Aristotel r I t o r I k a birinci kitab Ikinci kitab Üçüncü kitab Baki-2008



Yüklə 12,35 Kb.
Pdf görüntüsü
səhifə40/64
tarix05.12.2017
ölçüsü12,35 Kb.
#14086
1   ...   36   37   38   39   40   41   42   43   ...   64

səbəbdən  alınır  ki,  həqiqətəuyğun  burada  mütləq  həqiqətə- 
uyğun deyil,  nisbidir.  Karaksin123 sənəti də bu topdan yara- 
dılıb:  o, elə hallarda yararlıdır ki, ittiham olunanın ona qar- 
Şi  qoyulan  ittihamda  heç  bir  təqsiri  olmasm,  məsələn,  əgər 
zəif bir  adam kimi isə döyməkdə ittiham olunursa,  onu belə 
bir əsasla müdafıə etmək olar ki, bu həqiqətəuyğun deyil; ya 
da əgər güclü bir adam kimi isə döyməkdə ittiham olunursa, 
уепэ də müdafiə üçün bəhanə var İci, bu həqiqətəuyğun dey­
il, çünki, bu həqiqətəuyğun görünməli idi. Başqa hallarda da 
eyni  şey  olur:  insamn  ittihama  aidiyyatı  ya  olur,  ya  da  ol- 
mur,  həm bu,  həm də digəri həqiqətəuyğun görünür, həm də 
birincisi,  şərtsiz  həqiqətəuyğundur,  ikindsi  isə  şərtli,  yəni 
bizim yuxarıda dediyimiz kimi.  Bu məhz elə şeydir ki,  buna 
qaranı  ağartmaq  deyirlər.  Bunun  nəticəsi  olaraq  insanlar 
haqlı  şəkildə  Protaqorun  sənətini  pisləyirdilər,  onun  sənəti 
yalan  Və  həqiqətəuyğun  saxta  görüntüsündən  ibarətdir,  belə 
şeyə ritorika və  sofıstıkadan  başqa  heç  bir  sənətdə  rast  gəl- 
məkolmaz.
Biz əsil və görüntülü entimemalardan damşdıq. tndi isə 
deyilənlərlə  əlaqədar  olaraq entimemaların məhv  edilməsin- 
dən damşmaq lazımdır.
25.  Sillogizmhrin məhv edilməsinin (lysis)  iki üsulu
Sillogizmi  ya  əkssillogizmi  qurmaqla,  ya  da  etiraz  et- 
məklə  məhv  etmək  olar.  Əks  olan  sillogizmə  gəldikdə  isə, 
aydındır ki, onu bizim göstərdiyimiz elə həmin toplar əsasın- 
da  qurmäq  olar,  çünki,  sillogizmlər mümkün  olan  müddəa- 
lardan  yaradılmalıdır  və  belə  görünən  bir  çox  müddəa  bir- 
birinə  ziddir.  Etirazlar  “Topikdə”  olduğu  kimi  dörd  üsulla 
edilir:  onlar  ya  predmetin  özündən,  ya  ona  oxşar  olandan, 
ya  ona  əks  olandan,  ya  da  artıq  müzakirə  olunmuş  pred- 
metdən götürülür.  Man predmetin  özündən  götürülmüşü eti­
raz  adlandınram,  məsələn,  belə  bir  halda:  əgər  sevgi  barə- 
sində qurulmuş entimema sevginin gözəl olması mənasında-
158
dırsa,  onda  ikili  etiraz mümkündür:  ya ümumiyyətlə  demək 
olar ki, hər bir nöqsan pis olan bir şeydir, ya da qeyd etmək 
olar  ki,  pozğun  sevgi  halları  olmasaydı,  “kavno  sevgisi” 125 
ifadəsi də olmazdı.
Etiraz sözügedənə əks olan anlayışdan götürülür, məsə- 
lən,  yaxşı  insanm  öz  bıitün  dostları  üçün xeyirxahlıq  etməsi 
haqqmda entimema qurulän zaman etiraz etmək olar ki, pis 
adamlar da öz dostlarına pislik etmirlər.
Etirazlar  oxşarhq  anlayışından  götürülür  (iqtibas  olu- 
nur),  məsələn,  əgər  pislik  görmüş  insanların  həmişə  nifrətlə 
dolu  olmasi  haqqmda  entimema qurulubsa,  onda  buna eti­
raz  etmək  olar,  çünki,  yaxşılıq  görmüş  insanlar  da  heç  də 
həmişə sevgi ilə dolu olmurlar.
Məşhur  şəxslərin  qərarları  etiraz  kimi  istifadə  oluna 
bilər,  məsələn,  əgər  birisi  belə  bir entimema desə ki,  sərxoş- 
ları  bağışlamaq  lazımdır,  çiinki,  onlar  hərəkət  edərkən  пэ 
etdiklərini  bilmirlər.  Bunä  etiraz  etmək  olar  ki,  belə  olan 
halda  Pittak126  təqdirəlayiq  deyil,  əks  halda  o,  sərxoş  və- 
ziyyətdə törədilmiş hərəkətlərə görə böyük cəzalarm verilmə- 
si haqqmda qanun çıxartmazdı.
Beləliklə,  entimemalar  dörd  mənbədən  irəli  gəlir,  bu 
dörd  mənbə bunlardır:  həqiqətəuyğunluq, misal,  sübut,  əla- 
mət.  Həqiqətən  də  olanm,  ya  da  əksər  hallarda  olanm  əsa- 
sında  tərtib  olunan  entimemalar  həqiqətəuyğun  olana  əsas- 
lanan entimemadır,  bir və ya bir çox hallarm bənzəri əsasm- 
da  istiqamətləndirmə  yolu  ilə  (пэ  zaman  ki,  biz  ümumi 
müddəanı  götürür,  sonra  onun  əsasında  xüsusi  bal üçün  пэ- 
ticə  çıxardırıq)  alınan  entimema  isə  sübuta  əsaslanan  enti- 
memadır.  Əlamətlərin  köməyi  ib   yaranan  entimemalar 
mövcud olan və mövcud olmayan, ümumi və xüsusi anlayış- 
lardan irəli gələn entimemadır.  Həqiqətəuyğunluq elə şeydir 
ki,  həmişə  olmasa  da,  əksər hallarda  olur.  Aydındır  ki,  belə 
entimemaları  onlara  qarşı  etirazı  qoymaqla  həmişə  məhv 
etmək  olar,  həm  də  etiraz  heç  də  həmişə  həqiqət  olmur, 
onun görüntüsü də ola  bilər,  belə ki,  etiraz edən entimemanı
159


təkcə həqiqətəuyğun  olmadığma görə məhv etmir,  ona görə 
edir ki,  o,  zəruri deyil.  Buna görə də bu  paralogizmdən isti- 
fadə  hənuşə  müdafiə  olunan  öçün  ittihanıçıdan  daha  çox 
sərfəlidir,  belə ki, ittihamçı həqiqətəuyğun  olanın köməyi ilə 
sübut  edir;  bu  iki  şey  heç  də  eyni  deyil,  yəni  entimemanın 
həqiqətəuyğun  olmadığına  görə  məhv  eləmək,  ya  da  zəruri 
olmadığına  görə  məhv  eləmək:  əksər  hallarda  olan  şeylər 
həmişə etiraza səbəb olur, çünki, əks halda о həqiqətəuyğun 
olmazdı, daim mövcud olardı və zərurət xarakteri daşıyardı. 
Madam  entimema  bu  üsulla  məhv  olunur,  onda  hakim 
düşünür  ki,  iş  həqiqətəuyğun  deyil,  ya  da  bizim  dediyimiz 
kimi  burada  paralogizmdən  istifadə  edərək  beta  hesab  edir 
ki,  bu  iş  onluq  deyil,  çünki,  hakim  təkcə  zəruri  olanın  əsa- 
smda  deyil,  həm  də  həqiqətəuyğun  olanın  əsasmda  da 
mühakimə etməlidir, məhz bu öz yaxşı nöqteyi-nəzərinə görə 
mühakimə etnıək deməkdir.  Nəyin isə zərurət olmadığı haq- 
qmda qərar  çıxarmaq  kifayət  deyil,  həm  də  onun  həqiqətə- 
uyğun  olmadığmı  sübut  etmək  lazımdır.  Bu  vaxt  baş  tuta 
bilər  ki,  etirazm  əsaslandığı  şey  əksər  hallarda  baş  versin. 
Etiraz  belə  xarakteri  iki  şərtdən  asılı  olaraq  daşıya  bilər  -  
vaxtdan, ya da işin özündən. Ən yaxşısı isə hər iki şərtin əldə 
nəqd olmasıdır, çünki hər hansı şey tez-tez belə şəkildə olan- 
da daha həqiqətəuyğun olur.
Əlamətlər  və  bizim  qeyd  etdiyimiz  əlamətlərə  əsasla- 
nan  entimemalar  hətta  həqiqətən  də  mövcud  olsalar  belə, 
əwəl dediyimiz kimi məhv olacaqlar.  Sillogizm üçün heç bir 
əlamətin  zəmin  ola  bilmədiyi  isə  bizə  “Analitikadan”127  ay- 
dındır.
Misallara  əsaslanan  entimemaları  məhv  etmək  üçün 
eynilə  həqiqətəuyğunluğa  əsaslanan  entimemalar  üçün  isti- 
fadə edilən  təbb  olunur:  əgər  əlimizdə misal  ilə uzlaşmayan 
bir şey varsa,  onda entimema  artıq  о  mənada  məhv  olunub 
ki,  həmin misal zərurət xarakteri daşımır (hətta iş əksər hal­
larda, ya da tez-tez başqa cür olsa da).
160
Əgər şeylər və hadisələr böyük əksəriyyətb beb olursa, 
yəni  rəqibin  dediyi  kimi  baş  verirsə,  onda  mübahisə  edərək 
sübut  etmək  lazımdır  ki,  əlimizdə  olan  hadisə  о  biri  hadisə- 
1эгэ  bənzəmir,  ya  da  onlarla  eyni  şəraitdə baş  verməyib,  ya 
da ümumiyyətb onlardan nədə isə fərqbnir.
Sübutlara  və  sübutlara  əsaslanan  entimemalara  gəl- 
dikdə  isə, onları sillogizm üçün zəmin  rolu oynamadıqlarına 
görə  məhv  ebmək  olmaz;  bu  da  bizə  artıq  “Analitikadan” 
məlumdur.  Bircə  iddia  olunanm  əslində  olmadığın  sübut 
etmək  qalır.  Amma  onun  mövcud  olması  şübhəsizdirsə  və 
buna  sübut  varsa,  onda  iddia  artıq  danılmaz  olur.  O,  vaxt 
artıq bütün sübutlar aydın olur.
26.  MübaHğə  v
Mübaliğə  və  azaltma  entimema  elementi  deyil;  mən 
element və top129 deyəndə eyni  şeyi  nəzərdə tuturam: özündə 
çoxlu  entimema  toplamış  şey  element  və  topdıır.  Mübadib 
və  azaltma  özləri  sübutetmə  üçün  entmemadırlar;  nəyin  isə 
böyük və ya kiçik olduğu kimi, eynib sübutetmədə də пэ  isə 
yaxşı  və  ya  pisdir,  ədalətli  və  ya  ədalətsizdir,  ya  da  buna 
uyğun  bir  şeylər  var.  Bütün  bunları  nümayiş  etdirən  pred- 
m etbrin  sillogizm  vn  entimemaya  aidiyyatı  var,  əgər  bu 
pı edmetbrin hər biri entimemanın topu deyilsə, onda müba- 
liğə  və azaltma  da  bu xüsusiyyətlərə malik deyil.  Məhv edib 
bibn  entimemalar  hansı  isə  xiisusi  bir  növdən  olan  entime­
ma  deyil,  çünki,  insanın  entimemanı  ııəyi  isə  sübut,  ya  da 
nəyi  isə etiraz edərək məhv etməyi, onun rəqibinin isə əksinə 
olaraq  sübut  etdiyi  aydındır,  məsəbn,  əgər  birisi  nəyin  isə 
olduğunu  sübut  etsə,  ikincisi  bunun  olmadığım  sübut  et- 
məyə  çalışacaq  və  ya  birincisi  sübut  etsə  ki,  пэ  isə  olmayıb, 
ikincisi sübut edəcək ki, пэ isə olub.
Beb  olan  halda,  burada  heç  bir  fərq  yoxdur,  çünki 
həm  bu,  həm də  digəri  eyni  vasitəbrdən  istifadə  edir,  ımhz 
onlar nəyin olmadığını, ya da olduğu  haqqında entimemala-
161


Yüklə 12,35 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə