Artur Konan Doyl



Yüklə 7,93 Kb.
Pdf görüntüsü
səhifə17/29
tarix26.09.2017
ölçüsü7,93 Kb.
#2180
1   ...   13   14   15   16   17   18   19   20   ...   29

 
–  “Qarsiyaya  nə  oldu?”  sualını  cavablandırmaq  asan-
dır, – dedi Qreqson. Bu səhər onu Oksşotta çatmadan, qaldı-
ğı evin bir milliyində tapdılar. Başı bir qum torbasıyla ya da 
buna bənzər ağır bir cisimlə vurularaq əzilmişdi. O tərəflər 
olduqca tənhadır və yaxınlarda bir dənə də ev yoxdur. Ay-
dın olur ki arxadan hücum edilib. Və qatil Qarsiya öldükdən 
sonra bir necə dəfə başına vurub. Bu işi ancaq qudurmuş bir 
dəli edə bilər. Lakin nə ayaq izi nə də buna bənzər bir ipucu 
tapdıq. 
– Yoxsa soyulubmu? 
– Xeyr, oğurluğu sübut edəcək heç bir iz yoxdur. 
Cənab Skot Ekels ağlamsınaraq:   
– Təəssüf, – dedi. – Çox, faciəvi hadisədir. Çox təsirlən-
dim. Bir gecə gəzintisinə çıxıb, belə qəmli bir sonla qarşıla-
şan Qarsiya ilə heç bir əlaqəm olmamasına baxmayaraq, mən 
bu işə niyə qarışdırıldım? 
– Cavabı çox sadədir, – deyə açıqladı müfəttiş Baynes. 
– Sizin dəvət edildiyiniz gecə Qarsiya evində öldürüldü; ci-
bində də sizin gecəni onun evində keçirəcəyinizi yazdığınız 
məktub  vardı,  ona  görə.  Zərfin  üzərindəki  yazıdan  ölünün 
adını  və  ünvanını  tapdıq.  Bu  səhər  saat  doqquzdan  sonra 
evinə getdik; evdə nə sizi nə də bir başqasını gördük. Bun-
dan  sonra  mən  bir  tərəfdən  köşkün  hər  tərəfini  axtararkən 
bir tərəfdən də sizi Londonda axtarıb tapmalarını tapşırdım. 
Ondan sonra şəhərə endim, Cənab Qreqsonla görüşdüm və 
bura gəldik. 
Qreqson ayağa qalxdı. 
– Məncə artıq bu işə resmiyyət lazımdır, – dedi. – Cə-
nab Skot Ekels bizimlə idarəyə gəlin və ifadənizi yazılı ola-
raq verin. 
70 
 


 
– Təbii ki, dərhal gəlirəm. Lakin cənab Holms sizin kö-
məyinizi xahiş edəcəyəm. Gerçəyin ortaya çıxması üçün əli-
nizdən gələni edin; zəhmətinizin qarşılığını ödəyəcəyimdən 
əmin olun. 
Holms müfəttişə döndü: 
– Ümid edirəm, birlikdə işiləməyimizin sizin üçün qor-
xusu yoxdur? 
– Əksinə, şərəf duyaram cənab. 
– Həqiqətən çox ardıcıl və diqqətli çalışırsınız. Adamın 
öldüyü saatı təsbit edə bildinizmi? 
– Saat birdən bəri orada uzanıqlı olub. O saatda yağış 
yağırdı. Hər halda daha əvvəl öldürülüb. 
–  Lakin  bu  qeyri-mümkündür,  cənab  Baynes!  –  deyə 
qışqırdı müştərimiz.  
–  Onun  səsini  bir  başqasıyla  qarışdırmamışam.  And 
içərəm ki, tam o saatda otaqdan çöldə dayanıb mənimlə da-
nışan səs, onun səsi idi. 
– Çox maraqlıdır amma heç də qeyri-mümkün deyil! – 
dedi Holms gülərək. 
Qreqson maraqla soruşdu: 
– Bir ipucunuzmu var? 
–  Bu  məsələ  çox  kompleks  deyil  amma  bəzi  yeni  və 
maraqlı tərəfləri var. Son və qəti fikirimi söyləmədən əvvəl 
əlimdə bəzi dəlillər olmasını istəyirəm cənab Baynes. Evi ax-
tararkən bu kağızdan başqa diqqətçəkən bir şey tapdınızmı?  
Polis müfəttişi, dostuma mənalı baxışlarla baxdı: 
– Oo, əlbəttə… Çox maraqlı bir iki şey tapdım. Müdü-
riyyətə verəcəyim hesabatı bitirim, ondan sonra istəsəniz bir-
likdə  gedək və  hamısını  öz  gözünüzlə  görün,  nə  düşündü-
yünüzü də mənə söyləyin, olmazmı? 
71 
 


 
– Necə istəsəniz! – dedi Holms yüksək səslə. – Cənab-
ları qapıya qədər ötürün xanım Hudzon! Zəhmət olmasa te-
leqramı gətirən uşağı bura göndərərsinizmi? Cavab üçün beş 
şillinq ödənməsi lazımdır. 
Qonaqlarımız  getdikdən  sonra  bir  müddət səsiz  otur-
duq. Holms dayanmadan tənbəki çəkirdi. Açıq rəngli gözlə-
rinin  üstündəki  qaşları  çatılmışdı.  Düşüncələrə  daldığı  an-
larda etdiyi kimi, başını önə doğru uzatmışdı. 
Birdən mənə dönərək: 
– Hə, Uatson, – dedi. – Sən nə deyirsən bu hadisəyə? 
–  Eklsin  niyə  bu  cür  işə  düşdüyünü  soruşursan?  Nə 
deyim… 
– Yaxşı, bəs cinayət? 
– Ölənin yanında işləyən xidmətçilərin itməyini soru-
şursansa, məncə murdar bir işə bulaşıblar  və sonunda qur-
tuluşu qanundan qaçmaqda tapıblar. 
– Əlbəttə, bu da mümkündür. Amma xidmətçilər Qar-
siyaya tor qurublarsa, bu iş üçün niyə gecə qonağın olduğu 
günü seçdilər? Başqa gün yox idi? 
– Elə isə niyə aradan çıxıblar? 
– Həqiqətən, niyə sivişsinlər? Məncə əhəmiyyətli nöq-
tələrdən birincisi budur. İkincisi, müştərimiz Skot Eklsin ba-
şına gələn hadisələrdir. Dostum  Uatson, bu  iki hadisəni  də 
izah edəcək bir şərh tapmaq, normal insan zəkasını aşan bir 
şeydir. Sən nə deyərsən? Hər iki hadisəni də izah edəcək bir 
şərh üçün əvvəl bu kağızdan yola çıxmalıyıq. Bunun çox ma-
raqlı bir dili olan sirli kağız olduğunu qəbul etməliyik. Nə-
zəriyyəmizi gücləndirmək üçün ona uyğun gələcək yeni mə-
lumatlar tapmalıyıq. 
– Nəzəriyyəmiz nədir? 
72 
 


 
Holms gözləri yarıyumulu kreslosuna söykəndi. 
Qəbul etməlisən ki, Uatson, olanlar sadə bir zarafat de-
yil. Bütün bunların altında çox ciddi bir məsələ yatır. Nəti-
cəyə baxsaq Skot Eklsin saflığından istifadə edərək onu Vis-
teria qəsrinə gətirtmək də bu məsələylə daxildir. 
– Necə əlaqəsi var ki? 
– Addım-addım irəliləyək. Əvvəl bizim Skot Ekls ilə is-
pan  arasında  birdən inkişaf edən  qəribə  münasibətə  baxaq. 
Tanış  olmalarından  bir  gün  sonra  adam  Londonun  o  biri 
ucundan Eklsi axtarır, onunla təmas qurur və Eşerə dəvətini 
qəbul etdirənə qədər israr edir. Ekls ilə alıb-verəcəyi nə idi? 
Ondan nə gözləyirdi? Adamda cazibədar bir tərəf görə bil-
mədim. Çox ağıllı da sayılmaz, ucuz macəra romanlarındakı 
tiplər kimi də deyil! Niyə Qarsiya öz əməllərinə alət etmək 
üçün o qədər insan arasından başqa birini deyil də Eklsi seç-
di? Onun bir xüsusiyyətimi var? Bəli vardı. Çünki o, ənənəvi 
ingilis zadəganlığıyla qürurunu təmsil edən bir adamdır və 
bu xüsusiyyətiylə bir başqa ingilis üzərində çox yaxşı bir tə-
əssürat  buraxa  bilər.  Danışdığı  olduqca  adi  şeylərə  iki  mü-
fəttiş də inandı. 
– Yaxşı, amma Ekls kimin üzərində bir təəssürat bura-
xacaqdı? 
– Baş verənlərə baxılsa hər şey əslində fərqli şəkildə in-
kişaf edib. Heç olmasa mən belə görürəm. 
–  Yəni  səncə  o  cinayətin  işləndiyi  saatda  başqa yerdə 
olduğuna milləti inandırmaqmı istəyirdi? 
–  Tam  üstünə  gəldin  Uatson,  bəli.  Bunu  sübut  etmək 
üçün, sözgəlişi Visteria qəsrindəki işləri çəkib çevirənlər bir-
likdə  çalışır.  Niyyətləri,  hər  nə  bahasına  olursa  olsun  saat 
birdən əvvəl köşkü boşaltmaq idi. Bunun üçün saatı bir saat 
73 
 


Yüklə 7,93 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə