Artur Konan Doyl



Yüklə 7,93 Kb.
Pdf görüntüsü
səhifə19/29
tarix26.09.2017
ölçüsü7,93 Kb.
#2180
1   ...   15   16   17   18   19   20   21   22   ...   29

 
ayaqqabı nömrəsi 48-dir, belə təxmin edirəm, boyu da ayaq-
larına uyğundursa nəhəng olmalıdır, – dedi. 
– Yaxşı, amma hara sivişdi? 
– Süpürgə otlarının arasına qaçıb hər halda. 
Müfəttişin üzündə düşüncəli ciddi bir ifadə vardı. 
– Kim olursa olsun, nə istəyirsə istəsin, bu anda burada 
yoxdur. Biz daha əhəmiyyətli şeylərə baxaq. İcazənizlə, indi 
mən sizə evi göstərim, cənab Holms. 
Evdəki bütün qonaq və yataq otaqlarını gəzdik, amma 
diqqətçəkən bir şey tapa bilmədik. Aydın olan o idi ki, kira-
yəçilər ya çox az əşya gətirmişdiləri ya da heç gətirməmişdi-
lər. Evi mebelləriylə birlikdə kirayəyə götürmüş ola bilərdi-
lər. Qarderobdakı geyimlərdə “Mark & Co. High Holborn” 
markası  oxunurdu.  Firmaya  teleqram  göndərəndən  sonra 
bunları alan adamın paltar pulunu əskiksiz ödədiyi öyrənil-
di. 
Ortalıq dağınıqdı; orada burada bir neçə siqar, ispanca 
iki roman, köhnə tipli tapança və hər halda özlərinə aid bir 
gitara vardı. 
Baynes əlindəki şamdanı otaqdan otağa dolaşdırarkən: 
– Əhəmiyyətli bir şey yoxdur, – dedi. – Lakin indi cə-
nab Holms, mətbəxə diqqət yetirmənizi istəyirəm. 
Mətbəx evin sol tərəfində idi; yüksək tavanlı və qaran-
lıq idi. Küncdə saman yataq vardı, görünür aşbaz burada ya-
tırdı. Masanın üstündə axşamdan qalma bir yığın çirkli qab 
vardı. 
– Buraya baxın! – deyə dostumu xəbərdar etdi Baynes. 
– Buna nə deyirsiniz? 
Əlindəki  şamı  mətbəx  şkafının  arxasındakı  qəribə  bir 
şeyə  tutdu.  Qıvrılmış,  büzülmüş,  yumaq  halına  gəlmiş,  nə 
78 
 


 
olduğu aydın olmayan bir cisim idi bu. Qaramtıl, dəri təəs-
süratı verən, hətta uzaqdan baxılanda bir cırtdanı xatırladan 
bir  cisim  idi.  Əvvəl  gözlərəmin  qarşısında  bağlanmış  zənci 
körpə dayandığını düşündüm. Sonra bunu iflic olmuş yaşlı 
meymuna  bənzətdim.  İnsanmı,  heyvanmı  olduğu  xüsusun-
dakı şübhəm, o yığının ortasında asılmış istridyədən hazır-
lanmış gəlmiş iki sıralı zənciri gördüyümdə itmədi. 
– Doğrudan çox maraqlıdır! – deyən Holms, önündəki 
mumiyaya diqqətlə baxdı. – Başqa bir şey varmı?  
Baynes səssizcə krana doğru getdi və daşın içini əlin-
dəki şamla işıqlandırdı. Böyük, ağ bir quşu tükləriylə birlik-
də paramparça edib oraya atmışdılar. Holms başı qoparılmış 
quşun pipiyini göstərərək: 
–  Ağ  rəngli    xoruzdur!  –  deyə  qışqırdı.  –  Möcüzədir! 
Doğrudan çox əcaib bir vəziyyət. 
Lakin cənab Baynes əsl göstərmək istədiyi şeyi ən sona 
saxlamışdı. Kranın alt tərəfindən bir vedrəni çəkib çıxardı; içi 
qanla dolu idi. Sonra da masanın üzərindən, içi yanaraq kö-
mür halına gəlmiş, sümük dolu bir qab götürdü. 
–  Nəyi  isə  öldürüb  yandırıblar.  Küllərindən  anladıq. 
Səhər bura bir həkim gəlmişdi; qətiliklə bunun insan külü ol-
madığını sübut etdi. 
Holms gülümsəyərək əllərini ovuşturdu. 
– Bu həqiqətən fövqəladə və maraqlı hadisəni araşdır-
maqda  olduğunuz  üçün  sizi  təbrik  edirəm,  cənab  müfəttiş. 
Qətiyyən şişirtmirəm, qabiliyyətləriniz imkanlarınızdan çox 
üstündür. 
Müfəttiş Baynesin açıq rəngli gözləri xoşbəxtlikdən pa-
rıldadı. 
79 
 


 
– Haqlısınız, cənab Holms. Bu qəsəbədə xərclənirik. Bu 
hadisə mənim üçün bir şansdır. Ümid edirəm altından çıxa-
ram. Bu kiçik sümüyə nə deyirsiniz? 
– Ya quzu ya da çəpiş sümüyüdür. 
– Ağ xoruz nə mənanı verir o zaman? 
– Maraqlıdır, cənab Baynes, çox maraqlıdır, hətta föv-
qəladədir. 
–  Bəli  cənab,  burada  yaşayan  insanların  çox  qəribə 
adətləri ola bilər. İçlərindən biri yaşamır… Yoldaşlarımı onu  
öldürdü? Əgər elə isə onları tutmaq çətin olmayacaq, çünki 
adamlarımız  bütün  sahilləri nəzarətə  alıb.  Lakin  mən hadi-
səni fərqli şəkildə görürəm. Bəli cənab, mənim fikirlərim baş-
qadır. 
– Elə isə ehtimalınız var. 
– Bəli amma bunun üzərində tək başıma çalışmaq istə-
yirəm,  cənab  Holms.  Öz  özümə  söz  verdim.  Sizin  adınız, 
şöhrətiniz  var.  Mən də  özümə  ad  qazanmalıyam.  Bir  dəfə 
“Bu işi kimsənin köməyi olmadan öz başıma həll etdim!” de-
-yə bilsəm, elə xoşbəxt olaram ki… 
– Tamam müfəttiş! – deyən dostum, ağayana bir rəftar-
la müfəttişim çiyininə vurdu: Öz yolunuzdan ayrılmayın! İs-
təsəniz, mənim tapdığım ipuclarından hər vaxt faydalana bi-
lərsiniz. Mən bu evdə görəcəyimi gördüm, zamanımı başqa 
yerdə qiymətləndirmək istəyirəm. Salamat qalın və bol şans-
lar, əzizim! 
Holmsun üzünə baxar-baxmaz, başqalarının rahatlıqla 
gözdən  qaçıra  biləcəyi  bəzi  işarələrdən  ciddi  ipucu  tapmış 
olduğunu  anladım.  Hadisələrlə  maraqlanmırmış  kimi  gö-
rünsə də, mən onun açıq rəngli gözlərindən və canlı hərəkət-
lərindən  daxilən    necə  qaynadığını  oxuya  bilirdim;  ovuna 
80 
 


 
çox  yaxınlaşmasına  baxmayaraq  içindəki  coşğunu  və  gər-
ginliyi  gizlədirdi.  Hər  zaman  olduğu  kimi  danışmadı,  mən 
də  hər  zaman  olduğu  kimi  sual  vermədim.  Ovun  yaxalan-
masına  yüngülcə  köməyim  olsa  belə,  bu  işin  fiziki  tərəfi 
mənə  çatırdı;  Holmsun  normaldan  artıq  çalışan  beynini  də 
boş-boşuna  qarışdırmaq  istəmirdim.  Necə  olsa  hər  şeyi  za-
manı gəlincə öyrənəcəkdim. 
Ona  görə  gözlədim  amma  bu  bihudə  gözləmək  məni 
xəyal  qırıqlığına  uğratdı.  Günlər  bir-birinin  ardınca  keçir 
amma dostum bir addım da irəliləyə bilmirdi. Bir səhər şə-
hərə endi; necəsə söhbəti alındığı üçün, o günü “British Mu-
seum”da  keçirdiyini  öyrəndim.  Bundan  başqa  müxtəlif  za-
manlarda ya uzun səfərlərə çıxır ya da kənd çayxanalarında 
dedi-qodulara qulaq asırdı. 
Holms  bir  gün  bezgin  baxışlarını  önümdəki  əşyalara 
dikib: 
– Belə həftəlik  kənd həyatı sənin üçün də qiymətsiz bir 
şey  ola  bilər,  Uatson!  –  dedi.  –  Güllərin  qönçələrini,  fındıq 
ağaclarına  dırmaşan  pişik  balalarını  seyr  etmək elə  xoşdur 
ki! Əlinə bir kürək, bir tənəkə qutu, bir də botanika kitabı al-
san təbiətdən çox faydalı şeylər öyrənə bilərsən. 
Özü  daha  sonrakı  günlərdə  bu  söylədiklərini  edərək 
gəzməyə  davam  etdi.  Axşamları  evə  qayıdanda,  yığmış  ol-
duğu çiçəklər olduqca az idi. 
Gəzintilərimiz  əsnasında  bəzən  müfəttiş  Baynesə  rast 
gəlirdik. Dostumuz salam verərkən, qıpqırmızı, tombul sifə-
tindəki  gülümsəmə  ağızından  qulaqlarına  qədər  yayılır,  ki-
çicik gözləri tərtəmiz parlayırdı. Tək-tük söhbətlərindən, on-
un da əldə edilən nəticələrdən çox məmnun qalmadığını an-
alyırdıq. Buna baxmayaraq etiraf etməliyəm ki, cinayətin be-
81 
 


Yüklə 7,93 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə