23. Entimemalan qurmaq iiçün nitqdə istifadə olu-
nan müxtəlif toplar. - İfşaedici entimemaların
üstünlüyü
Nümunəvi entimemalar üçün bir top sks olan anlayış-
dan ibarətdir; baxmaq lazımdır ki, əks olan üçün əks olan
yarmı, əgər əks olan varsa, sübut məhv edilməlidir, məsəbn,
“aza qane olmaq yaxşıdır, belə ki, nəfsə sahib olmamaq pis-
dir” sübutu belədir. Ya da Messena nitqində71 olduğu kimi:
“əgər indiki bəlaların səbəbi müharibədirsə, onda sülh
bağlanan kirai biz özümüzə gəlməliyik”.
Əgər özü istəmədən bizə pislik edənə qarşı qəzəblən-
mək ədalətsizlikdırsə,
Onda birisi bizə məcbur qalaraq yaxşılıq edəndə
Ona qarşı özümüzü minnətdar hesab etməyə məcbur
deyilik.72
Və
Əgər insanlar qarşısında həqiqətəbənzər şəkildə yalan
danışmaq mümkündürsə,
Onda sən əks olanı da ehtiraal etməlisən ki,
Nə qədər, həqiqi olan, insanlarm gözünə qeyri-həqiqi
kimi görünür.73
Digər top isə eyni qrammatik hallardan almır, çünki
belə hallarda bir şey eyni şəkildə, ya ola bilər, ya da ola bil-
məz, məsələn, belə bir mülahizə: “heç də bütün ədalətli olan-
lar yaxşı deyil, əks halda ədalətlə edilən hər şey yaxşı olardı,
belə ki, ədalətli şəkildə ölmək bir az da olsa, arzuolunan de-
yil: daha bir top iki predmetin qarşılıqlı münasibətindən alı-
nır, məsələn, əgər iki şəxsdən birinin gözəl və ədalətli hərəkət
etdiyi faktdırsa, onda digər şəxsin bu hərəkətin təsirini öz
üzərində hiss etməsi də faktdır, əgər bir şəxsin nəyi isə əmr
etməsi faktdırsa, onda digər şəxsin də əmri yerinə yetirməsi
faktdır, məsələn, iltizamçı (vergiyığan) Diomedont vergilər
haqqında deyirdi: “əgər siz satmağa utanmırsmızsa - biz də
142
almağa utanmırıq” . Əgər nəyi isə sınaqdan keçirmış biri
üçün bunun gözəl və ədalətli keçməsi faktdırsa, onda bu işi
həyata keçirən üçün də buııun gözəl və ədalətli olması fak-
tdır. Amma, burada düzgün olmayan bir nəticə də ola bilər,
çünki, birisi ədalətli olaraq пэуэ isə məruz qalıbsa, onda o,
ədalətli olaraq zərər çəkib, amma, ola bilər ki, o, bu zərəri
gərək məhz sənin tərəfındən görməyəydi. Buna görə də ay-
rıca baxmaq lazımdır ki, zərər görmüş şəxs zərər görməyə və
zərər vurmuş isə zərər vurmağa layiqdirmi, artıq bundan
sonra iki tərəfdən hansma isə uyğun olan faktlardan istifadə
etmək lazımdır, çünki belə hallarda bəzən ziddiyyətlər yara-
nır, məsələn, Teodiktin “ Alkmeon” əsərində:
Məgər sənin anana qarşı nifrət hiss etməmiş fani var-
m ı?
Alkmeon cavab verir:
Amma burada müxtəlif nöqteyi-nəzərdən baxmaq la-
zımdır.
Alkmeon Alfasibeyannı sualına belə cavab verir:
Onlar onu ölümə məhkum etdilər, amma, onu mənim
öldürməyim haqqında qərar çıxarmadılar.
Demosfenin və Nikanorun75 qatilbrinin məhkəməsi də
beb qəbildən olan faktlardır: hakimlər qatillərin onu
öldürməkdə ədalətli olduqları haqqında qərar çıxardılar,
onda beb göründü ki, onun ölümü ədalətli olub. Eyni şeyi
Fiva76 şəhərində öldürülmüş adam haqqında da demək olar,
ölümdə müqəssir bilinən şəxs təklif edir ki, onun ölməsiııin
ədabtə uyğunluğu mühakimə olunsun, axı песэ ola bibr ki,
ölməsi ədabtli olan şəxsi öldürmok ədabtsiz olsun.
Daha bir top böyük və kiçik anlayışmdan yaranır, mə-
səbn: “əgər hətta tanrılar hər şeyi bilmirsə, onda çox çətin
ki, insanlar da hər şeyi bilsinbr”. Bu о deməkdir ki, əgər in-
sanda böyük dərəcədə olmalı olan пэ isə yoxdursa, onda ay-
dındır ki, həmin şey onun az dərəcədə olmalı olduğu insaıı-
da da olmaz. “ö z atasını döyən, yaxınlarını da döyər” пэ-
ticəsi isə ondan irəli gəlir ki, əgər az varsa, onda çox da var,
143
belə ki, ataları yaxm adamlardan daha az döyürlər. Belə də
sübut eləmək olar, ya da başqa cür: əgər insanda böyük də-
rəcədə sahib olduğu пэ isə yoxdursa, ya da kiçik dərəcədə
sahib olduğu пэ isə varsa, həm bunu, həm də onu göstərmək
lazıradır; nəyin isə olduğunu, ya da nəyin isə olmadığını
sübut etmək lazım gəlir. Bu top о halda qiivvəyə malikdir ki,
о zaman müəyyən bir şey hər iki tərəfdə пэ böyük dərəcədə,
nə də kiçik dərəcədə olmasm, buna görə də deyiblər:
Sənin də atan təəssüfə layiqdir, çünki o, uşaqlarmı iti-
rib
Bəs öz şərəfli xələfini itirmiş Oyney də təəssüfə layiq
deyilmi.77
Elə məhz buna görə deyirlər ki, əgər Tesey ədalətsizlik
etməyibsə, onda Aleksandr da onu etməyib, əgər Tindarid-
lər78 ədalətsiz hərəkət etməyibsə, onda Aleksandr da belə
etməyib, əgər Hektor Patrokla qarşı ədalətsizlik etməyibsə,
onda Aleksandr da Axillə qarşı belə etməyib. Əgər hər hansı
bir iş üzrə mütəxəssislər əhəmiyyətsiz deyildirlərsə, onda fi-
losoflar da əhəmiyyətsiz deyildirlər. Əgər sərkərdələr onları
tez-tez ölümə məhkum etdiklərinə görə nifrətə layiq deyildir-
tarsə, onda sofıstlər də buna layiq deyildirlər. Əgər ayrıca
bir adam sizin şöhrətinizin qeydinə qalırsa, onda siz də yu-
nanların qeydinə qalmalısımz.
Digər top isə həmin dövrün məlumatlarından alınır,
məsələn, tfıkrat Harmodiyə79 qarşı çıxışında deyirdi:
“Əgər mən işi görməzdən əvvəl sizdən heykəli istəsəy-
dim siz onu шэпэ verərdiniz? Mən işi görəndən sonra da siz
onu тэп э verməyəcəksiniz? Nəyi isə nəzərdə tutanda vəd
verraəyin və istədiyinizi əldə edəndən sonra vədimizi zorla
geri götürməyin”. Fivaliların Filippi Attikaya buraxmamalı
olduqları haqqında da eyni şeyi demək olar, çünki, Filipp
fokeyalılara qarşı onlara yardım etməzdən əwəl bunu on-
lardan xahiş etsəydi, onlar bunu vəd edərdilər.80 Əgər Filip-
144
pi onların müqavimət göstərmək ehtimalını nəzərdən qaçıra-
raq, onlara bel bağladığına görə buraxmasaydılar, bunun
heç bir mənası olmazdı.
D aha bir top isə о vaxt alınır ki, bizə qarşı deyilmişi
biz yenidən onu deyənə qaytarmış olaq. Bu üsulun çox şeyə
malik olması “Tevkr”81 tragediyasmdan görünür.
Ifikrat bu üsuldan Aristofonta82 qarşı istifadə edərək
ondan soruşur ki, o, donanmanı pula sata bilərdimi. Onun
mənfi cavabmdan sonra isə deyir: “Sən Aristofont satmaz-
dın, amma mən Ifikrat isə satardıra”. Amma, bu üsul üçün
zəruri şərait lazımdır ki, bizə baxanda rəqib daha çox əda-
lətsizlik etməyə qabil adam kimi görünsün, əks halda fraza
gülməli görünə bilər, məsələn, Arisfıdin83 tərəfmdən edilmiş
ittihama birisi tfıkratın dediyi ilə cavab versəydi, bu gülməli
olardı; bu usul ancaq onda yararlıdır ki, о zaman artıq itti-
hamçıya qarşı inamsızlıq yaransm. Ümumiyyətlə, ittihamçı
ittiham olunandan yaxşı olmağı arzulayır, ittihamçım məhz
bu tərəfdən ifşa etmək lazımdır. Ümumiyyətlə, özün etdiyin,
ya da edə biləcəyin şeyə görə başqalarım məzəmmət etmək,
ya da başqalarmı özün etmədiyin və həm də edə bilməyəcəy-
in isə sövq etmək cəfəngiyyatdır.
Daha bir top isə anlayışlarm tərəfmdən alımr, məsələn,
Sokratm “demonion”84 anlayışı nədir? Bu tanrıdır, ya tan-
rınm yaratdığıdır? Amma, burası da var ki, demonionun
tanrınm yaratdığı varlıq olduğuna inanan mütləq canhların
varlığına da inanmış olur. tfikrat85 da belə düşünür, onun
fikrincə, insanların эп yaxşısı həm də ən alicənab olanıdır,
çünki, Harmodi və Aristohiton alicənab bir şey edənə qədər
onlarda alicənab bir şey yox idi. İfıkrat rəqibindənsə özünün
Harmodi və Aristohitona daha çox oxşar olduğunu sübut
etmək üçün əlavə edir: “Mənim işlərim Harmodi və Aristo-
hitonun işlərinə səninkilərdən daha çox oxşayır”. Aleksand-
rda” da belə deyilir: “hamı razılaşar ki, öz nəfslərinə sahi-
bolmayan adamlar bir adamın bədəni ilə qane olmurlar”.
Sokratın Arxelayin87 yanına getmək istəməməsinin səbəbi də
145
Dostları ilə paylaş: |