Artur Konan Doyl



Yüklə 7,93 Kb.
Pdf görüntüsü
səhifə15/29
tarix26.09.2017
ölçüsü7,93 Kb.
#2180
1   ...   11   12   13   14   15   16   17   18   ...   29

 
mənə  haqq  verərsiniz;  hər  şeyi  axarına  buraxa  bilməzdim. 
Əslinə  baxsanız,  xüsusi  dedektivləri  heç  sevmirəm,  amma 
haqqınızda o qədər müsbət sözlər eşitdim ki… 
– Doğrudur. Yaxşı, niyə dərhal mənim yanıma gəlmə-
diniz? 
Holms saatına baxdı. 
– Anlamadım? Nə demək istəyirsiniz? 
–  Saat  üçə  iyirmi  dəqiqə  qalır.  Teleqramı  saat  birdə 
vurmusunuz.  Geyiminizə  baxılsa  bu  səhər  çox  erkən  qalx-
mısınız və böyük bir təlaş içində idiniz. 
Ziyarətçimiz daranmamış saçlarını düzəltdi və əlini tə-
raşsız üzünə apardı. 
– Haqlısınız cənab Holms, paltarıma heç diqqət etmə-
mişəm. Evdən ayrıldığıma elə sevinirəm ki… Lakin sizin ya-
nınıza  gəlməmişdən  əvvəl  hər  tərəfi  gəzdim  və  məlumat 
topladım. Əvvəlcə əmlakçıya getdim və mənə cənab Qarsi-
yanın  kirayəsini  vaxtlı-vaxtında  ödədiyini  söylədilər.  Viste-
ria qəsrində də hər şey yolunda imiş. 
– Bir saniyə cənab Skot Ekls, siz də dostum Uatson ki-
mi hekayəyə səhv yerindən başlamaq kimi bir vərdiş əldə et-
misiniz. Lütfən indi fikrinizi toparlayın və sizi saç-baş dağı-
nıq, bağlanmamış çəkmələr və jiletlə çölə çıxaran, tövsiyə və 
kömək axtarışına sövq edən hadisələri ardıcıllıqla izah edin, 
dinləyək. 
Müştərimiz kədərlə intizamsız görünüşünə baxdı. 
–  Sizdə  pis  bir  təəssürat  yaratdım  deyəsən,  cənab 
Holms.  Lakin  belə  şeyi  həyatımda  ilk  dəfə  yaşadım.  İndi 
olanları  sizə  detallarıyla  danışım.  Məni  dinlədikdən  sonra 
vəziyyətimi üzrlü hesab  edəcəyinizdən əminəm. 
62 
 


 
Lakin  çöldə  dəhlizdən  gələn səs-küy  qonağımızın  sə-
sini eşidilməz etdi. Bir az sonra xanım Hudzon qapını açaraq 
içəriyə  formalı,  güclü-qüvvətli  iki  adamı  dəvət  etdi.  Bu 
adamlardan  biri  Skotlandın  məşhur  müfəttişi  Qreqson  idi. 
Hazırlıqlı, enerjili və peşəsində öz əhatəsinə görə qabiliyyətli 
polis hesab olunurdu. Holmsun əlini sıxdı və yanındakı ada-
mı, Surrey polis bölməsindən müfəttiş Baynesi təqdim etdi. 
– Araşdırmaları birlikdə aparırıq, cənab Holms. Arxa-
sınca düşdüyümüz izlər bizi bura qədər gətirdi. 
 Buldok itinin gözlərini xatırladan gözlərini qonağımı-
za zillədi.  
– Siz, Pophamın Lee kəndindən cənab Con Skot Ekls-
siniz, elə deyilmi? 
– Bəli. 
– Səhərdən bəri sizi axtarırıq. 
– Hər halda bu cənabı, göndərdiyi teleqrama baxaraq 
tapdınız, – deyə sözə qarışdı Holms. 
– Eynilə elə oldu, cənab Holms. Çarinq Kros Poçtunda 
izi tapdıq və bura gəldik. 
Müştərimiz fısıldamağa başladı. 
– Niyə məni izləyirsiniz? Nə istəyirsiniz məndən? 
–  Dünən  axşam  Eşerdəki  Visteria  qəsrində  yaşayan 
Bəy  Aloizi  Qarsiyanın  ölümünə  səbəb  olan  hadisələr  haq-
qında sizin ifadənizi almağımız lazımdır. 
Müştərimiz  çaşqın  gözlərlə  yerindən  atıldı,  mənasız 
baxışlarını  müfəttişə  çevirdi.  Bəti-bənzi  ağarmışdı,  kəkələ-
məyə başladı: 
– Ölümü? Yəni, demək istəyirsiniz ölüb? 
– Bəli cənab, öldü. 
– Amma niyə? Qəzadır?  
63 
 


 
– Açıq-aşkar cinayət hadisəsidir. 
– Aman Tanrım! Çox faciəvidir! Yoxsa məndən şübhə-
lənirsiniz?  Bunumu nəzərdə tutursunuz? 
– Ölünün cibində sizə aid bir məktub tapıldı. Və mək-
tubdan  anladığımız  qədəriylə  dünən  axşam  cənab  Qarsiya-
nın yanına gedəcəkdiniz. 
– Doğrudur. Hətta getmişdim. 
– Demək getdiniz? İşə baxın! 
Qreqson cibindən qeyd dəftərini çıxardı. 
– Bir dəqiqə! – deyə sözünü kəsdi Holms. Qreqson, bü-
tün istədiyiniz dürüst bir etirafdır, elə deyilmi? 
–  Bəli,  cənab  Holms.  Ancaq  cənab  Eklsi  xəbərdar  et-
mək istəyərəm, bundan sonra söyləyəcəyi hər şey, əleyhində 
dəlil olaraq istifadə edilə bilər. 
– Onsuz da siz otağa girməmişdən əvvəl cənab Ekls bi-
zə hər şeyi detallarıyla danışmağa başlayırdı. Məncə Uatson, 
sodalı bir konyak ona yaxşı təsir edər. Buyurun, için cənab 
Ekls! Məncə siz, bu son baş verənlərə fikir vermədən, qaldı-
ğınız yerdən danışmağa davam edin. 
Qonağımız  konyağı  içdikdən  sonra  yenidən  üzünə 
rəng  gəldi.  Narahat  gözləri  müfəttişin  qeyd  dəftərinə  ilişsə 
də, heç bir şeyə qulaq asmadan danışmağa başladı. 
–  Mən  subay  adamam.  Və  ictimai  bir  insan  olduğum 
üçün  ətrafım  olduqca  genişdir.  Melvill  ailəsi  də  tanışlarım 
arasındadır. Melvill pivə istehsalçısıdır amma təqaüdə çıxıb. 
Albemarledə  yaşayır;  Kensinqtonda  böyük  bir  malikanəsi 
var.  Bir  neçə  həftə  əvvəl  onlarla  kart  oynayarkən  masada, 
Qarsiya  adında  bir  gənclə  tanış  oldum.  Düz  başa  düşmü-
şəmsə, İspan əslli idi və səfirliklə əlaqəsi vardı. İngilis dilin-
64 
 


 
də  mükəmməl  danışırdı,  davranışı  xoş  idi,  həyatımda  gör-
düyüm ən yaraşıqlı kişilərdən biriydi. 
Bu cavanla necə oldusa dostlaşdıq. O da məndən xoş-
lanmışdı.  Tanış  olduğumuz  hələ  iki  gün  olmuşdu  ki,  məni 
görmək  üçün  Leeyə  gəldi.  Beləcə  dostluğumuz  inkişaf  etdi 
və sonunda məni evinə, yəni Visteriya qəsrinə dəvət etdi. Bu 
qəsr Eşerlə Okshot arasında bir yerdədir. Uzatmayım, dünən 
axşam bu dəvəti qəbul edərək Eşerə getdim. 
Qarsiya əvvəllər də mənə evindən danışmışdı. Çox sa-
diq bir xidmətçisiylə qalırmış. Adam həmyerlisi idi. İngiliscə 
yaxşı  bilir,  evin  bütün  işlərini  tək  başına  görürdü.  Üstəlik 
çox  gözəl də  yemək  bişirirmiş.  Səyahətlərinin  birində  tanış 
olub yanına işə götürdüyü bir mələz idi. Surreyin mərkəzin-
də rast gəlmək mümkün olmayan qəribə biri idi. Sən demə 
düşündüyümdən daha qəribə biri imiş. Nə isə, birtəhər, evi 
tapdım. Eşerin iki mil cənubuna düşür. Qəsr çox böyük idi 
və ana prospektdən xeyli uzaq idi. Yamyaşıl süpürgə otları 
ilə  əhatələnmiş  dolambaclı  evə  çatdım.  Təcili  olaraq  təmirə 
ehtiyacı olan köhnə yıxıq-sökük bina idi. Arabamı yağışdan 
rəngi  solmuş  və  ləkələnilmiş  taxta  qapının  önündəki,  biçil-
məmiş otların üstündə saxlayanda, yeni tanıdığım bir adama 
qonaq gəlməkdə, ağıllı davranıb, davranmadığımı özümdən 
soruşdum.  Qapını  şəxsən  özü  açdı  və  böyük  bir  səmimiy-
yətlə məni salamladı. Xidmətçi əlimdən çamadanı alıb yataq 
otağına apardı. Əsmər bədənli, melanxolik bir tip idi. 
Hər  yer  olduqca  kəsavətli  idi,  boğucu  bir  hava  vardı 
içəridə. Axşam yeməyində onunla baş-başa qaldım. Qarsiya 
məni əyləndirmək üçün əlindən gələn qonaqpərvərliyi gös-
tərdi, amma düşüncələri davamlı dəyişirdi və söhbətləri elə 
dağınıq və əsassız şeylər idi ki, onu anlamaqda çətinlik çə-
65 
 


Yüklə 7,93 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə