  Təmsil  isə  Stesixo- 
run  Falarid  haqqında  hekayəsinə  və  Ezopun  demaqoqla- 
rm48  müdafıəsinə  yazdığı  hekayəyə  oxşayjr.  Himeranm  sa- 
kinləri  Falaridi  qeyri-məhdud  hakimiyyətli  sərkərdə  seçərək 
ona cangüdən təyin etmək istəyən zaman Stesixor buna qar- 
şı  müxtəlif  dəlillər  gətirərək  onlara  otlağa  təklikdə  sahib 
olan  at  barəsində  təmsili  damşır;  Maral  otlağı  zay  etməyə 
başlayanda,  at maraldan qisas  almaq üçün  hansı  isə  adam- 
dan ona  bu işdə kömək  edib-etməyəcəyini  soruşur:  o, cavab 
verir ki,  edə  bilər,  о  şərtlə ki,  atı yüyənləsin və özü əlində ni- 
zə  onun  üstündə  otursun.  At  buna  razılaşandan  vs  o,  atın 
üstünə  oturandan  sonra  maraldan  qisas  almaq  əvəzinə  at 
özü  köləliyə  düşür.  “Siz  də  belə,  muğayat  olun  ki,  düşmən- 
lərdən qisas almaq əvəzinə, atm düşdüyü vəziyyətə düşməyə- 
siniz:  madam  ki,  siz  qeyri-məhdud  hakimiyyətli  sərkərdə 
seçmisiniz,  demək  artıq  yüyəniniz  var;  əgər  siz  ona  üstəlik 
cangüdənləri  də  versəniz  və  üstünüzə  oturmağa  qoysamz, 
onda  Falaridin  qulları  olacaqsmız”.  Samos  adasında  ca- 
maatın  ölümə  məhkum  etmək  istədiyi  demaqoqu  müdafiə 
edən  Ezop  danışır  ki,  çayı  keçmək  istəyən  tülkü  yarğana 
düşür;  oradan  çıxa  bilməyən  tülkü uzun  müddət  əzab  çəkir 
və onun dərisinə çoxlu gənə yapışır, oradan  keçən kirpi  onu 
görür  və ona  yazığı  gəlir və  gənələri  təmizləməyi  təklif edir, 
ancaq tülkü buna razılaşmır.  Niyə sualına isə belə cavab ve­
rir:  “Bu gənələr  artıq  məndən  doyublar  və  az  qan  sorurlar, 
əgər onları  təmizləsən,  onda  ac  olan yeniləri  gələcək  və  mə- 
nim olan -  qalan qammı da soracaqlar”.  Ey Samosa kişiləri 
bu  adam  da,  artıq  sizə heç  bir  ziyan  vura  bilməz,  ona  görə 
ki,  o, varlıdır.  Əgər onu öldürsəniz, onda başqa kasıblar gə- 
ləcəklər və ictimai sərvəti oğurlayaraq sizi müflis edəcəklər”. 
Təmsillər  xalq  yığmcaqlarmda  istifadə  olunur;  onlarm  bir 
yaxşı  tərəfi  var:  adətən  hər  hadisə  üçün  uyğun  gələn,  keç-
132
mişdə baş  vermiş  faktlan  tapmaq çətindir,  amma  təmsilləri 
isə  tapmaq  daha  asandır,  onları  həm  də  pritçaları  yazmaq 
lazımdır,  əlbəttə  ki,  bunun  iiçün  oxşar  cizgiləri  görmək  la- 
zımdır  ki,  bunu  fəlsəfənin  köməyi  ilə  asanlıqla  etmək  olar. 
Xəyal  sahəsində  misallar  tapmaq  asandır,  amma  faktlara 
əsaslanaraq  nə  isə  məsləhət  vermək  daha  faydalıdır,  çünki 
gələcəyin böyük hissəsi keçmişə oxşardır.
Misallardan  ancaq  о  hallarda istifadə etmək olar ki,  о 
vaxt  sübutlar  üçün  entimemaların  olmasın,  çünki  inandır- 
maq üçün  hər  hansı  sübut lazımdır,  entimemalar  olanda  isə 
misalları  entimemalardan  sonra  epiloq  kimi  yerləşdirərək 
onlardan  şahid kimi istifadə etmək lazımdır.  Əgər onları əv- 
vəldə  qoysaq,  onda  onlar  istiqamətləndirməyə  Ьэпгэуэсэк- 
1эr,  bəzi  müstəsna  halları  nəzərə  almasaq,  ritorik  nitqbrə 
istiqamətləndirmə  xas  deyil;  onları  sonda  yerləşdiriləndə  şə- 
hadətə bənzəyirlər,  şahid isə həmişə inam yaradır.  Buna görə 
də, misalları əwəldə yerləşdirən adamlar daha çox misal gə- 
tirməlidirlər,  onları sonda  yerləşdirənlər  üçün  isə  biri  kifay- 
ətdir,  çünki inama layiq şahid hətta tək  olsa belə faydalıdır. 
Beləliklə, biz misallarm neçə növiinün olduğunu və onlardan 
necə və nə vaxt istifadə etmək lazım olduğunu dedik.
21.  Kəlamın  tərifi,  onun  entimemalara  münasibəti. 
Kəlamlarm  dörd növü.  -  Kəlamlardan  песэ  inti­
fada etmək  lazımdır?  -   Kəlamların  istifadəsinin 
iki faydalı tərafı
Kəlamlarm  istifadəsinə  gəldikdə  isə,  kəlamın  пэ  ol- 
duğunu  müəyyən  edəndən  sonra  tamamilə aydm  olacaq  ki, 
пэуэ  dair,  пэ  vaxt  və  kimə  kəlamlardan  nitqlərdə  istifadə 
etmək  münasibdir.  ICəlam  təsdiq  olunmuş  fıkirdir,  amma 
ayrı-ayrı hallara,  məsələn, Ifikratin  necə adam olmasına aid 
olmayıb,  ancaq  ümumi  əhəmiyyətə  malikdir;  həm  də  bütün 
sahələrə  də  aid  deyil  (məsələn,  düzün  əyriyə  əks  olmasına), 
ancaq  məişət  işləri  ətrafında  olanlara  aiddir;  kəlamlar  fəa-
133


Yüklə 12,35 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə