Aristotel r I t o r I k a birinci kitab Ikinci kitab Üçüncü kitab Baki-2008



Yüklə 12,35 Kb.
Pdf görüntüsü
səhifə34/64
tarix05.12.2017
ölçüsü12,35 Kb.
#14086
1   ...   30   31   32   33   34   35   36   37   ...   64

liyyətimizdə  nəyi  seçməyi,  nədən  isə  uzaq  durmağı  bizim 
üçün  nəzərdə  tutur.  Entimemalar  belə  işləri  əhatə  edən  sil- 
logizm olduğu üçiin, entimemanın nəticə və dəlillərindən sil- 
logizm  formasmı  götürsək,  onlarm к э к т а   çevriləcəyini  de- 
т э к  olar, məsələn:
Təbiətdən  sağlam düşüncəyə malik  kişi gərək  heç  vaxt 
uşaqlarına
О qədər bilik verməsin ki, onlar həddindən çox müdrik 
olsunlar.
Bu kəlamdır, amma, ona səbəbi və izahı əlavə etsək ki
bu niyə belədir, onda onlar birlikdə entimema təşkil edəcək- 
lər,
Məsələn:
Belə  ki,  onlarm  nümayiş  etdirdikləri  avaraçılıqdan 
başqa
Onlar həm də öz  həmvətənlərində düşməncəsinə həsəd 
hissi yaradırlar.49
Həmçinin:
Elə kişi yoxdur ki, hər şeydə xoşbəxt olsun.50
Həmçinin:
Elə kişi yoxdur ki, tam azad olsun.51
Bu  kəlamdır,  amma  ona  aşağıdakını  əlavə edəndə en­
timema olur:
Biri sərvətin qulu olur, о biri isə talenin.52
Əgər  çəkilən  misallar  kəlamdırsa,  onda  dörd  kəlam 
növünü  qəbul  etmək  vacibdir,  çünki,  kəlam  həm  epiloqla, 
həm  də  epiloqsuz  ola  bilər.  Onlarm  arasmdan  paradoksal, 
ya da mübahisəli olan bir şey haqqmda bəhs edənlərin sübu- 
ta  ehtiyacı  var,  içində  paradoksal  heç  bir  şey  olmayan  baş- 
qaları  isə  epiloqsuzdurlar.  Sonuııculardan  bəzibrinin  epilo- 
qa qətiyyən  ona  görə ehtiyacı yoxdur ki,  пэ dedikləri əvvəl- 
dən məlumdur və bu əksəriyyətin rəyidir, məsəbn:
134
Bizə  eb   gəlir  ki,  kişi  üçün  ən  yaxşı  şey  sağlam  olma- 
qdır.53
Digərbrinin epiloqa ona görə ehtiyacı yoxdur ki, onla- 
rı deyən kimi,  onlarm  mənası ilk baxışdan aydm olur, məsə- 
bn:
Əsil sevən odur ki, ömürlük sevsin.54
Epiloqlu  kəlamlarm  bəziləri  entimemanm  bir  hissəsini 
təmsil edirbr, məsəbn:
Təbiətdən  sağlam  düşüncəyə  malik  kişi  gərək  heç 
vaxt...55
Başqaları  entimematik  xarakter  daşıyır,  amma  enti- 
memaların hissələrini  təşkil etmirbr:  məhz onlar daha geniş 
məlumdurlar;  onların  hamısında  onlarda  söybnibnlərin  sə- 
bəbi görünür, məsəbn:
ölümsüz  qəzəb  bəsləmə  özün  ölümlü  olduğun  hal­
da...56
Çünki,  “bəsləmə” sözü kəlam,  ona  biıbşən  “ölümlü ol- 
duğun  halda”  sözbri  isə  səbəbin  izahıdır.  ölümlü ölüm haq­
qmda  düşünməlidir,  ölümsüzlük  haqqında  yox”57 kəlamı  da 
eynib belədir.
D eyibnbrdən  aydındır  ki,  neçə  növ  kəlam  var  və  on- 
lardan  Ьэг  biri  пэуэ  yaşayar;  iş  mübahisəli  və  paradoksal 
şeylərə  aid  olanda  epiloqsuz  kəlam  işlətmək  olmaz,  amma, 
ya  epiloqu  əvvəldə  qoyaraq  kəlamdan  nəticə  kimi  istifadə 
etmək  lazımdır (məsəbn:  mənə gəlincə  isə,  madam  пэ həsəd 
predmeti  olmaq,  пэ  də  tənbəllik  etmək  lazım  deyil,  onda 
mən hesab edirəm ki, yaxşı tərbiyə almaq lazım deyil), ya da
135


axırda gələni əvvəl  demək,  sonra deyiləni isə əvvələ qoymaq 
lazımdır.  Iş  paradoksal  şeylərə deyil,  aydın olmayan  şeybrə 
aid  olanda  səbəbin  ən  qısa  izahmı  kəlama  qataraq  istifadə 
etmək  olar.  belə hallarda lakonik kəlamlar və tapmaca  gör- 
kəmində olan kəlamlar yararlıdır.  Məsələn: Stesixor lokriya- 
lılara belə deyib:
“Sizə  təkəbbürlü  olmaq  yaraşmır,  qoy  cırcıramaJar 
yerdən oxumasmlar”. Yetkin insanlara yaşa görə və təcrübə- 
sinə  görə  kəlamlardan  istifadə  etmək  uyğundur.  Belə  yaşa 
çatrnayan  insanlara  kəlam  işlətmək,  eləcə  də  əsatir  damş- 
maq  olmaz,  bıı  ədəbsizlikdir,  təcrübəsi  olmayan  şeydən  kə- 
lam  demək  isə  dərrakəsizlik  və  tərbiyəsizlik  əlamətidir. 
Kənd  sakinlərinin  tərbiyəsi  kəlamların  icalmda  xüsusilə 
bacarıqlı  olduğu  və  onlardan  rahat  istifadə  etmələri  buna 
sübutdur.  tş ümumidə olmayanda “ümumən” demək şikayət 
və  mübaliğə  edilən  zaman  istifadəyə  uyğundur;  bu  zaman 
“ümumən”  ifadəsini  ya  əvvəldə,  ya  da  sübutlardan  sonra 
işlətmək lazımdır.
Geniş yayılmış  və hamının  istifadə etdiyi kəlamlardan 
istifadə etmək  məsləhətdir  (əlbəttə  ki,  əgər  onlar  yararlıdır- 
sa).  Məhz  ona  görə  ki,  hamılıqla  işlədılən  kəlamlar  ədalətli 
görünür,  onlar  bir  növ  hamı  tərəfindən  olduğu  kimi  qəbul 
olunurlar,  məsələn:  qabaqcadaıı  heç  bir  qurban  vermədən 
öz əsgərlərini təhlükənin  üstünə getməyə ruhlandıran sərkər- 
də onlara belə deyə bilər:
Ən yaxşı ancaq vətən üçün vuruşmaqdır,
Əsgərlər  düşməndən  zəif olsalar  da  onları  döyüşə  get- 
məyə ruhlandıran isə belə deyə bilər:
Eniali hamı üçün eynidir.59
Heç bir günahı  olmayan  düşmən uşaqlarını öldürməyə 
əmr edən sərkərdə isə belə deyə bilər:
О kəsin ağlı yoxdur ki, atanı öldürüb 
Uşaqlarım isə sağ qoysun.60
136
Bundan başqa,  bəzi atalar məsəlləri eyni zamanda həm 
də  kəlamdır,  məsələn,  “attikah  qonşu”61  məsəli.  Gəzən  kə- 
lamlara  (mən  gəzən  kəlam  kimi  belələrini  nəzərdə  tuturam: 
“öz-özünü  tanı,  “artıq  heç  пэ”62)  zidd  olan  kəlamlardan  da 
istifadə etmək  lazımdır.  Bunu  о  vaxt  etmək lazımdır  ki,  mi- 
sal gətirilən  kəlam ya əxlaqi cəhətdən  yaxşı görünsün, ya da 
ehtirasın  təsiri altında deyilsin.  Kəlamın mənbəyi ehtirasdır, 
məsələn,  birisinin  qəzəbin  təsiri  altında  “öz-özünü  tanımalı- 
san”  kəlamınm  yalan  olduğunun  söyləməsi  halında  olduğu 
kimi:  “əgər  filankəs  öz-özünü  tanısaydı,  onda  heç  vaxt  sər- 
kərdə olmaq qabiliyyətində olduğunu hesab etməzdi”.63
Əxlaqi  mənada  эп  yaxşı  kəlama  bunu  nümunə  göstər- 
mək olar:  qəbul  olunduğu  kimi  demək  olmaz ki,  elə sev,  eb 
bil  nifrət  etmək  niyyətindəsən,  ondansa  elə  nifrət  etmək  la- 
zımdır ki,  elə bil  sevmək  niyyətindəsən.  Bu zaman  öz fikrini 
sözlərinlə aydın ifadə etməlisən, fıkir aydın ifadə olunmayıb- 
sa, ona epiloq şəklində izahat əlavə etmək lazımdır, məsələn: 
elə  sevmək  lazım  deyil  ki,  qəbul  edildiyi  kimi  olsun,  elə  la- 
zımdır  ki,  elə  bil  əbədi  sevmək  niyyətindəsən,  çünki,  başqa 
cür  sevmək  məkrli  adamlara xasdır.  Ya  da beb ifadə  etmək 
olar:  “т э п э   bu  geniş  yayılmış  kəlam  xoş  gəlmir,  çünki,  əsil 
dost  eb   sevməlidir  ki,  eb   bil  o,  əbədi  sevmək  niyyətində 
olub:  “Eynib  bu  kəlam  тэп а   xoş  gəlmir:  “həddindən  çox 
heç  пэ”,  çünki,  pis  adamlara  ifrat  dərəcədə  nifrət  etmək  la- 
zımdır.  Kəlamlar  nitqbr  üçün  böyük  köməkdir,  birincisi, 
ona  görə  ki,  dinbyicibr  şöhrət  düşkünüdür,  çünki  birisi 
ümumi  danışanda  dinləyicilərdə  artıq  ayrıca hallar üçün  ya- 
ranmış  rəybrə  uyğun danışanda,  dinbyicibr  sevinirbr.  Mə- 
nim dedikbrim sizə  bunun  ardınca  dedikbrimdən  sonra  ay- 
dın  olacaq,  həmdə  sizə  kəlamları  hansı  üsullarla  axtarmaq 
lazım olduğu da aydm olacaq.  Bizim dediyimiz kimi, kəlam- 
lar ümumi əhəmiyyətli fıkirdir,  dinbyicibr isə xüsusi  hallara 
münasibətdə  onlarda  yaranmış  şəxsi  rəylərə  natiq  ümumi 
əhəmiyyət  verəndə  sevinirlər;  məsələn,  pis  qonşuları,  ya  da
137


Yüklə 12,35 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə