Artur Konan Doyl



Yüklə 7,93 Kb.
Pdf görüntüsü
səhifə20/29
tarix26.09.2017
ölçüsü7,93 Kb.
#2180
1   ...   16   17   18   19   20   21   22   23   ...   29

 
şinci  günündə  səhər  qəzetlərinin  başlıqlarını  görüncə  ol-
duqca çaşdım: 
          “Oksşot cinayətinin üstü açıldı. 
Qətildə  şübhəli bilinən şəxs tutuldu.” 
 Bunu  Holmsa  göstərəndə,  əqrəb  sancmış  kimi  yerin-
dən dik atıldı. Panika içində: Ay səni! – dedi. Yoxsa Baynes, 
canini tutdumu? 
– Belə çıxır, – dedim və qəzet xəbərini oxudum: 
“Dünən  Oksşotdakı  cinayət səbəbiylə  birinin  həbs 
olunduğu  öyrənilincə  Eşer  və  ətrafında  böyük  bir  həyəcan 
yaşandı.  Xatırlayırsınızsa    Visteria  qəsrində  yaşayan  cənab 
Qarsiya qanlı bir cinayətə qurban getmiş və eyni gecə hadisə 
ilə əlaqəsi olduğu ehtimal edilən  xidmətçisi və aşbazı da yo-
xa çıxmışdılar. Evdən azalan qiymətli əşyanın, oğurluq üçün 
kafi bir səbəb ola biləcəyi iddia edilsə də isbat edilə bilmədi. 
Hadisəni  araşdıran  Müfəttiş  Baynes  qaçanların  yerini  tap-
maq üçün bütün qabiliyyətlərini istifadə edir. Qənaətinə gö-
rə qatillər çox  uzaqlaşmış  ola bilməzlər; eyni  zamanda  giz-
ləndikləri  yer  böyük  ehtimalla  cinayətdən  əvvəl  müəyyən-
ləşdirilmişdi. Tanınmalarının da çətin olmayacağı işin əvvə-
lindən bəri aydın idi, çünki onları az çox tanıyan iki satıcının 
ifadələrinə  görə  aşbazın  xarici  görünüşü  çox  diqqət  çəkici 
idi: zənciylə ağ qarışığı, çirkin və çox yekəpər imiş. Cinayət-
dən sonra bu adam, növbətçi polis Valters tərəfindən görül-
dü; Visteria qəsrinə yenidən qayıtmaq cəhdini nəzərə alsaq, 
Müfəttiş  Baynesə  görə  onun  bir  məqsədi  olmalıydı.  Bu  sə-
bəblə müfəttiş lap əvvəldən ətrafa növbətçilər qoydu. Nəha-
yət ki, adam tələyə düşdü və dünən axşam həbs edildi. Həbs 
çox asan olmadı; növbətçi polislərdən Douninq, şübhəli şəxs  
tərəfindən təhlükəli  şəkildə  hücuma  məruz  qalıb.  Şübhəli 
82 
 


 
polisi dişləyib. Öyrəndiyimizə görə məhbus, məhkəməyə çı-
xarılmamışdan əvvəl ifadə verib. Bu həbs, cinayətin həllində 
atılmış ən əhəmiyyətli addımlardan biri sayılır." 
Holms: 
– Dərhal Baynesi görməliyik, – deyərək papağını qoy-
du. Ümid edirəm getməmiş özümüzü çatdırarıq.  
Qəsəbəyə  sürətli  addımlarla  enib  müfəttişi  tapdıq;  az 
qala evdən çıxırdı. 
Bizi  salamladıqdan  sonra  qəzeti  burnumuzun  ucuna 
qədər uzadaraq:  
– Bunu gördünüzmü, cənab Holms? – dedi. 
– Bəli Baynes, oxudum. Sizə dostanə bir xəbərdarlıq et-
səm məndən inciməzsiniz  hər halda? 
– Xəbərdarlıqmı, cənab Holms? 
–  Mən  bu  məsələni çox  araşdırdım  və qənaətim  odur 
ki, doğru yolda deyilsiniz; daha irəliyə getməyəsiniz deyə si-
zi  xəbərdar  edim  dedim;  təbii  bu  arada  fikirinizi  dəyişdir-
məmişsinizsə? 
– Çox nəzakətlisiniz, cənab Holms. 
– Əmin olun, yalnız sizin yaxşılığınızı düşünürəm. 
Mənə elə gəldi ki, cənab Baynes cavab vermədən əvvəl 
gözlərini qırpdı. 
– Hər kəs öz üsulunu istifadə edəcək deyə razılaşma-
mışdıqmı, cənab Holms? 
–  Həəə,  bağışlayın.  Mən  sizə  yalnız  dostcasına  xəbər-
darlıq etmək istəyirdim. 
– Bilirəm əfəndim, buna görə də təşəkkür edirəm. Am-
ma hər kəsin özünə görə bir taktikası vardır, yəni demək is-
təyirəm ki… 
– Nə isə, artıq bununla bağlı mübahisə etməyək. 
83 
 


 
– Yeni nə isər öyrənsəm sizə xəbər verərəm. Bu adam 
vəhşinin biridir, öküz kimi qüvvətlidir, üstəlik də pis xasiy-
yətlidir. Salam-kəlamsız demədən Douninqin baş barmağını 
dişlədi. İngiliscə bir söz də bilmir, sadəcə donquldanır. 
– Ağasını öldürdüyünə dair dəlillərinizin olduğunumu 
söyləmək istəyirsiniz? 
– Bunu demək istəmirəm, cənab Holms; düşünmürəm 
də. Hər kəs öz qarmağını atsın baxaq nə olur. Razılaşmamız 
elə deyildimi? 
Holms çiyinini çəkdi, geri döndük. Yolda gedərkən: 
– Bu adamı başa düşə bilmirəm, – dedi. – Ümid edirəm 
baltanı daşa vurmaz! Elə olsun, nə deyirəm, hər kəs istədiyi-
ni etsin. Amma bu müfəttişi tam başa düşmədim. 
Pansiona dönüb otağımıza çıxdıq.. 
–  Belə  kreslona  söykən  görək,  Uatson,  –  dedi  Holms. 
Sənə hadisənin son detallarını danışım çünki, bu axşam kö-
məyinə ehtiyacım olacaq. Ən yaxşısı bu hadisəni sənə başın-
dan izah edim. Başlanğıcda sadə görünürdü amma düyünə 
düşəndən sonra biz də ara verdik. Cavablanılması lazım ol-
an bəzi suallar var ortada. Sözgəlişi deyim ki, Qarsiyaya öl-
dürüldüyü  axşam  göndərilən xəbərə  diqqət edək.  Baynesə 
görə  Qarsiya  xidmətçisinin  bu işdə  barmağı  olduğu  fikirini 
indi bir tərəfə qoyaq. Çünki bu fikrin səhv olduğu aydındır, 
məncə  ev  sahibi  özünə  şahid  təşkil  etmək  üçün  Skot  Eklsi 
dəvət etmişdi. Yəni özü nə isə etmək niyyətində idi, bu da 
heç şübhəsiz cəzalıq bir şey olmalı idi; necə ki, o gecə hazır-
ladığı planı reallaşdıra bilmədi, əvəzində özü öldü. Cəzalıq 
dedim, çünki əvvəldən bir cinayət etməyən kimsə, şahid təş-
kil etmək istəməz. Onu belə aşkar şəkildə kim öldürmüş ola 
bilərdi?  Hər  halda  Qarsiyanın  öldürmək  istədiyi  bir  adam. 
84 
 


 
Məncə bu düşüncələrim səhv deyil; bu baxımdan doğru yol-
dayıq. 
Beləcə  Qarsiyanın  xidmətçilərinin  yoxa  çıxma  səbəbi 
də  ortaya  çıxır.  Hər  ikisinin  də  cinayətdə  barmağı  vardır. 
Qarsiya rəqibini öldürə bilsəydi geri qayıdacaqdı. Və bizim 
dürüst  britanyalının  şahidliyi,  bütün  şübhələrin  üzərindən 
qalxmasını təmin edəcəkdi. Başlanğıcda hər şey yolunda get-
di.  Lakin  görülən  iş  təhlükəli  idi.  Qarsiya  zamanında  evə 
dönmədiyinə  görə  problem  yaranıb  və  bəlkə  də  səhvini  öz 
həyatıyla  ödəyib.  Amma  bu  ehtimal  əvvəl  düşünülmüşdü, 
işlər tərs gedərsə iki xidmətçi daha əvvəl qərarlaşdırılan bir 
yerdə  görüşəcək və  Qarsiyanın  edə  bilmədiyini  onlar  edə-
cəkdi. Olan bitənlərin şərhi budur; sən nə deyərsən? 
Dolaşıq düyün, gözlərəmin qarşısında həll edildi san-
ki. Hər zaman olduğu kimi bunu nə üçün düşünə bilmədi-
yimə məəttəl qaldım. 
– Lakin niyə xidmətçilərdən biri yenə qəsrə qayıdıb? 
– Ehtimal edək ki, aradan çıxarkən arxada çox qiymət-
li, əvəzedilməz bir şey qalıb… Bu onların nə qədər inadkar 
və israrlı olduğunu sübut etmirmi?  
– Doğrudur. Yaxşı, səncə sonra nə oldu? 
– İkinci addım Qarsiyanın yemək zamanı aldığı  mək-
tubdur.  Bu  onun  kiminləsə  əlbir  olduğunu  göstərir. Amma 
bu adam harada idi? Sənə daha əvvəl demişdim; görüşün tə-
yin edildiyi yer böyük bir ev olmalı idi. O ətrafda böyük ev-
lərin sayı isə məhduddur. Kənddə keçirdiyim ilk günlər bo-
yunca  gəzməyə  çıxmağım,  botanika  araşdırmalarım  əsna-
sında o ətrafdakı bütün böyük evlərdə yaşayanlarla tanış ol-
dum və onların ailə hekayələrini dinlədim. Bir ev diqqətimi 
çəkdi. Kral Yakob zamanından qalma məşhur “Böyük Gey-
85 
 


Yüklə 7,93 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə